Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə67/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   63   64   65   66   67   68   69   70   ...   89

lanmağa başlanmışdır (196,18,07.2003). Həmin ali məktəblərdən 
biri  də  Gəncə  Texnologiya  Universiteti  olmuşdur.  Bu  ali  mək- 
təbdə “Turizm və sosial-mədəni serviz xidməti” fakültəsi açılmış 
və  turizm  sahəsində  yüksək  ixtisaslı  kadrlar  hazırlanması  işi 
davam etdirilmişdir.  Bu təhsil ocağında qeyd olunan ixtisas üzrə 
qəbul  1998-ci ildən başlanmış,  2002-ci  ildə  11, 2003-cü ildə  31 
tələbə bu ixtisas üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 
Hazırda  universitetin  Azərbaycan  və  rus  bölmələrində  turizm 
ixtisası  üzrə  133  bakalavr,  7 magistr hazırlamr (196,  6.06.2004). 
Turizm  sahəsində  mütəxəssis  hazırlığı  Bakı  Dövlət  Universite- 
tində və Azərbaycan Dövlət İqtisad Universitetində də apanlır.
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra 
dünyanın  elmi  mərkəzləri  ilə  əməkdaşlıq  haqqında  25-dən  çox 
ikitərəfli  müqavilə  və  niyyət  protokolu  imzalanmışdır  (100,15. 
XII.2005)  ki,  bunun  da  dünya  standartlanna uyğun  kadr poten- 
sialının hazırlanmasında böyük əhəmiyyəti olmuşdur.
Qeyd etmək lazımdır ki, TRASEKA proqramma üzv olan bir 
çox  ölkələr  Milli  Ekspeditorlar  Assosiasiyası  təşkil  edərək 
Beynəlxalq FİATAtədris orqanlarına üzv olmuşdur (223,61).
“Tarixi  İpək  yolu”nun  bərpası  prosesində  gömrük  keçid 
məntəqələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir 
texniki vasitələrdən istifadə, gömrük işinin dünya standartları səviy- 
yəsində  qurulması  Avropa  Komissiyasınm  diqqət  mərkəzində 
olmuşdur.  Buna  görə  də  Avropa  Komissiyasınm  tövsiyəsi  və 
Ümumdünya  Gömrük  Təşkilatının  (ÜGT)  maliyyə  dəstəyi  ilə 
Azərbaycanla ÜGT arasmda razılaşmaya əsasən 2002-ci il yanvar 
ayının 30-da Bakı şəhərində ÜGT-nin Regional Tədris mərkəzi- 
nin  açılmasına  dair  memorandum  imzalanmış  (47,  6.04.2002),
2003-cü il oktyabr ayının  l-də Bakıda ÜGT-nin Regional tədris 
mərkəzi açılmışdır (47,  1 .X.2003).
Azərbaycan  dövlət  müstəqilliyi  əldə  etdikdən  sonra  xarici 
investisiyalann hesabma birgə-müştərək müəssisəbr açılmış, orada 
işləyənbrin sayı ildən-ilə artmışdır.  Тэксэ  1996-cı ildən sonrakı 
5  il  ərzində  belə  müəssisələrdə  işbyənlərin  sayı  6  dəfədən  çox 
artmışdır.  1996-cı  və  2001-ci  ilbrin bu  istiqamətdəki  göstərici- 
lərinin  müqayisəsi  bunu  daha  aydın  əks  etdirir.  Belə  ki,  əgər
1996-cı ildə xarici kapital əsasında yaradılmış müştərək müəssi-


sələrdə işləyənlərin  sayı  5,6 min nəfər olmuşdursa, 2001-ci  ildə 
belə  müəssisələrdə  çalışanlarm  sayı  31,5  min  nəfərə  çatmışdır 
(33,77).  Tam  xarici  investisiyalı  müəssisələrin  192-si  və  ya
48.1 %-i  Türkiyənin,  45-i  və  ya  11,3  %-i  Iranın,  29-u  və  ya
7,3 %-i Birləşmiş Ərəb Əmiriiklərinin, 27-si və ya 6,8 %-i Rusi- 
yanın,  21-i  və  ya  5,3%-i  ABŞ-ın,  18-i  və  ya  2%-i  Böyük 
Britaniyanın,  9-u Almaniyanın,  8-i  Ukraynanın payına  düşmüş- 
dür  (33,77).  Bu  isə,  təbii  ki,  ağır  sosial  problem  olan  işsizliyin 
həll edilməsinə müsbət təsir göstərmişdir.
Təsadüfi deyil ki,  işsizlik insanlann həyat səviyyəsi ilə bağlı 
ağnlı  sosial  problem  olduğundan  Respublika  Prezidenti  Ilham 
Əliyev  2003-cü  ilin  payızında  seçkiqabağı  görüşlərində  yaxın 
5 il ərzində 600 min iş yerinin açılmasının zəruri olduğunu qeyd 
etmişdir  (180,  25.02.2004).  Bu  istiqamətdə  müvafiq  hazırlıq 
işləri görülmüş,  təkcə  seçkilərdən keçən 5  ay ərzində  18  min iş 
yeri  açılmışdır  (180,  17.03.2004).  Lakin  bu  hələ  həmin  istiqa- 
mətdə görüləsi işlərin başlanğıcı olmuşdur.  Belə ki,  orta hesabla 
hər il  120 min iş yeri açılması vəzifəsi qarşıya qoyulmuşdur. Bu 
problemin həllində, sözsüz ki, ‘İpək yolu”nun bərpası prosesi, infra­
struktur  sahələrinin yenidən  qurulması,  yeni  yollann  salınması, 
limanda yeni terminallann tikintisi, “İpək yolu” boyunca nəqliyyat- 
serviz xidmətlərinin təşkili,  ticarət və  ictimai  iaşə  obyektlərinin 
işə salınması, rabitə xidmətbrinin və çeşidlərinin artınlması, meh- 
manxanaların, motellərin açılması mühüm rol oynamışdır.
Bütövlükdə 2003-cü ilin oktyabrından 2006-cı ilin iyulun əv- 
vəlinə  kimi  450  min  yeni  iş  yeri  açılmışdır  ki,  bunun  da
173.1  mini  daimi  iş  yeridir.  Təkcə 2005-ci  ildə  169  min yeni iş 
yeri açılmışdır (100, 8.02.2006). Statistika Komitəsinin məlumatına 
görə,  1993-2002-ci illər ərzində 3 minə yaxın sənaye müəssisələri 
açılmış,  2003-cü  ilin  yanvann  l -пэ  onlann  sayı  5202-уэ  çat- 
mışdır (34,449).
Bazar  iqtisadiyyatının  formalaşması  da  işsizlik  probleminin 
həllinə müsbət təsir göstərir. Belə ki, müstəqilliyin ayn-ayrı illə- 
rində  xarici  müştərək  müəssisələrin  açılması  insanlarm  yeni  iş 
yerbri  ilə  təmin  olunmasma,  orta  aylıq  dolanacaq  imkanlannın 
ibəil  artmasına  səbəb  olmuşdur.  Belə  ki,  xarici  müştərək müəs- 
sisələrin sayı 1995-ci ildə 7027-yə,  1996-cı ildə 15421-уэ,  1997-ci


ildə  23947-yə,  2001-ci  ildə  isə  25240-a  çatmışdır  (33,99).  Bu 
müddətdə  orta  aylıq  э т э к   haqqmın  da  səviyyəsi  artmışdır. 
Rəqəmlərin dili ilə desək, bunu daha aydın görmək olar. Belə ki,
1995-ci ildə belə müəssisələrdə çalışanlann этэк  haqqı 156,8 min 
manat,  1996-cı  ildə  277,3  min  manat,  1997-ci  ildə  722  min, 
1998-ci ildə 772,6 min,  1999-cu ildə  1216,9 min manat, 2001-ci 
ildə isə  1679,9 min manat olmuşdur (33,99).
Konkret  olaraq  nəqliyyat  və  rabitə  sahəsində  1999-cu  ildə 
78 xarici və müştərək müəssisə fəaliyyət göstərmişdir. Bu müəs- 
sisələrdə çalışanların sayı 2773  nəfər, görülən işlər və göstərilən 
xidmətlərin ümumi dəyəri 360950 mln manat, işçilərin orta aylıq 
э т э к   haqqı  544,2  min  manat  olmuşdur  (33,104).  2000-ci  ildə 
nəqliyyat  və  rabitə  sahəsində  49  xarici  və  müştərək  müəssisə 
fəaliyyət  göstərmiş,  orada  çalışanların  sayı  4118  nəfər,  görülən 
işin həcmi 577705,  5 mln manat, işçilərin orta aylıq э т э к  haqqı
593,1  min  manat  olmuşdur  (33,105).  2001-ci  ildə  bu  sahədə 
66 xarici və müştərək müəssisə fəaliyyətdə olmuş, orada çalışan- 
ların sayı 3667 nəfərə, görülən işin həcmi 707393,3 mln manata, 
işçilərin  orta  aylıq  э т э к  haqqı  isə  785,2  min  manata  çatmışdır 
(33,106).
Bu rəqəmlərin təhlili aydın göstərir ki, müstəqilliyin müxtəlif 
illərində həm ümumilikdə  götürdükdə bütün  sahələr üzrə  xarici 
müəssisələrin və orada işləyən yerli mütəxəssislərin sayı,  göstə- 
rilən xidmətlərin həcmi və işçilərin orta aylıq э т э к  haqqı mün- 
təzəm  surətdə  artmışdır.  1995-ci  ildə  iqtisadi  fəal  əhalinin  sayı
3 641,3 min nəfər olmuşdursa, 2001-ci ildə bu göstərici 3763,4 min 
nəfərə  çatmışdır  (33,69).  İqtisadi  fəal  əhalinin  ümumi  sayında 
əməklə  məşğul  olanlann  sayı  1995-ci  ildə  3613  min  nəfərdən 
2001-ci ildə 3 715 nəfərə çatmışdır (33,69).
Bəhs olunan dövrdə əhalinin ümumi saymm artması ilə əlaqə- 
dar işsiz insanlann da sayında artım olmuşdur. Məşğulluq xidrnə- 
tində  rəsmi  status  alan  işsizlərin  sayı  1995-ci  ildə  28314  nəfər,
2001-ci ildə 48446 nəfər olmuşdur (33,69).  1995-ci ildə bu işsiz- 
lərin  11411  nəfəri kişi,  16903  nəfəri  qadın olmuşdur (33,  s.69).
2001-ci ildə rəsmi işsizlik statusu alan kişilərin sayı 21808 nəfər, 
qadınların  sayı  26638  nəfər  olmuşdur  (33,69).  Müqayisələr 
göstərir  ki,  rəsmi  qeydə  alınmış  işsizlərin  sayı bu  dövr  ərzində


Yüklə

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə