Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə42/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   38   39   40   41   42   43   44   45   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
112 
 
TƏKRARİ TİROİD ƏMƏLİYYATLARINDA SİNİR MONİTORİNQ CİHAZININ ROLU 
 
Minayə Zeynallı 
 
Işin rəhbəri: Azər Hümmətov, Abbas Abbasov 
 
ATU TCK, I Cərrahi Xəstəliklər Kafedrası 
 
Açar sözlər: Tamamlayıcı tiroidektomiya, sinir monitorizasiya, qayıdan qırtlaq siniri 
Giriş:  Son  illər  tiroidektomiya  əməliyyatları  artmaqdadır.  Əməliyyat  zamanı  ən  çox  rast  gələn 
ağırlaşmalardan  biri  qayıdan  qırtlaq  sinirinin  zədələnməsidir.  Total  tiroidektomiyalarda  sinirin 
müvəqqəti  zədələnməsi  1  –  10%,  subtotal  tiroidektomiyalarda  0,9  –  6%  olduğu  halda  sinirin  daimi 
zədələnməsi  hər  ikisində  0  –  1,4%-dir.  İlk  tiroid  əməliyyatından  sonra  inkişaf  edən  iltihab,  çapıq 
toxuması,  qanaxma  və  ödem,    təkrari  tiroid  cərrahiyyəsində  anatomik  sturukturların  seçilməsini  və 
disseksiyanı çətinləşdirir. Tamamlayıcı tiroidektomiyalarda qayıdan qırtlaq sinirinin  zədələnməsi 4 – 8 
dəfə artaraq 3 – 13% təşkil edir.  Aparılan bir çox işlər əməliyyatdaxili sinir monitorinq cihazı (ƏSMC) 
ilə  sinir  zədələnmələrinin  azaldığını  göstərmişdir.
 
ƏSMC  ilə  qayıdan  qırtlaq  sinirinin  disseksiyası, 
sinirin aşkarlanaraq anatomik ortaya çıxarılmasını asanlaşdırır. Bu cihazla tiroid  əməliyyatları güvənli 
şəkildə icra olunur.  
Məqsəd: Əməliyyatdaxili sinir monitorinq cihazının qayıdan qırtlaq sinirinin zədələnməsininin 
qarşısını almaqdakı əhəmiyyətini öyrənməkdir. 
Material və metod: 2014- 2016-cı illərdə  ATU Tədris cərrahiyyə klinikasında  tiroidektomiya icra 
olunan 77 xəstənin nəticələri tədqiq edilmişdir. Onlardan  68-i (88,3%) qadın, 9-u(11,7%) kişi olmuşdur. 
Xəstələr  2  qrupa  ayrılmışdır.  I  qrup  ƏSMC  istifadə  edilən  18  xəstə;  II  qrup  ƏSMC  istifadə  edilməyən 
xəstə qrupu 59 xəstə, I qrup 18 xəstənin 14-də tamamlayıcı tiroidektomiya əməliyyatı icra olunmuşdur.  
Nəticə:  Hər  iki  qrupda  daimi  səs  zədələnməsi  olmamışdır.  Lakin  I  qrupda  tamamlayıcı 
tiroidektomiya  icra  olunan  1  (5,5%)  xəstədə  keçici  səs  karlaşması  qeyd  olunmuş,  aparılan  səs 
terapiyasından 2 ay sonra səsi tamamilə bərpa olunmuşdur. II qrupun isə 3 xəstəsində (5,1%) keçici səs 
karlaşması  olmuşdur.  İlk  3  ay  ərzində  səsi  tamamilə  bərpa  olunmuşdur.  Qruplar  arasında  önəmli 
fərqlər  görülməsinə  baxmayaraq,  I  qrupda    daimi  sinir  zədələnməsinin  olmaması  bu  metodun 
reoperativ tiroid cərrahiyyəsində daimi sinir zədələnməsi riskinin qarşısını alabiləcəyi görülür.  
 
Yekun:  Beləliklə,  təkrar  tiroid  əməliyyatları  cərrah  üçün  çətinlik  törədir.  ƏSMC  ilə  icra  olunan 
qrupda  qalıcı  sinir  zədələnməsinin  olmaması,   bu  üsulun  reoperativ  tiroid  cərrahiyyəsində  qalıcı  sinir 
zədələnməsi  riskinin  qarşısını  ala  biləcəyini  düşünürük  və  residiv  tiroid  cərrahiyyəsində  seçilməsi 
lazım olan köməkçi bir üsul olduğu fikrindəyik. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
113 
 
QALXANABƏNZƏR VƏZİNİN FOLLİKULYAR VƏ HÜRTHLE HÜCEYRƏLİ  
NEOPLAZİYALARININ RAST GƏLMƏ TEZLİYİ 
 
Rafiq Ağasiyev 
 
İşin rəhbəri: Azər Hümmətov 
 
ATU TCK, I Cərrahi Xəstəliklər Kafedrası 
 
Açar sözlər: Follikulyar neoplaziya, Hürtle hüceyrəli neoplaziya, incə iynə aspirasion biopsiyası 
Giriş. İndiki  dövrdə  qalxanabənzər  vəzinin  bədxassəli  şişlərində  cərrahi  müalicə  mütləq  addım 
sayılır.  Lakin  bədxassəliyə  şübhə  ilə  aparılan  əməliyyatların  sonradan  histopataloji  nəticəsi  xoşxassəli 
olaraq  qeyd  olunan  hallar  əhəmiyyətli  dərəcədə  çoxdur.  Belə  əməliyyatlar  ümumi  tiroid 
əməliyyatlarının  25%-ni  təşkil  edir.  Bu  əməliyyatlar  əsasən,  sitoloji  nəticəsi  hürthle  hüceyrəli  və 
follikulyar neoplaziyalı xəstələrdə icra olunur.  
Məqsəd:  Düyünlü  urda  follikulyar  və  hürthle    hüceyrəli  neoplaziyaların  rast  gəlmə  tezliyini 
müəyyən etmək və ədəbiyyat məlumatları ilə müqayisə etməkdir. 
Material  və  metod:    ATUTCK-da    2014  –  2016-cı  illər  arasında  qalxanabənzər  vəzinin 
bədxassəliyə  şübhəli  düyünlərinə  görə  icra  olunan    xəstələr  retrospektif  olaraq  qiymətləndirildi. 
Xəstəlik  tarixlərindən    İİAB  nəticələri,  əməliyyat  məlumatları  və  əməliyyat  zamanı  alınan  materalin 
histopatoloji nəticələri qeyd edildi. Sitoloji material 3 əsas kateqoriyada təsnif olundu: 1-Xoşxassəli;  2-
FN  və  HHN;  3-Bədxassəli.  Əməliyyatdan  sonra  histoloji  nəticələr  xoş,    bədxassəli  olaraq   
qiymətləndirildi. Xəstələrin histopatoloji nəticələri ilə İİAB-nin sitoloji  nəticələri müqayisə edildi.  
Nəticələr:  QV  USM  ilə  1,0  –  4,0  sm,    “şübhəli”  düyünü    olan  57  xəstəyə  İİAB  edildikdən  sonra 
tiroidektomiya icra edilmişdir.  57 xəstənin  50-si qadın (87,7%), 7-si kişi  (%12,3) olmuşdur. Qadın orta 
yaş  həddi  42,24  il,  kişi  orta  yaş  həddi    50,8  il  olaraq  qeyd  edildi.
 
İİAB  sitologiyası  zamanı  34  xəstədə 
xoşxassəli (59.7 %), 15-də FN və HH (26.3 %), 8-də bədxassəli (14.0 %) nəticə aşkar edildi. Histopatoloji 
nəticə: 41 xoşxassəli (71,9%), 16  isə bədxassəli (28,1%) aşkarlanmışdır. FN və HHN olan 15 xəstədən  3-
ü  (20%)  bədxassəli,  4-də  folikulyar  adenoma,  1-də  hürtle  hüceyrəli  onkositar  adenoma,  7-də 
adenamatoz hiperplaziya qeyd  edilmişdir. 
 
McHenry  CR  (2010);  Liu  FH,  Liou  MJ  (2011)  tədqiqatlarında  FN  xəstələrin  histopatologiyasının 
20  %-i   bədxassəli,  85%  -ə  yaxın  xəstədə  ehtiyac  olmadan  əməliyyat  edilməkdədir.  Yang  J  et  al.  (2007) 
görə  isə  326  xəstədən  67,8%-i  xoşxassəli,  32,2%-də  isə  bədxassəli  qeyd  olunmuşdur.  Bizim  tədqiqarda 
isə 80% xoşxassəli , 20% bədxassəli olmuşdur.
 
Yekun: Beləliklə, folikulyar və hürtle hüceyrəli neoplaziya aşkarlanan xəstələrdə əməliyyat qərarı 
təkcə  İİAB-nin  nəticəsinə  görə  deyil,  həm  “şübhəli”  ultrasonoqrafik  göstəricilər,  həm  də  molekulyar 
markerlər müəyyən olunduqdan sonra verilməlidir.  
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə