Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə69/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   65   66   67   68   69   70   71   72   ...   89

Şəki  və  digər  ərazilər  Azərbaycanı  ekoloji  cəhətdən  təhlükəli 
zonaya çevirmişdir. “İpək yolu”nun Ьофавг Azərbaycan ərazisindən 
keçən nəqliyyat axınınm kəskin şəkildə artmasma səbəb olmuşdur 
ki, bu da atmosferin çirklənməsinə  öz mənfi  təsirini  göstərmək- 
dədir.  Digər  tərəfdən  ‘İpək  yolu”nun  fəaliyyəti  ilə  əlaqədar bu 
yolun keçdiyi xətt boyunca motellərin, otellərin, təmir emalatxa- 
nalannın açılmasının da ətraf mühitə mənfi təsiri  artmışdır.  Belə 
ki,  qonaq  evlərinin qazanxanalanndan  atmosferə karbon  oksidi, 
karbohidrogenlər,  texniki  xidmət  müəssisələrindən  metal  tozu, 
akkumulyator  sexlərindən  elektrolit,  qələvi  aerozol,  şin  təmiri 
emalatxanalanndan  minerallar,  rezin  tozlan,  kükürd  anhidridi, 
rəngləyici  sexlərdən  rəng  aerozollan,  çirkli  su  məhlulu,  qaynaq 
sexlərindən mineral tozlar, azot, xrom oksidləri, hidrogen xlorid, 
yanacaq  mühərrikləri  sexlərindən  isə  benzin,  dizel  yanacağı, 
aseton atmosferə atılır ki, bu həm də “İpək yolu” ətrafı zonalann 
çirklənməsi  üçün  şərait  yaradır.  Belə  bir  vəziyyət  isə  düşünül- 
müş  ekoloji  siyasətin  həyata  keçirilməsini  tələb  edir.  Təsadüfi 
deyil  ki,  nəqliyyat  dəhlizinin  Ьэф азта  dair  çoxtərəfli  əsas 
sazişin 7-ci maddəsində ətraf mühitin mühafizəsi məsələsi də öz 
əksini tapmışdır (126, 2001, №2, s.98).
Nəzərə  almaq  lazımdır  ki,  insanın  ətraf mühitə  müdaxiləsi 
təkcə  ekoloji  deyil,  həm də  iqtisadi,  mənəvi  ziyanla nəticələnir. 
Yaşadığımız həyat  şəraitinin sağlamlaşdınlması,  təbiətlə  cəmiy- 
yət  arasında yaranan  ziddiyyətlərin  aradan qaldınlması  olduqca 
vacib məsələlərdən biridir. Məlum olduğu kimi, elmi-texniki tərəq- 
qinin  iki  tərəfi  var.  Belə  ki,  bir  tərəfdən  o,  cəmiyyətə  xidmət 
edir,  iqtisadi tərəqqiyə imkan yaradır, digər tərəfdən isə bəşəriy- 
yətə  qarşı  çevrilir.  Həyata  keçirilən  fiziki,  kimyəvi,  texnoloji, 
bioloji kəşflər bu baxımdan ibrətamiz nümunələrlə zəngindir.
Ətraf mühitin  vəziyyəti  iki  başlıca  amildən  asılıdır.  Bunlar- 
dan biri  təbiətdə baş  verən kortəbii proseslər,  digəri  isə  insanın 
istehsal  fəaliyyətidir.  Son  dövrlərdə  təbiətə  göstərilən  antropo- 
gen təsirlər daha  da  güclənmişdir.  İnsan  cəmiyyətinin hərtərəfli 
düşünülməmiş  eqoist  fəaliyyəti  insan  üçün,  biosfer  üçün  get- 
dikcə daha təhlükəli vəziyyət yaradır.  Müəssisələrdən, nəqliyyat 
vasitələrindən  atmosferə  buraxılmış  qazlar  havada  toplanaraq 
dumanla  birləşir  və  insan  orqanizminə,  ekoloji  tarazlığa  mənfi


təsir göstərir. Digər tərəfdən, atmosferə atılmış qazlar, tullantılar 
atmosferin həyati əhəmiyyət kəsb edən ozon qatını dağıdır, ultra- 
bənövşəyi  şüalar yer kürəsinə  daxil  olaraq insanlann  şüalanma- 
sına, xəstəliklərə səbəb olur.
BMT-nin hələ  1972-ci ildə verdiyi məlumatda göstərilmişdir 
ki, xərçəng xəstəliyinin 60-90 %-i ətraf mühitin çirklənməsi nəti- 
cəsində baş  verir  (166,  127).  Şəhərlərdə  atmosferin çirklənməsi 
normadan 5-10 dəfə artıqdır (166,130). Statistika göstərir ki, təkcə
2002-ci  ildə  Azərbaycan  Respublikasında  atmosferə  217,4  min 
ton zəhərli maddə atılmışdır (33, 328).  Qeyd olunan dövrdə sahə 
vahidinə düşən zəhərli tullantılann xüsusi çəkisi 3 ton, əhalinin hər 
nəfərinə  düşən  çəkisi  isə  27  kq  olmuşdur  (33,32).  2003-cü  ildə 
avtomobil  nəqliyyatından  havaya  atılan  zəhərli  maddələrin 
ümumi həcmi 65 % artmışdır (33, 328).
Belə bir cəhəti qeyd etmək lazımdır ki, insanlann ekoloji taraz- 
lığa mənfi təsiri həm birbaşa, həm də gizli baş verir. Birbaşa təsir 
sənaye müəssisələrində baş verən qəzalarm nəticəsində üzə çıxır. 
Gizli  təsir  isə  flora və  faunanın tədricən  məhv  edilməsi  nəticə- 
sində  ilk  vaxtlarda  nəzərə  çarpmadan  baş  verir.  Birbaşa  təsiri 
dərhal aradan qaldırmaq mümkiindürsə, gizli təsir isə uzun müd- 
dət  keçdikdən,  hətta  onilliklərdən  sonra  da  öz  təsirini  göstərir 
(126, 2001, №2, s.27,28).
“İpək yolu”nun əsas hissələrindən olan Bakı-Ələt-Hacıqabul 
sahəsinin  1985-2001-ci illərdəki ekoloji durumuna nəzər saldıqda 
bu zonalarda su, torpaq, bitki örtüklərində, həmçinin havada ağır 
metallarm yayılması nəticəsində ürək açmayan mənzərənin yaran- 
masının  şahidi  olmaq  mümkündür.  Belə  ki,  kimyəvi  analizlər 
göstərir  ki,  Bakının,  Sumqayıtm,  Səngəçalın,  Hacıqabulun  ağır 
metallarla  çirklənməsi  qəbul  edilmiş  normalardan  10,  hətta  100 
dəfələrlə yüksəkdir (194,148).
Havaya atılan kontragen maddələrin 30 %-i tədricən torpağa 
çökür,  qalan  hissə  isə  havada  asılı  halda  qalır,  nəfəs  borusu  ilə 
insanın ciyərinə daxil olur.  Son vaxtlar Azərbaycanm qoşulduğu 
“İnogeyt”,  “Tasis”, “TRASEKA” kimi qlobal layihələr respubli- 
kanın ekoloji vəziyyətinə mənfi təsir göstərmişdir.  İpək yolunun 
keçdiyi Bakı, Gəncə,  Sumqayıt kimi iri sənaye rayonlannda nəq- 
liyyatın  havanı  çirkləndirməsinin  mənfi  təsiri  daha  çox  özünü


göstərir. Tədqiqatlar göstərir ki, hər 100 ədəd avtomobil mühərri- 
kindən il ərzində havaya 3 tona qədər karbon oksidi atılır (193,156).
Bundan başqa, hazırda respublikamızm ərazisinin  12,9 %-i və 
ya  11082 kv km sahəsi ekologiya üçün təhlükə yaradan ekzogen- 
geoloji proseslərin aktivləşməsinə məruz qalmışdır. Ümumiyyətlə, 
bu proses respublikada 243-dən çox sahəni -  21  şəhəri,  2  qəsə- 
bəni, 220 kənd yaşayış məntəqəsini və onlara yaxm əraziləri əhatə 
edir (124,  687). Bundan başqa, Azərbaycanda 251  yaşayış mən- 
təqəsi sel, sürüşmə və uçqun təhlükəsi altmdadır. Əhalisi 170 min 
nəfər  olan  45  yaşayış  məntəqəsi  isə  Xəzər  dənizinin  səviyyəsi- 
nin qalxmasından əziyyət çəkir (124, 685).
Yaranmış  ağır  ekoloji  vəziyyət  ətraf mühitin  sağlamlaşdırıl- 
masını,  onun mühafizəsi  sahəsində  kompleks  tədbirlərin həyata 
keçirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur. Bu istiqamətdə 
respublika  rəhbərliyi  və  müvafiq  qurumlar  tərəfindən  müəyyən 
işlər  görülmüş  və  görülməkdədir.  Belə  ki,  1992-2000-ci  illərdə 
təbiətdən  vəhşicəsinə  istifadə  edilməsinin  qarşısım  almaq  üçün 
“Azərbaycan  Respublikasınm  ekoloji  təhlükəsizliyi  haqqında”, 
“Azərbaycan Respublikasında təbiəti mühafizə və təbiətdən istifadə 
haqqında”,  “Azərbaycan  Respublikasında  heyvanat  aləminin 
mühafizəsi haqqında”,  “Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri 
və  obyektləri  haqqında”  və  digər  mühüm  qanunlar  qəbul  edil- 
mişdir (12,5), Dövlət Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin
Milli  Elmlər Akademiyası  alimlərinin,  Dünya Bankınm və  icti- 
mai ekoloji təşkilatlarm köməyi ilə ətraf mühitin mühafizəsi üzrə 
Milli  fəaliyyət  proqramı  hazırlanmış,  1998-ci  ildə  Azərbaycan 
hökuməti tərəfindən təsdiq olunmuşdur.
Proqramda  ətraf mühitin mühafizəsi  ilə  əlaqədar  fəaliyyətin 
9  mühüm  istiqaməti  müəyyənləşdirilmişdir  ki,  bunlar  aşağıda- 
kılardır:
1) Ətraf mühit üzrə siyasət, qanunvericiliyin hazırlanması;
2) Xəzər dənizinin ekoloji problemləri;
3) Sənaye, energetika, nəqliyyat və tullantılar;
4) Su ehtiyatlan və atmosfer havası;
5) Abşeron yanmadasmm ekoloji problemləri;
6) Biomüxtəliflik;
7) Meşə və kənd təsərrüfatı;


Yüklə

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə