Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə65/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   61   62   63   64   65   66   67   68   ...   89

IVFƏSİL 
“İPƏK YOLU”NUN BƏRPASI 
VƏ AZƏRBAYCANIN SOSİALİNKİŞAFI
4.1. “İpək yolu”nun bərpasının kadr hazırlığı 
və işsizlik probleminin həllində rolu
“Tarix İpək yolu”nun bərpası infrastruktur sahələrinin, kom- 
munikasiyalann  yenidən  qurulmasını,  maddi-texniki  bazasının 
əsaslı  şəkildə  genişləndirilməsini  tələb  etmişdir.  Bu  proseslərin 
reallaşdınlmasında isə maliyyə mənbələrinin tapılması və ondan 
səmərəli istifadə edilməsi, yeni layihələrin hazırlanması və texniki- 
iqtisadi əsaslandırmasını bacaran və onlan həyata keçirən, müasir 
tələblərə cavab verən səriştəli, yüksək ixtisaslı kadrlann mövcud 
olması mühüm əhəmiyyət kəsb  edir.  Bu baxımdan “İpək yolu”- 
nun bərpasmm digər cəhətləri ilə yanaşı, kadr hazırlığı və işsizlik 
probleminin  həllindəki  rolunun  tədqiq  edilməsi  aktual  məsələ- 
lərdən biridir.  Bu məsələnin  aktuallığı ilk növbədə  Cənubi  Qaf­
qaz  və  Mərkəzi  Asiya  ölkələri  arasında  regional  əməkdaşlığın, 
həm  də  dünya  ölkələri  ilə  inteqrasiya  proseslərinin  inkişaf 
etdirilməsində,  sosial-iqtisadi  tərəqqi,  ümmnbəşəri  dəyərlərdən 
faydalanmaq,  elm  və  mədəniyyətlərin  sintezi,  zənginləşməsi, 
qabaqcıl texnologiyalann mənimsənilməsi istiqamətində yüksək 
hazırlıqlı kadrlann mühüm rolu ilə şərtlənir.
Bu  baxımdan  bərpa  prosesinin  bütün  mərhələlərində  yerli 
kadrlann  hazırlanması  və  ixtisasınm  artınlması Avropa  Komis- 
siyasının,  respublika  rəhbərliyinin,  müvafiq  nazirliklərin  diqqət 
mərkəzində  olmuşdur.  İnfrastruktur  sahələrinin  təqdim  olunan 
layihələrə uyğun olaraq dünya standartlan  səviyyəsində yenidən 
qurulması, yeni kommunikasiya xətlərinin çəkilməsi, “İpək yolu” 
boyunca nəqliyyatla bağlı serviz xidmətlərinin, ictimai iaşə şəbə- 
kələrinin, motel və mehmanxanalann, rabitə xidməti  sahələrinin 
açılması  isə  öz növbəsində  müvafiq sahələr üzrə  günün tələblə-


rinə cavab уегэп kadr potensialının hazırlanmasını tələb edir. Bu 
isə  öz  növbəsində  əsas  sosial  problemlərdən  biri  olan  işsizlik 
probleminin həllində mühüm əhəmiyyətə malikdir.
Tədqiq  edilən  dövrdə Avropa  Birliyinin  müvafiq  texniki  və 
investisiya  yardım  layihələri  çərçivəsində,  beynəlxalq  maliyyə 
qunmılannın  yaxından  köməyi,  eyni  zamanda  respublikamızın 
müvafiq nazirlik və qurumlannm fəal iştirakı ilə bu istiqamətdə 
müəyyən  işlər  görülmüşdür.  Avropa  Komissiyası  Ьэфа  prosesi 
ilə  bağlı  bir-birinin  ardnıca  qeyd  olunan  istiqamətdə  müxtəlif 
texniki yardun layihələri həyata keçirməyə başlamışdır.  Məsələn, 
Avropa Komissiyasımn bilavasitə dəniz nəqliyyatı üzrə yük daşı- 
malan  ilə  bağlı  təhsil  sahəsində  aşağıdakı  layihələri  olmuşdur:
1)  “Bakı limanmda dəniz yükdaşımalarınm öyrədilməsi”; 2)“Navi- 
qasiya  vasitələrindən  istifadənin  öyrədilməsi  və  rəhbərlik  üzrə 
tədris”. Bundan əlavə, Avropa Komissiyası ümumi texniki yardnn 
layihələri  çərçivəsində kadrlann peşə  hazırlığının yüksəldilməsi 
ilə bağlı  1)  “Yükdaşıma üzrə  tədris”;  2)  “Nəqliyyat bölməsinin 
rəhbər işçilərinin ixtisasının artınlması” və intermodal daşımalar 
sahəsində  “Intermodal  xidməti  üzrə  tədrisin  təşkili”  texniki 
layihələrini həyata keçirmişdir. Bundan başqa, ümumi dəyəri 2 mln 
avro  olan  “Ekspeditorlar üçün Fiata tədris  mərkəzi”  layihəsinin 
gerçəkləşdirilməsinin  böyük  əhəmiyyəti  olmuşdur  (223,43). 
Avropa  Birliyinin  dəyəri  2,4  mln  avro  olan,  əsasən  nəqliyyat 
sistemini  idarəetmə  sahəsində  kadr hazırlığına  yönəlmiş  “Tem- 
pus” proqramı da bu baxımdan diqqəti cəlb edir (206,213).
“Bakı  limanında  yükdaşımaya  dair  təhsil”  texniki  yardım 
layihəsi  Almaniyanın  tədris  kursu  İnstitutu  “HPTİ”  tərəfindən 
həyata keçirilmişdir. Bu layihə  1995-ci ilin dekabnndan  1997-ci 
ilin dekabnna kimi -  2 il ərzində icra edilmişdir. Layihənin real- 
laşdınlmasına çəkilən xərclər  1  350 min avro olmuşdur. Layihə- 
nin  əsas  məqsədi Avropa  Birliyinin  ekspertlərinin Azərbaycana 
gəlməsinin  təşkil  edilməsi,  Bakı  dəniz  limanı  rəhbərliyi  ilə  six 
əməkdaşlıq əsasında tədris  işlərinin  apanlması,  idarəetmə  siste- 
minin  təkmilləşdirilməsi,  strateji  planlaşdırma  ilə  əlaqədar  baş 
menecerin,  eyni zamanda perspektiv proqnozlaşdırma  ilə  əlaqə- 
dar  maliyyə  direktorunun,  gündəlik  planlaşmaya  nəzarət  üçün 
texniki xidmət üzrə mütəxəssislərin, həmçinin limanda tikintiyə


rəhbərlik  üçün  liman  üzrə  istismar  direktorunun  hazırlanması, 
rəhbər  işçilərin  əlavə  təhsil  alması  üçün  elmi  və  xidmət  eza- 
miyyətlərinin təşkil edilməsi, liman üzrə mövcud qurğularm quraş- 
dınlması, ətraf mühit vəziyyətinin öyrənilməsi, Avropa Yenidən- 
qurma  və  Inkişaf  Bankmdan  investisiyalann  alınması,  texniki 
iqtisadi  əsaslandırmanın,  tender  sənədlərinin  hazırlanmasıdır 
(232,  26).  Layihə  üçün  Avropa  Yenidənqurma  və  İnkişaf Ban- 
kından  1350 min dollar vəsait ayrılmışdır (223,43).
“Naviqasiya  avadanlıqlarınm  istismar  edilməsinin  öyrədil- 
məsinə  rəhbərliyə  dair tədris”  texniki yardım layihəsi Azərbay- 
can,  Qazaxıstan  və  Turkmenistan  dəniz  limanı  işçiləri  üçün 
nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçirilməsinə 400 min 
avro xərclənmişdir. Layihənin əsas məqsədi Xəzərin Bakı, Aktau 
və Türkmənbaşı  limanlanna texniki  avadanlıqlann verilməsinin 
təşkil  edilməsi  və  onlardan  istifadənin  liman  işçilərinə  öyrə- 
dilməsidir (223, 43-46).
“Yükdaşımanın  öyrədilməsi”  adlı  texniki  yardım  layihəsi 
Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələrinin  nəqliyyat  işçiləri 
üçün nəzərdə tutulmuşdur. Layihənin büdcə dəyəri 900 min avro 
olmuş,  1995-ci  ilin  dekabnndan  1996-cı  ilin  dekabr  ayma kimi 
yerinə yetirilmişdir. Layihənin icraçısı Niderlandm “Netkon-sult” 
firması  olmuşdur.  Layihənin  əsas  məqsədi  yükdaşımalar  üzrə 
tədris hazırlığınm təşkili, seminarlann keçirilməsi, Mərkəzi Asiya 
və  Qərbi  Avropa  ölkələrinə  tədris  səfərlərinin  təşkil  edilməsi, 
bununla əlaqədar rəhbər kadrlann və sıravi işçilərin həmin ölkə- 
1эгэ ezam edilməsi,  müəllimlər üçün tədris kompleksinin müəy- 
уэп  edilməsi,  müvafiq  bölmələrdə  qanunverici  islahatlann  və 
struktur dəyişikliyinin keçirilməsinə kömək göstərilməsi olmuşdur 
(223, 43-46). Layihənin reallaşdırılmasınm bütün region ölkələri 
üçün çox böyük faydası olmuşdur.  Belə ki, ötən müddət ərzində 
müxtəlif nəqliyyat sahələri üzrə 86 nəfər rəhbər işçi 12 ay ərzində 
Alma-Atada  tədris  kursu  keçmiş,  sonra  bunların  arasından 
seçilmiş  32  nəfər  isə  14  gün  ərzində Almaniyada, Niderlandda, 
Belçikada  ixtisasartuma  kursunu  davam  etdirmişlər  (232,  24). 
Eyni  zamanda  122  nəfərdən  ibarət  orta  pillədən  olan  rəhbər 
işçilər 10 gün ərzində zəruri kurs keçdikdən sonra, bunlardan seçil- 
miş  35  nəfər  Avropaya  göndərilmiş,  onlar  müxtəlif  nəqliyyat


Yüklə

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə