Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

Ölkəmizdə  ətraf  mühitin  sağlamlaşdırılması  üzrə 
müvafiq  tədbirlər  həyata  keçirilir.  Lakin,  tullantıların 
miqdarının  azalması  bir  tərəfdən  çoxsaylı  sənaye 
müəssisələrinin  tam  gücü  ilə  işləməməsi  və  sahibkarlıq 
fəaliyyətinin  genişləndirilməsi  ilə  əlaqədar  tullantılardan 
maksimum  istifadə  etməklə  izah  edilməlidir,  qənaətçilik 
prinsipi də öz müsbət təsirini göstərmişdir.  
Eyni  zamanda  qeyd  edilməlidir  ki,  ətraf  mühitin 
mühafizəsi  və  təbii  resurslardan  səmərəli  istifadə  üçün 
ölkə  miqyasında  istifadə  edilən  investisiya  məbləği  1995-
ci  ildən  başlayaraq  xeyli  azalmışdır.  Ətraf    mühitin 
mühafizəsi və təbii resurslardan səmərəli istifadə edilməsi 
ilə  84,7  milyard  manat  sərf  edilmiş,  ümumi  daxili 
məhsulda onun xüsusi çəkisi 0,3% təşkil etmişdir. 2002-ci 
ildə  təbiəti  mühafizə  tədbirlərinin  yerinə  yetirilməsinə  12 
milyard  manat  investisiya  qoyulmuş  və  investisiyaların 
ümumi  həcmində  onun  payı  0,1%  olmuşdur.  Bu  ilk 
növbədə müsbət hal hesab edilməklə sosial əhəmiyyət kəsb 
edir  və  həmin  istiqamətdə  işlərin  intensiv  davam 
etdirilməsini  tələb  edir.  İnvestisiyanın  20%-ni  torpaqların 
mühafizəsinə  yönəldilməsi  də  diqqətəlayiqdir.  Lakin  bu 
istiqamətdə işlər daha genişləndirilməlidir. 
2005-ci 
ildə 
stasionar 
mənbələrdən 
ölkənin 
atmosferinə 558 min ton zərərli maddə atılmışdır. 
 


 
Cədvəl 2.2.5 
 
Azərbaycan Respublikasının şəhərləri üzrə 2003-2007-ci ildə toksik istehsalat 
tullantılarının yaranması və onlardan istifadə edilməsi (min ton)(*) 
Göstəricilər 
Toksiki tullantılar yaranmışdır 
Toksiki tullantılardan 
istifadə edilmişdir 
 
2003 
2004 
2005 
2006 
2007 
2003 
2004 
2005 
2006 
2007 
Bakı 
6,4 
5,2 
8,4 
7,3 
8,4 
0,9 
1,6 
2,5 
2,6 
4,85 
Sumqayıt 
20,1 
5,8 
3,9 
21,5 
1,3 
0,4 
2,3 
2,1 
0,6 
0,04 
Gəncə 

0,2 
0,2 
0,5 






Mingəçevir 
0,003 
0,004 
0,003 
0,002 
0,002 





 Qeyd: :  Azərbaycan Statistik göstəriciləri 2003, səh. 337 
 
 


Cədvəl 2.2.6 
 
2003-2007-ci illərdə Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və təbii 
resurslardan səmərəli istifadəyə yönəldilmiş əsas investisiya qoyuluşu 
 
Göstəricilər
 
2003 
2004 
2005 
2006 
2007 
Cəmi, mlyon manat: 
o cümlədən atmosfer havasının 
mühafizəsinə 
2965,1 
1911,3 
2912,3 
8879,4 
55504,6 
879,1 
204,8 
1503,9 
1601,9 
1091,8 
Su ehtiyatiarının mühafizəsinə 
1949,8 
1706,5 
1309,8 
6838,1 
18762,8 
Torpaqların mühafizəsinə 
136,2 

98,6 
439,4 
35650,0 
Qeyd:  Azərbaycan Statistik göstəriciləri Bakı, 2008 səh 337 
 
 
 
 


Təhlil  zamanı  müəyyən  edilmişdir  ki,  ətraf  mühitin 
çirklənməsində  neft  sənayesi  müstəsna  rol  oynayır.  Belə 
ki,  2000-ci  ildə  respublika  üzrə  atmosferə  atılan 
çirkləndirici maddələrin təxminən 42% Dövlət Neft Şirkəti 
müəssisələrinin  payına  düşür  (214,9  :  515,4  x  100  = 
41,7%).  Odur  ki,  həmin  şirkətin  müəssisələri  üzrə  ətraf 
mühitin  çirklənməsinin  texniki  göstəricilərini  təhlil  etmək 
məqsədəuyğundur. 
Dənizdə  NQİ  İB-də  1997-2006-cı  illərdə  atmosferə 
atılan  tullantıların  miqdarı  216,7  min  tondan  170,7  min 
tona enmiş və yaxud 21% azalmışdır. Həmin dövrdə   bərk   
maddələrin   miqdarı  10,1%;  qaz  və  maye   maddələrin  
miqdarı  22%,  o  cümlədən  korbohidrogenlərin  miqdarı 
24,8%  azalmışdır.  Dənizə  axıdılan  çirkli  suların  miqdarı 
həmin  dövr  ərzində  33,7  mln.  m
3
-dən  28,6  mln.  m
3
-ə,  o 
cümlədən dənizdə NQÇ İB-də 23,7 mln. m
3
-dən 20,9 mln. 
m
3
-ə enmişdir. 
2000-ci ildə şirkət üzrə eyni adlı tullantıların 72,4%-i 
dəniz  NQÇ  İB-nin  payına  düşmüşdür.  Məlumdur  ki, 
Respublikamızın  neft-qazçıxarma  müəssisələrində  hasilat 
zamanı  yerin  üstünə  qaz  da  çıxır.  Təəssüflər  olsun  ki, 
indiyə  kimi  qaz  kommunal  və  istehsalat  məqsədləri  üçün 
istifadə olunmur və hər il  külli  miqdarda  qaz  məqsədsiz   
yandırılır.   


ARDNŞ-ın müəssisələrində ümumiyyətlə 1997-1999-
cu  illərdə  neft  hasilatı  zamanı  alınan  qazın  həcmi  786563 
min  m
3
,  1997-ci  ildə  yandırılmış  qazın  həcmi  isə  244447 
min  m
3
,  yaxud  40%,  1998-ci  ildə  28%  və  1999-cu  ildə 
32%, 
2000-ci 
ildə 
isə 
22% 
2001-73%-olmuşdur. 
Yandırılan 
qazın 
98,8% 
dənizdə 
NQÇ 
İB-nin 
müəssisələrinə  aiddir.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
1997-2001-ci  illərdə  birlik  üzrə  yandırılan  qazın  həcmi 
30%  azalmış  və  2001-ci  ilin  əvvəlində  170821  min.m
3
 
olmuşdur.  Həmin  tullantıların  2000-ci  ildə  95,3%  28  may 
adına NQÇİ-nin, 3,6% «Neft Daşları» NQÇİ-nin, 0,6% isə 
«Abşeronneft» NQÇİ-nin payına düşür. 
Quruda  neft-qazçıxarma  İB-də  həmin  müddətdə 
2000-ci ildə 2597 min.m
3
 2001-ci ildə 2969 min.m
3
, 2002-
ci  ildə  2148  min.m
3
  2005-ci  ildə  isə  1054  min.m
3
  qaz 
həcmdə qaz yandırılmışdır. 
2002-ci  ildə  ən  çox  qaz  «Salyanoyl»LTD  (760  min 
m
3
), «Binəqədineft» NQÇİ-də  (433  min m
3
),  2003-cü  ildə 
isə 

«Binəqədineft» 
NQÇİ-də 
(450 
min.m
3

yandırılmışdır.  2005-ci  ildə  isə  -  «Binəqədineft»  NQÇİ-də 
(289 min.m
3
) yandırılmışdır. 
Birgə müəssisələrdə də qazın məqsədsiz  yandırılması 
hallarına  yol  verilir.  Belə  ki,  2000-ci  illərdə  «ANŞAD 
Petrol»  Birgə  Müəssisələrində  hər  il  100  min.m
3
  qaz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə