Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə58/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   54   55   56   57   58   59   60   61   ...   89

Bakıda “Trans-kaspian” adlı I beynəlxalq nəqliyyat və  loqistika 
sərgisi  keçirilmişdir.  Sərgidə  10  ölkənin  40  şirkəti,  nəqliyyat 
işçiləri  və  gömrük  xidməti  üzrə  ekspertlər  də  iştirak  etmişlər 
(244, 2002, №1,  s.3).  Gömrük prosedurunun sadələşdirilməsi ilə 
əlaqədar  tədris  materiallan  hazırlanmış,  bu  sənədlərdə  təhqiqat 
işlərinin apanlması və sərhədlərdən sadələşdirilmiş keçidin müa- 
sir  aspektləri  göstərilmişdir  (244,  2003,  №1,  s.5).  2003-cü  ilin 
yanvann  23-24-də  TRASEKA  Milli  katibliyinin  və  hüquqi 
məsələlər  üzrə  ekspertlərin  görüşündə  də  bu  məsələlər  diqqət 
mərkəzində  olmuşdur  (244,  2003,  №1,  s.5).  2003-cü  ilin  fevral 
ayının  26-28-də  İstanbulda  I  beynəlxalq nəqliyyat konfransının 
gündəliyində  başqa  məsələlərlə  yanaşı,  dövlət  gömrük  xidmə- 
tinin  intermodal  daşımalar  və  ticarətə  yardım  məsələlərinə  də 
toxunulmuşdur (244,2003, №5, s.5). 2003-cü il may ayının 21-23-də 
Bakıda  nəqliyyat  və  loqistika  üzrə  “Trans-Kaspians  2003”  adlı
II beynəlxalq konfratıs-sərgi keçirilmişdir.  11  ölkənin 45 kompa- 
niyasının  iştirak  etdiyi bu sərgidə  sərhədlərdən keçidin  sadələş- 
dirilməsi məsələsi də öz yerini tapmışdır (244,2003, №5, s.5).
2003-cü il mayın 6-7-də TRASEKA Milli Katibliyinin sərhəd- 
gömrük  proseduruna  həsr  edilmiş  iclasında  gömrük  proseduru- 
nun  sadələşdirilməsi,  keçid  məntəqələrinin  genişləndirilməsi, 
yüklü avtomobillər,  avtoqatarlar üçün xüsusi xəttin yaradılması, 
həmçinin müasir avadanlıqlann alınması, quraşdmlması, yüklərin 
operativ  şəkildə  nəzarətdən  keçirilməsini  təmin  edən  kadrlann 
hazırlanması məsələsi diqqət mərkəzində durmuşdur (244, 2003, 
№5,  s.10).  TRASEKA  dəhlizində  gömrük  işinin  lazımi  əsasda 
tənzimlənməsi  üçün  hələ  2001-ci  il  oktyabnn  ayının  30-31-də 
TRASEKA  işçi  qrupunun  iclasında  sərhəd-gömrük  məntəqələ- 
rində  TRASEKA  marşrutu  boyunca  “Qaynar  xətt”  açılması 
qərara alınmış, müvafiq dövlət, hökumət orqanlannın ünvanlan, 
telefonlan  əks  olunmuş  rabitə  xətti  fəaliyyətə  başlamış,  bu  isə 
yaranan  hər  hansı  bir  mübahisələrin  operativ  həllinə  kömək 
etmişdir (244, 2002, №2, s.10).
2002-ci  ilin  sentyabr  ayının  9-23-də  Bakıda  keçirilmiş 
TRASEKA Daimi Katibliyinin seminan da “Gömrük proseduru­
nun  sadələşdirilməsi”  məsələsinə  həsr  edilmişdir.  Seminarda


Azərbaycanın  və  Gürcüstanın  TRASEKA  proqramı  üzrə  milli 
katibləri,  yükdaşıma  kompaniyalannın  və  gömrük  təşkilatının 
nümayəndələri iştirak etmişlər.  Seminar iştirakçılan sərhəd keçid- 
lərinin  sadələşdirilməsi  ilə  əlaqədar  təklifləri  müzakirə  etmişlər 
(244, 2002, №2, s.5).
Gömrük  xidməti  fəaliyyətinin  dünya  standartlarına  uyğun 
yenidən qurulması istiqamətlərindən biri də maddi-texniki bazanın 
genişləndirilməsidir.  Gömrük Komitəsi daxili imkanlar hesabina 
da bu  sahədə  fəaliyyətini müntəzəm  surətdə  davam  etdirmişdir. 
Bu məqsədlə  Azərbaycan  Maliyyə  Korporasiyası  çoxfunksiyalı 
xüsusi layihə hazırlamışdır (206, 222). Layihəyə görə Bakı şəhə- 
rində  soyuducularla  təchiz  edilmiş  3  böyük  gömrük  anbannm, 
о  cümlədən  nefit  avadanlıqlan  anbannın  inşa  edilməsi  nəzərdə 
tutulmuşdur.  Bütün yüklərin, о  cümlədən tranzit yüklərin yoxla- 
madan əw əl bu anbarlarda yerləşdirilməsi nəzərdə tutulmuşdur. 
Nəqliyyat sisteminə xidmət üçün elektron hesablama sisteminin 
tətbiq  edilməsi,  bununla  yüklərin  keçməsinin  və  rüsumlann 
hesablanmasının  asanlaşdmlması,  həmçinin  yüklərin,  nəqliyyat 
vasitələrinin,  işçi  personalının  təhlükəsizliyinin  təmin  edilməsi 
də  layihədə  nəzərdə  tutulmuşdur.  Bu  layihənin  ümumi  dəyəri 
20 mln. dollara bərabərdir (206,  177-178). Maliyyə Korporasiyası 
Azərbaycan hökumətinin razılığı ilə gömrük sisteminin modem- 
ləşdirilməsinə beynəlxalq maliyyə qurumlannın da cəlb edilməsini 
planlaşdmr.
Hazırda  Dövlət  Gömrük  Komitəsi  7  əsas  istiqamət  üzrə  iş 
apanr. Bunlar aşağıdakılardır:
1)  Mal  və  nəqliyyat  vasitələrinin  dövriyyəsini  əhatə  edən 
məlumatların yığılması;
2)  Gömrük  orqanlan  arasmda  informasiya  mübadiləsinin 
təmin edilməsi;
3) Gömrük rəsmiləşdiıilməsi və nəzarətin avtomatlaşdınlması;
4)  Qaçaqmalçılıq və gömrük qaydalarınm pozulması ilə mü- 
barizənin informasiya təminatının təşkili;
5) Gömrük müfəttişliyinin işinin avtomatlaşdınlması;
6)  Mərkəzi  aparata  gündəlik daxil  olan məlumatlann yoxla- 
nılması;


7) 
Xarici iqtisadi əlaqələrin avtomatlaşdınlmış  qaydada apa- 
nlmasi (47, 30.01.2007).
Gömriik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində keçi- 
rilmiş gömrük sərgilərinin, forum və simpoziumlannın da rolunu 
qeyd  etmək  lazımdır.  Bu  baxımdan  2005-ci  ilin  may  ayının 
19-21-də Bakıda Ümumdünya Gömrük sərgisinin keçirilməsinin 
mühüm  əhəmiyyəti  olmuşdur.  Həmçinin  “Heydər  Əliyev  və 
Azərbaycan  gömrüyünün  inkişafı”  mövzusunda  keçirilən  sim- 
pozium öz əhatə dairəsi və əhəmiyyətinə görə seçilmişdir.  Göm- 
rük  sərgisində  dünyanın  50-dən  çox  şirkətinin  istehsalı  olan 
avadanlıq  və  cihazlar  nümayiş  etdirilmişdir.  Beynəlxalq  sərgi 
çərçivəsində “Gömrük, hüquq-mühafizə xidmətləri və beynəlxalq 
ticarətin  təhlükəsizliyi”  mövzusunda  forum  da  keçirilmişdir. 
Forumun  işində  32  dövlətin,  həmçinin  ÜGT,  İnterpol,  Avropa 
Birliyi,  Ümumdünya  Poçt  İttifaqı,  Beynəlxalq  Nüvə  Eneıjisi 
Agentliyi, BMT-nin Ətraf Mühit Proqramı və İqtisadi Əməkdaş- 
lıq  Təşkilatı  kimi  nüfuzlu  təşkilatlarm  nümayəndələri  iştirak 
etmiş, müasir gömrük nəzarətinin yaradılması imkanlanm müza- 
kirə etmişlər (50, 2005, №5, s.33).
2006-cı ilin noyabnn 15-də Dövlət Gömrük Komitəsinin yeni 
“Gömrük  Məcəlləsi”  layihəsinin  təqdimat  mərasimi  olmuşdur. 
Mərasimdə  BMT-nin  rezident  əlaqələndiricisi  Marko  Barzotti, 
Avropa  Birliyinin  əlaqələndiricisi  Volfqanq  Şpotler,  Azərbay- 
canda gömrük xidmətinin təkmilləşdirilməsi layihəsinin baş məs- 
ləhətçisi Korinq Strinqer iştirak etmişlər (62).
Göründüyü kimi, Azərbaycan dövlət müstəqilliyi  əldə  etdik- 
dən  sonra  Gömrük  Komitəsi  fəaliyyətini  yeni  tələblər  səviyyə- 
sində  qurmağı bacarmış, bu sahədəki beynəlxalq konvensiya və 
sazişlərə qoşulmuş, dünya ölkələri ilə gömrük xidməti sahəsində 
əlaqələri  inkişaf  etdirmiş,  maddi-texniki  bazasını  genişləndir- 
mişdir. Dövlət Gömrük Komitəsi bu məqsədlə Avropa Birliyinin 
köməyindən,  dünya  ölkələrinin  təcrübəsindən  və  daxili  imkan- 
lardan səmərəli şəkildə istifadə etmişdir. Bütün bunlar öz növbə- 
sində ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, nəq- 
liyyat  dəhlizinin  ritmik  fəaliyyətinə,  inteqrasiya  proseslərinin 
genişlənməsinə,  elmi-mədəni,  texnoloji  dəyərlərin mübadiləsinə 
geniş imkanlar açmışdır.


Yüklə

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə