Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə4/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   2   3   4   5   6   7   8   9   ...   101

 

14 


qeyd etmək kifayətdir ki, Hü-seyn Cavidin itmiş «Telli saz» 

pyesinin  məzmunu  anası  Mişkinaz  xanımın  diqtəsindən 

Turan xanımin öz əii ilə yazdığı mətn əsasında bu üç cildliyə 

daxil edilmişdir. 

Bu  gün  biz  dünya  mədəniyyətinə  Əcəmi,  Heyran 

xanım,  Fəqir  Ordubadi,  Cəlil  Məmmədquluzadə,  Kəngərli, 

Məhəmməd Tağı Sidqi, Hüseyn Cavid, Yusif Məmmədəliye-

v,  Heydər  Əliyev  kimi  dahilər  bəxş  etmiş  Naxçıvan 

torpağında  Cavidlər  ailəsinin  sonuncu,  ləyaqətli  təmsilçisi 

olan Turan xanımla vidalaşırıq. Qoy doğma Naxçıvan torpağı 

atası H.Cavid, anası Mişkinaz xanım və qardaşı Ərtoğrul bəy 

kimi onun üçün də qu tükü mislində yumşaq olsun! 

Allah onların hamısına qəni-qəni rəhmət eləsin! 

 

Akademik Bəkir Nəbiyev 

 

«Ədəbiyyat», 17 sentyabr 2004 



 

15 


TURAN CAVİD HAQQINDA SÖZ 

 

Azərbaycan  romantizminin  banisi,  dahi  sənətkarımız 



Hüseyn Cavidin vəfalı, sədaqətli övladı Turan xanım Cavidin 

dünyasını  dəyişməsi  təkcə  elmi-ədəbi  ictimaiyyəti  deyil,  bü-

tövlükdə Azərbaycan xalqını sarsıtmışdır.  

Azərbaycan  xalqı  üçün  Turan  Cavid  hər  şeydən  əvvəl 

nakam  taleyə  malik  Hüseyn  Cavidin  yadigarı  kimi  çox  əziz 

idi.  Turan  xanım  –  Cavid  əfəndinin  adını,  xatirəsini,  ləyaqə-

tini və şəxsiyyətini bütün ömrü boyu daim uca tutumuşdur.  

Turan  xanımın  ucalığı,  əyilməzliyi  və  ilahi  saflığı  Hü-

seyn Cavıidin mənəvi ucalığını, əyilməzliyini və şəxsiyyətini 

dərk etməyin canlı nümunəsi idi. Xalqımız nakam taleli Hü-

seyn Cavidlə bağlı təsəllisini Turan xanımdan alırdı. O, sanki 

Hüseyn Cavidin  Azərbaycan xalqına qoyub getdiyi  bir əma-

nət idi.  

Turan  xanım  Cavidliyin  canlı  əsəri  idi.  Xalqımız  Hü-

seyn  Cavidin  dünyasını onun  səhnəmizdə  canlandırılan  əsər-

ləri qədər də Turan xanımın dünyası ilə başa düşür, dəyərlən-

dirirdi.  Turan  xanım  Cavidin  qızı  olması  məsuliyyətini  Ən 

dəyanətli övlad kimi qoruyub saxlamışdır. 

Turan  xanım  Cavid  Azərbaycanın  ziyalı  qadınlarının 

əzəmətli canlı heykəli idi.  

Turan  xanım  Cavidin  keçdiyi  çətin,  məşəqqətli,  lakin 

çox  şərəfli  ömür  yolu  ziyalı  mühitimiz  üçün,  yeni  nəsillər 

üçün, xüsusən Azərbaycan qadınlığı üçün nümunədir. 

Xalqımız  Turan  xanım  Cavidin  timsalında  tariximizdə 

silinməz  izləri  qalan  görkəmli  bir  mədəniyyət  xadmi  itirmiş-

dir. Onun məzunu olduğu Azərbaycan Dövlət İncəsənət Uni-

versitetində oxuduğu mühazirələrdən, keçdiyi dərslərdən res-

publikamızın  mədəniyyət  işçilərinin  bir  neçə  nəsli  bəhrələn-

mişdir.  O,  bacarıqlı  müəllim-pedaqoq,  tanınmış  teatrşünas 

kimi  bir  neçə  nəslin  Milli  ruhda  yüksək  pkşəkarlıq  səviyyə-

sində formalaşmasına öz töhfəsini vermişdir.  



 

16 


Turan  xanımın  Azərbaycan  Dövlət  Teatr  Muzeyindəki 

38  illik  səmərili  fəaliyyəti  ilə  teatrımızın  qızıl  fondu  sayılan 

nadir xəzinə qorunub saxlanılmış, layiqincə təbliğ odlunmuş-

dur. 


Bakıda İstiqlal küçəsindəki Hüseyn Cavidin ev muzeyi 

Turan  xanım  Cavidin  şah  əsəri  idi.  Elmi-ədəbi  ictimaiyyəti-

miz onu tanınmış, görkəmli bir muzeyşünas kimi qəbul etmiş-

dir.  


Turan xanım Azərbaycanda ən nüfuzlu Cavidşünas idi. 

Ən çətin zamanlardan etibarən Turan xanım Hüseyn Cavidin 

əlyazmalarını  axtarıb  üzə  çıxarmış,  toplayıb  saxlamışdır.  Bu 

gün Hüseyn Cavidin tam külliyyatının mövcudluğu üçün xal-

qımız Turan xanıma minnətdardır. 

Qardaşı Ərtoğrol Cavidin not dəftərləri, konspektləri və 

məktubları,  anası  Mişkinaz  Cavidin  Hüseyn  Cavid  haqqında 

xatirələrinin  çap  olunmamış  hissəsi,  bir  çox  nadir  ailə  şəkil-

ləri və qiymətli xatirə əşyaları məhz Turan xanımın sayəsində 

günümüzə qədər gəlib çata bilmişdir. 

Ciddi, güzəştsiz bir mətnşünas kimi Turan xanımın Ca-

vidşünaslığa ən böyük xidməti Hüseyn Cavidin əsərlərinin di-

lini,  leksik  tərkibini  bərpa  etməsindən  ibarətdir.  Bu  çətin  və 

mürəkkəb, lakin çox zəruri vəzifəni heç kim Turan xanım qə-

dər  məsuliyyətlə  yerinə  yetirə  bilməzdi.  Cavidin  əsərlərinin 

leksik tərkibinin bərpası Cavidşünaslığı ciddi imtahanlar qar-

şısında  qoymuşdur.  Hətta  tədqiqatçılar  arasında  Turan  xanı-

mın Cavidin əsərlərinin dili üzərindəki düzəlişlərindən sonra 

Cavidşünaslığın süquta uğrayacağı qənaətinə gələnlər də var-

dı.  Şübhəsiz  ki,  bu  məsələ  yeni  dövr  Cavidşünaslığının  baş-

lanğıcına çevriləcəkdir.  

Turan  xanım  Hüseyn  Cavidin  1958-ci  ildən  sonra  çap 

olunan  bütün  çoxcildliliklərinin  tərtibatçısıdır.  Buna  baxma-

yaraq  o,  ədibin  əsərlərinin  5  cildilk  yeni  nəşrdən  neçə-neçə 

bəhrələnəcəklər.  

Bütövlükdə Cavidlər ailəsi ailəsi, o cümlədən Turan xa-




 

17 


nım Cavid  uzun illər Hüseyn Cavid  demişkən  «idrakı  sönük 

başçıların  qəfləti»  sayəsində  fəlakətlərə,  faciələrə  düçar 

omuş, miskin  və acı  həyat  yaşamışlar. Etiraf etmək lazımdır 

ki, Hüseyn Cavidin əsas bəraəti, Cavidlər ailəsinə həqiqi hör-

mət və ehtiram yalnız görkəmli dövlət xadimi, ümummilli li-

derimiz Heydər Əliyevin hakimiyyəti illərində Hüseyn Cavi-

din  anadan olmasının  100 və 120 illik  yubileylərinin  keçiril-

məsi  haqqında  dövlət  əhəmiyyətli  qəraralar  qəbul  edilmiş, 

dram  əsərləri  səhnəmizdə  layiqli  yer  tutmağa  başlamış,  çox-

cildlik külliyyatları çap olunmuşdur.  

Hüseyn Cavidin nəşinin qalıqlarını sovet rjimi dövrün-

də  uzaq  Sibirdən  Vətənə  gətirmək  yalnız  Heydər  Əliyevə 

məxsus olan təkrarsız qəhrəmanlıqdır. 

Bakıdakı  zəngin  ev  muzeyinin,  Naxçıvandakı  əzəmətli 

məqbərəsinin  də  mənəvi  müəllifi  görkəmli  dövlət  xadimi 

Heydər Əliyevdir. 

Turan  xanım  Cavid  də  əsl  hörmət  əsl  hörmət-izzəti 

məhz  Heydər  Əliyevin  zamanında  qazanmışdır.  Onun  aldığı 

«İstiqlal»  ordenini,  əməkdar  mədəniyyət  işçisi  fəxri  adını, 

dövlət təminatlı fərdi təqaüdçü missiyasını təsdiq edən sənəd-

lərdən Heydər Əliyevin mübarək imzası vardır.  

Bugün  Turan  xanım  Cavidin  dəfninin  böyük  ehtiramla 

dövlət  səviyyəsində  təşkili  Azərbaycan  Respublikasının 

Prezidenti llham Əliyevin Heydər Əliyev ideyalarına sədaqə-

tinin daha bir bariz nümunəsidir. 

Turan xanım son illər Naxçıvana tez-tez gəlir, hər dəfə 

ata ocağını yad edir, məqbərəyə baş çəkirdi. Anadan olması-

nın 80 illiyi də Naxçıvanda Ali Məclisin rəhbərliyinin diqqəti 

və qayğısı sayəsində hörmətlə qeyd edilmişdir. 

Bu  dəfə  Turan  xanım  Cavid  doğma  torpağa,  Cavidi 

yetirən  və  yaşadan  qədim  Naxçıvana  həmişəlik,  əbədüik  gə-

lib. Həyatdə doğmalanndan uzaq düşməyin min bir məşəqqət-

lərini yaşamış Turan xanım doğma torpağa və əzizlərinə, doğ-

malarına  qovuşmağın  şərəfini  qazanıb.  Allahdan  Turan 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə