Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə3/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   2   3   4   5   6   7   8   9   ...   101

 

11 


mən görürdüm. Hüseyn Cavidin yazıları olan dəftərin üstünü 

əli ilə təmizləyirdi, tumarlayırdı. Bu əsərlərin üzərində Turan 

xanımın öz əli ilə yazdığı yazıları var. Təəssüf ki, bu əsərlərin 

çap  olunması  görə  bilmədi.  Ancaq  mən  əminəm  ki,  bu  gün 

ümummilli liderimizin  yolunu davam etdirən hörmətli prezi-

dentimiz İlham Əliyev də Hüseyn Cavid irsinə diqqəti davam 

etdirəcək.  Bu  dəfn  mərasiminin  belə  təntənə  ilə  keçirilməsi 

də, Hüseyn Cavid  ailəsinə qayğı  və diqqətin nəticəsidir. Tu-

ran xanım son  mənzilə Hüseyn Cavid  ailəsi adına layiq  yola 

salınmalıdır. Bu gün Turan xanımı son mənzilə yola salarkən 

biz  həm  də  Cavidlərin  uzun  ayrılıqdan  sonra  nəhayət  bir 

ocağa  yığılmasının şahidi oluruq. Turan xanım haqqında, bu 

ailə haqqında çox şeylər demək olar. Ancaq onların əməlləri, 

qoyduqları  irs  deyiləcək  sözlərdən  daha  önəmlidir.  Hüseyn 

Cavidin sənətkar ömrü və yazdıqları, qoyub getdiyi irs Azər-

baycan  xalqının  ölməz  mənəvi  sərvətlərindən  birini  təşkil 

edir. Turan xanım da öz dahi atasının irsini yaşatmaq yolunda 

ağır repressiyalara, ağır çətinliklərə dözdü. Bu ailəyə aid olan 

hər bir nişanəni qoruyub bu günə gətirib çıxara bildi. Bu gün 

Bakıda  və  Naxçıvanda  fəaliyyət  göstərən  Hüseyn  Cavidin 

zəngin eksponatlı ev muzeylərinin qurucusu, bu günkü və gə-

ləcək  nəsillər  üçün  qoruyucusu  Turan  xanım Cavid  olubdur. 

Biz buna görə Turan xanıma borcluyuq və onun ruhu önündə 

baş əyirik. Bu gün Cavidlər ailəsi qarşısında baş əyirik, onla-

rın ruhları şad olsun deyirik. Allah rəhmət eləsin. 

 

Vasif Talıbov, 



Naxçıvan Muxtar Respublikası 

Ali Məclisinin sədri 

 

Turan Cavidin dəfn mərasimində  

çıxış – 13 sentyabr 2004  

 

 




 

12 


AĞIR İTKİ 

 

Azərbaycan  elminə,  mədəniyyətinə  böyük  itki  üz 



vermişdir. Son yüz ildə Azərbaycan ictimai fikrinin inkişafın-

da  özünə  məxsus  böyük  xidmətləri  olan  Cavidlər  ailəsinin 

axırıncı nümayəndəsi Turan Hüseyn Cavid qızı dünyasını də-

yişmişdir. Mən yüksək intellekt və mədəniyyət sahibi olan bu 

xanım-xatın  Azərbaycan  ziyalısını  yanaşı  çalışdığımız  təqri-

bən 35 il ərzində yaxşıca tanımışam və onun alicənab insani 

keyfiyyətlərini həmişə yüksək qiymətləndirmişəm. 

16 il biz onunla yaxın qonşu olmuşuq. Bakının mərkə-

zindəki  eyni  binada  —  mən  Nizami  adına  Ədəbiyyat  Mu-

zeyində, Turan xanım isə C.Cabbarlı  adına Teatr Muzeyində 

əl-ələ  verıb  çalışmışıq.  O,  Azərbaycan  səhnə  sənətinin  tari-

xinə dair nadir sənədləri böyük diqqət və həssaslıqla toplayır, 

öyrənir, təhlil edir və qorunub saxlanmasının qayğısına qalır-

dı. 


Bir sıra nadir tamaşaların afişaları, proqramları, maket-

ləri, rejissor şərhləri, böyük aktyorlann rol üzərində işini əks 

etdirən əlyazmaları, quruluşçu rəssamların eskizləri, çox qiy-

mətli fotoşəkilləri, əlvan əlbisə bu günə qədər öz səliqə-sah-

manı  ilə  əziz-əziz  qorunub  saxlanması  və  gələcək  nəsillərə 

yadigar  olaraq  təqdim  olunması  üçün  məhz  Turan  xanımın 

qadın səliqəsi ilə süslənən cəfakeş muzeyçi əməyinə minnətd-

ardırlar. 

Turan  xanım  Azərbaycan  ictimai  fikrinin  ən  parlaq 

simalarından olub Stalin zindanlarında qeybə çəkilmiş H.Ca-

vidlə  xalqımızın  yeni-yeni  nəsilləri  arasında  on  illər  boyu 

canlı əlaqəni təmin edən mənəviyyat körpüsü olmuşdur. Biz- 

onunla  yaxından  təmasda  olan  həmkarları,  dostları, 

yoldaşları,  tələbələri  Cavid  günəşinin  hərarətindən  yetərincə 

bəhrələnmiş  bu  istedadlı  mədəniyyət  cəfakeşi  ilə  ün-siyyət-

dən  həmişə  məmnun  qalar,  böyük  sənətkarın  nakam  həyat 

kitabını  Turan  xanımın  xatirələri  işığında  vərəqlər,  Cavid 

dünyasının bir çox məna gözəlliklərini, onun zəngin obrazlar 




 

13 


aləmini  məhz  qeyrətli  qızının  təqdimatında  qavrayıb  dərk 

edərdik. 

Turan xanım teatrşünas müəllim, Cavidşünas alim idi. 

Bu  sahələrdə  bir  sıra  çox  qiymətli  kitab  və  məqalələr 

nəşr  etdirmişdi.  Lakin  onun  bir  alim  və  mədəniyyət  xadimi 

şah  əsəri  yaradılması  uğrunda  on  illər  boyu  böyük  fiziki  və 

yaradıcılıq  əzablarına  qatlaşdığı  Hüseyn  Cavidin  ev  muzeyi 

idi.  Ümummilli  liderimiz  Heydər  Əliyevin  xüsusi  və  ardıcıl 

qayğısı  sayəsində  bərqərar  olmuş  bu  muzeyin  elmi-ekspozi-

siya planını çoxsaylı axtarışlar, məşvərət və məs-ləhətlər əsa-

sında, başlıcası isə öz şəxsi xatirə və təəssüratlarına güvənə-

rək Turan xanım özü hazırlamış, bir direktor kimi  də həmin 

muzeyin  bütün  qayğılarını  fədakar  əməkdaşları  ilə  birlikdə, 

ömrünün  axırına  qədər  öz  zərif  çiyinlərində  daşımışdı. 

H.Cavidin Naxçıvandakı mənzil muzeyinin də ərsəyə  yetmə-

sində və onun bir sıra çox vacib eksponatlarla təmin edilmə-

sində  Turan  xanımın  göstərdiyi  xidmətlər  naxçıvanlı  cəvids-

evərlərin yaxşı yadındadır. 

Turan xanımın Azərbaycan xalqı və ədəbiyyatımız qar-

şısında  ən  böyük  xidmətlərindən  biri  də  atası,  dahi  Hüseyn 

Cavidin zəngin yaradıcılıq irsinin qorunub saxlanması və nəş-

ri ilə bağlıdır. Böyük alim və ədəbiyyat tənqidçisi, bizim əziz 

müəllimimiz mərhum  akademik Məmməd Cəfər  Cəfərovdan 

sonra Turan xanım Hüseyn Cavid yaradıcılığının ən mötəbər 

bilicisi idi. O, 1930-cu illərin amansız repressiyaları vaxtı çox 

böyük məhrumiyyətlər bahasına olsa da, Sibirin buzlu cəhən-

nəmində zülmlər çəkən atasının əlyazmalarını, nadir nəşrlərini 

itib-batmağa qoymamış, vaxtı gəlib yetişəndə nəşr edib Cavid 

istedadının pərəstişkarlarına çat-dırmışdır. 

Nə yaxşı ki, böyük şair və dramaturqun əsərlərinin latın 

qrafikası  ilə  keçən  il  buraxılmiş  son  nəşri  də  məhz  Turan 

xanımın  yaxından  iştirakı  ilə  hazırlanıb  həyata  keçirilmiş, 

buna  görə  də  Azərbaycan  Mədəniyyət  Fondunun  buraxdığı 

həmin cildlərin tam mötəbərliyi təmin edilmişdir. Təkcə bunu 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə