Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə7/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   2   3   4   5   6   7   8   9   10   ...   101

 

28 


şafdan sonra fədakar bir aşiq, inkarçı bir mütəfəkkir kimi son 

səhnəni tərk edir. 

Maraqlıdır ki, müəllif öz qəhrəmanın, böyük bir məhəb-

bətlə təsvir etdiyi Qafqaza gətirir. Sənan axtardığı «haqq nu-

runu» məhz burada tapır. Əsərin ən qüvvətli hissəsi də ikinci 

pərdənin  ikinci  səhnəsidir.  Din  üzərində  eşqin  qələbəsi  baş-

dan-başa  əsərin  pafosudur,  lakin  o,  ən  yüksək  səviyyəyə  bu 

səhnədə çatmışdır. 

Budur, bütün  möminlər səcdə üçün Şeyxə müntəzirdir. 

Şeyx isə Xumarın səcdəsinə gəlmişdir: 

 

Vətənim, cümlə niyyətim, Kəbəm, 

Şimdi yalnız odur, o, əl çəkməm…  

 

Burada  din  bütün  huriləri,  bütün  mələkləri  ilə  birlikdə 



səmadan enib məhəbbətin səcdəsinə yıxılmışdır! 

Həm də Sənanın əl çəkdiyi din yalnız islam dini deyil-

dir. O, hətta kinayə ilə xaç da taxaraq islam dini kimi xristian 

ehkamlarını da məsxərəyə qoyur: 

 

Bumu İsanın ərşə meracı? 

Mən nəyəm şimdi? Canlı dar ağacı! 

İştə bir parçacıq gümüşdür bu… 

Bunu asmaqla bir üzük taxmaq 

Məncə birdir, bir… anladınmı uşaq? 

 

Şeyxin  kamal  və  cəsarəti  qarşısında  papas  gülünc  bir 



vəziyyətdə qalır… 

«Haqqı  ilk  dəfə  bulduğunu»  qət  edən,  gözəlliyin,  əsil 

həyatın  böyük  həqiqətini  bir  qürurla  elan  edən  Şeyx  öz  mü-

ridlərinə üz tutur: 

 

Eşqdən başqa hər nə varsa əvət,  

Tövbə, min tövbə!... eylədim nifrət. 

İştə mən naili vüsal oldum, 



 

29 


Aradım nuri-həqqi ta buldum. 

Gediniz gərçi hiylə, ya təzvir 

Sizcə xoş… Məncə eşq yüksəkdir!... 

 

İndi o, öz müridlərinin mənəvi puçluğunu, saxta etiqad 



əsirləri olduqlarını daha yaxşı dərk edir, donuzlara çoban ol-

mağı avamlar, fanatiklər mürşidi olmaqdan üstün tutur: 

 

O donuzlar ki, otladır Sənan, 

Şübhəsiz fərqi yoxdur onlardan. 

 

Odur ki, o, heç də təəssüf etmir ki: 

 

Unudub cümlə hökmü-quranı, 

Oldum axırda bir donuz çobanı… 

 

Böyük  alim  və  filosof  Faust  (Höte,  «Faust»  faciəsi) 



dünyəvi  elmin  və  biliklərin  zirvəsinə  qalxmış,  Mefistofelin 

köməyi ilə ilahiyyatı, göyləri və əbədiyyəti dərk etmiş, bütün 

bunlardan sonra isə bataqlıqdan qurudub əldə etdiyi bir parça 

torpaqda əkinçiliklə məşğul olmuşdur. Faust axtardığı böyük 

həqiqəti, həyatın mənasını, dünyada ən «bəxtiyar anı» yalnız 

bu zaman tapmış və yalnız bu zaman «saxlan, ey an, sən gö-

zəlsən dur!» - demişdi. 

Şeyx Sənan «min dürlü» və «pərdəli» hikmətlərə nüfuz 

etmiş, din və islam rəhbəri olmuş, ölkələr, məmləkətlər dolaş-

mış və ən nəhayət, təmiz, təbii, dünyəvi bir hissin naminə iki 

il  donuzlara  çobanlıq  etmişdir.  «Aradım  nuru-həqqi  ta  bul-

dum» - deyə Sənan yalnız bu zaman həqiqi müdrik, əsil bəxti-

yar  bir  insan  kimi  təntənə  çalmışdı!  Hər  iki  ideya-  Sənanın 

«azad  duyğuların  təbiiliyi  və  sərbəstliyi  hər  şeydən  yüksək-

dir» və Faustun «əkinçilik sxolastik fəlsəfəçilikdən yaxşıdır» 

ideyası  bir  nöqtədə  birləşirdi;  insan  fəaliyyətində  realizmi, 

əməli  istiqaməti,  həyat  sevgisini təsdiq  edirdi!...Sonda Səna-



 

30 


nın  sevgisi  ideallaşsa  da,  xəyali,  əfsanəvi  mənalar  kəsb  etsə 

də,  bütövlükdə  əsərin  pafosu,  onun  həyat  sevgisini  təsdiq 

edən fəlsəfəsi idi. 

Faciədə  geniş  və  mühüm  yer  tutan  vəfalı,  füsünkar  və 

fədakar qız Xumar, sirli, nurani və mərdümkiriz dərviş, şeyx-

lər, ərəb gözəli Zəhra, qoca Platon, kinli və daş qəlbli papas, 

Xumarın  uğursuz  aşiqləri  Anton  və  Simon  müəllifin  müvəf-

fəq olduğu və əsas ideyanın bədii ifadəsinə xidmət edən bit-

kin mənalı surətlərdir. 

Qeyd  etdiyimiz  kimi,  «Şeyx  Sənan»  məhəbbət  nəğmə-

sidir. Əsərin dili və vəzni lirik bir mahnı qədər səlisdir. Şəxs-

lərin çoxluğu, hadisələrin zənginliyi, faciənin dramatik quru-

luş nöqteyi-nəzərindən incə tərtibi diqqəti cəlb edir. Süjet və 

səhnələr arasındakı vəhdət sənətkarlıqla qurulur. İki obraz bü-

tün  hadisələrin  mərkəzində  qoyulur:  Sənan,  bir  də  Xumar. 

Onlar  adət  və  ənənələr,  dinlər  və  təriqətlər  fövqünə  qalxır, 

çirkin  bir  cəmiyyətdən  uzaqlaşırlar.  Təmiz  insan  sevgisinin 

saf,  mənəvi  gözəlliyin  şairanə  zirvəsinə  yüksələn  Sənan  və 

Xumar avam şeyxlər, kinli papaslar mühitini aşağıda buraxır, 

simvolik bir yüksəklikdən Kür sularına atılırlar… 

Haqqın nurunu, eşqin və kamalın vəhdətində tapan Sə-

nan  Şərq  şeirinə,  Füzuliyə,  klassik  lirikaya  yaxın  və  doğma 

bir surətdir. Cavidin əsəri hələ Nizami ilə başlayan möhtəşəm 

bir sevgi fəlsəfəsinin davamıdır. 

H.Cavidin  ikinci  böyük  faciəsində  «İblis»də  məkan 

konkretliyi  yoxdur.  Hadisələr  qeyri-müəyyən  bir  yerdə-  ha-

rada isə Şərqdə cərəyan edir. H.Cavidi başqa əsərlərinə görə 

də «kənar mövzulara uymaqda» ittiham edirlər. Əlbəttə, bu it-

tihamlarda  müəyyən  həqiqət  vardır.  Lakin  burada  bir  cəhəti 

nəzərdə tutmaq vacibdir. Bu «kənar mövzular» əslində bizim 

poeziyaya həmişə doğma olan Şərq mövzuları idi. Cavidlə bi-

zim dramaturgiyaya bir tərəfdən də Şərq daxil olurdu. Məgər 

bu,  milli  dramaturgiyanın  yalnız  zənginliyi  xeyrinə  deyil-

dimi? İkinci tərəfdən, milli koloritin realist əsərlərdən, kome-




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə