Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə6/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   2   3   4   5   6   7   8   9   ...   101

 

22 


Heç  bir  şübhə  yoxdur  ki,  biz  öz  klassiklərimizi  daha 

yüksək səviyyədə və daha geniş beynəlxalq arenada təbliğ et-

məklə, tanıtdırmaqla həm də xalqımızı, özümüzü dünya birli-

yinə tanıtmış oluruq.  



 

Gülbəniz Babaxanova 

 

 

 

 

 

 

 

 

 

ARAŞDIRMALAR 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

23 


 

 


 

24 



 

25 


HÜSEYN CAVİD 

 

Mütəfəkkir  şair,  görkəmli  dramaturq  Hüseyn  Cavid 



Azərbaycan  ədəbiyyatı  tarixində  orijinal  ədəbi  simadır.  XX 

əsr  Azərbaycan  romantizmi  ən  çox  Hüseyn  Cavidin  adı  ilə 

bağlıdır.  «Şeyx Sənan» və  «İblis»,  «Xəyyam» və  «Səyavuş» 

bizim  dramaturgiyamızda  romantizmin  bütün  mürəkkəbliyi, 

ideya və məzmun xüsusiyyətləri ilə təzahür etdiyi əsərlərdir. 

Öz  yaradıcılığı  ilə  H.Cavid  Azərbaycan  dramaturgiyasının 

məzmun sərhəddini genişləndirir, tragik xarakterin, romantik 

qəhrəmanın, dramatik konflikt və kolliziyaların yeni tiplərini 

yaradır,  qəhrəmanı  qadın  olan  ilk  Azərbaycan  faciəsini  qə-

ləmə  alır,  onu  humanist,  nəcib  və  bəşəri  ideyalarla  daha  da 

zənginləşdirir.  H.Cavid  bizim  dramatik  poeziyada  qüvvətli 

bir  faciənəvis,  mənzum  və  romantik  dramın  yaradıcısı  kimi 

şərəfli yer tutur. 

H.Cavid orijinal bir dramaturq kimi ədəbiyyat aləmində 

1910-1912-ci  illərdən  tanınır.  Hələ  1910-cu  ildə  yazdığı  bir 

pərdəli ilk «Ana» səhnəciyi ilə o, gələcəkdə ustad faciənəvis 

olacağını  vəd  edir.  Bu  əsər  öz  maraqlı  tragik  situasiyası  ilə 

diqqəti cəlb  edir:  böyük ürəkli ana öz balasının  hələ isti me-

yiti üzərindən onun namərd qanlısına xilas yolu göstərir. Bə-

şəri  analıq  məhəbbəti  şəxsi  qisas  duyğusuna  qalib  gəlir.  Bu 

cəhət,  insan  ləyaqətinə  inam,  yüksək,  ülvi  duyğuların  tərən-

nümü,  sonralar  Cavidin  bütün  yaxşı  əsərlərinin  əsas  məziy-

yətlərindən biri kimi meydana çıxır. 

1913-cü ildə H.Cavidin «Keçmiş günlər» adlı ilk şeirlər 

məcmuəsi nəşr edilir. Bu lirik və romantik şeirlərdə şair müa-

sir ictimai mühiti tənqid edir, köhnələn etiqadlara, din və fəl-

səfələrə qarşı  çıxır. Bununla belə hələ şair özü  də tənqid  et-

diyi idealist fəlsəfələrin təsirindən tamamilə azad ola bilmir. 

H.Cavidin  mövcud  həyatdan  narazılığı,  şairin  narahat 

ruhu,  ideya  axtarışları  onun  «Bahar  şəbnəmləri»  adlı  ikinci 

kitabında toplanmış şeirlərdə də hiss olunur. 



 

26 


1912-1918-ci illərdə H.Cavid dalbadal ilk böyük faciə-

lərini yazır. Mövzusu mülkədar həyatı, ailə və məişət münasi-

bətlərindən  alınan  «Maral»  (1912)  əsərinin  mərkəzində  hü-

quqsuz Azərbaycan qadınlığının faciəsi durur. Təsadüfi deyil-

dir  ki,  ilk  variantında  əsərin  adı  «Zavallı  qadın»  idi.  Yaşlı 

mülkədara zorla ərə verilən Maral qızıl qəfəsdə əsir quş kimi 

yaşayır.  O,  bu  taleyə  qarşı  üsyan  edir,  dini  ənənə  və  adətləri 

tapdalayıb  keçmək  qərarına  gəlir.  Amma  həlledici  bir  anda 

Maral  tərəddüd  edir.  Dini  əxlaq  bütün  dəhşəti  ilə  Maralın 

gözləri önündə canlanır, müqəddəs sayılan adətlər, vəhşi, qor-

xunc ənənələr onun yolunu kəsir. Maral geri çəkilir. Lakin ar-

tıq  gecdir.  Əri  Turxan  bəy  «bir  an  içində»  içəri  atılır,  qorx-

duğu adət və ənənələr Maralı qəhr edir. 

Bir  faciə  kimi  «Maral»da  hələ  bir  sıra  qüsurlar  vardır. 

Maralla  bağlı  səhnələr  əsərdə  bütün  hadisələrin əsas  özəyinə 

çevrilmirdi.  Dramatik  hərəkət  nöqteyi-nəzərindən  əsərdəki 

ikinci  xətt  -  Cəmil  və  Humay  xətti  Maral  xətti  ilə  yüksək 

bədii vəhdətdə birləşmir. H.Cavidin daha kamil, ülvi bir sevgi 

dastanı olan faciəsi, şübhəsiz «Şeyx Sənan»dır. 

«Şeyx  Sənan»  (1914)  -  Hüseyn  Cavidin  ən  qüvvətli 

faciələrindən biridir. Əsər Azərbaycan teatrlarında uzun müd-

dət  müvəffəqiyyətlə  tamaşaya  qoyulmuş,  şərəfli  bir  səhnə 

yolu keçmişdir. 

Faciənin belə xoşbəxt sənət taleyinə səbəb ondakı yük-

sək sənətkarlıq, gərgin dramatik münaqişə, parlaq xarakterlər, 

nəcib bir məhəbbət və insanlıq fəlsəfəsi idi. 

 

  

«Nədir mənası eşqin?» söyləyənlər 

   

 

nerdə, bir gəlsin. 

Görüb qüdsiyyəti-Sənanı lal olsun 

 Xəcalətdən!... 

 

«Şeyx  Sənan»  eşqin  qüdsiyyəti  haqqında  mahnı,  lirik, 



şairanə bir nəğmə idi.  


 

27 


Poeziyamızda «eşqin mənası» haqqında böyük mahnını 

hələ Nizami oxumuşdu. «Xosrov və Şirin»də ali bir sevginin 

qüvvəti  səfil  və  pozğun  bir  hökmdarı  əsil  insana  çevirirdi. 

«Şeyx  Sənan»  isə  eşqin  dini  etiqad  üzərində  təntənəsi  idi, 

mövhumat və xürafatda, əqidə və zehniyyətdə olan puçluğun, 

quruluğun  və  saxtalığın  üzərində  qələbəsi  idi.  Süjetin  bədii 

həllində əksini tapan əsas dramatik hadisə məhz bu qələbənin 

ifadəsi idi: burada «böyük aşiqə» çevrilirdi… 

Məhəbbəti  tərənnüm  etmək  üçün  müəllif  əvvəlcə  öz 

faciəsini  qadınlığa,  dünyəvi  eşqə  qarşı  çevirmiş  bir  filosofu 

təsvir edir. Bu filosof həm də din və təriqət başçısıdır. Din isə 

azad sevginin düşmənidir. Bu son cəhət əsərdə bir də onunla 

kəskinləşmiş ki, Sənanı cəzb edən qız başqa dinə mənsubdur. 

Nəhayət, maraqlıdır ki, əsərin qadın qəhrəmanı da ərə getmə-

məyi qərara almışdır. Şeyx Sənan «eşqi ruhani» xatirinə Zəh-

ranın  odlu  məhəbbətini  rədd  edərək  səhralara  qoşduğu  kimi, 

Xumar da monastra hazırlaşır. Lakin əsər hər iki qəhrəmanda 

bu  saxta  inamın  sarsılması  və  böyük,  təmiz  bir  məhəbbətin 

hər şey üzərində qələbəsi, üstünlüyü ideyası ilə bitir. 

Hələ  iki  səhnədən  Şeyx  Kəbir  qəhrəmanın  gələcək 

faciəsini  xəbər  verir.  İslam  ehkamını  yaymağa,  yüksəklərə 

qaldırmağa  ömür  sərf  etməyi  qərəra  almış  Sənanın  ürəyində 

real məhəbbətə ehtirasın baş qaldıracağını Şeyx Kəbir bir tə-

riqət  müridi  üçün  «mənəvi  alçalma»  kimi  qiymətləndirir. 

Məhz buna görədir ki, şeyxlər və müridlər əhatəsində Sənan 

öz mənəvi yüksəlişini bir faciə kimi keçirir. Dərin daxili inti-

bah  fanatik  bir  əhatə  və  mühitdə  «fəci  günaha»  çevrilir.  Sə-

nan öz faciəsini «öz ləyaqətinin qurbanı olan» ağlın və əxla-

qın faciəsi kimi yaşayır. 

Şeyx Sənan səhnədən-səhnəyə yüksəlir, mənəvi böhran-

lardan, fırtınalardan keçir. Şeyx və mütəfəkkir, aşiq və insan-

faciədə onun dindarlıqdan insanlığa doğru yolda keçdiyi əsas 

mərhələrdir. O, dini təbliğ edən bir mübəlliğ qadınlara nifrət 

edən fanatik kimi əsərə daxil olur və tamamilə təbii bir inki-




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə