Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə64/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   60   61   62   63   64   65   66   67   ...   89

2626,2 mln dollar təşkil etmişdir (180,7.02.2004) ki, bu da 2002-ci 
illə  müqayisədə  xarici  ticarət  dövriyyəsinin  ümumi  həcminin
36,1 %,  о  cümlədən  idxalın  57,7%,  ixracın isə  19,6  %  artdığını 
göstərir.  Göstərilən  dövrdə  idxalın  7,4  %-i  Türkiyənin,  7,2  %-i 
Türkmənistamn, 5,3 %-i Qazaxıstanm, 4,5 %-i Ukrayna kimi İpək 
yolu  proqramına  qoşulmuş  ölkələrin  payına  düşmüşdür  (180,
7.02.2004).  İxracın  isə  4%-i  Gürcüstanın,  4,1%-i  Türkiyənin,
2,5  %-i  ABŞ-ın,  51,9  %-i  Italiyanın  payına  düşmüşdür  (180,
7.02.2004). Xarici ticarat əməliyyatlannm 48,7%-i, о cümlədən idxa- 
lın  32  %-i,  ixracın  isə  65,6  %-i Avropa  Birliyi  ilə  apanlmışdır 
(180,  7.02.2004).  Hazırda Azərbaycan  dünyanın  130  ölkəsi  ilə 
ticarət  əlaqəsi  saxlayır.  Azərbaycan  Avropa  Birliyinin  Cənubi 
Qafqazda эп iri ticarət partnyorudur. Azərbaycandan ixrac edilən 
mallann 85,4 %-ni neft və neft məhsullan, 4,9 %-ni ərzaq, 2%-ni 
kimya sənayesi məhsulları,  1,3  %-ni polimer materiallar, plastik 
kütlə, kauçuk, rezin və onlardan hazırlanmış materiallar,  1,3  %-ni 
maşınlar,  mexanizmlər,  1,6  %-ni toxuculuq məhsulları təşkil et- 
mişdir (180,7.02.2004).
Göründüyü  kimi,  ölkəmizin  zəngin  eneıji,  mineral  xammal 
ehtiyatlanna malik olması və çox əlverişli nəqliyyat dəhlizi üzə- 
rində  yerləşməsi,  ona milli  iqtisadiyyatın  sürətlə yenidən  qurul- 
masına, qarşılıqlı faydalı şərtlərlə bütün dünya ölkələri ilə этэк- 
daşlıq  etməsinə  və  eləcə  də  xarici  investisiyalann  respublikaya 
axınına əlverişli şərait yaratmışdır.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, texnoloji imkanlann 
məhdudluğu üzündən Azərbaycan hələ də başlıca olaraq xammal 
ixrac edən ölkə kimi çıxış edir. Belə ki, Azərbaycan istehsal etdiyi 
xam nefti, qazı, pambığı, tütünü və yüzlərlə digər adda məhsulu 
istehsal  prosesini  tam  başa  çatdırmadan  respublikadan  kənara 
çıxarır.
Son  illərdə Azərbaycanm  Ümumdünya  Ticarət  Təşkilatı  ilə 
əməkdaşlığı  xeyli  genişlənmişdir.  Bundan  başqa,  Azərbaycan 
Avropa Birliyi ilə  “Tasis”, TRASEKA proqramlan  çərçivəsində, 
BMT-nin  Inkişaf Proqramı,  Dünya  Bankı,  Beynəlxalq  Valyuta 
Fondu  ilə  six  əməkdaşlıq  edir.  Avropa  Birliyi  hələ  TRASEKA 
proqramı qəbul edilənə qədərki dövrdə öz iqtisadi qurumlan vasi-


təsilə Azərbaycana texniki-iqtisadi və maliyyə yardımlan göstər- 
mişdir.  Bunu müstəqillikdən sonrakı illərdə bu sahədəki konkret 
rəqəmlərdən  daha  aydın  görmək  olar.  1992-2003-cü  illəri  əhatə 
edən dövr ərzində Avropa Birliyi ölkələri tərəfindən təkcə “Tasis”, 
yəni MDB-уэ texniki yardmı proqramı çərçivəsində Azərbaycana 
bütövlükdə  94,5  mln  avro,  о  cümlədən  1992-ci  ildə  12,5  mln 
1993-cü  ildə  4  mln,  1994-cü  ildə  4  mln,  1995-ci  ildə  6  mln, 
1996-cı ildə 8 mln,  1997-ci ildə 8 mln,  1997-ci ildə 8 mln,  1998-ci 
ildə  8 mln,  1999-cu ildə  8  mln, 2000-ci ildə 7 mln, 2001-ci ildə 
7  mln,  2002-ci  ildə  7  mln,  2003-cü ildə 7 mln.  yardım göstəril- 
mişdir.  Bundan əlavə, Avropa Birliyinin Humanitar ofisi  EKHO 
tərəfindən  1993-cü  ildə  12,24  mln,  1994-cü  ildə  18,85  mln,
1995-ci  ildə  28,82  mln,  1996-cı  ildə  2,7  mln,  1997-ci  ildə
6,1  mln.,  1998-ci  ildə  4,1  mln,  1999-cu  ildə  3,36  mln,  2000-ci 
ildə  1,5 mln avro yardım göstərilmişdir. Bununla yanaşı, Avropa 
Birliyinin  Bərpa  proqramı  REHAB  çərçivəsində  1996-cı  ildə 
3,97 mln,  1997-ci ildə 4,98 mln,  1998-ci ildə 4,1 mln,  1999-cu ildə 
3  mln,  2000-ci  ildə  3,67  mln  avro,  Ərzaq  Təhlükəsizliyi 
Proqramı (FSP) çərçivəsində  1996-cı ildə  14,3 mln,  1997-ci ildə 
16  mln,  1998-ci ildə  14 mln,  1999-cu ildə  12  mln avro, Avropa 
Birliyinin  Fövqəladə  Yardım  Proqramı  (EKSAP)  tərəfindən
1998-ci  ildə  10  mln,  1999-cu ildə  10  mln,  2000-ci  ildə  10  mln 
avro,  Avropa  Kənd  Təsərrüfatı  İdarəetmə  və  Zəmanət  Fondu 
(FEOKA) tərəfindən  1995-ci ildə 43  mln,  1996-cı ildə 22,15 mln 
avro,  Avropa  Birliyinin  Fövqəladə  Humanitar Yardım  Təşkilatı 
(EHA) tərəfindən  1993-cü ildə 8 mln,  1999-cu ildə  1,5 mln avro 
yardım göstərilmişdir (23, 23.01.2003).
Iqtisadi İnkişaf Nazirliyinin məlumatlanna görə, 2005-ci ildə 
Azərbaycan iqtisadiyyatına 4,8 mlrd dollar kapital qoyulmuşdur 
ki, bu da 2004-cü illə müqayisədə 23  % çoxdur (8).
Son dövrlərdə İran, Əfqamstan, Pakistan da TRASEKA proq- 
ramına  qoşulmaq niyyətində  olduqlannı  rəsmən  bəyan  etmişlər 
(143).  Bu  isə  dəhlizdə  yükdaşımanın  daha  da  artmasma  səbəb 
olacaqdır. Iqtisadçılann hesablamalanna görə TRASEKA nəqliy- 
yat  dəhlizi  tam  işə  düşdükdən  sonra  ölkə  büdcəsinə  hər  il  orta 
hesabla  1  mlrd dollar vəsait daxil olacaqdır (21,51).


2005-ci  ilin  iyulun  ortalannda  Azərbaycan,  Gürcüstan  və 
Qazaxistan arasinda TRASEKA dəhlizində  dəmir yolu və  dəniz 
nəqliyyatı vasitəsilə konteyner daşınması üzrə  səmərəli danışıq- 
lar apanlmışdır. Nəticədə 2005-ci il oktyabnn  1-dən Aktau-Bakı 
istiqamətində konteyner yükdaşınmalan başlanmışdır (117). Kon- 
teynerlə  yük  daşınması  iqtisadi  baxımdan  çox  faydalıdır.  Buna 
görə  də  TRASEKA dəhlizində  konteyner  üsulu  ilə  yükdaşıma- 
lardan maksimum istifadə edilməsi, dəhlizin rəqabət qabiliyyəti- 
nin artınlmasına kömək edir ki,  bu  da həm respublikamız,  həm 
də  TRASEKA proqramına üzv  olan digər ölkələr üçün əhəmiy- 
yətlidir.
Beləliklə,  “Yeni  Ipək  yolu”nun  yaradılması  nəinki  regional 
və beynəlxalq iqtisadi  inteqrasiya proseslərinin  genişlənməsinə, 
həmçinin  TRASEKA proqramına  qoşulmuş  ölkələrin hamısının 
nəqliyyat  dəhlizinin  fəaliyyətindən  böyük  iqtisadi  səmərə  əldə 
etmələrinə,  elmi, mədəni, texnoloji dəyərlərin fəal mübadiləsinə 
imkan yaratmışdır.  Ən başlıcası  isə  dövlətimizin iqtisadi  qüdrə- 
tinin güclənməsinə,  sosial-iqtisadi tərəqqiyə, etibarlı büdcə  siya- 
sətinin formalaşmasına imkan vermişdir. Bütün bunlar isə nəticə 
etibarilə  əhalinin həyat səviyyəsinin yüksəlməsinə, respublikanm 
Qarabağ  müharibəsi  nəticəsində  üzləşdiyi  ağır  problemləri  həll 
etməyə şərait yaratmışdır.


Yüklə

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə