Azərb ay can miLLİ elmlər akademiy asi folklor institutu cəlal bəYDİLİ (MƏMMƏdov)



Yüklə 162,84 Kb.
Pdf görüntüsü
səhifə93/102
tarix14.06.2018
ölçüsü162,84 Kb.
#48775
1   ...   89   90   91   92   93   94   95   96   ...   102

Xalq terminologiyasmda ohnayan bir  «mifoloji  rəvayət»  anlayışma 
gəlincə,  bu  mətnbri  ifadə  edəcək  anlayışın  dildə  yoxluğu  hər  halda  о 
deməkdir  ki,  canlı  ənənə  daşıyıcılan,  görünür,  həmin  mətn  tiplərini  digər 
folklor  öməklərindən  heç  də  sərhəd  çəkib  ayırmamışlar.  Yaşayan  ənənə 
faktı  olduğu  üçün  bəlkə  jaıınn  ölçülərini  müəyyən  etmək  də  çətinlik 
törədir.  Daim  dəyişərək  yaşama  və  yenilənmə  prosesi  keçirdiyindən 
folklor üçün  ayrıca janr anlayışı  da  şərti  xarakter daşıyır.  Yəni  burada  bir 
janrın  quruluşu,  strukturu  həmin  prosesin  özii  ib   müəyyən  olunur. 
Məsələıı,  mifoloji  rəvayətlərin  janr  xüsusiyyətləri  proses  halmda 
olduğundan heç bir donuq mexanistik baxış  çərçivəsilə  öyrənilə bilməyən 
folklor hadisəsidir.  Burada janrm  quruluşu  özlüyündə  prosesdir və  həmin 
prosesdə  də  müəyyənlik  qazamr.  Ağız  ədəbiyyatı  ilə  bağlı  son  dərəcə 
qiymətli  əsərlər  müəllifı  H.Zeynalhnın  sözləri  ilə  deyilərsə,  «Efes 
fılosofunun  ölməz fıkrinə эп canlı  şahid «el  ədəbiyyatı»  (ağız ədəbiyyatı) 
bir  nümunə  təşkil  edir.  Burada  həyatm  özündə  olduğu  kimi  hər  şey  axır, 
hər  şey  dəyişir  vs  daim  yenibşir»  [105,  s.107].  Bu  səbəbdən  də  el 
ədəbiyyatı  nümunələrindən  konkret  olaraq  haqqmda  danışılan  həmin 
folklor öməklərinin poetikası,  söyləndiyi anla bağlıdır, janr kimi də hazır, 
qəlibə  düşmüş bir şəkli  yoxdur.  Sadəcə,  folklor  örnəyinin  canlı  ənənədən 
yazıya  almmış  mətnini  öyrenmək  istəyən  araşdırıcı  üçün  həmin  sərhəd 
gerçəkdə olduğundan daha çox güman və təxmin edilir.
Xalq  dilində  «mifoloji  rəvayət»  anlayışının  olmamağı,  haqqmda 
danışılan  janrın  və  ya  folklor  örnəyinin  canlı  ənənədə  mənsub  olduğu 
kontekstə  six  bağlılığmdan  da  gələ  bilir;  əslində  özü  də  bir  proses  olan 
strukturların  intəhasız  variasiyalar  labirintində  ilkin  imkanlar  təkamülün 
bəlli  qanunlan  üzrə  öz-özünü  təşkil  edən  sistemdə  iizə  çıxır və  hörümçək 
toru  kimi  bir  münasibətlər  şəbəkəsi  yaradır.  Burada  adına  «keçmişin 
qalıqlan»  deyilə  biləcək  heç  пэ  yoxdur -  bunlar  dipdiri  inamlar,  yaşayan 
etiqadlardır  [182,  s. 181-189].  Həmin  inam  və  etiqadlardır  ki,  mifoloji 
rəvayətlərdə öz həqiqi təsiredici güc və qüvvəsini qoruyub saxlayır.
Beləlikb,  konkret  canlı  ənənədə  digər  janr  qruplarına  qarşı 
qoyulmayan,  «mifoloji  rəvayətlər»  adı  verdiyimiz  mətn  tiplərindən 
ayrılıqda  bir janr  kimi  damşmaq  imkanmdan  deyil,  zərurətindən  söhbət 
gedə bilər.  Çünki həmin mətnlərdə gerçəklik haqda informasiyanm öz tipi 
var.  Janrm  da  «ozünəməxsusluğu  burada  hansı  gerçəkliyin  təsvir 
olunmağmdan,  həmin  gerçəkliyin  песэ  qiymətləndirilməyindən,  bu 
gcrçəkliyə  hansı  münasibətin  olmağmdan  və  həmin  münasibətin  öz 
ifadəsini  песэ  tapmağmdan  ibarətdir»  [340,  s.36].  Bir  jannn  spesifık
olmağmm, 
özünəməxsusluğunun 
bütün  bu 
göstəriciləri 
mifoloji 
rəvayətlərdə  vardır.  Öz  kökü  etibarilə  demonoloji  təsavvürlər  sistemiııə 
bağlanan,  özünəməxsus  janr  göstəricibri  olan 
mifoloji 
rəvayət 
örnəkləriııdə  arxaik  cizgilər  çox  aydın  görünür.  Bu  mətnlər  də  bədii  söz 
sənətkarhğı  nadir  bilməz.  Onları  yerinə  görə  hər  kəs  damşa  bilir,  çiinki 
belə  mətnbri  nəql  eləmək  heç  bir  ustalıq va  söz məharəti  tələb  etmir.  Bu 
mətnlərdə  söhbət  yaxm  keçmişdə  yaşanmış  olub,  həqiqətəıı  baş  veımiş 
hansısa  qeyri-adi  hadisədən  gedir.  Burada  anladılanlarm  həqiqiliyinə 
söyləyicinin  zərrə  qədər  şübhəsi  yoxdur.  Ona  görə  də  danışdıqlarına 
şübhəçi  bir  münasibət  söyləyicinin  keyflni  poza  bilir.  Çünki  эпэпэ 
daşıyıcılan  nəql  edilənlərin  gerçəkdə  baş vermiş  olduğuna  içəridən  gələn 
bir  səmimiliklə  inanırlar  [319,  s.37].  Söyləyici  verdıyi  bilgilərin 
həqiqiliyinə  inandırmaq  üçün  anlatdıqlarını  yerbəyer,  adbaad  göstərir, 
araşdırıcı  isə  bunlara  qarabasma,  keçmişin  qahqlan...  adı  verir, 
mədəniyyətin  öz  daşıyıcısmın  anlatdıqlarım  məntiqi  yanlışhq  kimi  qəbul 
edir  ki,  bu  da  ənənənin  canhlığmı  və  bütövliikdə  folklorun  təbiətini, 
folklor janrlarınm  dinamikasmı  anlamağa yalnız mane olur.  Tədqiqatçmın 
məntiqsizlik  deyə  qəbul  etdiyinin  təbii  halıyla  yaşayan  ənənəvi 
mədəniyyətin  dəyərlər  düzümündə  öz  yeri  var.  Odur  ki,  mifoloji 
rəvayətlər də etnik-mədəni sistem çərçivəsində öyrənilməlidir.
Mifoloji  rəvayətlərin  janr  xüsusiyyətlərindən  biri  budur  ki,  beb 
mətnlərdə  hadisələr  daha  çox  birinci  şəxsin  dilindən  nəql  olunur.  Nəql 
olunanlarsa  ya  söyləyicinin  oz  başma  gələnbr  olur,  ya  da  uzaqdan- 
yaxmdan tanıdığı  birini  şahid  çəkməklə  olur.  Söybyici  iddia  edə  bilir  ki, 
onun ikinci, ya üçüncü babası, məsəbn, aleybanmı tutub saxlayıbmış və s. 
B eb  rəvayətbrin janr  kimi  başlıca  ölçüsü  söybnilənlərin  gerçək  olduğu 
inamına  söykənir.  Məhz  həmin  informasiyadır  ki,  mətni  tam  mənada 
mifoloji revayət kimi xarakterizə edib öyrəntnək imkanı verir.
Beləliklə,  bu  mətnbrdə  bədii  söz  ritualı  yoxdur;  cümləlarin 
estetıkliyi,  bədii  cəhətdən  qüvvətli  olub-olmaması  söybyicini  qətiyyən 
maraqlandırmır.  Söybyicinin  məqsədi  informasiyanı  vermək,  hərn  də  эп 
az  sözb  bu  informasiyamn  gerçəkliyinə  inandırmağa  çalışmaqdır.  Buna 
görə  də  funksional  səciyyəsində  bədii  söz  sənətkarlığmdan  əsər-əlamət 
göıiinməyən  bu  mətnbr:  «Bu,  həqiqətən  olubdu,  əfsanə  deyil»  və  ya 
«Bəyim,  «Al»  gerçəkdə  var  olan  şeydir...»  [121,  s.425]  və  s.  tipli 
cüm blərb də  başlayır.  Yəni əsas  götürübn yenə «mifoloji kod  ilə oxunan 
mətnin  informativliyi»dir.


Yüklə 162,84 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə