Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə56/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   52   53   54   55   56   57   58   59   ...   89

ÜGT-nin Baş Katibi Mişel Danenin 1999-cu ilin sentyabr ayında 
postsovet  məkanmda  ilk  dəfə  Azərbaycana  səfər  etmiş,  dövlət 
başçısı  Heydər  Əliyevlə  görüşmüşdür.  Bu  görüş  Azərbaycan 
gömrük orqanı ilə ÜGT arasında ikitərəfli əlaqələrin yaradılma- 
sında mühüm rol oynamışdır (145,172).
Yeni  iqtisadi  münasibətlər  şəraitində  Azərbaycan  Dövlət 
Gömrük Komitəsi öz maddi-texniki bazasım genişləndirmək, gün- 
dəlik  işini  dünya  standartlanna  uyğun  təkmilləşdirlmək  istiqa- 
mətində fəaliyyətini davam etdirmişdir.  1999-cu ilin yanvanndan
2002-ci  ilin  dekabnnadək  olan  müddət  üçün  BMT-nin  İnkişaf 
proqramı ilə Azərbaycan Gömrük Komitəsinin birgə maliyyələş- 
dirdiyi,  3  mərhələdə  həyata  keçirilməsi  nəzərdə  tutulan,  dəyəri 
1250 min dollar olan “Dövlət Gömrük Komitəsinin potensialının 
gücləndirilməsi  və  məlumatlann  ötürülməsi  şəbəkəsi”  layihəsi 
çərçivəsində “Online”  sistemi tətbiq edilmişdir (48,  30.01.2004). 
Bu  sistem Fransa,  Rusiya,  Isveçrə  sistemi  təcrübəsi  öyrənildik- 
dən sonra daha faydalı sistem olduğuna görə tətbiqi məqsədəuyğun 
hesab edilmişdir. Yeni sistem əməliyyatlann cəmisi 5-6 dəqiqəyə 
yerinə  yetirilməsini  təmin  edir  (47,  7.03.2003).  Qeyd  olunan 
layihənin  III  mərhələsinə  uyğun  olaraq  Azərbaycanm  əlavə 
13 gömrük məntəqəsində “Gömrük rəsmibşdirilməsi və nəzarətin 
avtomatlaşdınlmış  sistemi”nin  tətbiqinə  başlanmışdır.  2003-
2004-cü ilbri əhatə edən layihənin III mərhələsinin büdcə dəyəri 
900 min dollar olmuşdur (47, 29.01.2005).  2004-cü ildə sahənin 
maddi-texniki bazasının təkmilləşdirilməsi işi davam etdirilmiş- 
dir.  Bundan  əlavə,  “SKAD”  proqramı  və  körfəz  dövbtbrinin 
“AQ-FUND” fondu tərəfindən Gömrük Komitəsinə  140 min dol- 
larlıq  texniki  yardım  göstərilmişdir.  Radioaktiv  materiallann 
qanunsuz  dövriyyəsinin  qarşısmın  almması  məqsədilə  Веупэ1- 
xalq Atom  Eneıjisi Agentliyinin köməyi  ilə  sərhədlərdə  etibarlı 
nəzarət-buraxılış  sistemi  yaradılmış,  ilk  sınaq  “Вэгэ  keçidi” 
gömrük postundan başlanılmışdır (47,29.01.2005).
Bundan başqa,  Dövlət Gömrük Komitəsində və sərhəd göm- 
rük idarələrində videokonfrans avadanlıqlan quraşdınlmışdır. Bu 
da idarə rəhbərliyinə  videokonfrans  vasitəsilə həlli  vacib  məsə- 
ləbri iş yerini tərk etmədən Komitə rəhbərliyi ilə canlı ünsiyyətdə


müzakirə  və  həll  etməyə  imkan  yaratmışdır.  Gömrük  Komitəsi 
sonrakı dövrdə də özünün daxili imkanlar hesabma maddi-texniki 
bazasını genişləndirmək işini davam etdirmişdir.  Belə ki,  2007-ci 
ilin yanvar ayınm 24-25-də Xəzər dənizində Azərbaycan Respub- 
likasının  iqtisadi  mənafelərinin  mühafizəsi  gömrük  idarəsinin 
Lənkəran, Neftçala, Qaradağ, Pirallahı və Xaçmaz dəniz-nəzarət 
postlannın inzibati binalarınm açılışı olmuşdur (48, 30.01.2007).
Gömrük  işinin  yüksək  tələblər  səviyyəsində  qurulmasmda, 
məhsuldar fəaliyyətində, yüksək ixtisaslı,  səriştəli, peşəkar kadr 
potensialmın  formalaşdınlması  zəruri  məsələlərdən biri  idi.  Bu 
baxımdan  da müəyyən  işlər  görülmüşdür.  1999-cu  ildə  Heydər 
Əliyevin tapşınğına əsasən, Bakı Dövlət Universitetində bu sahə 
üzrə mütəxəssis hazırlanması  işinə başlanıldı.  Bununla əlaqədar 
Universitet  Elmi  Şurasının  30  iyun  1999-cu  il  tarixli  iclasında 
Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində göm- 
rük  işinin  təşkili  ixtisası  üzrə  kadr  hazırlanması  qərara  alındı.
2003-cü  il  bu  ixtisas  üzrə  ilk  buraxılış  olmuş,  50  nəfərə  yaxın 
yüksək ixtisaslı kadr təhsilini müvəffəqiyyətlə başa vurub gömrük 
orqanlarmda  fəaliyyətə başlamışdır (47,  29.01.2005).  Bu  istiqa- 
mətdə işlər sonrakı illərdə də davam etdirilmişdir.  Peşəkar kadr- 
ların  seçilib  yerləşdirilməsi  üçün  attestasiyalann  keçirilməsinə, 
tədris mərkəzlərində xüsusi kurs keçmələrinə lazımi diqqət yeti- 
rilmiş,  ixtisaslarmı artırmaq üçün gömrük işçiləri başqa ölkələrə 
kurs  keçməyə  göndərilmişdir.  Belə  ki,  2003-cü  il  ərzində  yeni 
işə qəbul olunmuş 45 nəfər tədris kurs mərkəzinə ixtisas artırmaya 
göndərilmiş,  13  nəfər gömrük işçisi isə Rusiya  Gömrük Akade- 
miyasına təhsil almağa ezam edilmişdir (47, 23, 01.2004). Bundan 
başqa  2002-ci  il  yanvann  30-da  ÜGT  ilə Azərbaycan  Gömrük 
Komitəsi  arasında  Bakıda  Ümumdünya  Gömrük  Təşkilatının 
Regional Tədris Mərkəzinin yaradılması haqqmda memorandum 
imzalanmış (47, 6.04.2002), 2003-cü il sentyabr ayınm 30-da isə 
Bakıda  Regional  Tədris  mərkəzi  fəaliyyətə  başlamışdır  (48, 
1.X.2003).  Daha  sonra  Bakı  Baş  Gömrük  İdarəsinin  nəzdində 
narkotiklərə qarşı mübarizə üzrə Kinoloji mərkəz fəaliyyətə baş- 
lamışdır (50,  2005, №1,  s.28). Burada yüksək səviyyədə xidmət 
göstərən xüsusi təlim keçmiş itlər saxlanılır.


Gömrük təşkilatı  öz fəaliyyətini daim təkmilləşdirməkdə da- 
vam etmiş, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmişdir.
2002-ci ilin iyul ayının 18-də “Cənubi Qafqazda narkotiklərə 
nəzarət regional yardım proqramı” çərçivəsində Bakı Beynəlxalq 
Dəniz limanının mühafizəsi ilə bağlı Avropa Birliyinin tövsiyəsi 
əsasında  Dövlət  Gömrük  Komitəsi  tender  elan  etmiş,  tenderin 
qalibi olmuş AREMPA-LTD  şirkəti tərəfindən эп müasir nəzarət 
endoskopik cihazların quraşdınldığı 1  ədəd Mersedes maşın labora- 
toriya Azərbaycan tərəfinə verilmişdir (47, 30.01.2005).
Neft  strategiyasının reallaşdınlmasında gömrük orqanlannın 
fəaliyyətinin  yaxşılaşdınlması  məqsədilə  Azərbaycan  Beynəl- 
xalq  Əməliyyat  Şirkətinə  (ABƏŞ)  göndərilən  avadanlıqlann  və 
əmlakın  gömrük  rəsmiləşdirilməsini  sürətləndirmək  və  gömrük 
nəzarətini  sadələşdirmək üçün  “Sahil”  (1997-ci  il),  “Dübəndi”, 
“Liman”  (1998-ci  il),  “Yeni  Sahil”  (2002-ci  il),  daha  sonra  isə 
neft ixracını və tranzitini həyata keçirmək işinə gömrük nəzarəti 
üçün isə “Şirvanovka” kimi gömrük postlan istifadəyə verilmiş- 
dir  (47,  30.01.2004).  Bundan başqa,  Bakı  Baş  Gömrük  Idarəsi- 
nin tabeliyinə verilmiş,  ümumi  ərazisi  10  hektar,  xidmət  sahəsi 
1920  kv  m  və  4  anban,  meydatıçası  olan  “İpək  yolu  gömrük 
postu” fəaliyyətə başlamışdır (47, 30.01.2004).
Azərbaycan  Gömrük  Komitəsi  inkişaf etmiş  dünya  ölkələri 
ilə  gömrük  xidməti  sahəsində  əməkdaşlığı  genişləndirməkdə 
davam etmişdir.  2002-ci  ildə Trabzonda Azərbaycatı,  Gürcüstan 
və  Türkiyə  Respublikası  arasında  üçtərəfli  saziş  imzalanmış, 
Azərbaycan Gömrük Təşkilatı həmçinin ABŞ, Almaniya, Böyük 
Britaniya, İran, Misir,  İran körfəzi ölkələri, MDB  ölkələri və bir 
sıra  başqa  ölkələrin  müvafiq  gömrük  orqanlan  ilə  terrorizmə, 
mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin və psixotrop mad- 
dələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq haq­
qmda  ikitərəfli  sazişlər  bağlamışdır  (145,174).  Bundan  başqa,
2005-ci  ilin martında Azərbaycan Respublikası  ilə Polşa və Ita- 
liya  Respublikalan  arasında  gömrük  işi  sahəsində  əməkdaşlıq 
sazişi imzalanmışdır. Bu sazişdə əsasən, Avropa Gömrük Əmək- 
daşlıq  Şurasmın  5  dekabr  1953-cü  il,  8  iyun  1971-ci  il  tarixli 
tövsiyələri nəzərə alınmaqla gömrük idarələri tərəfindən gömrük


Yüklə

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə