ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
120
BORU MƏNŞƏLİ SONSUZLUĞUN MÜALİCƏSİNDƏ LAPAROSKOPİK TUBOPLASTİKA
ƏMƏLİYYATININ ƏHƏMİYYƏTİ
Səyyarə Hacıyeva
İşin rəhbəri: Turab Canbaxişov, Səadət Bağırova
ATU TCK, II Mamalıq-ginekologiya kafedrasının IV kurs rezidenti
Açar sözlər: uşaqlıq borusu, sonsuzluq, hidrosalpinks, laparoskopik tuboplastika
Giriş: Uşaqlıq boruları yumurta hüceyrə, spermatozoidlərin və mayalanmış yumurta hüceyrənin
passajı funksiyasını yerinə yetirir. Boruların keçiriciliyinin pozulması nəticəsində boru mənşəli
sonsuzluq yaranır. Boru mənşəli sonsuzluq 30-35% hallarda olur.
Boruların okklüziyasını müəyyən etmək üçün histerosalpingoqrafiya (HSG) müayinə üsulundan
istifadə olunur, qeyri- invaziv üsul olduğundan etibarlılığı 85%-dir. Buna görə də boruların
keçiriciliyini yoxlamaq üçün diaqnostik laparoskopiya qızıl standartdır.
Məqsəd: Boru mənşəli sonsuzluğu olan qadınlarda laparoskopik tuboplastika əməliyyatından
sonra baş vermiş hamiləlikləri aşkar etməkdir.
Material və metod: tədqiqat yanvar 2015-oktyabr 2016 tarixlərində aparılmışdır. Tədqiqatda 18
qadın iştirak etmişdir. Xəstələrin orta yaşı -29,8 (21-41). I-li sonsuzluq müddəti -2.5 il (2-4), II-li
sonsuzluq müddəti-3.5 ildir (2-7).
Bütün əməliyyatlar ATU TCK II MGŞ-də laparoskopik üsulla icra edilmişdir. Əməliyyatdan
əvvəl bütün xəstələrə HSG olunmuşdur. Əməliyyat zamanı uşaqlıq boşluğuna yerləşdirilmiş kateter
vasitəsilə boruların keçiriciliyi yoxlanmışdır. Hidrosalpinksdə, tam bağlı boru ucları “+” şəkilli
kəsilərək 4 yarpağa ayrılmışdır. Daralmış borular isə boylama kəsilərək keçiriciliyi bərpa edilmişdir.
Borudakı qanaxmalar 40W gücündə bipolyar koaqulyatorla limitli koaqulasiya olunmuşdur.
Əməliyyatlar fəsadsız keçmişdir. Əməliyyatdan sonra bütün xəstələrə antibiotikoterapiya və yenidən
adheziyaların yaranmasının qarşısını almaq üçün QSİƏM təyin olunmuşdur.
Nəticə: Ümumiyyətlə, əməliyyatın effektivliyi xəstənin yaşından,okklüziyanın bir və ya ikitətəfli
olmasından, proksimal və distal okklüziyanın birlikdə təsadüf etməsindən və qarın boşluğunda
adheziyaların olub-olmamasından asılıdır. Tədqiqatımızda iştirak etmiş 18 qadından 9-u (50 %-i) ilk 6
ayda hamilə qalmışdır, digər qadınlarda hamiləlik baş verməmişdir. Hamilə qadınlarda boru hamiləliyi
müşahidə olunmamışdır.
Yekun: Beləliklə, tədqiqatımızın və müxtəlif ölkələrdə aparılmış tədqiqatların nəticələrinə əsasən
bu qərara gəlmək olar ki, boru mənşəli sonsuzluğu olan qadınlarda süni mayalanmaya alternativ olaraq
fertilliyi bərpa etmək məqsədilə aparılan əməliyyatlar hələ də öz aktuallığını qoruyur.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
121
ATUREK - 5: Neyrocərrahiyyə / Travmatologiya / Oftalmologiya bölməsi
BEL – OMA FƏQƏRƏARASI DİSK YIRTIQLARININ CƏRRAHİ MÜALİCƏSİNİN
NƏTİCƏLƏRİNƏ TƏSİR EDƏN BƏZİ AMİLLƏR VƏ AĞRI SİNDROMUNUN
MÜALİCƏ PRİNSİPLƏRİ
Ceyhun Əliyev
İşin rəhbəri: Niyazi İsayev
ATU, Hərbi Tibb Fakultəsi
Açar sözlər: Osteoxondroz, fəqərəarsı disk yırtığı, residiv ağrı sindromu.
Giriş: Onurğa cərrahiyyəsinin müasir texnalogiya ilə bağlı inkişafına baxmayaraq, fəqərəarası
disklərin yırtığına görə əməliyyat olunmuş xəstələrin təxminən 15%-də ağrı sindromu azalmış, 5-20%
hallarda ağrı sindromunun residivi qeydə alınmışdır.
Məqsəd: Bel-oma fəqərəarası disklərin yırtığına görə aparılmış cərrahi əməliyyatların
nəticələrinə təsir edən amilləri aşkarlayaraq, ağrı sindromunun müalicə prinsiplərini müəyyən
etməkdən ibarətdir.
Material və metodlar: Tərəfimizdən SQ BKH-da 2011-2016-cı illərdə bel-oma fəqərəarası
disklərin yırtığına görə müalicə almış 248 xəstənin müayinə və müalicə prinsipləri
öyrənilmişdir.Tədqiqatımızın əsasını təşkil edən fəqərəarası disk yırtığına görə cərrahi əməliyyat
olunmuş 93(37,5%) xəstələrin müalicələrinin nəticələri araşdırılmışdır. Xəstələrin müraciət etmələrinə
səbəb kəskin ağrı sindromu və bel-oma nahiyyəsində hərəkət məhdudluğu olmuşdur. Orta yaş 31.2 (19-
68 yaş) təşkil etmişdir. Bütün xəstələr nevroloji olaraq tam müayinə olunmuşdur. Neyrovizualizasiya
məqsədilə KT (14 xəstədə) və MRT (79 xəstədə) istifadə edilmişdir. Xəstələrin 81-də (88.1 %) parsial
hemilaminoektomiya və diskektomiya, 12-də (11.9%) isə interlaminar diskektomiya əməliyyatı icra
edilmişdir.
Nəticə: 93 xəstənin 4-də (4.3%) əməliyyatdan sonra ağrı sindromu nisbətən saxlanılmış, 2 halda
(2.1%) cərrahi müdaxilədən təqribən 1 ay sonra yüksək hərarətlə kəskin ağrı sindromu (spondilodikitlə
fəsadlaşma) müşahidə edilmiş, qalan hallarda (93.6%) əməliyyatdan müəyyən müddət sonra ağrılar
əmələ gəlmişdir.
Əməliyyatdan sonra ağrı sindromunun reqressə olunmamasına səbəb onurğa kanalının stenozu
olmuşdur.
Müxtəlif dərəcəli spinal stenoz xəstələrin 24-də (25.8%)
aşkarlanmışdır. Təsadüflərin 11-də (11.9%) ağrı sindromuna
səbəb spondiloartroz, 60-da ( 67.8%) isə peşə ilə bağlı lazımi
qaydalara tam əməl olunmaması- peşə xəstəliyi amili
olmuşdur.
Yekun:
1. Müsbət müalicəyə nail olmaq üçün əlavə müayinə
üsullarının (KT, MRT) nəticələrinin klinik əlamətlərlə uyğun
olması vacibdir.
2.
İnfeksion
ağırlaşmaların
profilaktikası
üçün,
əməliyyatdan əvvəl və sonra geniş spektirli antibiotiklərin
tətbiqi məqsədəuyğundur.
3. Onurğa kanalının stenozu, spondiloartrozu və
əməliyyatdan sonra müvafiq hərəkətlərə əməl olunmaması
fəqərəarası
diskin
yırtığına
görə
aparılmış
cərrahi
əməliyyatdan sonra ağrının yaranması və saxlanmasına təsir edən əsas amillərdəndir.
Beləliklə, bel-oma fəqərəarası disk yırtığına görə cərrahi əməliyyatlardan sonra ağrı sindromu
kifayət qədər tez rast gəlinir. Uğurlu müalicə üçün ağrı sindromunun xüsusiyyətləri və yaranmasının
formalaşmasında aparıcı əhəmiyyət kəsb edən əsas amillər aşkarlanmalıdır.
Dostları ilə paylaş: |