Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə5/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   2   3   4   5   6   7   8   9   ...   101

 

18 


xanıma rəhmət diləyirəm. Mişkinaz xanıma, Ərtoğrul Cavidə, 

min rəhmət. Dahi Hüseyn Cavidin müqəddəs ruhu qarşısında 

baş əyirəm. 

İsa Həbibbəyli,  

Akademik, Naxçıvan Dövlət Universitetinin rektoru 

«Ədəbiyyat», 17 sentyabr 2004  



 

19 


CAVİDLƏR AYI 

 

Hüseyn Cavidin ev-muzeyində hər il şairin doğum gü-



nündə keçirilən ənənəvi elmi sessiya bu il Cavid ailəsinin son 

nümayəndəsi,  görkəmli  Azərbaycan  alimi  və  ziyalısı  Turan 

xanım Cavidsiz keçirilir.  

Oktaybrın  26-sı  Cavidin  uzun  illər  qürbətdə  sərgərdan 

qalmış ruhunun nəhayət, rahatlıq tapdığı, əbədi olaraq Vətənə 

döndüyü gündür. Bunun üçün biz ümummilli liderimiz Hey-

dər  Əliyevə  minnətdarlığımızı  bildirir,  onun  müqəddəs  ru-

huna Tanrıdan rəhmət diləyirik. 

Altmış bir il bundan öncə – 1943-cü ildə müharibədən 

ölümcül vəziyyətdə Naxçıvana dönmüş Ərtoğrol Cavid anası 

Müşkünaz xanıma məktubunda belə yazırdı: 

«Məni  yalnız  bir  məsələ  düşündürür:  Sizin  Naxçıvana 

gəlməniz.  Tezliklə  bir  yerə  toplaşsaq,  nə  böyük  sevinc  olar-

dı.» 


Çox  təəssüf  ki,  böyük  Cavidin  oğlu  Ərtoğrolun  bu  ar-

zusu tezliklə baş vermədi; altmış il gecikdi və bu toplaşmanın 

son şahidi Turan Cavid oldu. Amma Turan Cavid də ona ay-

rılmış bu altmış illik ömür payını  Cavidlərin tanınmasına və 

təbliğatına həsr etdi. Qədim Naxçıvan torpağında dörd Cavi-

din  birləşməsini  mən  təbiətin  dörd  ünsürünün  birləşməsinə 

bənzətmək istərdim. Dörd ünsürün birləşməsi kamil maddələr 

yaratdığı kimi, dörd Cavidin birləşməsi də Cavid kamilliyinin 

rəmzini yaratmış oldu.  

Hüseyn  Cavid  bəşər  zəkasının  və  bədii  təfəkkürünün 

yetirdiyi elə böyük şəxsiyyətlərdəndir ki, zaman keçdikcə on-

ların  yaradıcılığının  və ölməz irsinin  yeni-yeni  qatları,  çalar-

ları,  məna zənginliyi  üzə çıxır və öz xalqının  xoşbəxtlik uğ-

runda mübarizəsində onunla yoldaş olur. Azərbaycan xalqının 

yetirdiyi sənət nəhənglərindən Nizami kimi, Füzuli kimi, Sa-

bir kimi,  Mirzə Cəlil  və bir çox başqaları  kimi  Cavid  irsinin 

ölməzliyinin səbəbini də məhz burada axtarmaq lazımdır. Tə-



 

20 


sadüfi deyildir ki, düz səkkiz il bundan əvvəl-1996-cı ilin okt-

yabrında Hüseyn Cavid məqbərəsinin təntənəli açılış mərasi-

mində  söylədiyi  dərin  mənalı  nitqində  ümummilli  liderimiz 

Heydər  Əliyev  Azərbaycan  xalqı  üçün  Cavid  yaradıcılığının 

əhəmiyyətini belə qiymətləndirmişdir: 

«Hüseyn  Cavidin  bütün  yaradıcılığı,  bütün  fəaliyyəti 

Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, 

xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun 

bütün  yaradıcılığı  Azərbaycan  xalqını  milli  azadlığa,  müstə-

qilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradə-

sinə,  millətinə  sadiq  olmuşdur,  millətini,  xalqını  həddindən 

artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir in-

san olmuşdur.» 

Cavid  sənətinə,  yaradıcılığına,  bədii  irsinə  ümümmilli 

liderimiz tərəfindən verilən bu cür yüksək qiymət – Cavid ir-

sinin  tədqiqatçı  və  təbliğatçılarının,  ilk  növbədə  Cavid  haq-

qında araşdırmaların və Cavid əsərlərinin nəşrinin, Cavid irsi-

nin  təbliğinin  və  bütün  dünyada  tanıtdırılmasının  mərkəzi 

olan Hüseyn Cavidin ev muzeyinin üzərinə çox məsul və şə-

rəfli vəzifələr qoyur. Bu vəzifələrin bir çoxu mərhum  Turan 

xanım  Cavidin  başçılığı  altında  həyata  keçirilmişdir.  Bu  gün 

biz  onun  başladığı  və  çox  böyük  fəaliyyət  göstərdiyi  şərəfli 

işlərin davam etdirilməsi üçün əlimizdən gələni əsirgəməmə-

liyik. Turan xanımın uzun illər boyu böyük zəhmət hesabına 

hazırlayıb  ərsəyə  gətirdiyi,  ancaq  təəssüf  ki,  son  bəhrəsini 

görmək qismət olmadığı Cavid əsərlərinin ən mükəmməl kül-

liyyatı  –  beşcildlik  çapa  hazır  vəziyyətdədir.  Bu  günlərdə 

onun birinci cildi – Turan xanımın üzərində ən çox əsdiyi, də-

fələrlə, dönə-dönə oxuyub təshihlər etdiyi cild «Elm» nəşriy-

yatında  işıq  üzü  görəcəkdir.  Əlbəttə,  biz  yaxşı  başa  düşürük 

ki, beş cildin hamısı nəşr olunmayınca Turan xanımın müqəd-

dəs ruhu rahatlıq tapmayacaqdır və bunun bütün məsuliyyəti-

ni,  texniki  gerçəkləşdirməsinin  cavabdehliyini  öz  üzərimizdə 

hiss edirik. 




 

21 


Azərbayan  xalqı  öz  dövlət  müstəqilliyini  ikinci  dəfə  – 

bu dəfə əbədi olaraq əldə etdikdən sonra Azərbaycan ədəbiy-

yatının  bir  çox  klassikləri  kimi,  Cavid  irsinə  də  maraq  xeyli 

artmışdır.  Xüsusən  gənc  tədqiqatçılar  arasında  Cavid  irsini 

araşdırmağa, onun bir çox örtülü cəhətlərini üzə çıxarmağa və 

ədibi  bütün  əzəməti  ilə  tanıtmağa  həvəsi  olanların  sayı  get-

gedə  artmaqdadır.  Əlbəttə,  indiyə  qədər  Cavid  irsini  tədqiq 

etmiş  Məmməd  Cəfər,  Yaşar  Qarayev,  Rafael  Hüseynov  və 

başqa  böyük  Azərbaycan  alimlərinin  xidmətlərini  qətiyyən 

kiçiltmədən onu da demək lazımdır ki, bizim başqa klassiklə-

rimiz kimi Cavid irsi də hər nəsil tərəfindən yenidən araşdırıl-

malı və öz qiymətini yeni rakursdan almalıdır. Buna görə də 

yeni-yeni Cavidşünasların yetişəcəyi təbii və məntiqi olmaqla 

həm  də  xalqımızın  xoşbəxtliyi,  dövlətçiliyimizin  inkişafı 

üçün zəruridir. Bu həm də ona görə vacibdir ki, xalqın yetir-

diyi dahilər tarix boyu xalqın xidmətində qalır, onun mənəvi 

yüksəlişində  daim  iştirak  edirlər.  Böyük  Füzuli  nahaq  yerə 

demirdi ki: 

 

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl

Edə hər saət səni ol uyqudan bidar söz. 

 

Cavid sözə bu cür ehya verənlərdən və hər saat, hər də-



qiqə əcəl yuxusundan duraraq bizimlə birgə dirilər siyahısın-

da olanlardandır. 

Cavid  irsinin  tədqiqi  və  təbliği  haqqında  bütün  işlərin 

koordinatoru,  əlaqələndiricisi  kimi  çıxış  etməli  olan  Hüseyn 

Cavidin ev muzeyinin elmi status alması və ekspozisiyasının 

daha da zənginləşdirilməsi vacibdir. Onu da qeyd etmək istər-

dim ki, böyük yazıçı və şairlərin ev muzeyləri müstəqil elmi 

mərkəzlərə  çevrilməli,  Sankt-Peterburqdakı  «Puşkin  evi» 

kimi geniş elmi-tədqiqat fəaliyyəti göstərməlidirlər. Çünki bi-

zim xalqın yetirdiyi hər bir ədəbi düha öz miqyasına görə heç 

də Puşkindən və başqa klassiklərdən geri qalmır. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə