Avtomobil texnikasi


 İkitaktlı dizel mühərrikinin indikator diaqramı və iş prinsipi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə24/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

 
68 
8.2. İkitaktlı dizel mühərrikinin indikator diaqramı və iş prinsipi. 
 
Şəkil 8.3-də üfürməsiz ikitaktlı, şəkil 8.4-də isə üstəlik doldurmalı ikitaktlı dizel mühərrikinin 
sxemi və indikator diaqramı verilmişdir. İndikator diaqramından göründüyü kimi, sikl xaricetmə və 
doldurma proseslərindən başqa bütün proseslərinə görə dörd taktlı mühərrikin sikli kimidir. 
Doldurma  və  xaricetmə  proseslərinin  gediş  xarakteri  isə  ikitaktlı  qığılcımla  alışdırmalı 
mühərrikdəkinə oxşardır. Üstəlik doldurma nəticəsində diaqram atmosfer xəttindən 
 
0
P
  yuxarıda 
yerləşmişdir.  Lakin  şəkildən  göründüyü  kimi,  burada  doldurma  üçün  xüsusi  üfürmə  nasosundan 
istifadə olunur. Üfürmə pəncərələr, xaricetmə isə klapan vasitəsi ilə gedir. 
V
c
V
h
P
0
V
a
c
b
a
V
P
S
YON
AON
h
b
V
h
q
m
z
z
c
?
 
Şək.8.3. İkitaktlı dizel mühərrikinin sxemi və indikator diaqramı. 
V
c
V
h
P
k
V
a
c
b
a
V
P
S
YON
AON
h
b
V
h
q
m
z'
z
c
?
 
Şək.8.4. Üstəlik doldurmalı ikitaktlı dizel mühərrikinin sxemi və indikator diaqramı. 


 
69 
İkitaktlı mühərriklərdə porşen gedişinin bir hissəsi üfürmə-xaricetmə proseslərinin icrası üçün 
istifadə  olunduğundan,  sıxma  dərəcəsi  anlayışı  başqa  şəkil  alır,  sıxma  a  nöqtəsindən  başlayır 
(şək.8.1, şək.8.2, şək.8.3, şək.8.4). Odur ki, həqiqi sıxma dərəcəsi ikitaktlı mühərriklərdə dördtaktlı 
mühərriklərdə olduğu kimi aşağıdakı ifadə ilə hesablanır: 
c
a
V
V


 
Lakin  siklin  göstəricilərindən  mühərrikin  göstəricilərinə  keçmək  üçün  parametrləri  porşenin 
gedişi ilə əlaqələndirmək lazım olduqda, həndəsi sıxma dərəcəsindən istifadə olunur və aşağıdakı 
kimi hesablanır: 
  


1
1






c
b
h
c
c
h
b
h
h
V
h
V
V
V
V
h
V

.                                  
Həqiqi sıxma dərəcəsi ilə həndəsi sıxma dərəcəsi arasında qarşılıqlı əlaqə düsturları vardır: 


b
b
h
h


 1


,                                            
   
b
b
h
h
h



1


,                                                  
burada 


S
h
b



30
.
0
12
.
0
  –  porşen  gedişinin  xaricetmə  pəncərəsinin  hündürlüyünə  uyğun 
hissəsidir. 
 
8.3. Dördtaktlı qığılcımla alışdırmalı mühərrikin indikator diaqramı və iş prinsipi. 
 
İndikator diaqramında (şəkil 8.5) ra – sorma, ac – sıxma, cz – yanma, zb – genişlənmə (iş) və 
br – xaricetmə taktlarını göstərir. 
 
Şəkil 8.5. Dördtaktlı qığılcımla alışdırmalı mühərrikin sxemi və indikator diaqramı. 


 
70 
Sorma taktı sorma klapanının  açıq qaldığı müddətdə porşen y.ö.n.-dən a.ö.n.-ə doğru hərəkət 
edərkən  baş  verir.  Bu  proses  ərzində  silindrin  həcminin  sürətlə  böyüməsi  nəticəsində  yaranan 
seyrəkliyin,  yəni  təzyiqin  atmosfer  təzyiqindən  aşağı  düşməsi  hesabına  karbüratorda  hazırlanan 
yanıcı qarışıq (yanacaq buxarları ilə havanın qarışığı) silindrə sorulur. 
Qeyd etmək lazımdır ki, benzin püskürməli mühərriklərdə yanıcı qarışıq ya sorma borusunda 
(yanacaq  sorma  borusuna  püskürüldükdə),  ya  da  ki,  silindrin  daxilində  (yanacaq  silindrə 
püskürüldükdə) hazırlanır. Silindrə daxil olan yanıcı qarışıq əvvəlki sikldən silindrdə qalan yanma 
məhsulları ilə qarışır və nəticədə işçi qarışıq yaranır. 
Sıxma  taktı  zamanı  həm  sorma,  həm  də  xaric  klapanları  bağlı  olur  və  o  porşenin  a.ö.n-dən 
y.ö.n.-ə  doğru  hərəkət  etdiyi  müddətdə  baş  verir.  Sıxma  prosesində  işçi  qarışığın  sıxılması, 
nəticəsində onun təzyiq və temperaturu yüksəlir ki, bu da öz növbəsində yanma prosesi üçün yaxşı 
şərait yaradır. Sıxma taktının sonunda elektrik qığılcımı vasitəsilə işçi qarışıq məcburən alışdırılır 
və yanma prosesi başlayır. 
Yanma  və  genişlənmə  (iş)  prosesləri  genişlənmə  taktında  sorma  və  xaricetmə  klapanlarının 
bağlı olduğu, porşenin isə y.ö.n.-dən a.ö.n.-ə doğru hərəkət etdiyi müddətdə baş verir. Qığılcımla 
alışdırmalı mühərriklərdə yanma prosesi, demək olar ki, sabit həcmdə, daha doğrusu, həcmin çox 
az  dəyişdiyi  bir  müddətdə  baş  verir  ki,  bunun  da  nəticəsində  y.ö.n.  yaxınlığında  silindrdəki 
temperatur və təzyiq çox böyük sürətlə yüksəlir. Bu isə öz növbəsində yanma məhsullarının təzyiq 
qüvvəsinin  təsiri  ilə  porşenin  y.ö.n.-dən  a.ö.n.-ə  doğru  hərəkət  etməsinə  səbəb  olur.  Porşenin  
irəliləmə  hərəkəti  şatun  vasitəsilə  dirsəkli  vala  verilir  və  o  fırlanma  hərəkəti  edərək  mexaniki  iş 
görür. 
Xaricetmə prosesi xaricetmə taktında, xaricetmə klapanının açıq qaldığı və porşen a.ö.n.-dən 
y.ö.n.-ə doğru hərəkət  etdiyi  müddətdə baş  verir. Bu proses  ərzində  yanma məhsulları silindrdən 
xaric olunur və silindrin işlənmiş qazlardan tənzimlənməsi həyata keçirilir. 
 
 
8.4. Dördtaktlı üstəlik üfürməsiz dizel mühərrikinin indikator diaqramı və iş prinsipi. 
 
Dizel mühərriklərində də sorma (ra), sıxma (ac), genişlənmə (zb) və xaricetmə (br) prosesləri, 
demək olar ki, elə qığılcımla alışdırmalı mühərriklərdə olduğu kimi baş verir (şək.8.6). Lakin bu 
mühərriklərdən fərqli olaraq dizel mühərriklərində sorma taktı zamanı silindrə yanıcı qarışıq deyil, 
təmiz hava sorulur. 
 
Şəkil 8.6. Dördtaktlı dizel mühərrikinin sxemi və indikator diaqramı. 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə