Azərbaycan Mədəniyyət və Turizim Nazirliyi
Göyçay rayon M.Ə.Sabir adına Mərkəzi Kitabxanası
1 İyun - uşaqların beynəlxalq müdafiəsi günüdür
( Metodiki vəsait )
Göyçay ---- 2017
Tərtib edəni : Metodika və biblioqrafiya şöbəsinin
biblioqrafı Rəna Kərimova.
Göyçay ---- 2017
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bayrağı
Uşaqların Beynəlxalq Müdafiəsi Günü (
ing.
International Children's Day) -
1 iyun
1950-ci
ildə
BMT
Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb
[1]
. Həmin gün təşkil olunan
"Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və
elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər
ölkələrində olduğu kimi, bu gün
Azərbaycanda
da qeyd edilir.
Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən
20 noyabr
tarixində
Ümumdünya
Uşaqlar Günü
də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü"
1954
-cü ildə BMT -nin Baş
Assambleyasının №836 (IX) saylı qətnaməsində
1956
-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə
keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.
Azərbaycan Respublikasın
ın Prezidenti
İlham Əliyevin
Azərbaycan Respublikasında uşaqlara dövlət
qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması
və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr
2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə
2009
-cu il "Uşaq ili" elan olunmuşdur.
Tarix
Eglantyne Djebb
1924
-cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu
bəyənnamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu
bəyənnaməni qəbul edilməsində ilk işlər
Eglantyne Djebb
tərəfindən edilmişdir.
Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan,
Eglantyne Djebb
müharibənin dəhşətlərindən
sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı
Doroti Bakston
köməyi
ilə
1919
-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda
"uşaqlara yardım fondu"nun əsasını qoydu.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş
Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında
iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin
gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq
problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara
dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də
uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas
prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib
missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük
himayədarıdır.
Azərbaycanın sabahının da qayğısına qalan Heydər Əliyev həmişə qızıl kimi
qiymətli vaxtından kəsib məmnunluqla uşaqların bayram tədbirlərinə gəlib.
Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham
Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini
dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham
Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə
diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Az-n dövləti uşaqların sabahı
üçün böyük tədbirlər görür.
Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük
rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Fondun
Prezidenti Mehriban Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır”
devizini tutaraq, çox sadə bir mərama söykənib: ”Azərbaycan uşaqlarını bəxtəvər
görmək.”
Təsadüfi deyil ki, Fondun yarandıqdan sonra ilk ən böyük tədbiri uşaqlarla bağlı
oldu. 2004-cü ilin sentyabrında Fond nəcib təşəbbüslə 30-a yaxın uşaq evi və
internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqları sevindirdi, Səttar
Bəhlulzadə adına sərgi salonunda onların “Mən Azərbaycanı sevirəm” adlı
sərgisini təşkil etdi. Elə həmin tədbirlə də uşaq evi və internat məktəblərinə
qayğının təməli qoyuldu. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”
çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə böyük
rezonans doğurdu. Uşaq müəssisələri əsaslı təmir edildi, əlavə yardımçı binalar
inşa olundu, paytaxtın bütün rayonlarındakı uşaq evləri və internatların hər birində
yaşayış üçün rahat komunal şərait yarandı. “Ən gözəl təmir olunan uşaq evi, ən
müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” deyən
Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan
uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı
proqramı hazırlandı, 2005-ci il iyunun 1-də Fondda həmin layihənin –
“Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və
alternativ qayğı” layihəsinin müzakirəsi keçirildi.
Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, ”Təhsilə
dəstək”, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə",
“Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” layihələrinin
reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə
aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü.
Mehriban Əliyeva hər il Gülüstan sarayında internat və uşaq evlərində tərbiyə
alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir,
onları bir araya yığır, uşaqlarla bir süfrə arxasında əyləşir, səmimiliyi ilə onların
könlünü ələ alır. Bu unudulmaz görüşlər, Azərbaycanın birinci xanımı ilə çəkilən
şəkillər uşaqların ömrünün ən əziz xatirəsinə dönür.
Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunan Azəbaycan uşaqları istedadları
ilə artıq Avropanı, dünyanı dolaşır, “Azərbaycanın xoşməramlı mələkləri”
Avropanın mədəniyyət mərkəzinin paytaxtında hamını heyran qoyur.
Beləliklə, Heydər Əliyev Fondu və onun Prezidenti insanların beyninə,
düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana yox,
bütün dünyaya son dərəcə gözəl bir nümunə sərgiləyir. Fəaliyyəti ilə sübut edir ki,
bu gün qəlbimiz daha çox insan sevgisi ilə dolu olmalıdır, bu gün uşaqlara qayğı
dünyanın xilası deməkdir...
Heydər Əliyev və uşaqlar
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə
edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimisabahı bundan
asılı olacaqdır”.
Heydər Əliyev
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam,
cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə
tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə
tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi
asılıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, onların
problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilməlidir.
Amma 80-cı illərin ortalarından sonra müəyyən müddətdə cəmiyyətimizdə gedən
mənəvi, iqtisadi tənəzzül və aşınmalar, üzləşdiyimiz Dağlıq Qarabağ problemi
uşaqların da taleyindən yan keçmədi. Həmin dövrdə uşaqlar arasında təhsildən
yayınma, məktəb yaşlı yeniyetmələrin alverə cəlb edilməsi, təhsil ocaqlarında
tədrisin keyfiyyətinin aşağı olması, bir sözlə, uşaqlara qayğısızlıq cəmiyyətdə
narahatlıq yaratmırdı.
Hazırda uşaqlara göstərilən qayğı göz qabağındadır. Ulu öndərimiz H.Əliyevin
təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına
qoşulmuş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
edilmiş, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə respublika hökuməti arasında əldə
olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salınmışdır. Burada Avropa
standartlarına uyğun 12 ailə evi, uşaq bağçası və altı digər yardımçı bina fəaliyyət
göstərir. Ailə evlərinin hər birində 8-10, umumilikdə isə kənddə 100-dən artıq
uşağın yaşaması üçün hər çür şərait yaradılmışdır. Burada kimsəsiz, valideyn
himayəsindən məhrum, yetim, atılmış uşaqlar tərbiyə alırlar.
Heydər Əliyev xalqımızın sabahını – gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli
həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza
yönəltmişdi. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların
hüquqlarının qorunması üçün geniş hərəkat başlanmışdır. Uşaqların Beynəlxalq
televiziya və radio günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu
öndərimiz Heydər Əliyev demişdir: “Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir
Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu, sabitliyi daimi
edəcəyik... Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız.
Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata
keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz”
Kənd kitabxana filiallarında 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü ilə
əlaqədar kitab sərgiləri,söhbətlər digər tədbirlər keçirilə bilər.
Dostları ilə paylaş: |