Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə145/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   142   143   144   145   146   147   148   149   150

 

441 


mənim çıxışımdan sonra 5 mollaya moizə oxumağa icazə verməyəy-

diniz. 


Sonra Beyləqan rayonunun mərkəzində, Ocaqsevər Elxasın araçı-

lığı ilə, bir adamla bağlaşdım. Dediyinə görə bir neçə ildir mənimlə 

tanış  olmaq  istəyirmiş,  onunla  telefonlaşdım,  rayonda  görüşdüm. 

Söhbət elədim, bizim tədbirlərə qatılmaq istəyir. 

Sumqayıtda da Ocaq söhbətləri eləmişəm. Övlad tərbiyəsi ilə bağ-

lı  Ocaq  yönündən  gözəl  söhbət  oldu.  Xanım  öyrətmən  də  vardı, 

fikirlərimi bölüşdüm. Özləri dedilər ki, oxullara gedib söhbət eləsə-

niz çox yaxşı olar. Mən də xanım öyrətmənə dedim ki, sən öz oxulu-

nuzda  təşkil  elə  gəlim.  Elə  ordaca  sözünü  geri  götürdü  ki,  onu  elə-

mək çətindir. Dedim ki, mənim qorxulu bir adam olmadığımı, ziyan 

verməyəcəyimi deyib inandıra bilərsən. 

Təəssüf ki, qıraqdan məsləhət verirlər, addım atmaq gərək olanda 

geri çəkilirlər… 

Atamız var olsun! 

 

 

Türkel  Atalı (Ataya  səcdə  ilə  sözünə  başladı  –  N.A.):  37-ci  ilin 



son  Ailə  Gününü  “Uluyol-Hünər”  Ailəsində  başlamaqla  bitirirəm. 

Bundan sonra bu Ailədə yeni əhvallar sərgiləməyə çalışacam. 

Bu  ilki  amallaşmamı  əsasən  Ocaq  tədbirlərinin  səsdən  sözə 

çevrilmiş  kitablarından  oxumaqla  yerinə  yetirdim.  Tədbirlər  təkcə 

amallaşmama təsir eləmir. Çünkü mənim üçün tədbir, ay içində, han-

sısa seçilmiş gündə, Ocaqçıların bir araya gəlib ifadə elədiyi fikirlər 

deyil. Ayın 30 günü cəmiyyətin içində eyni yaşam, eyni durum görü-



 

442 


nür.  Tədbir  günü  Ocaqçı  yaşamını  ifadə  eləyir.  Oxuduqca  baxıram 

öyrəniləsi,  örnək  olası  zəngin  yaşam  var.  Ocağı  yaşatmağımızla  bu 

zəngin yaşamın qədrini bilirik. 

Konkret olaraq özümlə bağlı: artımımda ardıcıllıq yoxdur. Hansı-

sa  tədbirdə  uğurlu  söz  demişəm,  hardasa  Ocağın  ayrı-ayrı  arxiv-

ədəbiyyat  yaratma  işinə  qatılmışam,  ancaq  yenə  də  bütöv  deyil. 

Günev  Atalının  çıxışlarına  baxanda  özümlə  bağlı  belə  qənaətə  gəl-

dim.  Günev  Atalı  tədbirdə  özündəki  zəif  cəhəti  gördüyünü  deyir. 

Onu deməsiylə əslində zəifliyini ifadə eləmir. O, Ocaq üstə yaşaya-

raq, özüylədöyüşərək o qənaətə gəlib. Ancaq mən çox hallarda həyat 

tələbiylə yaşayıram. Özümlə bağlı gileyli danışıram. Təbii ki, mənim 

çıxışımda zəiflik ifadə olunacaq. Sanki özümü aldadıram.  

Hansısa  məqamda  gərginliyə  qapılıb  bədbin  düşüncələrlə  olsam 

da, Ocaqla bağlı inamımda gileyli deyiləm. Ocaq Yükümlüsü tədbir-

lərin birində belə bir söz deyir: “Məndən soruşurlar ki, siz Asif Ata 

Ocağında  kamil  fərd  göstərə  bilərsinizmi?  –  Deyirəm  göstərərəm. 

Ocaqçıların  hər  biri  kamilliyin  bəlli  qatındadırlar”.  Ancaq  mənim 

özümün düşüncəmdə, gördüyüm əməldə Ocaq baxımından yetkinlik 

görünsə  də,  kamilləşmə  səviyyəmin  hələ  olmadığını  düşünürəm. 

Amal  yönündən  axtarışlar olanda  kamilləşmənin tələbi  ortaya  çıxır. 

Ocaq  Yükümlüsünün  belə  bir  fikrini  demək  istəyirəm:  “Biri  deyir 

dünya göründüyündən artıq deyil. Çünkü o dünyaya öz yaşamından 

baxır.  Öz  yaşamından  o  tərəfi  görmür.  Biz  də  öz  yaşamımızdan 

baxırıq.  Ancaq  bizim  yaşamımız  görünəndən  artığa  çatıbdır.  Amala 

bağlı yaşamımı deyəndə görünəndən artığı deyirəm. Bu səbəbdən də 

cəmiyyətçinin yox, mənim dediyim doğru olur. Mən haqlı durumda 

oluram”. 

Təəssüf  ki,  Ailə  Gününün üçüncü tələbi  olan  xalqlaşma  məsələ-

sində  axsayıram.  O  yöndə  səylərim  olmadığı  üçün  sevincim 

yarımçıqdır. 

Atamız Var olsun! Bayrağımızı öpürəm. 

 

Ağşın  Ağkəmərli: Mən burda bir az qeydlər götürdüm. Nurtəkin 

xanımın,  Günev  bəyin,  Türkelin  söhbətləri  ilə  bağlı.  Deyim  ki, 

üçünüzün  də  söhbətlərinizdə  böyük  həqiqət  var.  Gözəl  duyğular, 

çalarlar görünür. Amallaşmaq məsələsi də xüsusidir. 

Neçə  vaxtdır  ki,  ürəyimdən  keçən  bir  söz  var.  Bu  gün  özümdə 

cəsarət tapdm ki, deyəm. Sizin oxuduqlarınızda Avropa və rus yazar-




 

443 


larını görürəm. Bizim Türkiyədə olan Orxan Pamuk, İncə Məmməd, 

İsmayıl  Bozqurd  kimi  fəlsəfi  və  geniş  düşüncəli  adamlar  var. 

Güneydə  elə  şəxsiyyətlər  var  ki,  Güney  Azərbaycan  mübarizəsində 

həm sözlərini deyiblər, həm kitabları. Əşrəf Dehqani vardı ki, solçu 

olmasına  baxmayaraq,  söz  almaq  üçün  gözünün  qabağında  qarda-

şının  ayaqlarını  mişarla  kəsirlər,  o  qardaş  özünü  xəstəxananın  3-cü 

mərtəbəsindən atır, Cavad Heyət onu sağaltdı təzədən. Cavad Heyətə 

deyir ki, qoy mən ölüm, təşkilat məhv olmasın. Ancaq Cavad Heyət 

bunu qəbul eləmir. 

Sührəverdidən,  Şəbüstəridən  söhbət  getmir,  onların  da  fəlsəfi 

baxışları vardı. Düşünürəm ki, Ocaqda bu yönə gəlmək gərəkdir. 20-

ci  yüzilin  əvvəlində  müəyyən  təriqətlər  olub,  Güneydə  və  burda. O 

təriqətlərin  içində  babilik,  sufilik  olubdu.  Tarixi  öyrənmədən  gələ-

cəyə ciddi addım götürmək olmaz. Soylu bəy söhbətlərində Hüqonun 

adını çəkir. Hüqo yaxşıdır, ancaq mən fikirləşirəm ki, özümüzə bir az 

səmt  vermək  düzgün  olar.  Ç.Aytmatovun  özünün  fikirləri  vardı,  ya 

müsbət,  ya  mənfi,  düşünürəm  ki,  onları  da  öyrənmək,  araşdırmaq 

gərəkdir.  Türkiyənin  özündə  bu  gün  Avropanın  özünə  etki  göstə-

rəcək  müəyyən  bir  fikirlər  var.  Dostlarımız  düşünə  bilər  ki,  bu  gün 

Azərbaycan  türkcəsində  onların  əsəri  olmadı.  Ancaq  internet  çox 

şeyləri  həll  edir.  Düşünürəm  ki,  bu  məsələnin  üzərində  Ocaq  və 

Ocaqçılar  daha  da  dərinə  getməlidirlər.  18-19-cu  yüzilin  tarixini 

xüsusən  Güney  təşkil  elədiyinə  görə  mən  arzulayıram  o  tərəf  daha 

çox öyrənilməlidir. 

 

Soylu Atalı (Ataya səcdə ilə sözünə başladı – T.A.): Amallaşma, 

Kamilləşmə, Xalqlaşma yönündən bir neçə kəlmə söz demək istəyi-

rəm. Mənim Amallaşmam həm Ocağın ideya fəlsəfi əsaslarını öyrən-

mək,  həm  də  Ocağın  yaşama  prinsiplərini  öyrənməkdir.  O anlamda 

ki, Ocaq bir ruhsal qurumdur. Bu qurum nəyə dayanıb yaşayır, nəyi 

ifadə edir, nəyi çatdırır, necə çatdırır.  

Ocaq  olaraq  Ailə  günlərində  hesabatlarımız  qıraqdan  standart 

görünəcək bir etki bağışlaya bilər. Ancaq biz o tələbdən qırağa çıxa 

bilmərik. Amallşama, Kamilləşmə, Xaqlaşma  – konkret Ailə Günü-

nün tələbi budur. Ancaq Amallaşma, Kamilləşmə, Xalqlaşma yönün-

dən fikirlər, düşüncələr daim yeniləşir. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə