Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə146/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   142   143   144   145   146   147   148   149   150

 

444 


 

 

Bu hesabatlar yeni əhvallardan, yeni səviyyələrdən doğur. 



Mənim  Ocağı  öyrənməyim  çoxşaxəlidir.  Bayaq  da  vurğu  elədi-

yim kimi, həm Atanın özündən öyrənirəm, ideyalarından öyrənirəm, 

həm də Atanın ideyalarını dünyanı öyrənməklə öyrənirəm. Dünyanı 

araşdırdıqca öyrənirəm. 

İnsan mənasına bərabər yaşamır. Ancaq insan daim məna axtarır. 

Mənanı bəsit şeylərdə tapır, bu başqa söhbət. Asif Ata deyir, dünya 

özünün  Dünyalıq  mənasından  yaranıb.  Yəni  dünyanın  biçimi,  ger-

çəkliyi  Dünyalıq  mənasının  görünüşə,  təzahürə  gəlməsidir.  O  deyir 

ki, dünyanın mənası dünyanın özündədir. Ondan qıraqda deyil. Dün-

yanın mənası dünyada olsa da, dünyadan yüksəkdir, artıqdır, böyük-

dür. Adamlar bəzən bunu başa düşmür ki, görəsən Dünyalıq mənası 

nədir? Onu necə tutaq, necə tanıyaq? – Hər şeyi sözə salmaq, ifadəyə 

salmaq çətindir. Çünkü məna sözə bütöv şəkildə sığsaydı, onda ötəri 

olardı. Məna tükənən olardı. Məna sonsuzdur. O, bütöv varlığıyla sö-

zə sığmır, çünkü məna bu gündə, bu çağda bizim izlədiyimiz biçimdə 

görünür,  üzə  çıxır.  Sabah  başqa  bir  biçimdə  aşkara  çıxacaq.  Başqa 

olaylar  var,  başqa  gedişlər  var,  gələcəkdə  də  olacaq  gedişlər  var. 

Məna tükənməz olaraq daim olmalı gedişləri ortaya çıxaracaq. Mən 

bu gün bunu necə yığıb bir sözün içinə yerləşdirə bilim?! Bu müm-

kün deyil axı. Biz Mənanı nişanələriylə ifadə edirik. Bədəni götürək. 

Bədən gözümüzün qabağındadır. Bədən qaş, göz, qol, ayaq – bundan 

ibarətdir. Ancaq bədəndə bədəndən artıq olan var. İdrak bədəndədir, 




 

445 


ancaq bədəndən artıqdır. Biz onu görmürük, biz onu ifadəyə gələndə 

görürük.  Kimsə  ağlını  ortaya  qoyanda  deyirəm  ki,  nə  yaxşı  ağlı  var 

bunun.  Yoxsa  mən  elə  üzünə  tamaşa  eləməklə,  uzaqbaşı,  deyə 

bilərəm ki, bunun nə yaxşı ağıllı gözləri var. Nə yaxşı sakit, mədəni 

duruşu  var.  Ancaq  mən  onun  hansı  səviyyədə  idrak  yiyəsi,  mənə-

viyyat  yiyəsi,  hünər  yiyəsi  olduğunu,  o,  hərəkət  elədikcə  görürəm. 

Yüz  il  yaşayacağı  ömrü  bir  anda  göstərmir  ki,  mən  deyəm  bundan 

ibarətdir.  Hər  anda,  hər  saniyədə,  hər  gündə  o,  özünü  yeni-yeni 

çalarlarda  ifadə  edir.  Mən  də  onun  o  ifadələrini  görürəm.  Ancaq 

ümumən  mən  bunu  tanıyıram.  Onun  bütün  bundan  sonra  ifadəyə 

gələcək  halını  bu  saat  görmürəm,  ancaq  onu  özünüifadədən  tanıyı-

ram.  Dünya  da  eləcə.  Dünyanı  ayrı-ayrı  nişanələrindən  artıq  tanıyı-

ram,  dərk  edirəm.  Ancaq  mən  dünyanın  daim  təzahür  olunmasını, 

yeni olaylarla üzə çıxacağını, min il bundan sonrakı olayları bu gün 

izləyə bilmirəm, görmürəm.

 

Bu,  Asif  Atanın  dünyanın  Dünyalıq  mənası  Əzəlidir,  Əbədidir, 



Kamildir, Sonsuzdur ideyasıdır. Böyük ideyadır. İnsan özündə İnsan-

lıq mənası daşıyır. İnsanlıq mənası da Əzəlidir, Əbədidir, Kamildir, 

Sonsuzdur.  İnsan  o  mənaya  yetirmi,  yetmirmi,  azmı  yetir,  çoxmu 

yetir, ölənə kimi. Bu da yenə ayrı bir məsələdir. Ayrıca vurğu olunası 

qonudur.  Ancaq  mən  vurğu  elədim  ki,  insan  daim  məna  axtarır. 

Mənanı  özünün  daşıdığı  insanlıq  tələbinə  uyğun  tapa  bilmir,  ifadə 

edə bilmir. Çünkü özünü ona kökləmir, çünkü onu yaşamır. Ona görə 

insan bəsit şeylərdə məna axtarır. Çox üzr istəyirəm, adi səslənsə də 

deyim. İndi qızlarımız şalvar geyir, dizləri cırıq. Bir vaxtlar belə bir 

geyim  görəndə  –  ictimai  yerlərdə,  kənddə-kəsəkdə,  qınayırdıq.  Bu-

nun yiyəsi yoxdurmu cırığına yamaq vursun. Ya da yamaqlı geyimi 

ictimaiyyətin  içinə  geymək  olmaz.  İşdə-gücdə  geymək  olar.  İndi 

bunu geyinib ictimaiyyətin içinə çıxırlar. O cırıqlardan, söküklərdən 

əzaları  görünür.  O  da  bunda  məna  tapır.  Baxın  görün  nədə  məna 

axtarır ha. Ya da başqa bir şey – 3 nəfər, 5 nəfər yığılır, deyir gəlin 

qumaq  oynayaq.  Onda  bir  məna  tapır.  Onunla  bekarçılığı,  boşluğu 

doldurur. Asif Ata deyir ki, “bəşərin nicatı insanlaşmaqdadır. İnsan-

laşın, İnsanlaşdırın”.  

Yəni  sənin  boşluğu  doldurmaq  üçün  axtardığın  məna  boşluqdur. 

Məna axtarırsan, boşluğa düşürsən. Çünkü Mənanı boşluqda axtarır-

san. Mənanı Mənada, Mənalılıqda axtarmırsan. 



 

446 


 

 

Nə qədər ki, mənanı boşluqda axtaracaqsan, nə qədər ki, o boşlu-



ğa düşəcəksən, sənin xeyirlə bağlılığın olmayacaq. Topluma, xalqa, 

gələcəyə xeyir verməyəcəksən. Sən bir cücü (həşarat) ömrü yaşaya-

caqsan. Dünyaya gələcəksən, gedəcəksən, qurtaracaqsan. 

Bu  gün  dünyada  çox  sarsaq  oyunlar  gedir.  İnsanları  cücü  kimi 

qırırlar.  Biz  buna  qarşıyıq.  Bu  antiinsani bir  gedişdir.  Çünkü  insanı 

cücü  yerində  görürlər.  Çünkü  insan  mənalı  deyil,  mənalı  yaşamır. 

Qıran da, qırılan da mənalı yaşamır. Deyirlər nə olacaq ki, yalandan 

mənasız həyatı doldurub da. Elə plan qururlar. Ona görə fikirləşirlər 

ki, aclıqdır, qida çatdırmaq olmur, planet insanla dolacaq. Elə deyil. 

Qoy təbii gediş insanı qırsın. Sən planeti 70 milyard yüklə. O 70 mil-

yardın  təbiətdə  nəyəsə  gücü  çatmayacaqsa,  qoy  təbiət  ona  cavab 

versin. Qoy təbii dağıntılarda qırılsın. Sən onun alnına güllə sıxma. 

Əslində insanı öldürmürsən, insanlığı öldürürsən. O insanın insanlığa 

yetib-yetməməyini  demirəm.  O  hərəkət  özü  insanlığı  öldürməkdir. 

İçindəki, mənadakı insanlığı öldürürsən. Ona görə Asif Atanın çağı-

rışı bütün gedişlərdən yüksəkdə durur. 

Deyirlər  ki,  insanlar  çoxalır.  Ona  yemək  çatdırmaq  olmur.  Niyə 

olmur? Bir adamın əlində 10 milyard pul yığılıb. 10 milyard bir döv-

lətin illik büdcəsidir. Bu büdcə nələrə xərclənmir? Hər şeyə. Bu bir 

adamın əlində yığılıb. Sonra da deyirsən ki, insanları qidalandırmaq 

olmur. Pul qazanmaq üçün niyə laboratoriyalarda xəstəlik icad eləyib 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə