Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə12/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   8   9   10   11   12   13   14   15   ...   101

 

43 


«Azər»də xüsusən «Üsyan» parçası yüksələn, qalib gə-

lən sinfin hücum himni idi. 

1926-cı  ilin  ortalarında  Teatr  Texnikumunda  və  Bakı 

Darülmüəllimində dərs deyən Hüseyn Cavid Maarif Komisar-

lığı tərəfindən Almaniyaya ezamiyyətə göndərilir. O, Berlin-

də gözlərini və qara ciyərini müalicə etdirir. Berlin təəssüratı-

nın  məhsulu  kimi  «Azər»  poemasından  yeni  parçalar  və 

«Knyaz» dramasının süjeti doğulur. 

«Azər»  və  «Knyaz»  Cavid  poeziyası  və  Cavid  drama-

turgiyasında  yeni  dövrün  başlanğıcı  idi.  Gürcüstanda  Vətən-

daş  müharibəsini  təsvir  edən  «Knyaz»  artıq  yeni  dövr,  yeni 

mühit şairinin mahnısı idi. Təsadüfi deyildi ki, «Knyaz» hələ 

o  dövrdə  səhnəyə  qoyulmuş,  böyük  rəğbətlə  qarşılanmışdı. 

Əsərin  mənfi  qəhrəmanı  olan  Knyaz  ilk  pərdələrdə  firavan 

həyat  sürən,  zülmkar  və  əhli-kef  bir  müstəbiddir.  Səhnədə 

məharətlə  canlandırılan  bu  rolun  klassik  ifaçısı  qüdrətli  tra-

gik-aktyor Abbasmirzə Şərifzadə idi. Knyaz kəndin füsünkar 

gözəli olan Jasmeni zorla alır. Lakin Jasmen Knyaz qapısında 

qulluqçuluq edən Marqonun oğlu bolşevik Antonu sevir. İgid, 

inqilabçı Anton fəhlə və kəndlilərin üsyan hərəkatına qoşulur.  

Yaxınlaşan inqilab gurultuları qarşısında Knyaz öz ailə-

sini və sərvətini götürüb Berlinə qaçır. «Sosialist cildinə gir-

miş» menşevik Şakro burada onun var-yoxunu talayıb qaçır. 

Müflis olmuş 60 yaşlı qoca Knyaz səfil bir həyat sürür. Knya-

zın  qızı  Lena  Berlin  kafeşantanlarında  rəqqasəlik  etməyə 

məcbur olur. Jasmin də onu tərk edir. O, İsveçə gedərkən yo-

lüstü Berlindən keçən Antona qoşulub vətənə qayıdır. 

Tərk edilən, məğlub və müflis olan Knyaz Berlində də 

nümayiş səsləri,  inqilab  mahnıları  eşidir, ağlını  itirir və inti-

har edir. 

Əsərdə  iştirak  edən  bolşevik  kəndli  surətləri  Azərbay-

can səhnəsi  üçün  yeni  və maraqlı hadisələr idi. Dövrün gör-

kəmli  tənqidçilərindən  Mustafa  Quliyev  «Knyaz»  əsərinin 

meydana çıxması münasibəti ilə yazırdı: «Nəhayət, Azərbay-




 

44 


can  şairi  Hüseyn  Cavid  bizim  inqilab  qatarımıza  oturdu… 

Cavid inqilabi yaşayışımızı həqiqi surətdə təsvir etməyə baş-

lamışdır.  Hüseyn  Cavid  dəli  Knyazlardan  dəli  xanlara  keç-

məli, inqilabçı türk (Azərbaycan-Y.Q.) həyatını, Azərbaycan 

əməkçilərinin mübarizəsini təsvirə başlamışdır».  

1930-1937-ci  illərdə  yeni  sovet  yazıçısı  kimi  getdikcə 

daha çox inkişaf edən Hüseyn Cavid «Telli saz», «Səyavuş», 

«Şəhla», «İblisin intiqamı», «Xəyyam» dramları ilə çıxış edir. 

Bütün bu əsərlərdə şairin müsbət qəhrəmanları yenə də müx-

təlif xalqların nümayəndələri, əsasən üsyançı kəndlilər və in-

qilabçı fəhlələr idi. Bu əsərlər içərisində tamaşaya qoyulan və 

səhnə şöhrəti qazanan faciə – «Səyavuş»dur. 

«Səyavuş»  Cavidin  Firdovsi  yubileyinə  hədiyyəsi  idi. 

Bu  əsərdə  artıq  tarixi  mövzu  yeni  dövrün  ədəbi  tələbləri  sə-

viyyəsində  həll  edilir.  H.Cavid  «Şahnamə»  motivlərinə,  çox 

geniş  yayılmış,  dəfələrlə  işlənmiş  «Səyavuş»  dastanına  yeni 

cəbhədən yanaşırdı. Hadisələrin şahlar və sərkərdələr həyatın-

dan alınmasına, İran və Turan saraylarında cərəyan etməsinə 

baxmayaraq, şair tarixi keçmişdə də daha çox inqilabi motiv-

lər axtarır, məhəbbətlə təsvir etdiyi üsyan və qiyam səhnələ-

rində o günkü sinfi mübarizələrin köklərini görmək istəyirdi.  

Kənddə böyüyən və tərbiyələnən Səyavuş da əslində şa-

hın  və  sarayların  oğlu  deyil,  kəndin  və  kəndlilərin  oğlu  idi. 

Qəhrəmanın  əsas  faciəsi  də  elə  bununla  əlaqədar  idi.  Onun 

real  vəziyyəti  ilə  sinfi  vəzifələri,  şahlıq  və  şahzadəlik  borcu 

arasında böyük bir ziddiyyət vardı.  

Kənddə ikən onun ilk mürəbbisi elin ağ saçlı anası olan 

«köylü qadın», ikinci müəllim isə elin böyük qəhrəmanı Zal 

oğlu  Rüstəmdir.  Odur  ki,  Rüstəmin  və  «el  anasının»  xeyir-

duası  ilə  Saraya  qayıdan  Səyavuş  burada  yabançı  bir  mühitə 

düşür. Sarayda onu qəddar bir atanın qəzəbi, çılğın və ehtiras-

lı  analığı  Südabənin  qorxunc  məhəbbətindən  doğan  iftiralar 

gözləyir.  

«Almazla deyil, qanla parlayan taclar»a nifrət edən Sə-




 

45 


yavuş,  babası  Keykavusun  qəzəbinə  düçar  olur,  İrandan  Tu-

rana-hökmdar  dayısı  Əfrasiyabın  yanına  gəlir.  Səyavuş  bu-

rada hökmdarın gənc və gözəl  qızı  Firəngizlə evlənir.  Lakin 

Səyavuş yağışdan çıxıb yağmura düşür. Onu kəndə xalq üsya-

nını  yatırmağa  göndərirlər.  Sərkərdə  Səyavuş  içində  böyü-

düyü xalqa əl qaldırmır, əvəzində zülmkar valiyə qarşı çıxır, 

üsyan rəhbərlərini müdafiə edir. «Üsyan» səhnəsi faciədə elin 

qüdrətini təmsil edən qüvvətli səhnə idi. Burda üsyan başçısı 

Altay sonsuz bir qətiyyət və inqilabi ehtirasla çıxış edirdi. Bu 

səhnə  H.Cavidin  öz  qəhrəmanını  harada  axtarmağa  başladı-

ğını yaxşı ifadə edirdi. Lakin Səyavuş hələ tam mənasında el 

qəhrəmanlarına-Altaylara  arxalanmağı  bacarmır.  Saray  sər-

kərdəsi Gərşivəzin intriqası ilə Turan xaqanı Səyavuşdan şüb-

hələnir. Səyavuş iki sarayın fitnə və fəsadının qurbanı olur. 

Süjet  əsasən  iki  hissədən  ibarətdir.  Müəllif  iki  sarayı 

təsvir  edir.  Qəhrəman  bir  saraydan  çıxıb  başqa  saraya  daxil 

olur.  Saraylar  dəyişir,  lakin  hadisələr  təkrar  olunur.  Hər  iki 

sarayın eyni zamanda ifşası ümumiyyətlə saraylara qarşı itti-

hama çevrilir. 

H.Cavid  yaradıcılığından  danışarkən  «Xəyyam»  kimi 

bir əsəri nəzərdən qaçırmaq mümkün deyildir. H.Cavidin bö-

yük fəlsəfi faciəsi  «Şeyx Sənan», yaxud «İblis»dirsə, ən şai-

ranə dramı, şübhəsiz «Xəyyam»dır. Əsər hələ o zaman (1935) 

ən  yaxşı səhnə əsərləri  müsabiqəsində mükafata layiq görül-

müşdür. 

«Xəyyam»  mövzusu  bütün  yaradıcılığı  və  ideya  ruhu 

ilə  dini təəssübkeşlik  və  mövhumat  əleyhinə  olmuş  H.Cavid 

qələmi üçün doğma idi. H.Cavidi cəlb edən Xəyyamdakı ayıq 

şübhə,  həyata  odlu  bir məhəbbət  fəlsəfəsi  idi. Əsərdə  «Şeyx 

Sənan» ideyaları daha da inkişaf etdirilir, həm də burada Sə-

nanı məhşur materialist filosof Xəyyam əvəz edirdi. Xürafata, 

din qəhrəmanlarına, hər cür mistik etikada qarşı H.Cavid İbli-

sin  qəhqəhələrindən  sonra  indi  də  Xəyyamın  ağıllı  gülüşləri 

ilə gülürdü. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə