22
Heç bir şübhə yoxdur ki, biz öz klassiklərimizi daha
yüksək səviyyədə və daha geniş beynəlxalq arenada təbliğ et-
məklə, tanıtdırmaqla həm də xalqımızı, özümüzü dünya birli-
yinə tanıtmış oluruq.
Gülbəniz Babaxanova
ARAŞDIRMALAR
25
HÜSEYN CAVİD
Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid
Azərbaycan ədəbiyyatı tarixində orijinal ədəbi simadır. XX
əsr Azərbaycan romantizmi ən çox Hüseyn Cavidin adı ilə
bağlıdır. «Şeyx Sənan» və «İblis», «Xəyyam» və «Səyavuş»
bizim dramaturgiyamızda romantizmin bütün mürəkkəbliyi,
ideya və məzmun xüsusiyyətləri ilə təzahür etdiyi əsərlərdir.
Öz yaradıcılığı ilə H.Cavid Azərbaycan dramaturgiyasının
məzmun sərhəddini genişləndirir, tragik xarakterin, romantik
qəhrəmanın, dramatik konflikt və kolliziyaların yeni tiplərini
yaradır, qəhrəmanı qadın olan ilk Azərbaycan faciəsini qə-
ləmə alır, onu humanist, nəcib və bəşəri ideyalarla daha da
zənginləşdirir. H.Cavid bizim dramatik poeziyada qüvvətli
bir faciənəvis, mənzum və romantik dramın yaradıcısı kimi
şərəfli yer tutur.
H.Cavid orijinal bir dramaturq kimi ədəbiyyat aləmində
1910-1912-ci illərdən tanınır. Hələ 1910-cu ildə yazdığı bir
pərdəli ilk «Ana» səhnəciyi ilə o, gələcəkdə ustad faciənəvis
olacağını vəd edir. Bu əsər öz maraqlı tragik situasiyası ilə
diqqəti cəlb edir: böyük ürəkli ana öz balasının hələ isti me-
yiti üzərindən onun namərd qanlısına xilas yolu göstərir. Bə-
şəri analıq məhəbbəti şəxsi qisas duyğusuna qalib gəlir. Bu
cəhət, insan ləyaqətinə inam, yüksək, ülvi duyğuların tərən-
nümü, sonralar Cavidin bütün yaxşı əsərlərinin əsas məziy-
yətlərindən biri kimi meydana çıxır.
1913-cü ildə H.Cavidin «Keçmiş günlər» adlı ilk şeirlər
məcmuəsi nəşr edilir. Bu lirik və romantik şeirlərdə şair müa-
sir ictimai mühiti tənqid edir, köhnələn etiqadlara, din və fəl-
səfələrə qarşı çıxır. Bununla belə hələ şair özü də tənqid et-
diyi idealist fəlsəfələrin təsirindən tamamilə azad ola bilmir.
H.Cavidin mövcud həyatdan narazılığı, şairin narahat
ruhu, ideya axtarışları onun «Bahar şəbnəmləri» adlı ikinci
kitabında toplanmış şeirlərdə də hiss olunur.
26
1912-1918-ci illərdə H.Cavid dalbadal ilk böyük faciə-
lərini yazır. Mövzusu mülkədar həyatı, ailə və məişət münasi-
bətlərindən alınan «Maral» (1912) əsərinin mərkəzində hü-
quqsuz Azərbaycan qadınlığının faciəsi durur. Təsadüfi deyil-
dir ki, ilk variantında əsərin adı «Zavallı qadın» idi. Yaşlı
mülkədara zorla ərə verilən Maral qızıl qəfəsdə əsir quş kimi
yaşayır. O, bu taleyə qarşı üsyan edir, dini ənənə və adətləri
tapdalayıb keçmək qərarına gəlir. Amma həlledici bir anda
Maral tərəddüd edir. Dini əxlaq bütün dəhşəti ilə Maralın
gözləri önündə canlanır, müqəddəs sayılan adətlər, vəhşi, qor-
xunc ənənələr onun yolunu kəsir. Maral geri çəkilir. Lakin ar-
tıq gecdir. Əri Turxan bəy «bir an içində» içəri atılır, qorx-
duğu adət və ənənələr Maralı qəhr edir.
Bir faciə kimi «Maral»da hələ bir sıra qüsurlar vardır.
Maralla bağlı səhnələr əsərdə bütün hadisələrin əsas özəyinə
çevrilmirdi. Dramatik hərəkət nöqteyi-nəzərindən əsərdəki
ikinci xətt - Cəmil və Humay xətti Maral xətti ilə yüksək
bədii vəhdətdə birləşmir. H.Cavidin daha kamil, ülvi bir sevgi
dastanı olan faciəsi, şübhəsiz «Şeyx Sənan»dır.
«Şeyx Sənan» (1914) - Hüseyn Cavidin ən qüvvətli
faciələrindən biridir. Əsər Azərbaycan teatrlarında uzun müd-
dət müvəffəqiyyətlə tamaşaya qoyulmuş, şərəfli bir səhnə
yolu keçmişdir.
Faciənin belə xoşbəxt sənət taleyinə səbəb ondakı yük-
sək sənətkarlıq, gərgin dramatik münaqişə, parlaq xarakterlər,
nəcib bir məhəbbət və insanlıq fəlsəfəsi idi.
«Nədir mənası eşqin?» söyləyənlər
nerdə, bir gəlsin.
Görüb qüdsiyyəti-Sənanı lal olsun
Xəcalətdən!...
«Şeyx Sənan» eşqin qüdsiyyəti haqqında mahnı, lirik,
şairanə bir nəğmə idi.
27
Poeziyamızda «eşqin mənası» haqqında böyük mahnını
hələ Nizami oxumuşdu. «Xosrov və Şirin»də ali bir sevginin
qüvvəti səfil və pozğun bir hökmdarı əsil insana çevirirdi.
«Şeyx Sənan» isə eşqin dini etiqad üzərində təntənəsi idi,
mövhumat və xürafatda, əqidə və zehniyyətdə olan puçluğun,
quruluğun və saxtalığın üzərində qələbəsi idi. Süjetin bədii
həllində əksini tapan əsas dramatik hadisə məhz bu qələbənin
ifadəsi idi: burada «böyük aşiqə» çevrilirdi…
Məhəbbəti tərənnüm etmək üçün müəllif əvvəlcə öz
faciəsini qadınlığa, dünyəvi eşqə qarşı çevirmiş bir filosofu
təsvir edir. Bu filosof həm də din və təriqət başçısıdır. Din isə
azad sevginin düşmənidir. Bu son cəhət əsərdə bir də onunla
kəskinləşmiş ki, Sənanı cəzb edən qız başqa dinə mənsubdur.
Nəhayət, maraqlıdır ki, əsərin qadın qəhrəmanı da ərə getmə-
məyi qərara almışdır. Şeyx Sənan «eşqi ruhani» xatirinə Zəh-
ranın odlu məhəbbətini rədd edərək səhralara qoşduğu kimi,
Xumar da monastra hazırlaşır. Lakin əsər hər iki qəhrəmanda
bu saxta inamın sarsılması və böyük, təmiz bir məhəbbətin
hər şey üzərində qələbəsi, üstünlüyü ideyası ilə bitir.
Hələ iki səhnədən Şeyx Kəbir qəhrəmanın gələcək
faciəsini xəbər verir. İslam ehkamını yaymağa, yüksəklərə
qaldırmağa ömür sərf etməyi qərəra almış Sənanın ürəyində
real məhəbbətə ehtirasın baş qaldıracağını Şeyx Kəbir bir tə-
riqət müridi üçün «mənəvi alçalma» kimi qiymətləndirir.
Məhz buna görədir ki, şeyxlər və müridlər əhatəsində Sənan
öz mənəvi yüksəlişini bir faciə kimi keçirir. Dərin daxili inti-
bah fanatik bir əhatə və mühitdə «fəci günaha» çevrilir. Sə-
nan öz faciəsini «öz ləyaqətinin qurbanı olan» ağlın və əxla-
qın faciəsi kimi yaşayır.
Şeyx Sənan səhnədən-səhnəyə yüksəlir, mənəvi böhran-
lardan, fırtınalardan keçir. Şeyx və mütəfəkkir, aşiq və insan-
faciədə onun dindarlıqdan insanlığa doğru yolda keçdiyi əsas
mərhələrdir. O, dini təbliğ edən bir mübəlliğ qadınlara nifrət
edən fanatik kimi əsərə daxil olur və tamamilə təbii bir inki-
Dostları ilə paylaş: |