Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə57/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   53   54   55   56   57   58   59   60   ...   89

hüquqpozmalanna  qarşı  mübarizədə  qarşılıqlı  inzibati  yardım 
göstərilməsi nəzərdə tutulmuşdur (50,2005, №5, s. 16-32).
Azərbaycan  respublikası  gömrük  sisteminin  işini  təkmilləş- 
dirmək  üçün  beynəlxalq  təşkilatlarla  əməkdaşlıq  işini  davam 
etdirmişdir.  2001-ci ilin iyun ayının 29-da BMT və Avropa Bir­
liyi ilə Azərbaycan hökuməti arasında “Cənubi Qafqazda narko- 
tiklərə nəzarət regional yardım proqramlannın həyata keçirilməsi” 
sahəsində əməkdaşlıq sazişi imzalanmışdır (73,s. 174). Bu əmək- 
daşlığın  nəticəsi  olaraq  2003-cü  il  yanvar  ayının  22-də  Bakıda 
“Böyük  Ipək  yolu  dövlətlərində  narkotik  vasitələrin  qatıunsuz 
dövriyyəsinə  qarşı  mübarizə”  adlı  beynəlxalq  konfrans  keçiril- 
mişdir.  26  ölkə  nümayəndələrinin  və  10  beynəlxalq  təşkilatın 
iştirak  etdiyi  konfransda  gömrük  xidməti  orqanlannın  müvafiq 
orqanlarla  bu  sahədə  birgə  əməkdaşlığı  qərara  alınmışdır. 
Bununla əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinə və 
qaçaqmalçılığa  qarşı  mübarizə  aparmaq  məqsədilə  Azərbaycan 
Gömrük Komitəsinə “Skad” proqramı çərçivəsində  140 min dol- 
larlıq  avadanlıq  verilmişdir  (47,  2.03.2004),  2004-cü  ilin  apre- 
lində  isə  Cənubi  Qafqaz  respublikalan  üçün  bu məqsədlə  daha
2,2  mln dollar vəsaitin  aynlması qərara alınmışdır ki, bunun da 
200  min  dollan  Azərbaycan  üçün  nəzərdə  tutulmuşdur  (47,
2.03.2004).
Bütün bu uğurlu təşkilati  fəaliyyətin məntiqi  nəticəsi  olaraq 
Azərbaycan Gömrük Komitəsi öz işini yeni tələblər səviyyəsində 
qurmuş,  ildən-ilə  dövlət  büdcəsinə  keçirilən  vəsaitlərin  həcmi 
artmışdır.  Əgər  1994-cü ildə Gömrük Komitəsindən dövlət büd- 
cəsinə  17 399,2 mln manat vəsait köçürülmüşdüsə, 2003-cü ildə 
bu göstərici proqnozda nəzərdə tutulan 1  trilyon 20 mlrd əvəzinə 
1  trilyon  60  mlrd  manata  çatmışdır  ki,  bu  da  2002-ci  illə 
müqayisədə  15  %  çoxdur  (47,  30.01.2004).  2004-cü  ildə  isə 
Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə nəzərdə tutulan
1  trilyon  200  mlrd  matıat  əvəzinə  1  trilyon  303,3  mlrd  manat 
vergi və rüsum daxil olmuşdur ki, bu da tapşınğın 108,6 % yerinə 
yetirilməsi  deməkdir.  Bu  göstərici  2003-cü  illə  müqayisədə
242,1  mlrd manat və ya 22,8  % çoxdur (47,  29.01.2005).  1998—
2001-ci  illərdə  Dövlət  Gömrük  Komitəsi  tərəfindən  12  mlrd


manatdan  artıq  dəyəri  olan  qaçaqmalı  saxlanılmışdır.  Azərbay- 
can  gömrüyünün  son  9  ildəki  fəaliyyəti  nəticəsində  53  kq-dan 
artıq  qızıl,  zinət  əşyalan  müsadirə  olunmuş,  6293  ədəd  bədii 
incəsənət  əsərlərinin  ölkədən  çıxarılmasının  qarşısı  alınmışdır 
(47, 30.01.2004). Тэксэ, 2004-cü ildə ümumi dəyəri 3 314,22 mln 
manat  təşkil  edən  əşyalarm  gömrük  sərhədlərindən  qanunsuz, 
qaçaqmalçılıq  yolu  ilə  çıxarılmasının  qarşısı  alınmışdır  (47,
29.01.2005).
Azərbaycan  dövlət  müstəqilliyi  эМэ  etdikdən  sonra  Dövlət 
Gömrük  Komitəsi  sərhəd-keçid  məntəqələrinin  dünya  standart- 
laraıa uyğun qurulmasına başlamış,  onlaraı maddi-texniki baza- 
sının genişləndirilməsi istiqamətində fəaliyyətini müntəzəm olaraq 
davam etdirmiş, xarici  dövlətlərdən alınan yardımlan  əsasən bu 
işə yönəltmişdir.  Məsələn, ABŞ hökuməti Azərbaycana  1999-cu 
ildə 250 min avro dəyərində olan müasir texniki vasitələrlə təchiz 
olunmuş  zəngin  “avtofurqon”  hədiyyə  etmişdir.  Bu mobil  labo- 
ratoriyadan -  avtofiırqondan istifadə etməklə narkotik vasitələrin, 
kütləvi  qırğın  silahlannın yoxlanılması,  aşkara  çıxanlması  daha 
da asanlaşmışdır (47,15.09.1999).
Azərbaycan  Respublikası  Prezidentinin  11  fevral  2000-ci  il 
tarixli  fərmanı  ilə  əlaqədar Dövlət  Gömrük Komitəsi  öz  fəaliy- 
yətini  dünya standartlanna uyğunlaşdırmaq məqsədi  ilə bu sahə 
üzrə  başlıca  beynəlxalq  konvensiya  və  sazişlərə  qoşulmuşdur. 
Bunlar aşağıdakılardır:
1)  “Beynəlxalq yük daşınması haqqında”  1951-ci  il  19  may 
tarixli konvensiya;
2) “Sərhədlərdə yüklərin nəzarətdən keçməsi şərtlərinin razı- 
laşdınlması haqqında”  1982-ci il 21  oktyabr tarixli konvensiya;
3)  “Tezkorlanan  qida  məhsullannın  daşınması  və  bu  daşın- 
malar üçün istifadə olunan xüsusi nəqliyyat vasitələri haqqında”
1997-ci il  1  sentyabr tarixli saziş;
4) “Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsə- 
dilə müvəqqəti  idxalma  dair”  1956-cı  il  18  may  tarixli  gömrük 
konvensiyası (47, 31.03-6.04.2000).
Azərbaycan Respublikası Nazirlər Kabineti ölkə prezidentinin 
14  mart  2000-ci  il  tarixli  fərmanı  ilə  əlaqədar  respublikamızın


xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsinə nail olmaq və 
bununla əlaqədar əcnəbi vətəndaşlann və xarici ölkələrə məxsus 
avtonəqliyyat vasitələıinin sərhəd-nəzarət buraxılış məntəqəsindən 
gediş-gəlişini  tənzimləmək  məqsədilə  Iran  İslam  Respublikası 
dövlət  sərhədində  yerləşən Astara  sərhəd-nəzarət buraxılış  mən- 
təqəsinə  beynəlxalq  status,  Biləsuvar  sərhəd-nəzarət  buraxılış 
məntəqəsinə  ikitərəfli qaydada gediş-gəliş üçün  status verilməsi 
haqqında sərəncam imzalamışdır (47, 31.03-21.04.2000).
“Yeni  İpək  yolu”nun  yaradılması  ilə  əlaqədar  Avropa 
Birliyinin TRASEKA proqramı  çərçivəsində gömrük  sisteminin 
təkmilləşdirilməsi  işi  davam  etdirilmişdir.  Bu məqsədlə  bir  sıra 
texniki və  investisiya yardım layihələri həyata keçirilmişdir.  Bu 
baxımdan  “Sərhədlərdən  keçidin  sadələşdirilməsi”  adlı  texniki 
yardım  layihəsi  və  “Qırmızı  körpünün  bərpası  və  Traseka  kör- 
püsünün  tikilməsi”  adlı  investisiya  yardım  layihələri  xüsusilə 
diqqəti cəlb edir.
“Sərhədlərdən keçidin sadələşdirilməsi” texniki yardım layi- 
həsi  Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələri  üçün  nəzərdə 
tutulmuşdur.  Layihəni  İngiltərənin  “Skot  Vilson”  şirkəti  icra 
etmiş,  onun büdcə  dəyəri  2  mln  avro,  icra  müddəti  isə  2001-ci 
ilin noyabnndan 2002-ci  ilin  noyabnna  qədər  olan  dövrü  əhatə 
etmişdir. Layihənin əsas məqsədi bu məsələ ilə əlaqədar TRASEKA 
Milli  komissiyalannda  işçi  qruplannın  yaradılması,  bu  sahədə 
təkliflərin və  sənədlərin hazırlanması,  tədris  kurslannın  keçiril- 
məsi və Gömrük brokeri institutunun yaradılmasıdır (223,40-42). 
Layihə uğurla həyata keçirilmişdir.
Dəyəri  2,5  mln  avro  olan  “Qırmızı  körpünün  bərpası  və 
TRASEKA körpüsünün  tikilməsi”  adlı  investisiya  yardım  layi- 
həsi  isə  1997-ci  ilin  martından  1998-ci  ilin  oktyabr  ayma kimi 
olan müddətdə həyata keçirilmiş  (223,  53), Azərbaycan və Gür- 
cüstan respublikalan  arasında gömrük prosedurunun tənzimlən- 
məsində mühüm rol oynamışdır.
Gömrük  orqanlannda  işin  yeni  tələblər  səviyyəsində  qurul- 
ması TRASEKA Daimi Katibliyinin daim diqqət mərkəzində olmuş, 
ekspert  və  işçi  görüşlərində,  sərgi-seminarlarda,  konfranslarda 
bu məsələyə geniş yer verilmişdir. 2002-ci il may ayının 22-24-də


Yüklə

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə