ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
122
BEL – OMA NAHİYƏSİNDƏ DİSK PROTEZLƏRİNİN İSTİFADƏSİNİN CƏRRAHİ
ƏHƏMİYYƏTİ. TLİF ƏMƏLİYYATI
Tural Mustafayev
İşin rəhbəri: Cəmil İskəndərov
ATU TCK, Neyrocərrahiyyə kafedrası
Açar sözlər : disk protezləri, residiv disk yırtıqları , TLİF
Giriş : Xəstələrdə residiv disk yırtıqları,spondilolistezlər zamanı bu protezlərin istifadəsinə
ehiyac duyulur. Bu TLİF əməliyyatı (transforaminal lumbar interbody fusion) adlanır.
Məqsəd: Bel-oma nahiyyəsində disk protezlərinin rolunun optimal qiymətləndirilməsi.
Material və metodlar: Biz öz təcrübəmizdə 30 residiv disk yırtığı diaqnozu qoyulmuş və cərrahi
əməliyyat icra olunmuş xəstələr araşdırmışıq. Bu xəstələrdə klinik əlamətlər qiymətləndirildikdən sonra
paraklinik müayinə kimi MRT və funksional R- müayinələrdən istifadə etmişik. Əksər xəstələrimizdə
funksional R-müayinələrdə bu və ya digər dərəcədə qeyri-stabillik hallarının olması aşkar olunmuşdur.
Biz xəstələrimizə 3 qrup cərrahi əməliyyat icra etdiyimizdən şərti olaraq onları 3 qrupa
ayırmışıq:1)Yalnız təkrari diskektomiya olunan xəstələr – 20 2) Diskektomiya ilə yanaşı transpedikulyar
fiksasiya olunmuş xəstələr – 6 3)Diskektomiya, transpedikulyar fiksasiya ilə yanaşı disk protezi
yerləşdirilmiş, yəni TLİF əməliyyatı icra olunmuş xəstələr - 4
Nəticə: Əməliyyatdan sonrakı dövrü müayinə etdikdə I qrup xəstələrimizin əksəriyyətində
əməliyyatdan əvvəl olan bel ağrılarının qalması, əksər hallarda hətta artması qeyd olunur. II qrup
xəstələrdən birində qoyulmuş vidaların boşalması ilə əlaqədar təkrari bel ağrılarının daha şiddətli
şəkildə qayıtması aşkar olunub. III qrup xəstələrdə isə ilkin dövrlərdə əməliyyat həcminin böyük
olması ilə əlaqədar ağrılar digər qruplara nisbətən bir qədər çox olsa da sonrakı dövrlərdə xəstələrin
həyat şəraitinin daha komfortlu olması, ağrıların olmaması aşkar olunub.
Yekun: Beləliklə residiv disk yırtıqları zamanı, xüsusəndə yanaşı olaraq qeyri-stabillik olan
hallarda TLİF əməliyyatının icra olunması məqsədəuyğundur.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
123
II TİP DİABETİ OLAN KATARAKTALI XƏSTƏLƏRDƏ ƏMƏLİYYATDAN SONRAKI MAKULA
ÖDEMİNİN AŞKAR EDİLMƏSİNDƏ OCT-NİN ROLU
Aysel Qəhrəmanova
İşin rəhbəri: Hafiz Qəhrəmanov
ATU TCK, Oftalmologiya Kafedrası
Giriş: Məlum olduğu kimi katarakta əmaliyyatından sonra inkişaf edən makula ödemi (MÖ)
xəstələrdə pisgörmənin əsas səbəbidir. Xüsusi ilə diabet əməliyyatdan sonra makula ödeminin inkişafi
üçün böyük risk amilidir.Buna görə də katarakta əməliyyatindan sonra makula ödeminin aşkar
edilməsi və müalicəsi əməliyyatdan sonrakı görmə funksiyalarının artırılmasi üçün böyük əhəmiyyət
kəsb edir.
Məqsəd: II tip diabeti olan xəstələrdə əməliyyatdan sonrakı makula ödemi hallarin öyrənmək və
aşkar olunmasında OCT müayinəsinin rolunu dəyərləndirmək.
Material və metodlar: araşdırma qrupuna 2014 – 2016 illər ərzində ATU-nun TCK-nin
oftalmologiya şöbəsində II tip diabeti olan və katarakta əməliyyatı olunmuş və IOL implantasiyası
olunmuş 100 xəstə daxil edilmişdir. Xəstələrdən 64-ündə phaco + İOL implantasiyası əməliyyatı, 36-da
KEE + İOL implantasiyası əməliyyatı olunmuşdur.OCT əməliyyatdan öncə yalnız göz dibi müayinə
oluna bilən xəstələrdə aparılmışdır.20 xəstədə yanaşı qlaukoma, 16 xəstədə miopiya, 14 xəstədə yaşla
bağlı makula distrofiyası ( quru forma) qeyd olunmuşdur. Diabetin aşkar olunma müddəti xəstədə 1
– 5 il, xəstədə 5 – 9 il , və xəstədə 10 ildən çox olmuşdur. Mərkəzi kornea qalınlığının 30% dən çox
artması əməliyyatdan sonrakı makula ödeminin göstəricisi kimi qəbul edilmişdir.
Nəticə: II tip diabeti olan xəstələrin 29-da əməliyyatdan 3 ay sonra makula ödemi müşahidə
olunmuşdur. Bunlardan 1-5 il diabet stajı olan xəstələrdə 5-9 il diabet stajı olan xəstələrdə və 10 ildən
çox diabet stajı olan xəstələrdə müşahidə olunmuşdur . Göründüyü kimi mərkəzi makula qalınlığının
əməliyyatdan 3ay sonra artmasi 10 ildən çox diabeti olan xəstələrdə əhəmiyyətli dərəcədə çoxdur. Digər
tərəfdən insulin qəbulu, diabet nefropatiyası, diabet retinopatiyasının səviyyəsi kimi risk amilləri
əməliyyatdan sonrakı makula ödeminin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir.
Yekun: Ayrıca qeyd etməliyik ki, 10 ildən çox diabeti olan xəstələrdə əməliyyatdan sonra makula
ödeminin inkişaf etmə riski də böyükdür. Araşdırmaların nəticələri göstərir ki OCT müayinəsi II tip
diabeti olan xəstələrdə katarakta əməliyyatı sonrası inkişaf edən makula ödeminin aşkar olunması,
qiymətləndirilməsi və adekvat müalicənin vaxdının seçilməsində böyük əhəmiyyət kəsb edir .
Dostları ilə paylaş: |