“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti
1
Layihə
Açıq Səhmdar Cəmiyyəti “Əmrahbank”ın idarəetmə orqanlarının
ƏSASNAMƏLƏRİ
Bankın Səhmdarlarının Ümumi Yığıncağında
təsdiq olunmuşdur
(Protokol №__ «__» __________ 2009-cu il)
“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti
12
Audit Komitəsinin Əsasnaməsi
1.
Ümumi müddəalar
1.1.
Audit Komitəsi (bundan sonra “Komitə” adlanacaqdır) ''Banklar haqqında''
Azərbaycan Respublikası Qanunu, «Əmrahbank» ASC-nin (bundan sonra “Bank” adlanacaqdır)
Nizamnaməsi və bu Əsasnamə əsasında fəaliyyət göstərir.
1.2.
Komitə Bankın fəaliyyətinə nəzarəti və monitorinqi həyata keçirən orqandır və
Səhmdarların Ümumi Yığıncağı qarşısında hesabat verir.
2.
Komitənin səlahiyyətləri və vəzifələri
2.1.
Komitə aşağıdakı səlahiyyətlərə malikdir:
a.
Bankın audit strategiyasını müəyyən etmək;
b.
daxili audit planlarını təsdiq etmək və audit bölməsinin fəaliyyətinə nəzarəti həyata
keçirmək;
c.
kənar auditin təyin edilməsi ilə əlaqədar Müşahidə Şurasına təkliflər vermək;
d.
kənar auditlə birgə işi təşkil etmək, auditin nəticə və tövsiyələrinin həyata keçirilməsinə
yardım etmək;
e.
Bankın idarəetmə orqanları, kənar auditorlar, habelə nəzarət orqanları ilə əlaqələr yaratmaq;
f.
daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və
Müşahidə Şurasına təkliflər vermək;
g.
Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının və İdarə Heyətinin qəbul etdiyi
bankın fəaliyyəti ilə bağlı bütün qərarlarla tanış olmaq;
h.
Bankın bütün daxili qaydaları və strategiyası ilə tanış olmaq;
i.
İdarə heyətindən Komitənin öz funksiyalarını həyata keçirmək üçün bütün məlumatları
almaq;
j.
bank qanunvericiliyinə, Bankın nizamnaməsinə və Azərbaycan Respublikası Milli Bankının
normativ sənədləri tələblərinin yerinə yetirilməsini İdarə Heyətindən tələb etmək;
k.
Bankın daxili auditinin təyin olunması zamanı öz münasibətini bildirmək və onun işinə
qiymət vermək;
l.
daxili audit strukturunun rəhbərinin və işçilərinin işdən azad olması və ya dəyişdirilməsi
barədə Müşahidə Şurası qarşısında məsələ qaldırmaq;
m.
Bankın illik hesabatına rəy vermək;
n.
kənar və daxili auditorların nümayəndələri ilə görüşlər keçirmək;
o.
Bankın struktur bölmələri üzrə xüsusi audit yoxlamaları və təftişlər keçirilməsini sifariş
vermək;
p.
Bankın fəaliyyətinə və əməkdaşlara aid olan hər hansı məlumatlar üzrə sorğu vermək;
q.
fəaliyyət məqsədləri üçün ehtiyac olduqda müstəqil ekspertləri cəlb etmək;
r.
ehtiyac olduqda öz iclaslarına Bankın əməkdaşlarını, kənar auditorları və müstəqil
ekspertləri dəvət etmək;
s.
İdarə Heyətinin iclaslarında səs hüququna malik olmadan iştirak etmək;
t.
Müşahidə Şurasının iclaslarında səs hüququna malik olmadan iştirak etmək;
u.
Müşahidə Şurasının növbədənkənar iclasının keçirilməsini tələb etmək;
v.
Səhmdarların növbədənkənar Ümumi Yığıncağının çağırılmasını tələb etmək;
w.
Bu Əsasnamə və Azərbaycan Respublikası Milli Bankının normativ aktları ilə nəzərdə
tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti
13
2.2.
Komitə Bankda aşağıdakı hallarda bank qanunvericiliyi, bankın Nizamnaməsi və Azərbaycan
Respublikası Milli Bankının normativ sənədlərinin tələblərinin yerinə yetirilməsi, habelə bankda
mühasibat işinin vəziyyətinin yoxlanılmasını Daxili Audit Departamentindən tələb edə bilər:
a.
özünün tərtib etdiyi plan əsasında;
b.
Səhmdarların Ümumi Yığıncağının tələbi əsasında;
c.
5%-dən çox paya malik olan səhmdarların tələbi əsasında;
d.
Müşahidə Şurasının tələbi əsasında;
e.
Azərbaycan Respublikası Milli Bankının tələbi əsasında;
f.
Kənar auditin tələbi əsasında.
2.3.
Komitə Bankın fəaliyyətinə nəzarət və monitorinqi həyata keçirən zaman aşağıdakı
prinsiplərə riayət edir:
a.
Bankın cari iş fəaliyyətinə maneçilik törədilməməsi;
b.
təkrar yoxlamaların aparılmaması;
c.
lazımsız məlumatların hazırlatdırılmaması və tələb edilməməsi.
2.4.
Komitə öz fəaliyyəti barədə ildə bir dəfədən az olmayaraq, Səhmdarların Ümumi Yığıncağı
qarşısında hesabat verir.
“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti
14
3.
Komitənin seçkisi, iclasları və səlahiyyət müddəti
3.1.
Komitə, Sədr də daxil olmaqla, 3 nəfərdən ibarət olub, səhmdarların ən azı 60%-nin
iştirak etdiyi ümumi yığıncaq tərəfindən, yığıncaq iştirakçılarının 75% səs çoxluğu ilə təyin edilir.
3.2.
Komitənin üzvləri bir qayda olaraq səhmdarların illik ümumi yığıncağı keçirilən zaman,
yığıncaq iştirakçılarının qərarlarından asılı olaraq gizli və ya açıq səsvermə yolu ilə 4 il müddətinə
seçilirlər. Komitənin üzvləri təkrar seçilə bilərlər.
3.3.
Müşahidə Şurası və İdarə heyəti üzvlərinin Komitəyə seçilməsinə və onun işində
iştirakına icazə verilmir.
3.4.
Komitənin Sədri və üzvləri seçilərkən aşağıdakı kriteriyalar götürülür:
a.
iqtisadi, biznes və ya hüquqi təhsilin olması;
b.
vətəndaş qüsursuzluğuna malik olmaq.
3.5.
Aşağıdakı şəxslər Komitənin üzvləri ola bilməzlər:
a.
maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv
olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi
tarixdən bir il əvvəl bankın inzibatçısı işləmiş şəxslər (belə şəxslər üç il ərzində başqa bankın inzibatçısı
ola bilməzlər);
b.
üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə Milli Bankın tələbi ilə
hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxs (işə bərpa olunması
haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla);
c.
Məhkumluğu olan, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və
xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər, habelə barələrində mülkiyyət
əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərin istintaqına müddətin
keçməsinə və ya amnistiyaya əsasən xitam verilməsi, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə
məşğul olması, üzərində məhkəmə qərarı ilə qadağa qoyulması, məhkəmə qaydasında müflis elan
edilməsi faktları olan şəxslər;
d.
Bankın inzibatçısı hüququndan qanunla məhrum edilmiş şəxslər;
e.
Bankın digər idarəetmə orqanının üzvü olan şəxslər;
f.
Bankda digər vəzifə tutan şəxslər.
3.6.
Komitənin üzvlərinin hamısının iştirak etdiyi iclas yetərsay hesab olunur və qərarlar açıq
səsvermə ilə adi səs çoxluğu prinsipi ilə qəbul edilir. İclasa Komitənin Sədri sədrlik edir. Səsvermə
zamanı bitərəf qalmağa icazə verilmir. İclaslarında səsvermə 1 üzv = 1 səs prinsipi ilə həyata keçirilir.
İclasın nəticələri protokolla rəsmiləşdirilir.
3.7.
Komitənin plan üzrə iclasları rübdə bir dəfədən gec olmayaraq keçirilir. Komitənin
növbədənkənar iclasları onun üzvlərindən birinin təşəbbüsü, Səhmdarların Ümumi Yığıncağının,
mühüm iştirak payına malik səhmdarların, Müşahidə Şurasının və İdarə heyətinin müraciəti ilə çağırıla
bilər.
3.8.
Komitənin Sədri və üzvləri aşağıdakı hallarda səhmdarların ümumi yığıncağı tərəfindən
vaxtından əvvəl geri çağırılırlar:
a.
bu və ya digər səbəbdən üzv səhmdar və onun vəkalətli nümayəndəsi hüququnu
itirdikdə;
b.
rəqib kredit institutunun sərəncamverici və icraedici orqanlarına seçildikdə;
c.
bank fəaliyyətini tənzimləyən orqana işə keçdikdə;
d.
onlara həvalə olunmuş işlərin öhdəsindən gəlmədikdə;
e.
öz xahişləri ilə;
f.
qanunvericiliyin tələb etdiyi digər hallarda.
“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti
15
3.9.
Komitənin üzvlərinin Bankın fəaliyyəti ilə məxfi saxlanılması nəzərdə tutulan
məlumatları yaymasına icazə verilmir.
3.10.
Komitənin, Bankın cari fəaliyyəti ilə bağlı qərar qəbul edib onun yerinə yetirilməsini
İdarə heyətindən tələb etməsinə yol verilmir. Komitənin səlahiyyətləri daxilində həyata keçirdiyi
nəzarət zamanı, həyata keçirilməli olan tədbirlər üzrə qərarlar Müşahidə Şurası tərəfindən qəbul edilir.
3.11.
Komitənin vəzifələri aşağıdakılardan ibarətdir:
a.
nəzarət sistemlərinin yaradılması və tətbiq edilməsi, daxili nəzarətin əhəmiyyətliyinə,
risklərin idarə edilməsinə, əməliyyat riskləri daxil olmaqla onların minimallaşdırılmasına önəm
verməklə, nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması;
b.
kompüter sisteminin mühafizəsi üçün və məlumat sistemində yarana biləcək nasazlıqlar
zamanı maliyyə məlumatlarının təhlilini təmin edəcək fövqəladə tədbirlər planlarının hazırlanması və
qiymətləndirilməsi;
c.
daxili və Kənar auditorlar tərəfindən irəli sürülmüş daxili nəzarət üzrə tövsiyələrin İdarə
Heyəti tərəfindən icra olunub olunmamasına nəzarət;
d.
Mühüm maliyyə risklərinin cari sahələrinə və icra strukturları tərəfindən onların səmərəli
idarə edilməsinə nəzarət;
e.
maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək hər hansı hüquqi məsələləri
nəzərdən keçirmək;
f.
Bankın illik və cari maliyyə hesabatlarının hazırlanma prosesinə və nəticələrinə nəzarət;
g.
Daxili Audit Departamentinin fəaliyyətini tənzimləmək və onun fəaliyyətinə nəzarət;
h.
Daxili Audit Departamentinin müdiri və əməkdaşlarının vəzifə təlimatlarını, şöbənin illik
iş planı və proqramlarını, daxili audit hesabatlarını, nəzarət sisteminin təkmilləşdirilməsi üzrə
tövsiyələr vermək;
i.
Daxili Audit Departamentinin əməkdaşlarının səmərəliliyini və peşə yararlığını nəzərdən
keçirmək;
j.
Daxili Auditorlar tərəfindən təqdim edilmiş mühüm nəticələrin və tövsiyələrin müntəzəm
əsasda müzakirəsini təmin etmək;
k.
kənar auditorların fəaliyyətini nəzərdən keçirmək, onların müstəqilliyini təmin etmək;
l.
kənar auditorlar tərəfindən təqdim olunmuş mühüm nəticələrin və tövsiyələrin
müzakirəsini təşkil etmək;
m.
Bank tərəfindən qanun və normativ sənədlərə riayət olunmasına nəzarət etmək;
n.
Maliyyə hesabatlarının hazırlanması prosesində bütün qanunvericilik və Azərbaycan Milli
Bankının normativ aktlarının tələblərinə riayət olunmasına nəzarət etmək;
o.
Tənzimləyici orqanlar tərəfindən aparılmış yoxlamaların nəticələrini nəzərdən keçirir və
onların audit xidmətinin təkmilləşdirilməsi üzrə tövsiyələrini icra etmək;
p.
Müntəzəm olaraq Komitənin fəaliyyəti haqqında (azı ildə bir dəfə)Səhmdarların Ümumi
Yığıncağına hesabat verir və müvafiq tövsiyələri təqdim etmək;
q.
Daxili Audit, kənar auditorlar və Müşahidə Şurası arasında münasibətləri tənzimləmək;
r.
Bankın ümumi fəaliyyətində mövcud olan və yarana biləcək risklər üzrə daima Müşahidə
Şurasını məlumatlandırmaq;
s.
Səhmdarların Ümumi Yığıncağı müəyyən etdiyi tezlikdə Yığıncağa aşağıdakı məlumat
və hesabatları təqdim etmək:
bankda qanunvericiliyə riayət olunması barədə hesabat;
bankdan maliyyə uçotu və hesabatlar barədə hesabat;
audit fəaliyyəti barədə hesabat;
“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti
16
bankda risklərin idarə edilməsi və nəzarət sistemlərinin vəziyyəti barədə hesabat;
bankın xarici auditor tərəfindən təsdiq olunmuş balans, mənfəət və zərərlər hesabatı, habelə
maliyyə əmsalları barədə hesabat;
bankda risklərin və nəzarət sistemlərinin, uçot və qanunvericiliyin təkmilləşdirilməsi barədə
təkliflər;
bu Əsasnamə üzrə Komitənin vəzifələrinə aid olan digər məsələlər üzrə hesabat.
3.12.
Komitə Müşahidə Şurasının müəyyən etdiyi tezlikdə Şuraya aşağıdakı hesabatları
məlumatları təqdim edir:
a.
qanunvericiliyin tələblərinə əməl edilməsi, aşkar olunmuş qanun pozuntuları haqqında
məlumat və onların aradan qaldırılması üçün fəaliyyət planı;
b.
daxili nəzarətin vəziyyətinin yoxlanması barədə məlumat və onun səmərəliliyinin
artırılması barədə tövsiyələr, habelə kənar audit hesabatı və rəhbərliyə verilən təkliflər daxil olmaqla,
kənar audit ilə əlaqədar bütün yazışmalar barədə məlumat;
c.
banka, onunla əlaqədar şəxslərə təsir edə biləcək gözlənilən məhkəmə işi və ya cəlb edilmiş
məhkəmə icraatı haqqında məlumat;
d.
banka aid ola bilən hər hansı bir qanunvericilik aktı haqqında məlumat.
4.
Komitə və onun Sədrinin qərar qəbuletmə səlahiyyətləri
4.1.
Komitənin aşağıdakı məsələlər üzrə qərarqəbuletmə səlahiyyətləri vardır:
a.
Daxili Audit Departamentinin audit planını təsdiq etmək;
b.
növbədənkənar audit aparılması barədə qərarlar qəbul etmək;
c.
Daxili Audit Departamentinin və onun işçilərinin işdən kənarlaşdırılması üzrə Müşahidə
Şurası qarşısında vəsatət qaldırmaq;
d.
Daxili Audit Departamentinin Əsasnaməsini təsdiq etmək;
e.
Səhmdarların Ümumi Yığıncağının ona vermiş olduğu səlahiyyət çərçivəsində digər
qərarlar qəbul etmək.
4.2.
Komitənin qərarları onun iclaslarında bu Əsasnamənin 3.6-cı maddəsində göstərilən
qaydada səsvermə yolu ilə qəbul edilir.
4.3.
Komitə Sədrinin və ya onun ayrı-ayrı üzvlərinin Komitə adından təkbaşına qərarlar
qəbul etməsinə və onun icra edilməsini İdarə Heyətindən və ya Bankın digər icra strukturlarından tələb
etməyə yol verilmir.
4.4.
Komitənin qərarları Daxili Audit Departamenti üçün məcburidir və bu qərarlar mütləq
yerinə yetirilməlidir. Daxili Audit Departamenti Komitənin qərarlarının yerinə yetirilməsi üçün
məsuliyyət daşıyır.
4.5.
Komitənin Sədri aşağıdakı səlahiyyətlərə malikdir:
a.
Komitənin iclaslarında qəbul olunmuş sənədləri təsdiq etmək;
b.
Komitənin iclasını çağırmaq və iclasları idarə etmək;
c.
Daxili Audit Departamentinin Direktoru və onun işçilərinin vəzifə təlimatlarını təsdiq
etmək;
d.
Ehtiyac olduqda Komitənin icra aparatını formalaşdırmaq, işçiləri işə qəbul etmək, onlarla
müqavilə bağlamaq və vəzifə təlimatlarını təsdiq etmək;
e.
Komitə üzvlərinə bonus, mükafat verilməsi üzrə Səhmdarların Ümumi Yığıncağına
təkliflər vermək;
“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti
17
f.
Komitənin iclaslararası dövrdə Daxili Audit Departamentinin fəaliyyətinə nəzarət etmək
və tənzimləmək;
g.
Səhmdarların Ümumi Yığıncağının ona vermiş olduğu digər səlahiyyət çərçivəsində digər
qərarlar qəbul etmək.
4.6.
Komitə Sədirinin 4.4.-cü bənddə göstərilənlərdən əlavə səlahiyyətləri yalnız bu
Əsasnaməyə Səhmdarların Ümumi Yığıncağı tərəfindən müvafiq dəyişiklik və əlavələr edildikdən
sonra verilə bilər. Bu isə o deməkdir ki, bu Əsasnamənin 4.4.-cü bəndində göstərilənlər istisna
olmaqla, Komitə adından Komitə Səd
r
inin təkbaşına qərarlar qəbuletmə səlahiyyəti yoxdur.
4.7.
Komitə Sədrinin riskli və nəzarət sistemlərinin adekvatlığına nəzarətə mənfi təsir edə
biləcək sahələr üzrə təkbaşına qərar qəbuletməsinə yol verilmir.
Dostları ilə paylaş: |