ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
116
ATUREK - 5: Ginekologiya bölməsi
ZAHILIQ DÖVRÜNDƏ QANAXMAYA GÖRƏ LAPAROSKOPİK UŞAQLIQ DAMARLARININ
BAĞLANMASI
Arzu Poluxova, Rəxşəndə Əliyeva
İşin rəhbəri: İslam Mahalov
ATU TCK, I mamalıq –ginekologiya kafedrası
Açar sözlər Zahılıq qanaxması,laparoskopik üsul,damarların liqasiyası
Giriş Zahılq qanaxmalar ana ölümünün en qorxulu fəsadlarından biridir və buna baxmayaraq
hələ də çox hallarda baş verir.Bunun qarşısını almaq üçün bir neçə üsullardan istifadə
olunur.Bunlardan biri laparoskopik üsuldur.
Məqsəd Zahılıq dövründə koaqulopatik/septik qanaxmaya görə aparılmış laparoskopik iki tərəfli
uşaqlıq arteriyasının bağlanması əməliyyatı nümunəsi və ədəbiyyat icmalı əsasında bu müdaxilənın
qadın sağlamlığının bərpası üçün əhəmiyyətini müzakirə etmək.
Material 27 həftəsində toksik/septiki əlamətlərlə doğuş sancılar ilə 25 yaşlı xəstə stasionara daxil
olmuşdur. Vaxtından tez baş vermiş doğuşdan sonra güclü qanaxma baş vermişdir. 3 saat ərzində
trombositlərin 60 –dək enməsi, Prokalsitonin testinin - 159,35 mg/ml fonunda konservativ tədbirlərin
uğursuz olması ilə bağlı laparoskopik damarların bağlanması qərarı verilmişdir.Əməliyyat 30 dəq
davam etmişdir. Əməliyyat daxili qan itkisi 10 ml dən az olmuşdur. Damarlar bağlandıqdan sonra çox
qısa müddətdə qanaxma dayanmışdır.
Müzakirə Ədəbiyyatda (pubmed-də aparılmış axtarışa əsasən) cəmisi 2 laparoskopik girişdən
uşaqlıq damarlarının bağlanması barədə dərc olunmuş məlumat mövcuddur. Bu əməliyyat adətən açıq
və başqa qanaxmanın dayandırılması məqsədi ilə icra olunan müdaxilələrə nisbətən daha az aparılır.
Səbəb kimi bir neçə amil göstərilir, onların içərisində problemin təbii ki mamlıq stasionarında baş
verməsi və sırf mamalıqla məşqul olan həkimlər tərəfindən həll olunması göstərilir. Qabaqcıl çoxprofilli
aparıcı mərkəzlərdə isə qeyri-cərrahi embolizasiya tərəf meyillik qeyd edilir.
Nəticə Uşaqlıq damarlarının zahılıq qanaxmasına görə laparoskopik bağlanılması qadınların
həyatını,sağlamlığını və uşaqlığını qorumaq üçün praktikada daha geniş tədbiq oluna bilər.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
117
SPONTAN TSİKLDƏ HETEROTOPİK HAMİLƏLİK
Əlizadə N.Ə., Məmmədova A.H.,Ukalayeva R.R.
İşin rəhbəri: Əmirova A.F.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
Açar sözlər: heterotopik hamiləlik, ektopik hamiləlik, B-HCG
Giriş: İntrauterin və ekstrauterin hamiləliyin birlikdə rast gəlinməsi heterotopik hamiləlik
adlanır.Ekstrauterin hamiləlik çox vaxt uşaqlıq borularında rast gəlməsinə baxmayraq bəzi hallarda
yumurtalıq, uşaqlıq boynu,uşaqlıq buynuzu, usaqlıqdakı çapıq nahiyyəsində yerləşməsi mümkündür.
İlk dəfə 1708-ci ildə Duverney tərəfindən autopsiya zamanı boru hamiləliyinin pozulması
səbəbiylə ölən qadında eyni zamanda uşaqlıq daxili hamiləlik aşkar olunmuşdur [1].Spontan tsikldə
heterotopik hamiləliyin rast gəlmə tezliyi 1:30000dir.Köməkçi reproduktiv texnologiyanin (IVF,ICSI)
istifadəsindən sonra baş vermiş hamiləliklərdə bu göstərici artaraq 1:100 nisbətindədir [2].Başqa risk
faktorları keçirilmis çanaq boşluğunun iltihabi xəstəlikləri,UDVnin olması və s.kimi qeyd oluna
bilər.Spontan heterotopik hamiləlikdə anamnezdə hər hansı bir risk faktoru olmadıqda,ektopik
hamiləliyin ilk etapı asimptomatik olduqda heterotopik hamiləlik düşünülmür və diaqnostika
gecikir.Heterotopik hamiləlik zamanı daxili qanaxma səbəbindən ana ölümü tezliyi artır.
Heterotopik hamiləlikdə normal yerləşmiş hamiləliklə yanaşı ektopik hamiləlik də mövcud
olduğu üçün sonuncuya xas klinik gedişə malik olur. Klassik triada: amenoreyadan sonrakı anormal
vaginal qanama ləkə şəklində, abdominal və ya pelvik ağrı, palpasiyada artımlar nahiyyəsində
həssasiyyət müşahidə olunur. Ağrı əsasən hipoqastral nahiyyədə olsada digər nahiyyələrə də
irradiasiya edə bilər. Baş gicəllənmədən bayılmaya qədər dəyişən vazomator dəyişikliklər inkişaf edə
bilər. Vaginal müayinədə servikal hərəkətlər ağrıya səbəb olur.Lakin bu simptolarla müraciət edən
xəstələrdə uşaqlıq daxili hamiləlik müəyyən edildikdə mövcud simptomlar daha çox normal və ya
pataloji uşaqlıq daxili hamiləliklə əlaqələndirilir və heterotopik hamiləlik ehtimalı nəzərdən qaçır.
Heterotopik hamiləlikləerin erkən diaqnostikası xəstənin gələcəkdə fertillik qabiliyyətinin
saxlanmasında,ana ölümlərinin tezliyinin azaldılmasında vacib məqamlardan biridir.Heterotopik
hamiləliklərin diaqnostikasında instrumental və laborator müayinələr mühüm rol oynayır.Bunlardan
biri USM dir.TV USM vasitəsilə uşaqlıq daxilində hamiləlik kisəsi qanda B-HCG səviyyəsi 1000-1500
mIU/ml və yuxarı,TA USM vasitəsilə 3500mIU/ml dən yüksək olduqda izlənməlidir [3] .Heterotopik
hamiləlik zamanı biri uşaqlıq daxilində normal lokalizasiyalı olmaqla iki müxtəlif lokalizasiyalı
hamiləlik kisələri izlənir.Normal usaqlıq daxili hamiləlik zamanı USM də müəyyən olunan adneksiyal
kütlə hemorragik sarı cisim kimi dəyərləndirilə bilər və bu da diaqnostikanın gecikdirilməsinə səbəb
olur.belə hallarda ana ölümü 1%,uşaqlıq daxili dölün ölüm tezliyi isə 45-65% olaraq
göstərilmişdir[4].Ektopik yerləşmiş hamiləlik kisəsinin lokalizasiyasından asılı olaraq USM də müxtəlif
əlamətlər izlnə bilər:
1.Tubal ektopik hamiləlik : Yumurtalıqlardan ayrı exogen kütlə izlənməlidir
* Homogen olmayan adneksiyal kütlə izlənə bilər
* Hiperexogen çərçivə ilə əhatə olunmuş uşaqlıqdan kənar hamiləlik kisəsi
* Ürək vurğusu olan və ya olmayan sarılıq kisəsi olan hamiləlik kisəsi - əlamətlərindən biri
izlənməlidir.
2.İnterstisial etopik hamiləlik: İnterstisial xət əlaməti izlənə bilər
3.Servikal ektopik hamiləlik:
* Daxili dəlik seviyyəsindən aşağıda izlənən hamiləlik kisəsi
* Hamiləlik kisəsində “süsrüşmə” əlamətinin olmaması
4.Yumurtalıq hamiləliyi:USM üçün diaqnostik kriteriyalar müəyyən olunmamışdır
* Hamiləlik materiyalı yumurtalıq toxumasına bağlı olaraq izlənir
* Yumurtalıq hamiləliklərində çox zaman sarılıq kisəsi və fetal qütb izlənmir.
5.Keysəriyyə çapığı hamiləliyi:
Dostları ilə paylaş: |