15 noyabr 2016-cı il
http://www.amu.edu.az
5
Seminarı universitetin tədris
işləri üzrə prorektoru, profes-
sor Sabir Əliyev açıb. S.Əliyev
tədbir təşkilatçıları və iştirak-
çılarını salamlayandan sonra
hələ ulu öndər Heydər Əliyevin
hakimiyyəti dövründə gəncliyin
formalaşması, sağlam həyat
tərzinin
yaxşılaşdırılması
məsələsinə həmişə diqqət və
qayğının göstərildiyini qeyd
edib. Gəncliklə bağlı aparı-
lan siyasətin bu gün uğurla
davam etdirildiyini bildirib.
ATU-nun ölkənin digər təhsil
ocaqlarından fərqləndiyini və
hər il 400-dən artıq tələbənin
600-dən yuxarı bal toplaya-
raq qəbul olduğunu diqqətə
çəkən prorektor, narkoma-
niya əleyinə təşkil olunmuş
belə tədbirlərin ATU-da təşkil
olunmasının əhəmiyyətinə də
toxunub: “Bu cür kampaniya-
ların ali təhsil müəssisələrində
keçirilməsi olduqca müsbət
haldır. Ölkəmizdə gənclərin
formalaşması və onların
zərərli vərdişlərin təsiri altı-
na düşməməsi üçün dövlət
tərəfindən lazımi addımlar atı-
lır. İdman komplekslərinin re-
gionlarda fəaliyyəti, nüfuzlu
beynəlxalq idman yarışlarının
ölkəmizdə keçirilməsi, gənclərin
idmana olan həvəsi və onların
yarışlarda qazandıqları uğurlar
təqdirəlayiqdir. Bu, gənclərin
düzgün formalaşmasına zəmin
yaradır. Ailələrin dağılmasına
və cəmiyyətdə ciddi fəsadlara
səbəb olan narkomaniyaya qar-
şı keçirilən tədbirlərin miqya-
sını daha da genişləndirmək,
cəmiyyəti maarifləndirmək la-
zımdır” - deyən prorektor, tədbir
təşkilatçılarına təşəkkürünü bil-
dirib.
Sonra söz Narkotiklərlə Müba-
rizə İdarəsinin rəisi Zaur Əliyevə
verilib. Rəis hazırda dünyada
250 milyondan çox insanın nar-
kotik vasitələrdən asılı olduğu-
nu və bundan əziyyət çəkdiyini
qeyd edib: ”Bunun 47 milyonu
Latın Amerikasının, 1.2 milyo-
nu Meksikanın, 26 milyonu isə
MDB və Asiya ölkələrinin payı-
na düşüb.”
Narkomaniya bəlasının ölkə-
mizdən də yan keçmədiyini bil-
dirən Z.Əliyev paytaxt üzrə 11
min 700 nəfərin Respublika Nar-
koloji Mərkəzində qeydiyyatda
olduğunu və onların sayının
ilbəil artdığını təəssüfləndirci
hal kimi qeyd edib. İşğal olun-
muş ərazilərimizdə - Dağlıq
Qarabağ ərazisində onlarla nar-
koloji məntəqələr və laboratori-
yaların fəaliyyət göstərdiyini,
nar kotik vasitələrin oradan Ru-
si yaya və digər ölkələrə gön-
dərildiyini iştirakçıların diq-
qətinə çatdırıb. Əldə olunan
gəlirin müharibələrə və insan
tələfatına
yönləndirildiyini
təəssüf hissi ilə qeyd edib.
Sonra Suraxanı rayon 33-cü
Polis Bölməsinin rəisi Tuncay
Abbasov çıxış edib. O, Ame-
rika, Avropa və digər inkişaf
etmiş ölkələrdə narkomani-
yanın vəziyyəti ilə bağlı geniş
məlumat verib. Amerika, Alma-
niya, Yaponiya və digər inkişaf
etmiş ölkələrdə narkomaniya
əleyhinə mübarizə üsullarından
nümunələr söyləyib.
Tədbir
iştirakçıları
üçün
vi de oroliklər
və
süjet-
lər
nümayiş
olunub.
Gənc li yi mizin narkomaniyaya
alu də olmalarının səbəbləri, düş-
dükləri mühitin təsiri və s. ilə
bağlı geniş məlumat verilib. Na-
tiq tələbələrə xitab edərək, onları
bu bəlanın girdabına düşməmək
üçün ayıq olmağa çağırıb.
Çaxışlar zamanı ölkəmizdə də
dövlət tərəfindən bu istiqamətdə
aparılan
mübarizədən
və
onun nəticələrindən söz açılıb.
Tədbir zamanı bir sıra təkliflər
səsləndirilib və tələbələrin su-
allarına ətraflı cavab verilib.
Bu tipıi tədbirlərin digər
təhsil ocaqlarında da davam
etdiriləcəyi vurğulanıb.
Qabil ABDULLAYEV
9 noyabr - Dövlət
Bayrağı Günü ilə əlaqədar
keçirilən yürüşdə Təhsil
Nazirliyinin, nazirliyin
tabeliyindəki qurumların
əməkdaşları, Milli Məclisin
deputatları, ali təhsil
müəssisələrinin rektorları,
müəllim, tələbə və
şagirdlər iştirak ediblər.
Həmişə olduğu kimi, Azərbaycan Tibb Universiteti də bu möhtəşəm tədbirin
iştirakçılarından olub. ATU-nun bütün fakültələrindən olan tələbələr Bayraq Yürüşünə
qatılıblar. 100-ə yaxın tələbə ilə yanaşı, Azərbaycan Tibb Universitetinin prorektorları,
dekan və digər rəhbər şəxsləri Baryraq naminə yürüşdə iştirak ediblər.
Bayraq Yürüşü “Azneft” meydanından başlanıb və Dövlət Bayrağı Meydanında başa
çatıb.
Yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə
vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanması olub.
Yürüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tələbə və şagirdlər Vətənə, bayrağımıza həsr olunmuş şeirlər söyləyib, mahnı və
rəqslər ifa ediblər.
Yürüş zamanı təhsil naziri Mikayıl Cabbarov ölkənin təhsil sahəsində keçirilən
islahatlardan danışıb, bu sahəyə dövlət qayğısının ildən-ilə artdığını vurğulayıb. Nazir
Dövlət Bayrağı Gününün hər il ölkəmizdə geniş şəkildə qeyd olunduğunu bildirib, bu
tədbirlərin əhəmiyyətini xatırladıb.
A
zərbaycan Tibb Universitetinin
(ATU) Tədris Terapevtik Klinika-
sına noyabrın 4-də yeni direktor təyin
olunub. Səhiyyə naziri Oqtay Şirəliyevin
sərəncamı ilə klinikanın direktoru
vəzifəsinə professor Hüseyn Qabulov
təyinat alıb.
ATU-nun rektoru, professor
Gəray Gəraybəyli yeni təyinat al-
mış Hüseyn Qabulovu kollektivə
təqdim edib. Rektor G.Gəraybəyli
onu təbrik edərək, bundan son-
ra klinikada aparılan işin daha da
təkmilləşdiriləcəyinə əmin olduğu-
nu deyib.
Öz növbəsində, klinikanın di-
rektoru H.Qabulov da göstərilən
etimada görə səhiyyə naziri Oq-
tay Şirəliyevə və rektor Gəray
Gəraybəyliyə öz minnətdarlığını
bildirib.
Qeyd edək ki, Klinikanın di-
rektoru, dosent Könül Xəlilova
səhiyyə naziri Oqtay Şirəliyevin
digər sərəncamı ilə Respublika Di-
aqnostika Mərkəzinə baş həkim
vəzifəsinə təyin olunub. Rektor
Gəray Gəraybəyli bu təyinatla bağ-
lı Könül Xəlilovanı təbrik edib, ona
yeni işində uğurlar arzulayıb.
Azərbaycan Tibb Universitetinin Tədris
Cərrahiyyə Klinikasında kadr dəyişikliyi baş ve-
rib. Klinikaya yeni baş həkim təyin olunub.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direk-
toru Surxay Hadıyev yeni baş həkimi kollektivə
təqdim edib. Qeyd edək ki, yeni baş həkim II
cərrahi xəstəliklər kafedrasının professoru Rauf
Maqsud oğlu Ağayevdir.
Tədris Terapevtik Klinikaya yeni direktor
təyin olunub
Tədris Cərrahiyyə Klinikasında da
kadr dəyişikliyi olub
ATU tələbələri Bayraq
Yürüşünə qatılıblar
ATU-da “Narkomaniyaya “YOX” deyək” adlı seminar
m Noyabrın 4-də Azərbaycan
Tibb Universitetində (ATU) Daxili
İşlər Nazirliyinin (DİN) təşəbbüsü
ilə “Narkomaniyaya yox deyək!”
devizi adı ilə seminar keçirilib.