Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə50/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   46   47   48   49   50   51   52   53   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
128 
 
IMPROVEMENT OF EFFICIENCY OF RECONSTRUCTIVE SURGERY IN DENTOFACIAL 
ABNORMALITIES BY APPLICATION OF MODERN COMPUTER TECHNOLOGIES. 
 
Şahin Quliyev 
 
İşin rəhbəri: Çingiz Rəhimov 
 
ATU TCK, Ağız və Üz – çənə Cərrahiyyəsi Kafedrası 
 
Keywords: craniofacial deformities, orthognatic surgery. 
Introduction. Acquired and congenital dentofacial abnormalities are the most trending problem 
of  reconstructive  surgery.  Efficiency  of  performing  reconstructive  surgery  in  these  cases  is  depending 
on  clear  preoperative  preparation:  planning,  preoperative  orthodontic  preparation,  surgical  team  and 
technical  equipment.  Introduced  by  Obwegeiser  fundaments  of  orthognatic  surgery  allows  managing 
these patients including functional and esthetic aspects of pathology. However, increasing demands on 
esthetic  requirements  are  determining  new  criteria  to  performing  procedures.  Modern  computer 
technologies  allow  determining  postoperative  result  prior  to  surgery  and  applying  correction  if 
necessary.  The  aim  of  current  study  is  to  demonstrate  efficiency  of  application  computer  software  in 
preoperative planning of surgical reconstruction to the patients with dentofacial abnormalities.          
Materials  and  methods.  Within  current  study,  patients  with  acquired  and  congenital 
abnormalities  were  included.  Additional  to  the  clinical  evaluation-  CT  scan  followed  by  virtual 
planning  by  the  means  of  Materialise  Mimics  Research  (Belgium)  have  been  done.  Different  types  of 
virtual  functions  were  used  in  order  to  preplan  the  surgical  procedure.  The  accumulated  virtual  data 
was well-documented and used as guidance during the surgery.   
Results:  Postoperative  radiology  shows  concurrency  of  effects  of  surgery  with  virtual 
preoperative  data.  No  significant  complications  occurred,  while  postoperative  outcomes  were 
reasonable from esthetic and functional point of view.   
Conclusions.  Application  of  virtual  planning  and  correct  usage  as  guidance  during  the  surgery 
could significantly improve functional and esthetic outcomes of craniofacial reconstructive procedures 
in the treatment of different craniofacial deformities.  
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
129 
 
AZƏRBAYCAN  TİBB  UNİVERSİTETİ  TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASINDA  KOXLEAR 
İMPLANT ƏMƏLİYYATI  OLUNAN  BİR QRUP  UŞAĞIN NƏTİCƏLƏRİ 
 
Mədinə Rzayeva 
 
İşin rəhbəri: Afaq Abbasova, Yusif Haciyev 
 
ATU TCK, Qulaq, Burun, Boğaz Xəstəlikləri Kafedrası 
 
Açar  sözlər:  Koxlear implant, neyrosensor ağıreşitmə 
Giriş:  Bilateral  IV  dərəcə  neyrosensor  ağıreşitməsi  olan  və  eşitmə  cihazlarından  fayda  görməyən 
xəstələrə  koxlear  implant  (Kİ)  əməliyyatı  icra  olunur.  Kİ  mexaniki  səs  enerjisini  elektrik  siqnallarına 
çevirən və bu siqnalı eşitmə sinirinə ötürərək eşitməni təmin edən cihazdır.  
Məqsəd:  ATU  TCK-da  Kİ  əməliyyatı  olunan  bir  qrup  uşağın  ilkin  nəticələrini  dəyərləndirmək 
olmuşdur.  
Material və metodlar. Tətqiqatımıza ATU TCK-da Kİ əməliyyatı icra olunmuş 5 uşaq daxil edilmişdir. 
Uşaqlar  39-56 aylıq, 3 qadın, 2 kişi olmuşdur. Ailələrdən alınan məlumatlara əsasən tədqiqatımıza daxil 
edilən  uşaqların  üçünə  1  yaşından  əvvəl,  ikisinə  sonra  IV  dərəcə  neyrosensor  ağıreşitmə  diaqnozu 
qoyulmuş, diaqnoz qoyulduqdan 2-16 ay sonra bilateral protezləşdirilmişdir. Eşitmə aparatları taxılan 
uşaqların eşitmə davranışları, nitq inkişafları görülməmişdir. Eşitmə aparatlarından fayda görmədikləri 
üçün  uşaqlar  Kİ  əməliyyatı  üçün  dəyərləndirilmişdir.  Əməliyyatdan  əvvəl  uşaqlara  yaradılmış  eşitmə 
potensiallarının  qeydi  (BERA  və  ya  ABR),  otoakustik  emisiya  (DPOAE),  yaradılmış  davamlı  eşitmə 
qıcıqlarına  cavab  (ASSR)  testi,  timpanometriya,  gicgah  sümüklərinin  KT  və  MRT  müayinələri 
aparılmışdır.  Müayinələrlə  uşaqların  hamısında  qoyulan  diaqnoz  təsdiqlənmiş  və  Kİ  əməliyyatı  icra 
olunmuşdur.  Əməliyyatdan  1  ay  sonra  Kİ  aparatının  xarici  hissəsi  taxılmış,  bundan  3  ay  sonra  Kİ-la 
sərbəst sahə audiometriyası olunmuşdur.  
Nəticələr: Əməliyyatdan sonra aparılan sərbəst sahə audiometriyasının nəticələrinə əsəsən danışıq səsi 
tezliklərində  (500,  1000,  2000,  4000  Hz)  eşitmə  sərhədləri  30-55  db  arasında  olmuşdur.  Kİ  aparatının 
xarici  hissəsi  taxıldıqdan  sonra  hər  ay  ailələrlə  görüş  zamanı  uşaqların  eşitmə  davranışları  barədə 
toplanan məlumatlara əsasən  uşaqların səslərə reaksiyalarında artım izlənilmişdir. Uşaqların səs gələn 
tərəfə baxması, öz adlarını və müəyyən səsləri tanımaları qeyd edilmişdir.  
Yekun:  Dünyada  IV  dərəcə  neyrosensor  ağıreşitməsi  olan  və  eşitmə  aparatlarından  fayda  görməyən 
uşaqlara  Kİ  əməliyyatının  icra  edilməsi  gedərək  artır.  Bu  əməliyyat  icra  olunan  uşaqlarda  eşitmə 
sərhədlərinin  danışıq  səsi  tezliklərində  35-45  db  olması  yaxşı  nəticə  kimi  qəbul  edilir.  Bizim 
xəstələrimizdə bu göstəricilərin ortalama 45 db olması nəticələrimizin qənaətbəxş olduğunu göstərir.  
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
130 
 
ATUREK - 5: Onkologiya bölməsi 
 
DÖŞDAXİLİ URUN CƏRRAHİ MÜALİCƏSİ 
 
Ramina Kərimbəyli 
 
İşin rəhbəri:  Nazim Quliyev, Əbülfəz Soltanov 
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi 
 
Açar sözlər: Qalxanvari vəzi, döşdaxili ur, düyünlü hiperplaziya, torakotomiya 
Giriş: Müəlliflər urun döşdaxili inkişafının dörd dərəcəsini ayırd edirlər. I dərəcəyə 0-25,0%-nin, 
II  dərəcəyə  25,0-50,0%-nin,  III  dərəcəyə  50,0-75,0%-nin,  vəzi  kütləsinin  75,0%-dən  çoxunun  yuxarı 
operturadan aşağıda yerləşməsini IV dərəcəyə ayırd edirlər.  
Kliniki  müşahidənin  şərhi:  82  yaşlı  xəstə  Osmanov  M.Y.  tənəffüsün  çətinləşməsi  və  boğulma 
şikayətləri ilə baş-boyun şişlər  şöbəsinə hospitalizasiya edilmişdir. İnstrumental müayinə (rentgenoloji, 
bronxoskopik,  kontrastlı  KT)    nəticələrində  arxa  divararalığında  traxeyanı  və  qida  borusunu  
kompressiya edən 7.6x7.0x9.0 sm ölçülü törəmə aşkar edilir. İzlənilən törəmənin qalxanvari vəzinin sağ 
payından  inkişaf  etdiyi  –  döşdaxili  ur  olması  düşünülür.  Tireoid  Sintiqrafiyası  (  Tc-99m)    zamanı 
diaqnoz  təsdiq  olundu.  Hər  iki  payında  kiçik  ölçülü  solid-kistik  strukturlu  düyünlər  aşkar  edilir. 
Törəmələrinin  punksion-aspirasion  biopsiyası  icra  edilmişdir  və  punktatın     sitoloji  müayinəsi  zamanı 
bədxassəli şiş hüceyrələri aşkar edilməmişdir. 
Xəstənin  yaşını,  yanaşı  xəstəliklərini  (Hipertrofik  kardiomiopatiya.  Arterial  hipertoniya  II 
mərhələ.  Prostat  vəzinin  adenoması.)  və  əməliyyatönü  hormonal  statusu  (    Sərbəst  T3  6.50  pmol/l, 
Sərbəst  T4  21.8    pmol/l,    hTSH  0.005  mU/l)     nəzərə  alaraq  ciddi  anestezioloji  dəyərləndirilməsi  tələb 
olunurdu. 
16.11.2016 tarixində xəstə cərrahi əməliyyata götürüldü. Təftiş zamanı qalxanabənzər vəzinin sağ 
payının  aşağı  qütbündən  divararalığına  doğru  inkişaf  edən  urun  iriölçülü  intratorakal  komponenti 
təyin olundu. Xəstəyə sağtərəfli yan torakotomiya icra edildi. Bu zaman  arxa divararalığında traxeyanı 
və  qida  borusunu  kompressiya  və  sola  doğru  dislokasiya  edən  8.0-9.0  sm  ölçülü  kistoz  törəmə  təyin 
olundu.  Törəmə  boyun  kəsiyi  yarasına  doğduruldu.  Qalxanvari  vəzinin  sağ  payı  sağ  qayıdan  qırtlaq 
sinirinin qorunaraq saxlanılmsı ilə mobilizə olundu, doşdaxili komponenti, sol payı və boyun hissəsi ilə 
birgə çıxarıldı.  
 Əməliyyat zamanı ümumi qan itkisi 500 ml, əməliyyatın davametmə müddəti 3 saat olmuşdur.  
Əməliyyat  preparatının  Milli  Onkologiya  Mərkəzi  Patositomorfoloji  laboratoriyasının 
patomorfoloji müayinəsi zamanı düyünlü hiperplaziyası, xroniki tireoidit aşkar edilmişdir.  
 
Döşdaxili urun kontrastlı KT görüntüsü. Traxeyanın və qida borusunun kompressiyası  
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə