63
üçün ötürücü mis naqil torşəkilli qoruyucu ilə əhatə olunmuş-
dur. İki tip koaksial kabellər istehsal edilir (şək. 2).
•
Nazik;
•
Qalın.
Şək. 2.
Nazik koaksial kabellər 0,5 sm qalınlığa malik olub
siqnalı 185m məsafəyə sönmədən, maneəsiz ötürməyə qadirdir.
Elastik olduğu üçün montaj üçün rahatdır və praktiki olaraq
bütün növ şəbəkələr üçün yararlıdır. BNC, BNCT
konnektorları vasitəsilə şəbəkə platasına qoşulur (şək.3).
Şək.3.
İki kabel seqmentini birləşdirmək üçün borel-
konnektorlardan istifadə olunur.
Qalın koaksial kabellər 1 sm diametrə malikdirlər və
siqnalı daha uzaq məsafəyə – 500 m məsafəyə ötürə bilir.
Ondan əsasən nazik koaksial kabellər əsasında yaradılmış bir
neçə kiçik şəbəkələri birləşdirən əsas kabel - magistral kabel
64
kimi istifadə olunur. Magistral kabel qoşulmaq üçün xüsusi
transiverdən istifadə olunur (şək.4). Transiver iti «dişlərə»
malik konnektorla təchiz olunmuşdur ki, məhz bu dişlər
kabelin izolyasiyasına daxil olaraq ötürücü naqillə birbaşa
əlaqəyə girir. Transiver şəbəkə kartının AUI portuna transiver
kabeli vasitəsilə qoşulur.
Şək.4.
İki cütlük izolyasiyalı və bir-birinə dolaşmış mis
naqillər cütündən ibarətdir. İki tip: ekranlaşmış (STP) və ek-
ransız (UTP) kabellər istehsal olunur.
Şək. 5.
Ekran qoruyucu rolu oynayır və siqnalı nisbətən uzaq
məsafəyə ötürməyə zəmin yaradır. Kabel şəbəkə kartına,
kommutasiya panelinə və divar rozetkasına RJ-45 tipli konnek-
torlar (şək. 6) vasitəsilə qoşulur.
Şək.6.
Konnektor
Transiver kabeli
Transiver
65
Optik lifli kabellərdə informasiya optik lif boyunca
modullaşmış işıq impulsu şəklində yayılır. Bu kabellər böyük
həcmli informasiyanı çox böyük sürətlə və etibarlı surətdə
ötürə bilir. Optik lif – nazik şüşə silindrdən ibarətdir. Qoruyucu
şüşə örtüklə əhatə olunmuşdur. Hər bir optik lif informasiyanı
yalnız bir istiqamətdə ötürməyə qadirdir. Ona görə optik-lifli
kabellər xüsusi konnektorlarla təchiz olunmuş iki optik lifdən
ibarət olur (şək. 7). İnformasiya ötürmə 100 Mbit/s - a qədər
ola bilər.
Şək. 7.
Şəbəkə platası
Şəbəkə platası kompüter və şəbəkə kabeli arasında in-
terfeys rolu oynayır və aşağıdakı funksiyaları yerinə yetirir:
•
İnformasiyanın ötürülməsinə hazırlıq;
•
İnformasiyanın ötürülməsi ;
•
İnformasiya axınının idarə olunması.
Məlumdur ki informasiya kompüterdə ikilik say
sistemində kodlaşmış - bitləşmiş formada saxlanılır və 16 və ya
32 tərtibli şin vasitəsilə paralel olaraq kompüterin daxili
qurğularına, məsələn: mikroprosessora, operativ yaddaşa və s.
ötürülür. Kabel informasiyanı yalnız ardıcıl ötürmə
qabiliyyətinə malik olduğundan informasiyanın ötürülməsinə
hazırlıq mərhələsində plata ilk növbədə ötürüləcək
informasiyanı paralel formadan ardıcıl formaya çevirir. Sonrakı
mərhələdə plata informasiya qəbul edəcək kompüterin platası
ilə "əlaqə" yaradaraq ona aşağıdakı məlumatları çatdırır:
66
•
Ötürüləcək informasiya bloklarının maksimal ölçüsü
•
İnformasiyanın həcmi
•
İnformasiya bloklarının ötürmə intervalı
•
Təsdiqedici interval
•
Ötürmə sürəti.
Bundan sonra informasiya elektrik və ya optik siqnalına
çevrilir və informasiya kabeli vasitəsilə şəbəkənin digər
kompüterinə ötürülür.
Hər bir şəbəkə platası unikal ünvana və parametrlərə
malik olur. Şəbəkədə hər bir plata bu haqda qarşılıqlı məlumata
malik olur və parametrləri digər şəbəkə platasının parametrinə
müvafiq uyğunlaşdırma qabiliyyətinə malikdirlər. Məsələn,
şəbəkədə yüksək sürətli plata informasiya mübadilə sürətini
digər plataların sürətinə uyğunlaşdırır.
İnformasiya mübadiləsində şəbəkə platası mühüm rol
oynadığından
şəbəkənin fəaliyyəti, sürəti platanın
seçilməsindən, düzgün quraşdırılmasından və ona uyğun pro-
qram modullarından (məsələn drayverindən) çox asılıdır. Plata
ilk növbədə kompüterin arxitekturasına və ona qoşulacaq
kabelə uyğun olmalıdır. Qeyd edək ki, rabitə xəttlərsiz lokal
şəbəkələrdə xüsusi növ şəbəkə platasından istifadə olunur. Bu
platalar siqnal ötürücü və qəbuledici antenaya malik olurlar.
1.7.2. Şəbəkə topologiyası
Topologiya termini ilə şəbəkənin strukturu - kompüter,
server, periferiya qurğuları və digər şəbəkə komponentlərinin
yerləşmə sxemi ifadə olunur. Şəbəkə qurğularının növlərindən
və xarakteristikalarından, şəbəkənin genişlənmə imkanlarından,
şəbəkənin idarəetmə üsulundan asılı olaraq şəbəkə əsasən 3
baza topologiyası:
•
xətti (bus)
•
ulduz (star)
67
•
halqa (ring)
və onların kombinasiyaları olan
•
xətti-ulduz
•
ulduz-halqavari
əsasında yaradılır.
Xətti topologiya
. Bu topologiya sadə və ən geniş yayılmış
topologiyadır. Şəbəkədə kompüterlər, serverlər, periferiya
qurğuları magistral və ya seqment adlanan vahid kabelə ardıcıl
olaraq qoşulur (şək. 8).
Şəkil 8.
Kabelin başlanğıc və sonunda siqnalın sönməsi üçün
terminatorlar yerləşdirirlər.
Fayl şəklində saxlanılan informasiyanın həcmi 4
1
кб -
dən artıq olduqda informasiya ötürülməzdən əvvəl kompüter
onu paket və ya kadr adlanan kiçik bloklara bölür. Hər paket
aşağıdakı struktura malik olur:
•
başlıq
•
verilənlər
•
treyler
Başlıq informasiya ötürücüsünün və alıcısının
ünvanlarını, paketin ötürülməsi və vahid fayl şəklində
birləşməsi haqda məlumatı daşıyır. Verilənlər ötürülən fayl
fraqmentidir və həcmi 4 kb-dan çox olmur. Treyler özündə
paketin ötürülməsinin korrektliyini yoxlayan və şəbəkə
Dostları ilə paylaş: |