Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə68/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   64   65   66   67   68   69   70   71   ...   89

1,4  dəfəyə  qədər  artmışdır.  Нэш  də  bu  prosesdə  işsiz  qadınlar 
kişilərə  nisbətən  üstünlük  təşkil  etmişdir.  Bunlann  səbəbi  isə 
ölkəmizdə bazar iqtisadiyyatına keçid ilə əlaqədar struktur dəyi- 
şikliklərinin keçirilməsi, ixtisarlann aparılması, köhnə iş yerləri- 
nin ləğv edilməsi və ya profilinin dəyişməsi  olmuşdur. Yuxanda 
apanlan müqayisənin ümumi təhlili göstərir ki, xarici 
у э
 
müştə- 
гэк müəssisələrin açılması ilə əlaqədar işsizlik tempi  1995-ci illə 
müqayisədə 2001-ci ildə bir qədər azalmağa doğru getmiş, amma 
əhalinin ümumi  iqtisadi  fəal hissəsində  1995-ci illə müqayisədə 
işsizliyin  səviyyəsi  2001-ci  ildə  bir  qədər  yüksək  olmuşdur. 
Bunun da əsas  səbəbi,  artıq yuxanda  qeyd olunduğu kimi, yeni 
istehsal münasibətlərinə keçidlə  əlaqədar apanlan struktur dəyi- 
şiklikləri, ixtisarlar olmuşdur.
Əgər nəzərə alınsa ki, nəqliyyat dəhlizi öz növbəsində eneıji 
dəhlizi ilə six əlaqəlidir,  onda qeyd etmək lazımdır ki, BTC-nin 
çəkilməsi  prosesi  də  yeni  iş  yerlərinin  açılmasında  mühüm 
əhəmiyyət kəsb etmişdir. BTC-nin tikintisi ilə məşğul olan “Sisi- 
Aysi”  şirkəti  gündə  1  km  boru  qaynaq  etmişdir  ki,  orada  da 
çalışanlann  617  nəfəri  yerli  işçilər  olmuşdur  (6).  Səngəçal  ter- 
minalında 4 min nəfər işə düzəlmişdir ki, bunlann da 80 
% -i
 yerli 
kadrlardır  (6).  BTC  əsas  ixrac  kəmərinin tikintisinə  bütövlükdə
22  min  adam  cəlb  olunmuşdur  ki,  onlann  da  70-80%-ni  yerli 
kadrlar təşkil etmişlər (6).
“Qədim İpək yolu”nun bərpası nəinki Azərbaycanda, həmçi- 
nin “Ipək yolu”nun bərpası proqramının iştirakçısı olan ölkələrdə, 
о  cümlədən  ‘İpək  yolu”  üzərində  yerləşən  33-ə  qədər  ölkədə 
sosial  problem  olan  işsizliyin  qismən  də  olsa  həll  edilməsində 
mühüm rol oynayır. Respublika Prezidenti İlham Əliyevin Azər- 
baycan  regionlannın  sosial-iqtisadi  inkişafına  dair  sərəncamın- 
dan  keçən  3  il  ərzində,  daha  doğrusu,  2004-cü  ilin  əwəlindən
2007-ci il yanvarın əwəllərinədək Azərbaycanda 520 min iş yeri 
açılmışdır  (180,  23.01.2007).  Bunun  da  11966-sı  Gəncə-Qazax 
iqtisadi rayonunun, 7494-ü Lənkəran iqtisadi rayonunun, 8939-u 
Quba-Xaçmaz  iqtisadi  rayonunun,  51558-i  Aran  iqtisadi  rayo­
nunun, 2791-i Qarabağ iqtisadi rayonunun, 8996-sı Abşeron iqti­
sadi rayonunun, 22804-ü Bakı şəhərinin payma düşmüşdür (203, 
94-135-237-275).  Bütün  bu  addımların  çox  ağır  sosial  məsələ


olan  işsizlik  probleminin  aradan  qalduılmasında  mühüm  rolu 
olmuşdur.  Respublika Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazir- 
liyinin məlumatına görə, 2004-cü ildə Azərbaycanda real işsizlik 
iqtisadi fəal əhalinin 600-640 min nəfərini əhatə etmişdir. Dövlət 
Statistika  Komitəsi  isə  məşğulluq  idarələrinin  məlumatlanna 
əsasən,  55847  nəfərin  rəsmən  işsiz  olduğunu  qeydə  almışdır 
(167,  12-18.XII.2004). Azərbaycan hökuməti və yerli icra orqan- 
ları respublika prezidentinin sərəncamına uyğun olaraq,  əhalinin 
işlə  təmin  olunması  istiqamətində  fəaliyyətlərini  genişləndirir, 
paytaxtda  və  rayonlarda  əmək yarmarkaları  keçirir,  işsiz  insan- 
ların  işçi tələb  olunan yeni  ixtisaslara yiyələnməsi üçün kurslar 
təşkil edirlər. Bu səylərin nəticəsidir ki, təkcə 2004-cü ildə 4921 
yeni  müəssisə  yaradılmışdır  ki,  bu  da  2003-cü  illə  müqayisədə
23 
%
  çoxdur.  Yeni  yaradılmış  müəssisələrin  59,3  %-i  Bakıda,
8,9  %-i Aran,  6,5  %-i  Abşeron,  6,3%-i  Gəncə-Qazax,  5,4  %-i 
Naxçivan,  4,1%-i  Lənkəran  iqtisadi rayonunda  fəaliyyətə başla- 
mışdır  (180,  15.01.2005).  2004-cü  ildə  bütövlükdə  nəqliyyat 
kompleksində  30  yeni  müəssisə  yaradılmış,  2227  iş  yeri  açıl- 
mışdır  (180,  9.01.2005).  Respublika  Э т э к   və  Əhalinin  Sosial 
Müdafiəsi  Nazirliyinin  verdiyi  məlumata  görə,  2004-cü  ildə 
21662  nəfər  yeni  işlə  təmin  olunmuş,  2111  nəfər  isə  peşə 
hazırlığı  keçmiş  və  ixtisasını  dəyişmişdir.  Bu  müddətdə  daha 
162  min  yeni  iş  yeri  açılmışdır  (180,  8.01.2005).  2004-cü  ilin 
fevralmdan Lənkəranda dəniz limammn, о cümlədən Xəzər dənizi 
sahilində  20  hektarlıq  ərazidə  yeni  obyektin  inşa  edilməsinə 
başlanılmış,  nəticədə  Lənkəran zonasından  110  nəfər  işlə  təmin 
olunmuşdur.  Bu limanın istifadəyə verilməsinin kənd təsərrüfatı 
mallarınm xarici bazara  çatdınlmasında və xarici  turizmin  inki- 
şafında böyük rolu olacaqdır (180,  9.01.2005). Yeni iş yerlərinin 
açılması  prosesi  uğurla  davam  etmişdir.  Ölkə  başçısı  İlham 
Əliyev  2007-ci  ilin  avqustunda  Neftçalada  görüşü  zamatıı  son 
illərdə  570 min iş yerinin  açıldığını rəsmən bəyan  etmişdir (23, 
25.08.2007).  Ölkə  Prezidenti  İlham  Əliyevin  seçki  qabağı 
hesabatında  göstərildiyi  kimi  ümumilikdə  2008-ci  ilin  oktyabr 
ayının  14-пэ qədər olan dövr ərzində 740 min iş yeri  açılmışdır 
(23,  14.10.2008). Beləliklə, respublika rəhbərliyinin, xarici şirkət 
və maliyyə qurumlannın yaxından köməyi ilə “Yeni İpək yolu”-


nun  müasir  infrastrukturunun  yaradılması,  onun  tərkib  hissəsi 
olan  “neft  strategiyasmin”  uğurla  həyata  keçirilməsi,  “İpək 
yolu” boyunca serviz xidmətlərinin yaradılması, turizmin inkişaf 
imkanlan, müasir infrastrukturu idarə etməyə səriştəsi olan kadr 
potensialının  formalaşdırılmasına,  yeni  iş  yerlərinin  açılmasına 
səbəb  olmuşdur.  Bu  da  mühüm  sosial  problem  olan  işsizliyin 
aradan qaldınlmasına,  əhalinin həyat  şəraitinin yüksəldilməsinə 
bilavasitə müsbət təsir etmişdir.
4.2. “İpək yolu”nun bərpası və ətraf mühitin mühafizəsi
Dövlət müstəqilliyimizin bərpası, yeni-yeni sənaye kompleks- 
lərinin  yaradılması,  ölkəmizdə  həyata  keçirilən  “İnogeyt”  və 
“TRASEKA”  layihələri,  qoşulduğumuz  beynəlxalq  konvensiya 
və  sazişlər  ətraf  mühitin  mühafizəsinin  gücləndirilməsini  əsas 
məsələ kimi  qarşıya qoymuşdur.  Ətraf mühitin mühafizəsi müa- 
sir sivilizasiyanı dərindən narahat edən çox mühüm qlobal prob- 
lemlərdən biridir.  Ətraf mühit məfhumu altında bizi  əhatə  edən 
bioloji mühit,  yəni flora və  fauna,  su  ehtiyatlan  (yeraltı  və yer- 
üstü),  landşaft,  torpaqdan  istifadə,  iqlim,  meteorologiya  və  sair 
nəzərdə  tutulur.  Müasir  elmi-texniki  tərəqqi,  insanlann  sayının 
sürətlə  artması,  istehsalın  hədsiz  inkişafı  insanla  təbiətin  qarşı- 
lıqlı əlaqəsinin pozulması təhlükəsini yaratmışdır.
Son  vaxtlar  dünyada  mineral  yanacaqdan  istifadə  nəqliy- 
yatda  13  %, sənayedə 54,1  %, kənd təsərrüfatında 6,5 
% ,
 mənzil 
məişət xidməti sahəsində 6,1  % təşkil edir. Bunun da nəticəsində 
atmosferin, ətraf mühitin çirklənməsi artmışdır. Hazırda atmosfer 
havasınm  çirklənməsində  avtomobil  nəqliyyatmın xüsusi  çəkisi
79,4 %, hava nəqliyyatının xüsusi çəkisi 7,3  %, dəmir yolu nəq- 
liyyatınm xüsusi  çəkisi 9,2  %,  dəniz nəqliyyatının xüsusi  çəkisi 
isə 4,1% təşkil edir (194, 22).
Bu problem  bütün  ölkələrdə  olduğu  kimi, Azərbaycan  Res- 
publikasından da yan keçməmişdir. Hazırda respublikamızın böyük 
müvəffəqiyyətlə  həyata  keçirdiyi  neft  strategiyası,  “Tarixi  İpək 
yolu”nun bərpası, yeni sənaye komplekslərinin yaradılması eko- 
loji təhlükənin artmasma səbəb olmuşdur. “İpək yolu”nun keçdiyi 
Bakı, Sumqayıt, Mingəçevir, Əlibayramlı (Şirvan), Gəncə, Qəbələ,


Yüklə

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə