Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə11/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   7   8   9   10   11   12   13   14   ...   101

 

40 


Afətin  faciəsi  də  ailə  fəlakəti  ilə  başlayır.  Gənc  və  fü-

sünkar  Afəti  əyyaş  Özdəmirə  ərə  verirlər.  Afətin  izzətli  və 

məğrur,  həm  də  qüvvətli  bir  sevgi  üçün  yaranan  qəlbi  yaşlı, 

küskün bir mühərririn soyuq təbiəti, kobud, qaba mənəvi var-

lığı ilə qarşılaşır. Afət 16 il sevgisiz və səadətsiz yaşayır. Za-

hirən  çox  nəcib  və  gözəl  görünən  doktor  Qaratayla  görüşər-

kən Afət onunla maraqlanmağa başlayır. Hiyləgər, pozğun və 

soyuqqanlı Qaratay xoşbəxtlik arzusu ilə çırpınan qadının bü-

tün varlığına hakim kəsilir. Afət sevir. Bu sevgi məşum, de-

monik bir qüvvətə çevrilir. Heç bir maneə, heç bir əngəl daha 

bu sevgiyə mane ola bilmir. Sevgisi ucundan Afət cinayətə də 

əl atır. O, Qarataydan öz eşqi üçün əbədiyyət vədi istəyir və 

bu vədə inanarkən əyyaş ərinə zəhər içirir. Özdəmir ölür. La-

kin faciə daha da şiddətlənir. Qaratay indi də Altunsaçla əylə-

nir. Ehtiraslı, fədakar, günahkar bir məhəbbətlə sevirkən Afət 

aldadılır, tərk edilir. 

Lakin bütün nifrəti ilə bərabər Afət Qaratayı fanatik bir 

məhəbbətlə, dəlicəsinə sevməkdə davam edir. Öz intiqam eh-

tirası naminə o, Qaratayı öldürür; sonra isə özü zəhər içir, cə-

nazəni qucaqlayır və nəhayət, bu yolla ona «qovuşur». 

Göründüyü  kimi,  qüvvətli  bir  məhəbbət  ikiüzlü,  xəya-

nətkar bir münasibətlə qarşılanır, aldadılır, təhqir edilir və cə-

zalanır.  Faciədə  Ərtoğrulla  bağlı  səhnələr  və  ideya  xətti  də 

maraqlıdır.  Ərtoğrul  H.Cavidin  o  dövrkü  faciələri  üçün  tipik 

bir ziyalı surətidir. O da «düşgün bir mühitdə çırpınan bir za-

vallı, sönük varlıqları yıxmaq istəyən bir qığılcım, pəncələrlə 

qəlbi didilən bir bədbəxt, bir biçarə, mənasız saylar ətrafında 

dolaşan bir sıfır, bir heçdir». Daha doğrusu, Ərtoğrul da Şey-

da tipli, Cəmil tipli küskün, əsəbi bir üsyançı,  «şaşırmış» bir 

ziyalıdır. 

1920-1926-cı illər arasında Hüseyn Cavid daha iki əsər 

– «Peyğəmbər» və «Topal Teymur» pyeslərini yazır. Hər iki 

əsər  dramaturqun  tənqidə  ən  çox  məruz  qalmış  əsərləridir. 

Bunun  səbəbi  nə  idi?  Məsələ  onda  idi  ki,  Hüseyn  Cavid  öz 




 

41 


ənənəvi humanizm, xeyirxahlıq və maarifçilik ideyalarını indi 

qanlı  bir  fatehin,  ya  da  islam  peyğəmbərinin  dili  ilə  təqdim 

edirdi!  Poeziyamızda  və  fəlsəfəmizdə  çoxdan  ideya-bədii  if-

lasa uğramış Məhəmməd və Teymurləng kimi surətlər Cavi-

din qələmi ilə ideallaşırdı. Bu isə 20-ci illər ədəbi-ictimai fik-

rimizdə, həmçinin Cavidin öz yaradıcılığında obyektiv olaraq 

geriləmə  kimi  təsir  bağışlayırdı.  M.F.Axundovun,  C.Məm-

mədquluzadənin Məhəmmədə münasibətindən sonra Cavidin 

Məhəmmədə münasibəti bədii və fəlsəfi fikir tariximizin inki-

şafı səviyyəsində deyildi və bu inkişafı əks etdirmirdi. Doğru-

dur,  əsərdə  Məhəmməddən  bir  Məhəmmədlik  qalmırdı,  Hü-

seyn  Cavid  Məhəmmədi  «yoxsul  ərəblərin  müdafiəçisi,  əda-

lət,  hüquq  bərabərliyi  ideyasının  təbliğatçısı,  əsarət,  köləlik 

əleyhinə çıxan bir qəhrəman, qadın azadlığı tərəfdarı, hər cür 

mövhumat,  xürafat,  cəhalət  əleyhinə  mübarizə  aparan,  elm, 

mədəniyyət aşiqi, şair təbiətli, sülhsevər bir insan və nəhayət, 

panteist bir mütəfəkkir …Hətta öz əsərini qamçılayan üsyan-

kar  bir  şair  kimi»  (M.Cəfər)  göstərirdi.  Lakin  bununla  belə, 

xürafata və mövhumata  qarşı  yazılmış bir əsərin əsas qəhrə-

manı kimi islam peyğəmbərinin özünü seçmək ideya böhranı 

və «qəhrəmansızlıq» əlaməti idi, şairin müsbət ideyalarını da-

şıya biləcək müasir insanları görə bilməmək əlaməti idi. Daha 

sonra  «Topal  Teymur»un  meydana  çıxması  da  eyni  səbəbin 

nəticəsi idi. Lakin bu hal uzun davam edə bilməzdi. Qüdrətli 

və narahat sənətkar öz yeni qəhrəmanını tapmalı idi. Qabaqcıl 

inqilabi  tənqid  Cavidi  bu  yola  dəvət  edirdi.  Öz  möhtəşəm, 

əzəmətli  quruculuq  işləri  ilə  bu  qəhrəman  özü  şairi  bu  yola 

dəvət  edirdi.  Belə də oldu.  İdeya və müasirlik nöqteyi-nəzə-

rindən  H.Cavid  yaradıcılığında  geriləmə  əlaməti  olan  həmin 

pyeslərdən sonra, 1926-cı ildən «Azər» poemasının ilk parça-

ları meydana çıxdı. 

«Azər»də şair böyük bir qürur və fərəh hissi ilə sosialist 

inqilabını  tərənnüm  edir.  Poema,  Avropa  lövhələrini  və  yeni 

dövrə  qədəm  qoymuş  xalqımızın  həyatından  alınan  ayrı-ayrı 




 

42 


səhnələri əks etdirir. 

Əsər  öz  dramatik  xarakteri  və  ayrı-ayrı  nəğmələrdən 

ibarət lirik süjet quruluşu ilə də poeziyamız üçün yeni bir for-

ma idi. 


Əsas qəhrəman olan Azər elə bil ki,  poemaya  H.Cavi-

din  faciələrdən  çıxıb  gəlmişdi.  Lakin  bu  ənənəvi  qəhrəman 

bir fikir təzəliyi  ilə seçilir və H.Cavidin  özünün keçirmiş  ol-

duğu ideya inkişafını əks etdirirdi. Azərki qədərki qəhrəman-

lar,  adətən,  düşünən  və  axtaran,  lakin  aradığını  tapmadığı 

üçün şaşıran insanlardır, üsyan, böhran və iflas qəhrəmanları-

dır.  Azər  də  düşüncə,  idrak  və  həqiqət  aşiqidir.  Azər,  sanki 

əvvəllər həm Arif, həm Şeyda, həm də Sənan olub başı daş-

dan-daşa  dəyərək  qocalmış  və  bu  günkü  «həqqi  bulmuş»  bir 

ixtiyardır.  O,  artıq  günün,  müasir  ictimai  fikrin  səviyyəsində 

durur və özündən əvvəlki fəlsəfələrə yekun vurur, onları saf-

çürük edir: 

 

Dedilər: «Zülmə qarşı durma, əyil!». 

Dedilər: «Hərbə qoş, ya əz, ya əzil!». 

Mən derim: «Həpsi laf, inanma, saqın! 

Rəhbər olsun da qüvvətin, ağlın, 

Yeri gəldikcə sülh üçün çabala

Öylə yer var ki, hərbi alqışla. 

Quzu gördünmü sev, o kin bilməz, 

Canavar qarşı gəlsə, parçala, əz! 

Qüvvət üstündə varsa əqli-səlim

Sana həp kainat olur təslim!». 

Poemada müasir həyatın ən müxtəlif tabloları, köhnə və 

yeni, ölən və yüksələn mədəniyyət və mənəviyyatdan lövhə-

lər verilir. Azərin, buludları yaran şahin təyyarəçiləri göstərə-

rək, dediyi bu sözlər indi daha nikbin səslənmirmi? 

 

Buzlu qütbləri aşar, əgər fürsət bularsa



Bu gün, yarın yüksələcək heç şübhə yox ki, Marsa! 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə