Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə147/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   142   143   144   145   146   147   148   149   150

 

447 


buraxırsan,  sonra  da  ona  qarşı  dərmanlar  buraxıb  satırsan.  Ondan 

gələn milyardlarla gəlir yığırsan. 

Heç  kimin  ağlına  gəlməsin  ki,  dünyada  düşünənlər  var.  Guya 

onlar nizam yaratmağa çalışırlar ki, əhali çoxalır, onları qırıb həyatı 

nizamlamaq  gərəkdir.  Boş  söhbətdir.  Bu,  insanlığa  xəyanətdir.  Qoy 

artım  getsin.  Sən  ədalətlə  davran.  İnsanın  planetdə  çəkdiyi  əmək 

onun  özünü  dolandıracaq.  Sən  onun  əməyini  mənimsəmə.  Qoy  10 

min  ilə  planet  10  trilyon  olsun.  Planet  o  yükü  götürəcək,  götürmə-

yəcək özü bilər. Sən niyə süni şəkildə oyun oynayırsan? Hələ plane-

tin nə hissəsi yüklənib ki, sən indidən onu qırırsan? Bunların hamısı 

insanın  mənadan  ayrılmasına  görədir.  Xəyanətdir.  Buna  boy  verən, 

buna ağıl qapısı açan özü də ona qoşulur və səhv eləyir. 

İnsanların istər insana, istər təbiətə, vətənə, istər böyük anlamda 

bəşərə münasibəti bioloji tələblərdən ortaya gəlir, İnsani tələblərdən 

ortaya gəlmir. Bu özünü hər yerdə pis göstərir. Ailədə də, ictimai qu-

rumlarda da, mübarizələrdə də, – çalışmaların bütün sahələrində özü-

nü pis göstərir. Niyə özünü pis göstərir? Heç kim özüylə məşğul ol-

mur. Hamı özündən qıraqdakıyla məşğul olur. Özüylə məşğul olma-

dığına görə, başqa işlə məşğul olmaq üçün bir araya gələnlər sabah 

bir-birini  məhv  eləyirlər,  ayrılırlar.  Onda  da  vəhşi  kimi  ayrılırlar. 

Ayrılırsansa,  mərifətlə  ayrıl.  Bil  ki,  ayrılmaq  pis  şeydir.  Bunu  niyə 

nümayiş etdirirsən? Bütün məqsəd, niyyət yönəlib o ayrıldığını sanc-

mağa. Nə olur-olsun onun üzərində qələbə çalsın. Bu qələbənin adı 

nədir? Bilmirəm. Sonucda hər ikisində insanlıq məğlub olur. Sonuc-

da hər ikisində xalq məğlub olur. Mərifət, qanacaq, gələcək məğlub 

olur. 


Bu günlərdə mənə Vaqif Ucatay zəng eləmişdi. Bizim üç ay bun-

dan öncə rəssamların oxulunda görüşümüz olmuşdu. Soruşurdu ki, o 

görüş nə vaxt olub? Soruşdum nə məsələdir? Bəlli olur ki, narazılıq 

yaranıb.  İndi  Vaqif  bəydən  izahat  alırlar.  Kim  alır,  nə  üçün  alır? 

Səyyad Aran deyə biri məktub yazıb ki, orda dinə qarşı təbliğat olub. 

Nə qədər bəsit adamdır, dinə qarşı təbliğat nə deməkdir?! Mənim ki-

tabım əllərindədir. Onu oxuyub, ordan deyir. Halbuki o görüşdə heç 

dinin  adını  tutmamışam.  Bunun  bir  cəhəti  odur  ki,  bunlar  ölkədə  o 

qədər  pozuntular  yaradıblar,  indi  hər  bir  yarpaq  tərpənəndə  belə, 

hürkürlər, birdən hakimiyyətə qarşı çağırış olar. Özlərini o qədər qor-

xu yaradacaq duruma itələyiblər ki, hər an belə şeylərdən qorxurlar. 

Mən  Asif  Atanın  bir  Ocaqçısı  olaraq  bu  çağa  qədər  çalışmalarımı 




 

448 


sürmüşəm, düşüncəmi ortaya qoymuşam, bütün çalışmalarım mənim 

üzümü  ağ  eləyir.  Dövlətimin,  millətimin,  vətənimin  qarşısında,  eli-

min,  obamın,  ailəmin  qarşısında  (o  bunu  anlasa  da,  anlamasa  da) 

üzüm ağdır. Bu gün mənə ancaq üzümün ağlığına görə irad bildirir-

lər. Hər kəs mənə irad bildirsə, yalnız ona görə irad bildirəcək. Başqa 

cür  mənə  irad  bildiriləcək  bir  məsələ  yoxdur  ortalıqda.  Əgər  ailə, 

elim, obam məni anlamasa, o mənim üzümün ağlığını anlamayacaq. 

Bayaq  Cordano  Brunonun  adını  çəkdi  qardaşımız.  Cordano  Bruno-

nun “suçu” – elmi, tərəqqini qabağa aparmaq və insanları cəhalətdən 

qurtarmaq idi. Ona görə onu ittiham eləyirdilər, oda tuturdular… 

Mənim  xalqlaşma  yönündən  işim  çoxdur.  Kütləvi  görüşüm  ötən 

tədbirimizdən  üzü  bu  yana  olmayıb.  Fərdi  görüşlərim  isə  çox  olur. 

Bilirsiniz  ki,  mən  ən  çox  görüşlərim  oxullarda  olanda  kütləvi  sa-

yıram. Mən daim söhbət aparıram. Azərbaycanın ruhsal kimliyi, ruh-

sal mahiyyəti mənim öyrənməyimin əsas motividir və mən bunu hər 

yerdə deyirəm. 

İndi bir neçə kəlmə qardaşımızın (Ağşın bəyin) dediyinə fikir bil-

dirim.  Mən  Tolstoyu  Atadan  sonra  özümün  öyrətmənim  saymışam. 

O cür yüksək münasibəti bu gün, öyrətmən səviyyəsində olmasa da, 

Hüqoya  sərgiləmişəm.  Onu  oxuyub  qurtarandan  sonra  bu  qənaətə 

gəldim.  Bizim  Özümlü  Şərq  ideyamız  var.  Bu  ideya  Şərqin  içində 

yaranan böyük baxışları, dəyərləri bərpa eləmək, onu yeniləməkdir. 

Bu nədə özünü göstərirsə, onları vurğu etmişik. Məsələn, Buddada, 

Rumidə, Azərbaycanın dəyərlərində – Babəkində, Nəsimisində, Nəi-

misində və s. Daim bu bizim əsas hədəfimizdir, qonumuzdur. Ancaq 

bədii  ədəbiyyata,  fəlsəfi  yönə  gəlincə,  Asif  Atanın  fikirlərini  izah 

eləmək üçün üz tutacağımız məsələləri biz Ağşın bəyin adını çəkdik-

lərində görmürük. Mən Sührəvərdini, Əl-Qəzalini oxumuşam. Onlar 

kimdir?  Məsələn,  Əl-Qəzali  xurafatı  gözəl  fəlsəfi  fikirlərlə  deyən 

biridi.  Vacibul-Vücudçudur  onlar.  Mən  ona  istinad  eləyə  bilmirəm. 

Mən ondan nə sitat gətirim? O, xurafatı gözəl bəzəyir və mənə qayta-

rır. Əl-Biruni Aristotelin şərhçisidir. Fərabi bütünlüklə Aristoteli şərh 

eləyib. Yəni şərhin şərhçisi ola bilmərik. Orxan Pamuk antiTürkiyə 

bir postmodernistdir, bu adam dəyərləri asanlıqla dışlaya bilir, ondan 

nə götürək?! 

Güney  Azərbaycan  məsələsiylə  bağlı.  Mən  Əşrəf  Dehqaninin 

haqqında eşitmişəm, bilirəm. Mübarizə adamıdır. Ancaq fikir adamı 



 

449 


deyil.  O  fikir  ki,  mübarizənin, ideyanın  gücünü  gücləndirir,  o  fikir-

dən istifadə eləyirəm, yararlanıram. Eləcə də başqaları. 

Çingiz  Aytmatov  Sovet  nökəridir.  Onun  ayrı-ayrı  əsərlərində 

bədii yön var. Bu əsas deyil. Ya da bu gün Azərbaycanda da müsbət 

bədii  yön  var.  Onların  çoxluğu  hakimiyyətin  nökəridir.  Taqora  üz 

tutmuşam,  onunla  bağlı  yazmışam.  Taqorda  bizə  gərək  olan  bədii 

çalarlar çoxdur.  Onun “Köçəri  quşlar”ında çox  gözəl  bədii  çalarlar, 

duyğular,  çağırışlar  var.  Ancaq  istəyirəm  qardaşımız  bilsin  ki,  mən 

onları  oxumuşam,  araşdırmışam.  Özü  onları oxuyub,  oxumayıb  bil-

mirəm. İkinci, Tolstoy anlamıyla, mahiyyətiylə Şərq deməkdir. Bəşə-

ridir o.  Ona  görə  biz  bu  cür  yanaşsaq,  burda  da  yanıla  bilərik,  ayrı-

seçkilik  eləsək.  Bir  az  ehtiyatlı  olmağımız  doğrudur.  Bəşəri  olan 

mənim üçün həm Şərqidir, həm də millidir. Azərbaycanın böyüklü-

yünü  anlamaq  üçün  Hüqodan  da  öyrəndim.  Fransa  xalqının  indiki 

durumunu  bilirik.  Hüqo  Fransa  xalqının  düşdüyü  fəlakətləri  necə 

gözəl,  sevgiylə  deyir.  Həm  də  xalqın  içində  olan,  üzə  çıxmayan, 

gəlişdirilməli olan keyfiyyətləri tapır, sunur. Halbuki Fransa dövləti 

o vaxt onu qəbul eləmirdi. Gedib uzun illər başqa ölkələrdə yaşayıb. 

Onu az qala öldürürdülər. 

Onun milliliyi doğmadır bizə. Hər kəs öz millətinin içində gözəl 

keyfiyyətləri tapır, çatışmazlıqları tapır və onu sunur. Bunu sunarkən 

başqa  xalqların  da  uyğun  örnəklərindən  bəhrələnir.  Bu  özü  Bəşəri 

yön, hal yaradır. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

 

Ağşın  Ağkəmərli: Mən  bu  söhbətlərlə  bağlı  bir  şeyə  toxunmaq 

istəyirəm.  Bu  gün  hansısa  Azərbaycan  vətəndaşı  üçün  Tolstoyun 

“Hərb və Sülh” əsəri bir şey verməyəcək. Təcrübə mənə göstəribdir 

ki,  “Xudafərin  körpüsü”nü  oxuyanda  bir  ailənin  içində  bir  pəncərə 

açır ki, bu Azərbaycandır. Yaxud “Dumanlı Təbriz”i oxuyanda. Düz-

dür,  orda  səhv  hərəkətlər  var,  fərqli  fikirlər  var.  Ancaq  bu  ölkənin 

pisini də, yaxşısını da bilməliyik. Əgər bu ölkənin insanı onun yaxşı-

sını, pisini bilməsə, sabah hansı addımlarla gedəcək? Ocağın fikirlə-

rinə bir açıqlama olmadan kimsə o məqama çata bilməz. O mərhələ-

mərhələ qabağa getməlidir. Babəki ayrıca bir adam üçün açıqlayanda 

bizim  fikrimiz  ona  çatmır.  Onu  qınamaq  da  olmur.  Ancaq  Cəlal 

Bərgüşadın kitabını mən bir zaman oxuyanda çox fərəhlənirdim. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə