Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə9/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   5   6   7   8   9   10   11   12   ...   101

 

34 


«Habil» və s.) bir buradakı ümumiləşmənin yüksək səviyyəsi 

ilə bir də insanın daxili aləmini daha çox irəli çəkmək, «ehti-

raslar,  arzular  və  fikirlərə  canlı  surətlər  şəkli  vermək» 

(V.Q.Belinski)  ənənəsi  ilə  izah  etmək  olar.  Bütün  görkəmli 

romantiklərdə  olduğu  kimi,  bu  ünsürlər  H.Cavid  romantiz-

mində də öz əksini tapmışdır. Bu isə o deməkdir ki, Azərbay-

can  ədəbiyyatında  mütərəqqi  romantizm  bütöv  ideya  və  for-

ma zənginliyi ilə təzahür etmişdir. 

«Şeyx  Sənan»  əsərindən  sonra  Cavid  romantizminin 

yeni böyük nümunəsi «İblis» faciəsidir. 

«İblis»-  müharibə  ideyaları  əleyhinə  yazılmış  qüvvətli 

fəlsəfi faciədir. Birinci  dünya müharibəsi  ilə əlaqədar olaraq 

«İblis» kimi bir əsərin meydana çıxması ədəbiyyatımızın hə-

mişə  mühüm  ictimai  hadisələri  ən  geniş  şəkildə  ehtiva  etmə 

ənənəsi ilə bağlı idi. 

Müharibə mövzusu, ümumiyyətlə, o dövrün dünya ədə-

biyyatında  geniş  yayılmışdı.  Poeziyada,  dramaturgiya  və 

nəsrdə  yeni  mövzular  -  «müharibə  mövzuları»  vüsət  tapırdı. 

Hərbi-utopik  romanlar,  müstəmləkəçilik  poeziyası,  himnlər 

və  marşlar  yazılırdı.  Bütün  bu  əsərlər  şovinizm  və  hərbçilik 

ideyaları tərənnüm edən «təbil və şeypur» poeziyası idi. Hətta 

Azərbaycanda da millətçilik ruhunda əsərlər meydana çıxmış-

dı. Belə bir dövrdə, Avropa romantikləri qəhrəmanlığın  yeni 

kultu kimi Napoleonu qaldırdıqları bir vaxtda, Hüseyn Cavid 

öz müharibə faciəsinin qəhramanı kimi İblisi seçir. 

Təkcə bu cəhət müəllifin ideya və görüş istiqamətini tə-

yin etmək üçün çox şey deyir. Faciədə müharibənin mücərrəd 

rəmzi  və  romantik  şəkildə  təsvir  edilməsinə  gəldikdə  isə  bu 

yenə  də  şairin  üslubu  və  dünyagörüşü  ilə  əlaqədar  olaraq 

meydana çıxır. Faciənin mərkəzində ordular və siniflər deyil, 

öz mənəviyyat və psixologiyası ilə insanlar dururlar. H.Cavid 

müharibəni təsvir etmək üçün müharibə əhval-ruhiyyəsini hə-

rəsi bir cür keçirən insanları təsvir edir. Hadisələrin, mühari-

bənin mənzərəsi psixologiyaların müstəvisində görünür, daha 




 

35 


doğrusu, şair, həmişə olduğu kimi, yenə də ictimai hadisələrin 

özündən çox, bu hadisələirn əksi olan ideyalarla maraqlanır.  

Dramaturq  ən  böyük  şərarət  hesab  etdiyi  müharibənin 

əsas səbəbini şərin insanda, öz fəlsəfi-idealist görüşlərinə uy-

ğun olaraq insan təbiətindəki şərdə görür. Odur ki süjetin əsa-

sında yenə də xeyir-şər fəlsəfəsi, təzadlı ehtiraslar, etik və əx-

laqi problemlər konflikti dayanır.  

Əsər,  H.Cavid  faciələri  üçün  səciyyəvi  bir  ekspozisiya 

ilə başlayır. Top və tüfəng partlayışları arasından İblis qəhqə-

hələri və mələyin fəryad səsi eşidilir. Bir qədər sonra isə Arif 

görünür. O, rəng-rəng köhnə fəlsəfələr içərisindən öz aradığı 

həqiqəti  tapa  bilmir.  Odur  ki,  Arif  kömək  üçün  Allaha  mü-

raciət  edir.  İnsanlar  allahı  çağırarkən  adətən  köməyə  iblislər 

yetişirlər. Arifin də harayına gələn İblis olur. O, nə üçün gəl-

mişdir?  

 

 Baxdım səni məhv etmədə min dürlü xəyalət



 Gəldim verəyim qəlbinə bir nuri- həqiqət 

 

İblisin sözlərində bir həqiqət vardır. Hadisələrin sonrakı 

davamı  göstərir  ki,  o,  doğrudan  da  Arifin  gözlərini  örtmüş 

idealist  xülyaları  ifşa  etmək,  ona  həqiqəti  göstərmək  üçün 

gəlmişdir.  

Bəs  Arifin  axtardığı  həqiqət  nədir?  «Nə  üçün  insanlar 

bir-birinə zülm edirlər?». Nə üçün: 

 

«Yalnız deyil insanlara, vəhşilərə sorsan, 



 Onlar belə insandakı vəhşiliyə heyran!». 

 

İxtiyarın, Mələyin və Arifin öz dediyindən məlum olur 

ki,  bunun  səbəbi  «bəşəriyyətin  İblisə  uyması»dır.  Hamı  mü-

qəssiri  İblis  bilir.  Hər  kəs  tanımadığı,  görmədiyi  İblisə  bol-

bol lənət yağdırır. O zaman İblis göylərdən enib insanlar ara-

sında görünür və «insanlığı təhqir edən», «duyğusu», «varlığı 

sönük» həqiqi iblisləri insana nişan verir. İblis kimi məhv et-



 

36 


mək,  kimi  lənətlər  demək  lazım  olduğunu  göstərir,  həm  də 

gələrkən  sübut  üçün  bir  əlində  «altun»,  bir  əlində  «qurşun» 

gətirir. 

İblisin  «altun»  və  «qurşun»  silahına  Arif  məğlub  olur. 

Humanist, güşənişin bir filosof olan Arif arvadı Xavəri boğur

qardaş qatili olur, beş qızıl üstündə bir yəhudini öldürür və s. 

Deməli, insan insanlığı unutmuşdur, bu insanlığı onun yadına 

salmaq lazımdır. Bu məqsədlə Cavid insanın qüsurunu ən sərt 

boyalarla təsvir edir, onun bəşəri qürurunu silkələyir, özlərin-

də  şəri  daşıyan  bütün  insanları  insanlar  arasında  yox  etmək 

haqqında  düşünmək  ehtiyacı  doğurur.  Ənənəvi  rəmzi  surət 

olan İblis bu məqsədə xidmət edir. 

İnsanın etmiş olduğu cinayətlərdən sonra İblisin qəhqə-

həsi  eşidilir.  O,  cinayət  eləyən  insanlara  gülür,  bundan  həzz 

alır. Bəşər alçalanda İblis məmnun qalır. 

O, qorxunc və məğrur bir Allah rəqibidir. Heç bir nüfuz 

və  müqəddəslik  tanımır.  Varlığa,  xilqətə  və  Allaha  qəhqəhə 

çəkərək gülür. 

O, insana ona görə gülür ki, insan aciz və gücsüzdür. O, 

xilqətə ona görə gülür ki,  o, naqis  və  yarımçıqdır. O, Allaha 

ona görə gülür ki,  «adil» adlandığı halda ədalətsizdir. O, in-

sanlara, onların gücsüzlüyünə görə gülür: 

 

Dərdə bax, millətə bax, niyyətə bax! 

Ölülərdən ölülər feyz alacaq! 

 

O,  şəri  sevir,  o,  şər  fanatikidir,  həm  də  bununla  fəxr 



edir;  çünki  öz  bədlik  və  şəri  ilə  bərabər  yenə  də  «xeyir  və 

qüdsiyyət  təcəssümü  olan»  Allah  üzərində  öz  üstünlüyünü 

hiss edir. 

O,  mənfilik  mücəssəməsidir,  lakin  mənfilikləri  gizlət-

mək üçün lazım olan mənfi sifətlər onda yoxdur; tərəddüd və 

yalançılıq,  mütilik  və  ikiüzlülük;  o,  ən  obyektiv,  təəssübsüz 

və qeyri-tərəfgirdir, çünki tərəf durmaq üçün tanıdığı müqəd-

dəslik  yoxdur.  O,  xeyrə  inansaydı,  bəlkə  də  xeyirxah  olardı. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə