Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə15/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   11   12   13   14   15   16   17   18   ...   101

 

52 


nəzərdən tamaşanın gözəlliyi orasında idi ki, müəllifnən bir o 

qədər  qüvvətli  işlənməmiş  Anton  obrazını  Ülvi  Rəcəb  sarsı-

dıcı bir qüvvətlə oynayır, ideya adamının, xalq adamının, in-

qilab yetirməsinin,  «bir başımdan keçərəm məslək üçün» de-

yən bir bolşevikin  səmimiyyətini  çox təsirli bir şəkildə ifadə 

edirdi.  

Nəhayət «Səyavuş» haqqında bu tamaşa yalnız Cavidin 

deyil, ümumiyyətlə teatrın inkişafında çox qiymətli bir hadisə 

idi. «Səyavuş» gənc Azərbaycan rejissorluğunun bir qələbəsi 

idi. Heç bir tamaşada milli Azərbaycan rejissorluğu bu qədər 

istedadlı bir şəkildə özünü göstərə bilməmişdi.  İlk dəfə müs-

təqil  quruluş  verən  gənc  İ.  Hidayətzadəyə  inananlar  da  var 

idi, inanmayanlar da. Tamaşa sübut etdi ki, müqtədir bir akt-

yor olan Hidayətzadə, eyni zamanda, yaxşı bir rejissordur.  

«Səyavuş»  tamaşaçılarından  biri  Səyavuşu  Şərq  Ham-

leti adlandırmışdı. Bu çox maraqlı bir fikir idi. Səyavuş, doğ-

rudan da, hamletvari bir obrazdır, o mənada ki, istedadlı ağıl-

lı,  namuslu  bir  gəncin  taleyi  çoxdan  bəri  kök  salmış  ictimai 

quruluş, hakimiyyət forması, fəlsəfi və əxlaqi prinsiplər haq-

qınlda zidd fikirlər irəli sürməyə, müsibətlər, qırğınlar, səfalət 

və rəzalət doğuran müharibələri təqdir etməyə, pisləməyə ta-

rixi  çıxılmazlıq  qarşısında  doğan  istirablardan,  üzüntülərdən 

bəhs açmağa imkan yaradır. Gah Turanda, gah İranda baş ve-

rən hadisələri göstərməkdən məqsəd tarixin müəyyən mənzə-

rəsini yaratmaqdan daha çox, Səyavuşun taleyini izləmək, bö-

yük bir istedadın və ağlın faciəsini göstərməkdir. 

Bu  mənada  Səyavuş  əsəri,  məncə,  əslində  xalq  dramı 

deyil,  bir  növ  monodramdır,  yəni  bir  şəxsin  taleyini  təsvir 

edən  əsərdir.  Lakin  teatr  əsəri  daha  geniş  bir  janr  daxilində, 

daha vüsətli səpgidə oynamaq istədiyindən, əsər müəyyən də-

yişikliklərə  uğramış,  xalq  səhnələri,  xalq  hərəkatı  hesabına 

genişlənmiş,  əlvan  bir  tarixi  fon  üzərində  qurulmuşdu.  Buna 

görə  də  tamaşa  teatrın  sonrakı  xalq  qəhrəmanlıq  tamaşaları 

üçün bir yol açmış oldu. 




 

53 


Lakin  mənə  elə  gəlir  ki,  belə  bir  meylin  nəticəsində 

«Səyavuş»  tamaşası  udmuş  olsa  da,  teatrın  üslubu  axtarışla-

rında yeni bir cığıra gətirib çıxarsa da müəyyən zərər də çək-

mişdir. 


 «Səyavuş»la əlaqədar tənqidi məqalələrə diqqət  yetiri-

lərsə, aydın olar ki, «Səyavuş»a iş prosesi zamanı əlavə edil-

miş xalq səhnələri, üsyan epizodları Altay və Yalçın obrazları 

bir çox halda səhnədə vulqar-sosioloji prinsinlərin təzyiqi nə-

ticəsində meydana gəlmişdir. 

Nəticədə teatr nəinki «Şahnamə»ni, ümumiyyətlə tarixi 

təhrif  edib  Cavid  əsərinin  çərçivəsini  xeyli  dağıtmağa,  onu 

çox  sxematik  bir  şəkildə  yazılmış  üsyan  səhnələri  hesabına 

«inqilabiləşməyə» məcbur olmuşdur ki, bundan ən çox zərər 

Səyavuş  obrazına  dəymişdir.  Səyavuş  əsərdə  az  danışır,  az 

düşünür, az həyəcan keçirir və əgər Cavidin az sözlə çox fikir 

demək  bacarığı,  az  hərəkətlə  böyuk  bir  mənzərə,  səhnə,  dra-

matizm yaratmaq bacarığı olmasaydı, həmçinin Hidayətzadə-

nin dinamik, əlvan və dəstgahlı səhnələr qurmaq səriştəsi ol-

masaydı, Səyavuş obrazı öz-özlüyündə o qədər təsirli və cazi-

bəli çıxmazdı. Tamaşadakı Səyavuş, istər Ülvi Rəcəbin, istər-

sə də, A.Şərifzadənin ifasında, biri digərindən nə qədər fərq-

lənsə də, çox mənalı və yapışıqlı bir obraz idi.  

«Səyavuş» Cavidin səhnəmizdə göstərilən son əsəri idi. 

Bu əsər yaradıcılığında «Azər» və «Knyaz»la başlayan dönü-

şün  bir  davamı  olmaqla  bərabər,  Azərbaycan  teatrının  vahid 

bir metod daxilində, müxtəlif üslub axtarışlarında səmərəli bir 

addım idi. «Knyaz» və «Səyavuş», eləcə də Cavid irsinin ye-

nidən  xalqa  qaytarılmasından  sonra  səhnəyə  birinci  qayıdan 

«Şeyx Sənan» Cavid teatrının Azərbaycan səhnə sənəti üçün 

nə qədər ülvi olduğunu nümayiş etdirir. Heç şübhə yoxdur ki, 

«Xəyyam»  səhnədə  canlandırıldıqdan  sonra  bu  keyfiyyət 

daha da qüvvətlənəcəkdir.  



 

 Cəfər Cəfərov  


 

54 


 

«Ədəbiyyat və İncəsənət», 2 may 1963 


 

55 


GÖZƏLLİK AŞİQİ 

 

Romantikləri  xarakterizə  edən  əsas  cəhətlərdən  biri  də 

estetizmdir.  Bu  xüsusiyyət  Azərbaycan  romantiklərindən  ən 

çox  H.Cavid  yaradıcılığında  yayılmış  və  əsaslandırılmışdır. 

Onun  təəbirincə  bədii  ədəbiyyatda  obyektiv  varlıq  daha  gö-

zəl, daha bəzəkli, daha zərif və rövnəqlənmiş bir şəkildə ve-

rilmişdir.  Romantiklərə  görə  yazıçı  xəyalı  nə  qədər  sərbəst 

hərəkət  etsə,  hiss  nə  qədər  hakim  olsa,  şəxsi  zövq  nə  qədər 

qabarıq görünsə, bədii əsər bir o qədər dəyərli olar. Bədii ədə-

biyyatı gözəllik tərənnümü kimi təsəvvür edən belə sənətkar-

lar  «sənət  sənət  üçündür»  nəzəriyyəsini  irəli  sürürlər.  Eşq, 

məhəbbət, sevgi, gözəllik və s. kimi məvhumları onlar nəinki 

romantikləşdirir,  hətta  idealaşdırırlar.  «Mənim  tanrım  gözəl-

likdir, sevgidir» deyə Cavid oradaca əlavə edir ki:  

  

Gözəl sevimlidir cəllad olsa da,  

Sevgi xoşdur, sonu fəryad olsa da. 

 

«Afət»  əsərində:  «Məncə  gözəl  bir  qadın  daima  gözəl 

qalmalı,  gözəlliyə  vida  edərsə,  həyata  vida  etməli!»  deyən 

qəhrəmanla Cavidin estetik görüşləri arasında heç bir ayrılıq 

yoxdur.  «Gözəlsiz  bir  gülşən  zindana  bənzər»  deyən  şair  və 

romantik xəyalının  yüksək zirvələrinə qalxır. Şübhəsiz, onun 

təsəvvür etdiyi gözəllik adi gözəllik olmayıb, romantik gözəl-

likdir.  Bu  gözəllik  dünyada  bütün  bəşəri,  mənəvi  hisslərdən 

yüksəkdir.  Romantiklər  insanı;  gözəllik  qarşısında  diz  çök-

məyə, ona səcdə etməyə çağırırlar. Belə sənətkarlarda, o cüm-

lədən Caviddə, estetizm dinin qanunlarını pozmaq dərəcəsinə 

belə gəlir. Məlumdur ki, din musiqi dinləməyi, rəqsə baxmağı 

qadağan  edir.  «Şeyx  Sənan»əsərində  islam  dinini  təbliğ  et-

məyə  gələn  şeyxlər  Gürcüstanda  ikən,  uzaqdan  insanı  həyə-

cana gətirən həzin bir musiqini eşidirlər. Onlar qulaqlarını tı-

xayıb,  gözlərini  yummaq  istərkən,  şairin  estetik  zövqünü 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə