ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
118
* Alt uterin segmentdə keysəriyyə çapığı içində daxili dəlik səviyyəsində hamiləlik kisəsi izlənir
* “Sürüşmə” əlaməti izlənmir[5]
Differensal diaqnostika:
Heterotopik hamiləliyin aşağıdakı xəstəliklərlə differensial diaqnostikası aparılmalıdır:
Trofoblastik xəstəlikdə-ultrasəs müayinədə döl kisəsinin olmaması,qar çovğunu əlaməti;
normal yerləşmiş hamiləlikdə -uşaqlıq boşluğunda döl kisəsinin aşkar olunması,
artımlar nahiyəsinin patologiyasız olması;
ektopik hamiləlik - B-HCG –nin dinamik müayinədə 2 dəfədən az artması, nor-
mal yerləşmiş döl kisəsinin müşahidə olunmaması.
Heterotopik
hamiləliklərdə
müalicə
metodunun
seçilməsi
xəstənin
hemodinamik
vəziyyəti,ektopik hamiləliyin lokalizasiyası,uşaqlıqdaxili hamiləliyin arzuolunan olub olmamasından
asılıdır.Hemodinamika pozulmuşdursa bu zaman cərrahi metod seçilir,hemodinamik göstericilər
normal olduğu halda konservativ metodlarda effektiv olur.Əgər uşaqlıqdaxili hamiləlik arzuolunmursa
sistematik metotreksat tətbiq oluna bilər.Əks halda ektopik hamiləlik kisəsinə lokal az dozada
metotreksat,kalsium xlorid,hipertonik məhlul ineksiyası edilərək effekt əldə etmək mümkündür[6;7;8].
Tədqiqatın məqsədi : Hamiləliklərdə ölüm hallarının qarşısının alınması məsədi ilə heterotopik
hamiləliyin kliniki əlamətlərə və laborator- instrumental müayinələrə əsasən müvafiq konservativ və ya
cərrahi müalicəsinin aparılması
Material və metodlar
28 yaşında qadın(H1D1A0) aybaşı tsiklinin gecikməsi,tund qəhvəyi rəngli ifrazat şikayətilə
klinikaya müraciət etmişdir.Transvaginal USM-də endometriyanın qalınlaşması(16mm,əlavələr
müşahidə olunmur),artimlar nahiyyəsinin sərbəst,patologiyasız olması aşkar etmişdir.Hamiləliyi istisna
etmək məqsədilə qanda b-HCG yoxlanılmış,nəticəsi 3499 mIU/ml (4-5 həftəlik hamiləliyə uyğun) təsbit
edilmişdir.Təkrar müayinələr 1 gün aralıqla aparılmış və b-HCG səviyyəsi 4750 mIU/ml;9201 mIU/ml
aşkar edilmişdir.Xəstəyə yenidən TV USM olunmuş,uşaqlıq boşluğu və artımlar nahiyyəsində döl kisəsi
müşahidə olunmamışdır.b-HCG.nin səviyyəsinin 1 gun araliqla müayinədə 2 dəfədən dah cox artdığını
nəzərə alaraq xəstədə “trofoblastik xəstəliyə” şübhə yaranmışdır.Xəstənin təkidi ilə uşaqlıq boşluğunun
diaqnostik
qaşınması
əməliyyatı
icra
olunmuş
və
material
patoloji
müayinə
üçün
göndərilmişdir.Xəstəyə nəzarət məqsədilə təkrar b-HCG müayinəsi aparılmış və nəticəsi 5200 mIU/ml
aşkar edilmişdir.Patoloji müayinənin rəyinə əsasən uşaqlıq boşluğundan alınan materialda “xorion
villusları və desidual hüceyrələr” aşkarlanması ilə hamiləlik diaqnozu qoyulmuşdur.
2 gün sonra xəstə yenidən qarnın aşağı nahiyyəsində ağrılar,ləkə şəkilli qanlı ifrazat şikayətilə
müraciət etmiş və müayinə aparılmışdır.b-HCG səviyyəsi yüksələrək 12826 mIU/ml olmuşdur.TV
USM-də sol artımlar nahiyyəsi bir qədər həssas, sol yumurtalıqla borunun ampulyar ucu arasındakı
nahiyyədə 2,8*3,0 sm ölçüdə kütlə aşkarlanmışdır.Dopplerometrik müayinədə kütlənin ətrafında
qanlanma “alov həlqəsi” şəklində müşahidə olunmuş və “heterotopik hamiləlik” şübhəsi
yaranmışdır.Xəstəyə müalicə alternativləri izah edilmiş,cərrahi müdaxilədən imtina etdiyi üçün
metotreksat tək doza sxemi ilə təyin edilmişdir.4 gün sonrakı müayinədə b-HCG-nin səviyyəsi 17797
mIU/ml yuksəlmiş və metotreksatın effektsizliyi təsbit edilmişdir.Xəstədə diaqnostik laparoskopik
əməliyyat aparılmışdır.Əməliyyat zamanı sol borunun ampulyar nahiyyəsində 3,0*3,5 sm ölçüdə kütlə
izlənmiş və xaric edilmişdir.Əməliyyatdan alınan materialın patoloji müayinəsində “xorion villusları və
desidual hüceyrələr” aşkarlanması “heterotopik hamiləlik” diaqnozunu təsdiqləmişdir.
Nəticə:
1.Dinamik müayinədə B-HCG-nin normal artımı heterotopik hamiləliyi istisna etmir.
2.Hamiləliyin suni pozulmasından sonra heterotopik hamiləlik ehtimalını nəzərdən qaçırmamaq
üçün abortdan sonra b-HCG-nin dinamik müşahidəsini izləmək tövsiyyə olunur.
3. Birinci trimestrdə hipoqastral ağrı şikayətləri zamanı heterotopik hamilelik istisna olunmalıdır.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
119
Ədəbiyyat icmalı:
1.
Reece EA, Petrie RH, Sirmans MF, Finster M, Todd WD. Combined intrauterine and
extrauterine gestations: a review. Am J Obstet Gynecol 1983;146:323-30. 3
2.
“Williams Obstetrik” 2010;241-247
3.
“Obstetrik ve Jinekolojide Ultrasonografi” Prof.Dr. M.Nedim Çiçek 2015;184-185
4.
Schenker JG, Ezra Y. Complications of assisted reproductive techniques. Fertil Steril
1994;61:411-22.
5.
“Obstetrik ve Jinekolojide Ultrasonografi” Prof.Dr. M.Nedim Çiçek 2015;703-714
6.
17. Reece EA, Petrie RH, Sirmans MF, Finster M, Todd WD. Combined intrauterine and
extrauterine gestations: a review. Am J Obstet Gynecol 1983;146:323-30. 18.
7.
Oyawoye S, Chander B, Pavlovic B, Hunter J, Gadir AA.
Heterotopic pregnancy: successful management with aspiration of cornual/interstitial
gestational sac and instillation of small dose of methotrexate. Fetal Diagn Ther 2003;18:1-4. 19.
8.
Taskin S, Taskin EA, Ciftci TT. Heterotopic cesarean scar pregnancy: how should it be
managed? Obstet Gynecol Surv 2009;64:690-5.
Dostları ilə paylaş: |