Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   27   28   29   30   31   32   33   34   ...   86

qaçmısan. Get, eybi yoxdur, sabah bu Abbas bəylə öz mükafatınızı 
alarsınız..." 
Şah danışır, danışdıqca da hiddətlənib, son sözlərini ifadə edirdi: "- 
Sabah burada bir qan tökəcəyəm ki, Bağrıqan dağının dibindən əl-aman 
sədaları asimana bülənd olsun. Sabah burada bir qan tökə-cəyəm ki, 
hüccac ibn Yusif qəbirdən baş qaldırıb mənə əhsən desin. Sabah gərək 
Qarqar çayında su yerinə insan qanı axsın. Sabah fələyin qüdrətli və 
işıqlı padşahı başını  Şərq qapısından çıxardarkən, mən də sizin bu 
mənhus başınızı alçaq vücudunuzdan ayırıb, bütün aləmə ibrət olmaq 
üçün  şuşalıların kəlləsindən iki böyük minarə quraraq, birinin başına, 
Abbas bəy, sənin, o birinin isə bu Səfərəli bəyin başını nəsb edəcəyəm! 
Di gedin!". 
Belə  rəvayət vardır ki, İbrahimxəlil xan Şuşadan gedərkən bir çox 
adamları, o cümlədən, Molla Pənah Vaqifi müəyyən tapşırıqla  Şuşada 
saxlatmışdı. 
Əvvəlcədən Vaqifin Səfərəli bəylə  əlaqəsi olmuşdur. Güman ki
şahın həmin gecə öldürülməsi yalnız onun qəzəblənməsi ilə deyil, 
əvvəlcədən düşünülmüş  və Vaqifin rəhbərlik etdiyi sui-qəsd nəticəsi 
idi... 
Gecədən xeyli keçmişdi. Yuxunun ən şirin və ən ağır bir çağı idi. Bu 
zaman Abbas bəylə  Səfərəli bəy  əldə  xəncər  şah yatan otağa girib 
Qacarın başını kəsərək, onun bədəninə də bir neçə yerdən yara vurdular. 
Abbas bəy birinci olaraq xəncəri  şahın ürəyinə soxarkən  şah qəzəb və 
həyəcanla son nəfəsində demişdi: "Ey xanə  xərab,  İranda viran kərdi" 
(Yəni: "Ay evi dağılmış, İranı viran elədin"). 
Qatillər  şahın tacını, bazubəndini və  həmailini götürüb şahın baş 
sərkərdəsi Sadıq xan Şəqaqinin yanına gəldilər.  Əhvalatı söylədilər. 
Lakin Sadıq xan onların sözünə inanmadı. 
Abbas bəy və Səfərəli bəylə birlikdə Məhəmmədhəsən ağanın evinə, 
şahın yataq otağına yollandılar. Sadıq xan içəri girən kimi öz adəti üzrə 
baş endirib təzim etdi. Bu zaman Səfərəli bəy irəli yeriyib yorğam şahın 
üstündən götürdü. Sadıq xan Şəqaqi  şahın kəsilmiş başını  və  cəsədini 
gördü. Sadıq xan qorxuya düşdü. Öz iqamətgahına qayıdan kimi yaxın 
adamlarını və əsgərlərini toplayıb belə bir yalançı şayiə yaydı ki, "Şah 
məni məmur edibdir ki, İbrahim xanı tutub gətirəm". Bu sözlərlə gecə 
ikən şahın tacını, bazubəndini və həmai- 
 
98


lini götürüb qoşunla şəhərdən çıxdı, şahın qatillərindən Abbas bəyi özü 
ilə  bərabər apardı. Sadıq xanın getməsindən bir neçə saat sonra şahın 
ölüm xəbəri  Şuşaya yayıldı.  İran sərkərdə  və  sərbazları qorxudan 
dəhşətə düşüb Şuşanı tezliklə tərk etməyə çalışırdılar. 
Dünənə  qədər qorxu və  əsarət zənciri ilə  əl-ayaqları bağlanmış 
şuşalılar şahın ölüm xəbərini eşidən kimi şirə döndülər. Onlar hakimsiz 
qalmış iranlıların üzərinə düşdülər.  şahın yaşadığı bina qarət olundu. 
Sonra  şuşalılar  İran xanlarını, sərkərdə  və  sərbazları  tərksilah edib 
onların qarət etdikləri  şeyləri  əllərindən aldılar. Hətta bəzi sərbazları 
soyundurub  şəhər hasarından bayıra çıxarırdılar. Sərbazlar canlarını 
qoruyub gözyaşı içində deyirdilər: "Babacan! Mənim ailəm var, əyalım 
var, körpə uşaqlarım var. Mənə rəhm elə! Məni öldürmə, burax evimə 
gedim, məni bura zorla gətiriblər". 
Dünyanın ən dəhşətli müstəbidlərindən biri olan Ağa Məhəmməd şah 
Qacarın qaniçən, soyğunçu ordusu Şuşa  şəhərində beləcə süqut etdi. 
Şahın öldürüldüyü həmin saatlarda İbrahim Xəlil xanın qardaşı  oğlu 
Məhəmməd bəy öz dəstəsilə meydana çıxdı. O, şahın yaşadığı binanı 
tutaraq  şahın xəzinəsindən qalan hər nə varsa öz evinə daşıtdı. Ağa 
Məhəmməd  şahın başını isə  Məhəmməd Rəfi bəy vasitəsilə Balakənə 
əmisi İbrahim xana göndərdi. 
Məhəmməd bəy  şahın həbsə aldığı  şuşalıları, o cümlədən, Molla 
Pənah Vaqifi həbsdən azad etdi. M.P.Vaqif həbsdən azad olan kimi 
aşağıdakı misralarla başlayan məşhur  şerini yazaraq dostu Molla Vəli 
Vidadiyə göndərdi: 
 
Ey Vidadi! Gərdişi-dövrani-kəcrəftarə bax!  
Ruzigara qıl tamaşa, karə bax, kirdarə bax!  
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,  
Hökmü-adil padşahi-qadiri-qəhharə bax!  
Sübh söndü, şəb ki xalqa qiblə idi bir çiraq,  
Gecəki iqbalı gör, gündüzki idbarə bax!.. 
 
Molla Pənahın  şerində "Payimal oldu təpiklərdə, səri-sərdarə bax!" 
misrasının mənası budur ki, şahın zülmündən cana gəlmiş şuşalılar şahın 
başını ayaq altına salıb təpikləyə-təpikləyə şəhərin aşağı hissəsində olan, 
Çuxur məhlədən (Məhəmmədhəsən ağanın 
 
99


evindən) meydana və oradan da "Divanxana" yerləşən bazar başına 
qədər gətirmişdilər... 
Vaqifin şerində həm də "Mıxı mismara döndərən Tanrı var" misalına 
işarə olunur. Yuxarıda  şahın dəmirçiyə  cəza məqsədi ilə çoxlu mıx və 
nal düzəltməyi  əmr etməsini demişdik. Bu dəfə hadisədən iki gün 
keçmiş  həmin dəmirçini çağırıb ona tapşırdılar ki, şahın tabutuna 
çalmaq üçün mismar hazırla... 
İbrahim xanın Balakəndə olmasının 22-ci günü idi. Bu zaman 
Məhəmməd Rəfi Ağa Məhəmməd şahın başım xana gətirdi. İbrahim xan 
dərin fikrə getdi və şəriət qaydaları ilə şahın başını Car qəbiris-tanında 
dəfn etdirdi. Lakin Mirzə Adıgözəl bəyin rəyincə  İbrahim xan şahın 
başını Gürcüstana II İrakliyə hədiyyə kimi göndərmişdir. 
Şahın ölümünü yəqin edəndən sonra İbrahimxəlil xan bir neçə ay 
Qarabağa gəlmədi. Bu dövrdə əlinə çoxlu variyyət düşmüş Məhəmməd 
bəy Cavanşir cavanlıq qüruru ilə, eləcə də bir para dələduz və müfəttin 
şəxslərin fitvasına uyub hökmranlıq xəyalına düşdü. Məhəmməd bəy öz 
yerini möhkəmləndirmək və hər sahədə möhkəm və asudə olmaq üçün 
"İbrahim xan tərəfdarı" hesab etdiyi şəxsləri sıradan çıxarmağa başladı. 
Məhəmməd bəy hər kəsdən artıq Molla Pənah Vaqifdən qorxur və 
ondan  şübhələnirdi. O, Vaqifin xalq arasındakı nüfuzunu yaxşı bilirdi. 
Vaqif həm də İbrahim xana sadiq bir vəzir idi. 
Rəvayət olunur ki, şahın ölümündən sonra Vaqifin İbrahim xana 
göndərdiyi bir məktub Məhəmməd bəyin əlinə keçir. Molla Pənah Ağa 
Məhəmməd  şahın ölümü ilə  əlaqədar  İbrahim xanı  təbrik edib ona 
gözaydınlığı verməklə "Qarabağın hökmranlığı  səni gözləyir" - deyə 
onu tezliklə Şuşaya qayıtmağa çağınrdı. Onsuz da Vaqifdən şübhələnib 
onu öldürməyə bir bəhanə axtaran Məhəmməd bəyin  əlinə  əlverişli 
imkan düşür. Məktubu əldə əsas tutaraq Vaqifin öz oğlu Əli ağa ilə bir 
yerdə öldürülməsi haqda əmr verir. Bununla kifayətlənməyən 
Məhəmməd bəy Vaqifin evini talan edib yandınr. Beləliklə, Məhəmməd 
bəy rəqiblərini aradan götürüb geniş qol-qanad açır. 
Vəziyyətdən xəbərdar olan İbrahimxəlil xan Məhəmməd bəyi 
sakitləşdirmək üçün tədbirlər görür. Əvvəlcə oğlu Mehdiqulu ağanı bir 
neçə  nəfər bəyzadə  və xanzadələri ilə  Şuşaya göndərdi. Mehdiqulu 
xanın Şuşaya gəlməsi Məhəmməd bəyi təşvişə saldısa da, o, 
  
 
100


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə