Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə10/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   6   7   8   9   10   11   12   13   ...   101

 

37 


Xeyrə  o,  ona  görə  inanmaq  istəmir.  İblisin  qüvvəsi  onun 

Allahı  və  dünya  işlərini  özündən  də  şərir,  özündən  də  betər 

hesab etməsindədir. O, bütün dünyaya, Allahın özünə belə, öz 

şərarət fəlsəfəsinin təsdiqi kimi baxır. 

İblis-həqiqətlər, qara həqiqətlər, çılpaq həqiqətlər aşiqi-

dir. Həm də elə bil ki, İblis öz-özünə vurulmuşdur. O, həmişə 

özü  haqda  üçüncü  şəxsdə  danışır:  «İblis,  o  böyük  qüdrət,  o 

atəşli müəmma!», yaxud «əvət, İblis, o böyük sənətkar», ya-

xud da «İblis, o böyük ad nə qədər calibi-heyrət!» - deyə öz-

özünə müraciət edir və s. 

İblis şəri dörd gözlə görür. Müəllif onun bu xüsusiyyət-

lərindən istifadə edir. Bu dini-əfsanəvi surət H.Cavidin əlində 

dövrün  və  cəmiyyətin  bütün  qüsurlarını  açıb  ortalığa  qoyan 

qüvvətli bədii vasitəyə çevrilir. 

Sonda insanlar yığışıb İblisi- bu şər filosofunu öz arala-

rından  qovurlar.  Lakin  bu,  hələ  şərin  insanlar  arasından  qo-

vulması demək deyildi. 

Çünki  insan  təbiətində  şəri  İblis  yaratmışdı  və  o  da 

məhv edə bilməzdi. Bu, insanın öz vəzifəsi idi; odur ki, İblis 

səhnədə görünməz olur. Həyatın səhnəsində insan öz vəzifəsi 

ilə yalqız qalır… 

İblis –bizim dramatik poeziyada klassik simvolik surət-

dir. Öz bədii qüdrəti ilə o, - Lüssifer, Demon, Mefistofel kimi 

iblis  tipləri  ilə  yanaşı  durur.  M.Lermontovun  Demonundan 

sonra H.Cavidin İblisi demonizm poeziyasında sonuncu qüv-

vətli iblisdir. 

Adətən, böyük, üsyançı və narahat iblislər müəyyən əx-

laqi-fəlsəfəfi  sistemlər,  ziddiyyətlərlə  dolu  dövrlərlə  bağlı 

olur. Mefistofelin görüşlərində Avropa tənqidi realizmini, bu 

realizmin ən kəskin bir təzahürünü görürlər. Renessans fəlsə-

fəsi  öz  yeni  pafosunu  də  Lüssiferin  (Bayron,  «Habil»  faciə-

sində)  azadlıq  ideyalarında  tapmış  olur.  Bu  mənada  İblisin 

qəhqəhələri  (H.Cavid,  «İblis»  əsəri)  mistikaya,  «mərhəmət» 

fəlsəfəsinə,  etiqad,  təvəkkül  və  xürafata  yeni  üsyanın  acı, 




 

38 


məğrur bir kinayənin ifadəsi idi… 

H.Cavid hələ 1917-ci ildə tamamladığı «Şeyda» isə dra-

maturgiyamızda  tamamilə  yeni  bir  hadisə  kimi  səsləndi. 

«Şeyda»  öz  məzmunu  ilə  «Şeyx  Sənan»  və  «İblis»  mövzu-

sundan  tamamilə  fərqlənirdi.  Hadisələr  Bakıda  vaqe  olur, 

mətbəə fəhlələrinin əmək və həyatının təsvirini verirdi. Əsər, 

istismar  dünyasına  qarşı  üsyan  qaldıran,  odlu-alovlu  çıxışlar 

edən, lakin mübarizə yolunu tapmadığı üçün məğlub olan zi-

yalı gəncliyin faciəsi idi. Sonralar Şeyda ədəbiyyatımızda ge-

niş yayılan mütərəddid ziyalı tiplərinin sələfi oldu. 

Cavan mühərrir olan Şeyda əsərin ilk pərdələrində çox 

mübariz bir proqramla çıxış edir, birlik və fəallıqdan danışır, 

fəhlələrə öz hüquqlarını başa salır, onları, azğınlıqları kənar-

dan  seyr  edən  «qoyun  sürüsü»  adlandırır.  O,  hətta  coşqun 

ruhlu inqilab nəğmələri də bəstələmişdir: 

 

Yaş zindanlar yuvamız, 



Fəlakət aşinamız, 

Ordular yıxan qurşun 

Olmuş bizim qidamız. 

Arkadaş, göz aç, aman! 

Qalx ölüm yuxusundan! 

Zülmə çox əydin boyun, 

Çox əzildin, qalx, oyan! 

 

Lakin  bu  şeiri  Şeyda  özü  fəhlələrə  verməmişdir,  onu 

fəhlələr  özləri  «gizlicə  onun  dəftərləri  arasından»  götürmüş-

lər. Fəhlələr şeiri əzbərləyib bir ağızdan oxuyurlar. Elə bunun 

üstündə də Şeydanı mətbəədən qovurlar.  

Mətbəədən  kənar  edilməsi  ilə  də  ondakı  inqilabi  coş-

qunluq  öz  yerini  bədbin,  dumanlı  əhval-ruhiyyəyə  verir.  O, 

özünü «dərviş» adlandırır, səfil və divanə həyat keçirir. Şey-

danı  həbs  edirlər.  Fəhlələrin  qələbəsi  xəbərini  o  məhbəsdə 

eşidir. 



 

39 


Əsərdə  Şeyda  ilə  yanaşı  fəhlə  Qara  Musanın  taleyi  də 

təsvir edilir. Onun qardaşı mətbəədə vərəmdən ölür, əli şikəst 

olur, evini borc  yerinə mətbəə müdiri qəsb edir və  «tək əlli» 

qaldığı  üçün  onu  işdən  qovur.  Müəllif  də  «tək  əlin»  intiqa-

mını təsvir edir. Həm də «tək əlin» intiqamı Şeydanın bədbin 

və  tərəddüdlü  üsyanından  daha  qorxulu  olur.  Cavid  Şeydanı 

idealizə etmir, əksinə, əsərdə müəllifin rəğbəti daha çox fəhlə 

qara  Musanın  tərəfindədir.  «Tək  əllə»  iş  görməsinə,  mübari-

zədə  terrorçuluğa  yol  verməsinə  baxmayaraq  Qara  Musa 

praktik bir adam kimi Şeydadan yüksəkdə durur. 

Balaxanı  neft  fəhlələrinin  həyatından  bəhs  edən  «Mə-

sud və Şəfiqə» şeiri ilə yanaşı «Şeyda» şairin yaradıcılığında 

fəhlə  hərəkatı  və  inqilab  mövzusuna  doğru  atılan  birinci  ad-

dımlar  idi.  Faciədəki  realist  həyat  səhnələri,  fəhlələrin  əmək 

və mübarizəsini əks etdirən canlı və konkret lövhələr xüsusilə 

qiymətlidir . 

«Şeyda»dan  sonra  H.Cavid  «Uçurum»  faciəsini  bitirir. 

Burada da Qərb burjua əlaqələri ilə birlikdə yayılan  yeni əx-

laqi  münasibətlər  və  onların  ölümə  məhkum  etdiyi  sənətkar 

bir gəncin müsibəti təsvir edilir. Rəssam Cəlal özü ilə keçmişi 

arasında açılan böyük «uçurum»da məhv olur. 

Burjua-feodal  əxlaqının  doğurduğu  başqa  bir  müsibəti, 

ailə-məişət faciəsini isə «Afət»də görürük. 

«Afət» (1922) Hüsyen Cavidin qadın qəhrəmanlı ikinci 

faciəsidir. «Maral»da qadınlığın, «övrət tayfası»nın çoxdankı, 

ümumi,  «ənənəvi»  müsibəti  davam  edirdi.  Afət  isə  artıq 

«yüksək cəmiyyət qadını», xalis kübar və zadəgan bir xanım 

idi.  Odur  ki,  Afətin  faciəsi  nisbətən  fərli  məzmun  daşıyır, 

burjua-zadəgan  mühiti,  kübar  adətləri  və  əxlaq  normaları  ilə 

şərtləndirilir.  Öz  qeyri-adi  ehtirası  ilə  də  Afət  dramaturgiya-

mızda  özünə  qədərki  qadın  tiplərindən  fərqlənir,  faciədə  qa-

dın xarakterinin daha çox Medeya tipinə yaxın bir surət kimi 

meydana çıxır. Belə xarakterə sonralar yenə də Caviddə, «Sə-

yavuş» əsərindəki Südabə surətində rast gəlirik. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə