Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə66/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   62   63   64   65   66   67   68   69   ...   89

komplekslərində  iş  prosesini  izləmiş,  tədris  müəssisələrində 
olmuş  və  hakimiyyət orqanlarında işin təşkili  ilə tanış  olmuşlar 
(232, 24).
Avropa  Birliyinin  intermodal  daşımalar  üzrə  tədrislə  bağlı 
Intermodal xidmətin  və  təhsilin  təşkili”  texniki  yardım  layihəsi 
də faydalı olmuşdur. Layihənin gerçəkləşdirilməsinə 1,6 mln avro 
xərclənmişdir.  Onun icra müddəti  1998-ci ilin iyunundan  1999-cu 
ilin dekabnna kimi  olan müddəti  əhatə  etmişdir.  Layihənin əsas 
məqsədi  bütün  TRASEKA dəhlizi  boyunca  intermodal  xidmət- 
lərinin  yaradılmasının  kommersiya  strategiyasınm  əsaslannın 
hazırlanması, intermodal yükdaşımanm bütün aspektlərinin öyrə- 
dilməsi sahəsində tədrisin təşkil edilməsi, intermodal yükdaşıma- 
lar üzrə  agentliyin yaradılmasına dair təkliflərin hazırlanmasıdır 
(223, 43-46).
“İpək  yolu”nun  bərpasında  avtomobil  yollannın  yenidən 
qurulması da mühüm yer tutmuş, bu sahə üzrə müvafiq ixtisaslı 
kadrlann  hazırlanması  xüsusi  əhəmiyyət  kəsb  etmişdir.  Bu 
yollann salınmasında xarici mütəxəssislərlə yanaşı, yerli işçilərə 
də böyük ehtiyac olmuşdur. Azəravtoyol Dövlət Şirkətinin тэ1и- 
matına görə, 2002-ci ilə kimi orta hesabla hər il “İpək yolu”nun 
bərpası istiqamətində avtomobil yollannın yenidən qurulmasında 
1397 nəfər yerli, 90 nəfər xarici mütəxəssis işləmişdir (194,171). 
Ölkə başçısı İlham Əliyev “İpək yolu”nun Ələt-Hacıqabul hissə- 
sinin açılışı zamanı  çıxışında qeyd etmişdir ki, bu tikintiyə cəlb 
olunan  insanlann  80  %-i  yerli  mütəxəssislər  olmuşdur.  Daha 
sonra  ölkə  başçısı  qeyd  etmişdir  ki,  Bakıdan  Gürcüstana  qədər 
olan yolun tikintisi nəticəsində daha 3500 yeni iş yeri açılmalıdır 
(224, 2004, №7, s.61).
“Nəqliyyat bölməsində rəhbər işçilərin ixtisasmm artmlması” 
adlı  texniki  yardım  layihəsi  TRASEKA proqramının  iştirakçısı 
olan bütün ölkələr üçün nəzərdə tutulmuşdur. Layihənin reallaş- 
dmlması üçün  1,8  mln avro müəyyən edilmişdir.  Layihə 2002-ci 
ilin  iyunundan  2004-cü  il  iyununa  kimi  olan  müddətdə  həyata 
keçirilmişdir. Layihənin məqsədi rəhbər işçilərin ixtisasının artı- 
nlması üçün müvafiq tədris kursunun təşkili, kommunikasiyalar 
haqqında  məlumatlann  verilməsi  və  bir  neçə  xarakterik  istiqa- 
mətdə tədris məşqlərinin keçirilməsi olmuşdur (223, 43-46).


“Neft strategiyasının” reallaşdınlması, “Tarixi İpək yolu”nun 
bərpası  ilə  əlaqədar artan ekoloji təhlükə,  ətraf mühitin mühafi- 
zəsi  sahəsində  lazımi  kadr potensialının  fonnalaşdınlmasını  da 
əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Bu istiqamətdə artıq müəy- 
уэп işlər görülmüş və görülməkdədir. Belə ki, Azərbaycan Döv- 
lət Neft Akademiyasında “Ətraf mühit və neft sənayesi” ixtisası 
üzrə magistr təhsili həyata keçirilməyə başlanmışdır.  Bu  sahədə 
təcrübə mübadiləsində iştirak etmək üçün Azərbaycanın  19 alimi 
Fransa və İtaliyada ixtisasartırma kurslan keçmişlər. Azərbaycan 
Neft  Akademiyasına  kömək  üçün  isə  Nitsa  Universitetindən
7  dosent, Parisdən 3,  Cenevrədən isə 7  alim Bakıya gəlmiş, eko­
loji tarazlığın qorunması məsələləri üzrə mühazirələr oxmnuşlar.
1999-cu ilin  iyun  ayında Təhsil Nazirliyi  tərəfindən ətraf mühi- 
tin mühafizəsi üzrə kadr hazırlığına dair proqram təsdiq edilmiş- 
dir (12,5). Həmçinin yüzlərlə təhsil işçisi Soros fondunun maliyyə 
köməyi  ilə  müasir  tədris  texnologiyalan  ilə  tanış  olmaq  üçün 
xarici ölkələrə ezam olunmuşlar.
Azərbaycanm Texniki Universiteti, Neft Akademiyası və digər 
ali  məktəblər  Avropa  Birliyinin  maliyyəbşdirdiyi  “Tempus”, 
“Tasis” proqramlannın reallaşdınlmasına cəlb olmımuşdur. 2003-cü 
ilədək  bu  proqramlar  çərçivəsində  respublikamızın  ali  məktəb- 
lərinə 3370 min avro məbləğində maliyyə-texniki yardım göstə- 
rilmiş,  40-dan  çox  ölkənin,  о  cümlədən ABŞ,  Böyük Britaniya, 
Almaniya, Yaponiya, Türkiyə və Israilin ali təhsil sisteminin təlim 
texnologiyalan, idarəetmə modelləri öyrədilmişdir (154,258-259).
Bakı Dövlət Universitetinin  17 tələbəsi və magistri isə təhsi- 
lini davam etdirmək üçün ABŞ, Almaniya, İtaliya universitetlərinə 
göndərilmişlər  (153,  s.72-74).  Azərbaycan  Texniki  Universiteti 
ilə Avropa dövlətlərinin universitetləri  arasında ali texniki təhsil 
sahəsində  əlaqələri  genişlənmişdir.  Nəticədə  Texniki  Universi- 
tetdə  tədris  prosesinin  dünya  standartlanna  uyğunlaşdınlması 
istiqamətində  müəyyən  işlər  görülmüşdür.  Bu  baxımdan  Azər- 
baycan  Texniki  Universitetinin  respublika təhsil  qanununa  əsa- 
sən birincilər sırasında çoxpilləli təhsil sisteminə keçməsi, tədrisin 
müasirləşdirilməsi  üçün  Avropa  Mədəniyyət  və  Təhsil  Komis- 
siyası tərəfindən nəzərdə tutulmuş beynəlxalq proqramlarda fəal 
iştirak etməsi qeyd olunmalıdır.  “Tempus” proqramında respubli-


kamız üçün elektrotexnika və energetika sahəsində 2000-2001-ci 
il üçün nəzərdə tutulmuş müsabiqədə iştirak etmək üçün Texniki 
Universitetin  bir  qrup  alimi  müvafiq  layihə  hazırlamışdır.  Нэ1э 
1993-cü  ildə Almaniyanın  Köln Universitetinin professoru  Rza 
Talibi  Dəryanın  vasitəçiliyi  ilə  yaradılmış  əməkdaşlıq  əlaqələri
1999-cu ildə Universitetlərarası əməkdaşlıq protokolunun imza- 
lanması ilə nəticələnmişdir. Həmin əməkdaşlıq protokoluna uyğun 
olaraq  Texniki  Universitet  Köln  Tətbiqi  Elmlər  Universitetinə 
“Tempus” layihəsinə partnyor olmaq üçün müraciət etmiş, müs- 
bət cavab almışdır (10).
Azərbaycan  Texniki  Universiteti  tərəfindən  “Tempus”  layi- 
həsi müsabiqəsində iştirak etmək üçün İtaliyanın Turin şəhərində 
yerləşən Baş  qərargaha layihə təqdim olunmuşdur.  Texniki Uni­
versitetin elektrotexnika fakültəsində tədrisin müasirləşdirilməsi 
layihəsi Avropa Mədəniyyət və Təhsil Komissiyasmın qəran  ilə
2000-2001-ci  illərdə  keçirilmiş  müsabiqənin  qalibi  olmuşdur 
(10).  Bu  layihə  üçün  Avropa  Komissiyası  263  min  avro  qrant 
ayırmışdır.  Layihəyə uyğun olaraq  15  iyun 2001-ci ildən  15  mart
2002-ci  il  tarixinədək  Azərbaycan  Texniki  Universitetinin  bir 
qrup alimi Almaniyanm Köln Tətbiqi Elmlər Universiteti və Heer- 
len Tətbiqi Elmlər Universitetində ixtisasartırma kursu keçmişdir 
(lO).Texniki Universitetdə isə “Tempus” bürosu yaradılmışdır.
Kadr hazırlığı məsələsi müasir dövrdə mühüm strateji məsə- 
lələrdən  biri  olduğu  üçün  bu  məsələyə  həmişə  dövlət  səviyyə- 
sində  diqqət  artınlmışdır.  Ölkə  başçısı  Ilham  Əliyev  peşəkar 
kadr  korpusunun  yaradılması  məqsədilə  2006-cı  il  oktyabnn 
19-da “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkə- 
lərdə təhsil  almasına  dair  dövlət proqramınm hazırlanması  haq­
qmda”  sərəncam  imzalamış  (23,28.X.2006),  2015-ci  ilə  kimi 
5 minə yaxın gəncin xaricdə təhsil alması nəzərdə tutulmuşdur.
“Tarixi  İpək  yolu”nun  bərpası  ölkəmizdə  xarici  turizmin 
inkişafına da geniş imkanlar açmış, bu sahədə səriştəli kadrlann 
hazırlanmasını da əsas  məsələ kimi  qarşıya qoymuşdur.  Bu isti- 
qamətdə müəyyən işlər görülməkdədir.  Belə  ki,  İdman texniku- 
munda,  Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman Akade- 
miyasında,  yeni  açılmış  Turizm  İnstitutunda,  ümumiyyətlə, 
respublikanm  daha  5  ali məktəbində bu  istiqamətdə kadr hazır-


Yüklə

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə