Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə8/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   4   5   6   7   8   9   10   11   ...   101

 

31 


diyadan tələb olunan səviyyəsini faciədən tələb etmək müm-

kün deyildir. Daha çox epoxalıq, vüsət  və bəşəri məna faciə 

üçün daha çox səciyyəvidir. Romantik faciədə konflikt, adə-

tən, «mən» və «dünya», «mən» və «varlıq» arasında zidiyyət-

ləri  əhatə  edir,  əbədiyyət  və  kainat  ölçüləri  miqyasında  baş 

verir. «İblis» və «Şeyx Sənan» məhz belə tipli faciə nümunə-

ləridir. «Şeyx Sənanı» təəssüb əleyhinə yazılmış bütün başqa 

əsərlərdən  ayıran  birinci  növbədə  məhz  ondakı  konfliktin 

miqyasıdır. 

Burada tənqid edilən bu və ya digər din xadimi, ayrıca 

bu  və  ya  digər  din  sistemi  də  deyildir.  Sənanın  xristianlığa, 

yaxud müsəlmanlığa münasibəti arasında elə bir fərq yoxdur. 

Sənanı düşündürən «mübhəm» və «pərdəli» hikmətlərdir; nə-

dir haqq? – «etiqadmı, ya həqiqətmi?»,  «dinlərin», təriqət və 

təlimlərin mənası, zəruriliyimi yoxsa insan duyğularının təbii-

liyi, saflığı və azadlığımı?», «həyat, məhəbbət, yoxsa sitayiş, 

etiqad»  -  hansı  haqdır? Sənanın  aradığı  –  «haqqın  nurudur», 

həqiqətin işığıdır. 

Bəs başqa qəhrəmanın axtardığı nədir? Yenə də «nuri-

həqiqət!» - əsərlərin və nəsillərin tapmadığı əzəli bir hikmət; 

nə  qalib  gələcək?  –  kamal,  yoxsa  qüvvət?  Bəşər  dühası,  ya 

şər? İblis ya İnsan? 

Hətta  Şeydanı  («Şeyda»  faciəsi)  düşündürən  də  bütün 

dövrlərdə bütün insanları düşündürmüş ümumi və əbədi mə-

sələləridir: «… Məni üzüb bitirən bir qüvvət var ki, o da yal-

nız  həyatdakı  boşluqdan,  həyatdakı  mənasızlıqdan  ibarət-

dir…». 

Şeydanı ömrün, həyatın səbəbi və mənası düşündürür… 



Ümumiyyətlə,  H.Cavidin  bütün  faciələrinin  əsas  qəhrəmanı 

həqiqət  axtarıcısıdır.  Bu  faciələrdən  hər  biri  bu  və  ya  digər 

dərəcədə,  həyatı  idrak  etməyə  can  atan,  həm  də  ehtirasla  və 

çox  vaxt  bihudə  can  atan  narahat  ağlın  və  biliyin  faciəsidir. 

Bu qəhrəmanların mənəvi aləminə, həmçinin dramaturqun öz 

yaradıcılığına məxsus tərəddüd və ziddiyyətlər, ideya böhran-




 

32 


ları da məhz bu narahat axtarışlarla əlaqədardır. 

Adətən, böyük sənətkarlar həmişə əsrin fəlsəfəsi, ən qa-

baqcıl  dünyagörüşü  səviyyəsində  dayanmışlar.  Böyük  bədii 

sənət  cəmiyyətdə  həmişə  yeniliyin,  ictimai  inkişafın,  yüksə-

lən  inqilabi  qüvvələrin  ehtiraslı  tərəfdarı  olmuşdur.  İnqilab 

dövründə və inqilablar mühitində yaşamaq və həm də cəmiy-

yətdəki bu böyük ictimai hadisədən kənarda qalmaq sənətkar 

üçün faciədir. Biz bu həqiqətin canlı timsalını müəyyən mə-

nada Hüseyn Cavidin sosialist inqilabından əvvəlki yaradıcı-

lığında  görürük.  Cəmiyyət  hadisələrinə,  ictimai  məhkumluq 

və bərabərsizliyə, azadlıq hərəkatına münasibətdə də H.Cavid 

dövrün  qabaqcıl  inqilabi  dünyagörüşü  səviyyəsində  durmuş-

du. Şairin bədii və  fəlsəfi fikirlərində bəzən qüvvətli bir fəl-

səfi idealizm də özünü göstərirdi. Hüseyn Cavid öz əsərlərin-

də  «zehniyyətçiliyə»,  idealizmə,  mistik  və  sxolastik  fəlsəfə-

lərə qarşı üsyan edir, onlara Sənanın, İblisin məsxərələri, ki-

nayələri ilə gülür, lakin özü də bu fəlsəfələrin təsirindən xilas 

ola bilmirdi. Onun əsərlərində əsas tragik konfliktlər çox vaxt 

«bəşəriyyətçilik» və «ümumi məhəbbət» ideyaları, humanizm 

və  maarifçilik  ideyaları  cəbhəsindən  həll  edilirdi.  Məfkurəvi 

böhran  və  ideya  ziddiyyətlərindən  xilas  olmaq  üçün  H.  Ca-

vidə aydın və qəti inqilabi mövqe lazım idi. H.Cavid bu möv-

qeyə  doğru  yolu  öz  qələm  dostlarına  nisbətən  daha  ləng  qət 

edir, yanlız yola düşərək ədəbiyyatda öz «müstəqilliyini» hələ 

uzun müddət və inadla qoruyurdu. Romantik şair olan H.Ca-

vid üçün sosializm idealogiyasına və sosializm realizmi ədəbi 

üslubuna birdən birə yiyələnmək çətin idi… 

Qeyd etdiyimiz kimi, H.Cavidin bütün faciələri roman-

tik  faciələrdir.  Romantizm  bu  faciələrin  bədii  obrazlar  siste-

mində  də  özünü  göstərir.  Bu  faciədə  bəzən  odlar  və  alovlar 

içində iblislər çıxır, altun şəfəqlər arasında mələklər görünür, 

ölülər  və  kabuslar  rəqslər  düzəldir,  cəhənnəm  sədası,  cənnət 

səsləri eşidilir.  

Hər şeydən əvvəl, iki cəhəti bir-birindən ayırmaq gərək-




 

33 


dir. Romantik faciədə bədii təsir və təsvir ünsürü kimi bunlar-

dan,  əlbəttə,  istifadə  etmək  olar.  Dantedən  Miltona,  Höteyə, 

Bayrona,  Lermontova  və  Haqverdiyevə  qədər  bu  ünsürlər 

bədii ədəbiyyatda həmişə mövcud olmuş və onları poeziyaya 

Cavid gətirməmişdir. Məsələ bu ünsürlərdən nə məqsədlə və 

necə istifadə etməkdədir. Bu ünsürlərdən mürtəce romantiklər 

də  istifadə  etdiyinə  görə  onları  «mürtəce  romantizm  ünsür-

ləri» kimi qiymətləndirmək səhvdir. Romantikanın mürtəceli-

yini və ondakı realizmin dərəcəsini təyin edən bədii təsvir va-

sitələri deyildir, fikirlərdir, ideyalardır, əsərin ruhu və pafosu-

dur. Mütərəqqi fikrə xidmət etdikdə canlı estetik emosiya do-

ğuran hər bir vasitə xeyirlidir. Nə qədər ki, bu ünsürlər sağ-

lam ideyaya, qabaqcıl dünyagörüşünə xidmət edir, onlar təbii 

və qanunidir. Həyat həqiqətini düzgün dərk edən müəllif, onu 

həyatdakı  formasına  daha  uyğun  gələn  təsvir  yolu  ilə  verir, 

lazım gəldikdə isə, simvol və alleqoriyadan da istifadə edir.  

«İblis» əsərində İblis surətinin təsviri ilə daramaturq bir 

həqiqəti  ifadə  etmək  istəyir:  «İnsan  öz  səadətinin  səbəbi  ol-

duğu kimi, öz fəlakətinin də səbəbidir. İnsan şərarətinin səbə-

bini  insandan  kənarda,  göylərdə,  iblisdə  axtarmaq  mənasız-

dır». Ənənəvi-rəmzi surət olan İblis bu ideyanın həlli və qüv-

vətli bədii təsdiqi üçün ən yaxşı vasitəyə çevrilir. 

Şeyx  Sənanın  təsvir  edilən  yuxusu  və  gözünə  görünən 

xəyalların səhnədə görünməsi təbiidir. Çünki bunlar psixoloji 

cəhətdən  də  əsaslandırılır.  Oxucu  daim  xəyal  və  şübhələrlə 

yaşayan  Sənanın  gözlərinə  belə  xəyalların  görünəcəyinə  ina-

nır.  Burada  H.  Cavidlə  Ə.Haqverdiyevin  üsulu  arasında 

(«Pəri  Cadu»  əsəri,  Qurbanın  gözünə  görünən  səhnələr)  heç 

bir  fərq  yoxdur.  Lakin  «Şeyx  Sənan»ın  ikinci  variantında, 

sonda  Sənanın  Xumarla  səmada  uçuşu  ona  görə  təkcə  bədii 

vasitə,  üsul  olmaqla  qalmır  ki,  burada  biz  həm  də  müəllifin 

aşkar idealist görüşləri ilə rastlaşırıq. Eyni fikri Şeydanı göy-

lərə səsləyən qara geyimli mələk haqqında da demək olar. 

Romantik  faciədə  simvolik  obrazlara  meyli  («Faust», 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə