Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə48/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   44   45   46   47   48   49   50   51   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
124 
 
ESTEZİONEYROBLASTOMANIN ENDOSKOPİK ENDONAZAL EKSİZİYASI:  
KLİNİK MÜŞAHİDƏ 
 
Tibb xidməti baş leytenantı: Qaffarov Vüsal İlyaz oğlu
1

Hacı Günel Rasim qızı

 
İşin rəhbəri: Tibb xidməti mayoru Əkbərov Elnur Fərhad oğlu
3

 
1
Azərbaycan Tibb Universitetinin, Hərbi Tibb Fakultəsi, Bakı, Azərbaycan. 
2
Milli Onkologiya Mərkəzi. 
3
Silahlı Qüvvələrin Baş Klinik Hospitalı, Bakı, Azərbaycan. 
 
Açar sözlər: Estezioneyroblastoma, endoskopik yanaşma. 
Giriş:Olfaktor  (qoxu)  neyroblastoma  (Estezioneyroblastoma),  qoxu  neyroepitelindən  inkişaf  edən, 
bədxassəli,  neyroektodermal  törəmədir.İlk  dəfə  1924-cü  ildə  Berger  və  Luc  tərəfindən  təsvir  edilmişdir.  Həmin 
müddətdən bu günə qədər ədəbiyyatda 1200 xəstə təqdim edilmişdir. Burun boşluğu şişlərinin 3-5%-ni təşkil edir.  
Tədqiqatın  məqsədi:Estezioneyroblastomaya(ENB)  müasir  klinik  yanaşma,  müalicəsində  endoskopik 
eksiziyanın dəyərləndirilməsi. 
Material  və  metodlar:  Sağtərəfli  ptoz  və  proptozis  olan,  patohistoloji  olaraq  estezioneyroblastoma 
diaqnozu  təsdiqlənmiş  61  yaşlı  xəstəyə  icra  etdiyimiz  endoskopik  eksiziya  əməliyyatının  1  il  sonrakı  nəticəsi 
təqdim edilmişdir. Kadiş təsnifatına əsasən mərhələ C olaraq təsnif edildi. Törəmənin endoskopik eksiziyası, icra 
edildi. Əməliyyatdan sonrakı dövrdə xəstəyə radioterapiya tədbiq edilmişdir. 
 
     
 
 
Nəticə:Burun  tutqunluğu  və  burun  qanaxması  şikayəti  ilə  müraciət  edən  xəstələrdə  ENB  olma  ehtimalı 
nəzərə alınmalıdır. ENB qısa  müddətdə  anrezektabl sərhədlərə  çatan aqressiv şişdir. ENB diaqnozu patohistoloji 
olaraq  təsdiqlənmiş  xəstəyə  icra  etdiyimiz  endoskopik  eksiziya  əməliyyatından  1  il  sonrakı  kranial  maqnit 
rezonans tomoqrafiya müayinəsi zamanı residiv aşkar edilmədi.Nəticə olaraq, endoskopik yanaşma əməliyyatdan 
sonrakı  bərpa  dövrünü  qısaldmaqla  yanaşı,  müalicə  məsrəflərini  azaldır  və  xəstənin  iş  qabiliyyətini  itirmə 
günlərini minimuma endirir. 
Müzakirə:ENB fərqli histoloji formalara malik olabilən, histogenezi dəqiq bilinməyən , nadir rast gəlinən 
xüsusi bir bədxassəli neyroektodermal şiş formasıdır. Hər bir yaş qrupunda rast gəlinə bilinsədə, daha çox 3-cü və 
6-cı  onilliklərdə  daha  çox  rast  gəlinir.Xəstələr  daha  çox  birtərəfli  burun  tıxanıqlığı  və  burun  qanaxması,  nadir 
hallarda  rinorea  və  anosmiya  şikayətləri  ilə  müraciət  edirlər.  Xəstəliyin  başlanğıc  simptomları  spesifik  olmadığı 
üçün  xəstələrin təxminən 70%-nə diaqnoz gecikmiş  mərhələdə qoyulur. Törəmə  makroskopik olaraq boz rəngli, 
yumuşaq konsistensiyalı, polipoid kütlə şəklində olub, üzərində qanaxma və nekroz sahələri müşahidə edilə  bilər. 
Müalicə cərrahiyyə ilə kombinə edilmiş kimyəvi müalicə və ya radioterapiyadır.  
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
125 
 
ANADANGƏLMƏ BUD – ÇANAQ OYNAĞI ÇIXIQLARININ VƏ DİSPLASTİK 
KOKSARTOZLARIN CƏRRAHİ MÜALİCƏSİ 
 
Rəşad Əliyev, Cəmil Dursunlu, Rakif Məmmədov 
 
İşin rəhbəri : Cəfər Nəsirli 
 
ATU TCK, Travmatologiya və Ortopediya Kafedrası 
 
Açar sözlər: bud – çanaq oynağı, artroplastika, koksartroz 
Giriş:  Koksartroz  bud-çanaq  oynağınin  qazanılma  xəstəliyidir.  Böyüklərdə  bud-çanaq  oynağı 
ağrısının  ən  çox  rast  gəlinən  səbəbidir.  Etiologiyasinda  birincili  və  ikincili  səbəblər  vardir.Birincili 
səbəblərə  yaş  ,cinsiyət  ,metabolik  pozğunluqlar  ,genetik  meyllik  və  travma,  ikincili  səbələrə  
deformasiyalar, infeksiya və oynağin iltihabı aiddir. 
Məqsəd:  Displastik  koksartozların  cərrahi  müalicəsinin  effektivliyin qiymətləndirilməsidir. 
Material  və  metodlar:  Tədqiqat    ATU-nun  Tədris  Cərrahiyyə    Klinikasına  2015-2017    tarixləri  
müddətdə bud-çanaq oynağında ağrı , aşağı  ətrafda axsama, qısalıq şikayətləri  ilə müraciət etmiş olan  
345  xəstə  üzərində  aparılmışdır.  Bu  xəstələrdə  bud-çanaq  oynağında  rentgenoqrafiya  və  KT 
müayinələri  aparılmışdır.  Müayinə  olunan  xəstələrin  126  (36.5%)  nəfərində    koksartoz  diaqnozu 
qoyulmuşdur.  126  nəfərin  47-sinə  displastik  koksartoz  diaqnozu  qoyulmuşdur.  Müayinə  olunan 
xəstələrin  orta  yaş  56.5    (36  –  77)    olmuşdur.  47  xəstənin  45  -i  qadın  ,  2-si  kişi  olmuşdur.Crowe 
təsnifatına  görə  21  nəfəri    (%  45)-i  Tip-3,    26    nəfəri  (%  55)    Tip-4    idi.  Bütün  xəstələrdə    cərrahi 
göstərişlərdəki  əsas səbəb ağrı olmuşdur. 
Nəticə: 47  xəstə üzərində  bud-çanaq oynağının total artroplastikası əməliyyatı icra olunmuşdur. 
39  xəstədə    asetabular  komponenet  sementsiz  ,8  xəstədə  sementli  olaraq  yerləşdirildi,    40  xəstədə 
sementsiz  femoral  komponent,  7-sində  sementli  femoral  komponent  yerləşdirildi.  Xəstələrin    klinik 
qiymətləndirməsində  Harris  Qiymətləndirilməsi  istifadə  olundu.  Əməliyyatdan  əvvəl  Harris 
qiymətləndirməsi  ortalama  32,4  ikən,  əməliyyat  sonrası  qiymətləndirmə    91,1  olmuşdur.Ağırlaşma 
olarak  1  xəstədə  keçici  oturaq  sinir  paralizi,  3  xəstədə  femoral  komponent  vurulurkən  femur  sınığı 
olmuşdur. 
Yekun:  Anadangəlmə  bud-çanaq  oynağı  çıxıqları    zamanı  yaranan  displastik  koksartozlu 
xəstələrin  total  artropalastikası  birinci  göstərişdir.Displastik  koksartozlu  xəstələrdə  (Crowe  III-IV) 
sementsiz total bud-çanaq oynağı artroplastikası tətbiq olunan zaman, subtroxanterik seqmentli femoral 
rezeksiya birmənalı olaraq qəbul edilməlidir. 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə