Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə16/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   12   13   14   15   16   17   18   19   ...   101

 

56 


ifadə edən Şeyx Sədra deyir:  

 



 

57 


Pək əcayib şu halınız...Mutlaq,  

Burda lazımıdır qulaq tıxamaq?  

...Musiqi, nəğmə nə gözəl sənət,  

Bunu heç mən edərmi bir hikmət?... 

 

Eləcə  də  Şeyx  Sənanın  dini,  quranı,  Məkkəni  atması, 



xaç asıb şərab içməsi, ibadəti tərk etməsi, nəhayət: 

 

Eşqdən başqa hər nə varsa, əvət, 



Tövbə, min tövbə, eylədim nifrət!.. 

 

-deməsi Cavidin estetik zövqünə tamamilə uyğundur. Şübhə-



siz, bunlar şairin və onun qəhrəmanlarının ateist olmalarından 

irəli  gəlmir.  Əlbəttə  bunlar  estetik  şairin  bədii  priomlarıdır. 

Şairin  əsərlərində  eşq  və  məhəbbət  pərəstiş  və  məftunluq  o 

dərəcəyə çatır ki, o, bəzən müsbət planda verdiyi qəhrəman-

ları  belə ifşa etməyə, istər- istəməz  «Məhəbətlə çarpınan bir 

çoban qəlbinin kin və ədavət püskürən sultan qafasından daha 

şərəfli»  olduğunu  göstərməyə  məcbur  olur.  O  şahların,  sər-

kərdələrin tarixini yazan şairləri gözəllik tarixi yazanlarla mü-

qayisə  edərək  deyir  ki:  «Eşq  və  gözəllik  tarixi  yazan  şairlər 

daha yüksəkdirlər». 

«Topal Teymur» əsərindən gətirdiyimiz bu misallar şai-

rin müsbət planda verilmiş tarixi qəhrəmanının romantik mas-

kasını  yırtmaq  üçün  əsas  vasitədir.  Məlumdur  ki,  tarixdə  ən 

qəddar qan içənlərdən biri olan Teymur şairin romantik təsvi-

rində  müsbət  planda  işıqlandırılmışdır.  Cavid  eşq  və  məhəb-

bət məsələlərini yada salarkən, bu tezisini sanki unudur və öz 

qəhrəmanının  siyasətini eşq ilə müqayisədə ifşa etmək dərə-

cəsinə gəlir.  

Gözəllik aşiqinin romantizmindəki təbiət təsvirləri də şai-

rin estetik görüşləri ilə əlaqədar olaraq, ideallaşmış bir şəkildə 

verilir.  Onun  dramlarında  bütün  hadisələr  bahar  fəslində, 

mənzərəli yerlərdə cərəyan edir. 




 

58 


Bu  əsərlərin  remarkalarında:  «Kiçik  dağlar  ətəyində  nə-

zəri  cəlb  edən  mənzərəli  bir  yer,  bir  tərəfdən  köpüklənərək 

axan çay, digər tərəfdən dağa doğru uzanan əyri bir cığır, ba-

har  mövsimü,  ikinci  çağı,  qüruba  qarşı,  hovuzlu,  çiçəkli  bir 

bağça, mehtablı bir gecə, çiynində su sənəyi aparan və ya dağ 

döşündəki bulağa gedən qızlar, yalçın qayalar, dərin uçurum-

lar, pərdə açılarkən, ruhları oxşayıcı çoban tütəyinin iniltisi» 

və s. bu kimi təsvirlər vardır. Biz onun heç bir pyesində qış 

fəslinin  təsvirinə  rast  gəlmirik.  Təbiət  şairin  əsərlərində  bö-

yük bir səmimiyyət və ilhamla qələmə alınır. 

 

Hər yer səfalı, nəşəli, hər şey tərəbnisar...  

Hər dəm gülümsədikcə günəş, məst olur bahar. 

Dağlar çiçəklə süslənərək səbzü dilgüşa... 

Quşlar ötər, sular axıb ətrafa gül saçar. 

 

Cavid  yaradıcılığında  təbiətin  necə  romantikləşdirildi-

yini təsəvvür etmək üçün «Dəniz tamaşası» şeirindən gətirdi-

yimiz aşağıdakı parçanı nəzərdən keçirmək kifayətdir:  

 

Günəş qürub ediyor, göy... mühitimiz göm-göy... 

Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor, 

Günəş qürub ediyor, göy... fəza, dəniz göm-göy... 

Uzaqda, yalnız üfüqlərdə var bir aləmi-nur. 

Bütün gözəlliyi həp sanki toplamış yaradan, 

Dənizdə xəlqə nişan vermək istəyor əlan. 

 

Təbiəti romantikcəsinə idealizə H.Cavidin  «Afət» pye-



sində daha aydın nəzərə çarpır. Cavid gözəllik aşiqidir. O, gö-

zəlliyə yüksək qiymət verir, öz şeirlərində oxucuları gözəllik-

dən zövq almağa çağırır. Biz onun şeirlərini oxuduqda, istər-

istəməz ruhumuzda bir həyəcan, bir hərəkət duyuruq.  

H.Cavid əsərlərinin idea istiqamətini nəzərdən keçirdik-

də ayrı-ayrı qəhrəmanlar tərəfindən deyilmiş fikirləri müəlli-




 

59 


fin öz fikri ilə qarışdırmaq olmaz. Bildiyimiz kimi, romantik 

yazıçılar yaradıcılıqlarında kontrast və ziddiyyətlərə geniş yer 

verirlər.  Məlumdur  ki,  Cavid  yaradıcılığında  qadın  haqqında 

bir yerdə: «Sürüklənən bəşəriyyət qadınla yüksələcək», başqa 

bir  yerdə  isə  «Həp  qadından  gəlir  nə  gəlirsə  bizə»  deyilir. 

Necə olmuş ki, bütün əsərlərində gözəlliyə pərəstiş edən şair 

belə bir fikir yürütmüşdür? 

Bu suala cavab axtararkən, məlum olur ki, bu zidd fikir-

lər Cavidin şəxsi fikri olmayıb, tipik şəraitdə ayrı-ayrı qəhrə-

manlar tərəfindən yürüdülmüşdür. Birinci fikrə «Peyğəmbər» 

əsərində rast gəlirik. Şairin təsvirinə görə keçmiş Ərəbistanda 

qız  uşağı  hərbi  işlərə  yaramadığı  üçün  hələ  körpə  ikən  onu 

diri-diri  torpağa  basdırarmışlar.  Əsərin  qəhrəmanı  bir  dəfə 

görür  ki,  qızın  anası  kişilərdən  xəlvət  öz  balasını  torpaqdan 

çıxarıb, nəvazişlə bağrına basır. Qadındakı bu cəsarət və mə-

həbbəti görən Peyğəmbər onu alqışlayaraq deyir: 

 

Qadın günəş, çocuq ay, nuru ay günəşdən alır, 

Qadınsız ölkə çabuq məhv, zavallı qalır. 

Qadın gülərsə, şu issız mühitimiz güləcək

Sürüklənən bəşəriyyət qadınla yüksələcək! 

 

İkinci fikir isə otuz il ruhanilər tərəfindən real insani eş-



qə nifrət ruhunda tərbiyə olunan Şeyx Sənan tərəfindən deyil-

mişdir.  O,  Qafqaza  gəlir,  öz  dərdlərinə  çarə  axtaran  korlar 

şeyxdən kömək istəyirlər. Şeyx gənclərə nə üçün kor olmuş-

sunuz?  deyə  sual  verir  və  müəyyən  edir  ki,  birini  anası  kor 

doğmuş,  digəri  isə  öz  vəfasız  sevgilisi  yolunda  ağlamaqdan 

kor  olmuşdur.  Sənan  belə  bir  nəticə  çıxarır  ki,  hər  ikisinin 

bədbəxtliyinə  səbəb  qadındır.  Göründüyü  üzrə,  qadına  belə 

mənfi münasibət Cavidin özünə yox, qəhrəmanına aiddir. Şai-

rin  öz  estetik  zövqünə  gəlincə,  deyə  bilərik  ki,  o,  gözəlliyə 

məftun  bir  sənətkar  kimi  fikirlərini  aşağıdakı  şeirdə  ümumi-

ləşdirir. 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə