Ъавидляр айы


Gözəlsiz bir gülşən zindana bənzər



Yüklə 2,22 Mb.
səhifə17/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   13   14   15   16   17   18   19   20   ...   101

 

60 


Gözəlsiz bir gülşən zindana bənzər,  

Sevgisiz bir başda əqrəblər gəzər. 

 

Böyük estetik zövqə malik olan Cavidi burjua ideoloq-



ları  ilə  eyniləşdirmək  olmaz.  O,  öz  zövqü,  arzu  və  istəkləri, 

estetik  görüşləri  ilə  onlardan  çox  yüksəkdə  durur.  Bununla 

belə  Cavid  Azərbaycanda  xırda  burjua  romantizminin  əsas 

xüsusiyyətlərini yaradıcılığında mərkəzləşdirir. Şərqin bir sıra 

romantik şairlərində əsas səciyyə kimi nəzərə çarpan sufizmin 

Cavid yaradıcılığında ancaq izləri vardır. O, bəzən müasir hə-

yatın yaramazlıqlarını tənqid atəşinə tutarkən, bu yaramazlıq-

ları müdafiə edən dinə qarşı çıxır, lakin bu, materialist cəbhə-

dən  açılan  atəş  deyildir.  Cavid  dini  qanunlarla  münaqişə  et-

dikdə, çox zaman sufilərin şəriətçilərlə apardıqları mübahisə-

ləri  xatırladır.  Sufizmdə  təsadüf  etdiyimz  eşq  məvhumu  heç 

də bizim təsəvvür etdiyimiz cismani eşq deyildir. Xilqətin sə-

bəbini  «eşq»  kimi  qəbul  edənlər  insandakı  eşqi  də  bu  növ 

izah edirlər:  onların fikrincə əsil məhəbbət-eşqi  mütləq,  yəni 

eşqi-ilahidir. Demək, insandakı eşq də Allah tərəfindən veri-

lən bir nemətdir. Şeyx Sənana tövsiyə edən Şeyx Kəbir onun 

gələcəkdə böyük bir adam olacağını söyləməklə əlavə edir ki, 

səni yalnız insani ehtiras alçalda bilər. Odur ki, həyati eşqdən 

uzaq  olmalısan.  Lakin  Cavid  heç  bir  zaman  zahid  eşqinə 

bəraət qazandıra bilməzdi. O, sufi şair də deyildi. Buna görə 

də  əsərdə  Şeyx  Sənan  tamam  həyati  eşqə  meyl  göstərərək: 

«Daha könlümdə qeyri-eşqə, inan, yer bulunmaz» deyir. Nəti-

cədə, otuz il zahidvari həyat sürən Sənana Cavid eşq üçün hər 

şeyi unutdurur. O, Məkkəni, məzhəbi, dini, imanı ataraq, eşq-

dən başqa hər şeyə nifrət edir və «Mənim Tanrım gözəllikdir, 

sevgidir»  deyən  şairin  yoluna  düşür.  Deməli,  Cavid  sufizm 

ünsürlərindən bədii priyom və təsir mənasında istifadə etmiş-

dir.  H.Cavid  romantik  şeirin  və  dramaturgiyamızın  ən  gör-

kəmli  nümayəndəsi  kimi  şöhrət  tapmışdır.  Yüksək  estetik 

ideallarla  yazıb-yaradan  bu  böyük  sənətkarın  irsi  ədəbi  xəzi-




 

61 


nəmizin ən qiymətli incilərindəndir.  

  

Rəfiq Zəka, 

 ADU-nun estetika kafedrasının aspirantı 

 

 «Azərbaycan qadını» №3, 1965  



 

62 


EŞQ VƏ ÜLVİYYƏT 

 

 Eşqi idrak üçün kamal istər

 Əhli-zövq istər, əhli- hal istər! 

 

Cavidin yaradıcılığında ideal həqiqəti məşəqqətlərə da-



vam gətirmək yolu ilə axtaran, dərk edilən həqiqətin büsbütün 

gözəllik  və  eşqdən  ibarət  olduğunu  sübuta  yetirən  əsas  ro-

mantik surət Şeyx Sənandır.  

«Şeyx Sənan» faciəsində H.Cavidin əhatə etdiyi  məsə-

lələr  mündərəcəsi  və  məzmunu  etibarı  ilə  bir-birindən  fərqli 

olsa da, inkişaf istiqaməti etibarı ilə biri digəri ilə sıx əlaqədə-

dir. Özü özlüyündə hər bir məsələ dərin fəlsəfi mahiyyət da-

şısa  da,  bunların  sistem  halında  verilməsi,  əsərdə  izlənilən 

başlıca poetik- fəlsəfi mənanı bütünlüklə ümumiləşdirir. Ro-

mantik  üslubda  yazılmış  bu  əsərində  H.Cavid  üç  mürəkkəb 

fəlsəfi-əxlaqi problemin bədii həlli üzərində dayanmışdır. 

a) Müəllim və müdavim, yaxud müridlikdən mürşid-



liyə doğru ucalan bir pillə 

Əsərin birinci pərdəsinin yalnız iki səhnəsində göstəril-

diyi  kimi,  sufilik  əqidəsinə  məxsus  ideyalar  da  müəyyən  qə-

dər özünə yer tapmışdır.  

İdeoloji bünövrəsi tarixin qədim dövrlərinə gedib çıxan 

bu  fikri  cərəyan-«sufizm»,  yaxud  da  «sufilik»,  insanda  dün-

yəvi  hissləri  öldürmək  və  bədənə  əzab  vermək  vasitəsilə 

«mütləq  həqiqətə»,  qovuşmağın  mümkünlüyünü  təlim  edən 

qüdrətli və nüfuzlu təriqət kimi məşhurdur.  

Yaradanla  yaradılmışın,  bütövlə  zərrəciyin,  məna  və 

keyfiyyətcə bir olduğunu təlim edən həmin əqidə cərəyanda, 

ideoloji rəhbər Şeyx, (Mürşidi- Kamal), təbliğ olunan ayinlərin 

və diktə edilən düsturların mexaniki icraçısı isə müriddir.  

«Təriqət  mərhələsindən»  keçmək  üçün  xüsusi  bilik  tə-

ləb  olunurdu.  İnsan  bu  «xüsusi  biliyə»  yiyələnməyin,  yalnız 

özünün  cəsarəti,  qorxunc  və  mövhumi  qüvvələrə  üstün  gəl-

mək  qabiliyyəti  ilə  mənəvi  aləmin  yüksəkliyini  fəth  etmək 



 

63 


fikrinə  düşdükdə,  ağır  surətdə  cəzalandırıla  bilərdi.  Sağlam 

idrakdan məhrum olunardı. Məhz buna cörə də həmin təriqə-

tin  əsaslandığı  dövrün,  əvvəllərində  belə  bir  adət  müəyyən 

olunmuşdur;  hər  kim  həyatını  belə  bir  yaşayış  şəraitinə  həsr 

edirsə, mütləq özünə bir rühani rəhbər-mənəvi ata tapmalıdır. 

Həm də seçilən bu «rəhbəri vicdan», «Şeyx» yaxud da «pir» 

imtiyazına sahiblənməlidir. Beləliklə də Şeyxin itaətini qəbul 

edən şəxs mürid («axtaran», yaxud «istəyən») adlanırdı və o, 

öz varlığını büsbütün mənəvi rəhbərinə-mürşidinə tabe edirdi. 

Mürid,  mürşidinin  -  şeyxin  iradəsi  altında  olub,  onun  göstə-

rişlərini danışıqsız, heç bir tərəddüd keçirmədən və bu göstə-

rişlərin mənası haqqında düşünmədən yerinə yetirməyə borc-

lu  idi.  Məhz  buradan  da  mürid  haqqındakı  məşhur  ifadə  ya-

yılmışdı  ki,  «mürid  mürşidinin  əlində  ancaq  diri  bir  meyid-

dir». (E. Bertels). 

«Şeyx  Sənan»  faciəsinin  «əşxas»  sərlövhəsi  altında 

mürşid (Şeyx Kəbir) və mürid (Şeyx Sənan) haqqında belə bir 

izahat  verilmişdir.  «Şeyx  Kəbir-  fəzilət  və  irfani  ilə  irşad  və 

icdihadı  ilə  məşhur,  ağsaqqal  və  nurani  bir  mürşid»,  «Şeyx 

Sənan - otuz yaşında, xoş sima bir tələbə». Deməli, «sufilik» 

təriqətinin  ehkamına  uyğun  olaraq  Sənan  özünə  mənəvi  ata 

kimi  ləyaqətli  bir  insanı  -  Şeyx  Kəbiri  ideoloji  rəhbər  seçil-

mişdir. İntixab etdiyi əqidənin sadiq icraçısı olan mürid (Sə-

nan), hər şeydən əvvəl, mərifət və zəkası, ümdəsi ilə qəlbində 

təmiz  duyğulara  yer  verməsi,  təriqətin  bütün  müddəalarına 

etiqad bəsləməsi sayəsində mürşidinin xüsusi məhəbbətini və 

etimadını qazana bilmişdir. Təsadüfi deyildir ki, aqil bir ixti-

yar kimi tanınan və idrakının itiliyi sayəsində müdavimlərini 

heyrətə  salan  Şeyx  Kəbir,  bütün  ümidlərini  sevimli  tələbə-

sinə-Sənana bağlamışdır və onun şəxsində təlim etdiyi ayinlə-

rin  gələcək  nəticələrini  və  bəhrəsini  görmək  arzusundadır. 

Mürşidi - kamil tələbəsinin nə kimi çətin və mürəkkəb bir hə-

yat yolu keçdiyindən danışarkən deyir: 

 

Səni annən doğurdu Turanda, 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə