NƏZƏRİ VƏ TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ
___________________________________________________
__________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.53
Deyilənləri yekunlaşdırmaqla, belə bir qənaətə gəlmək olar ki, adlıq cüm-
lələrdə temporal semantika ismin kateqorial mənası ilə təsbit olunur, adlan-
dırma eyni zamanda adlandırılanın mövcudluğunu müəyyən edir.
Temporallığın şəxssiz cümlə ilə ifadəsi. Azərbaycan və ingilis
dillərində
temporallığı cümlə səviyyəsində reallaşdıran sintaktik strukturlardan biri şəxs-
siz cümlələrdir. Sintaktik temporallığın şəxssiz cümlələrlə ifadəsi zaman bildi-
rən söz və ifadələrin predikativ vəzifədə işlənməsi ilə bağlıdır. Bu məsələdə
ingilis və və Azərbaycan dillərində oxşarlıq özünü büruzə verir. Oxşarlıq za-
man bildirən söz və ifadələrin predikativ vəzifədə işlənməsində təzahür edir.
Azərbaycan dilinə dair qrammatika kitablarında şəxssiz cümlələr elə cümlələr
adlandırılır ki, mübtədası olmasın və ya təsəvvür edilməsin[Bax:1,s.262; 5,s.
186; 6,s.266]. Q.Kazımov haqlı olaraq göstərir ki, şəxssiz cümlələrdəki məz-
mun, fikir predmeti xəbərlə birlikdə təsəvvür edilir [5, S. 186].
İngilis dilindəki şəxssiz cümlələrdə isə Azərbaycan
dilindəkindən fərqli
olaraq həmişə mübtəda vardır, lakin bu mübtəda formal xarakter daşıyır, heç
də real subyekt bildirmir. Məntiqi cəhətdən yanaşdıqda, aydın olur ki, şəxssiz
cümlələrlə (və ya cümlələrdə) elə situasiyalar təqdim olunur ki, onlardakı hə-
rəkətin törədicisi və ya yaradıcısı insan ola bilməz. Başqa sözlə desək, təktər-
kibli cümlələrin bu növündəki prosesin, vəziyyətin səbəbkarı insanın iradəsin-
dən kənarda olan təbii qüvvələrdir.
Hər iki dildə şəxssiz cümlələr üzərində aparılan müşahidələr onların xeyli
hissəsinin zaman bildirdiyi qənaətinə gəlməyə əsas verir.
Zaman bildirən şəxs-
siz cümlələr hər iki dildə ismi xəbərli şəxssiz cümlələrdən ibarət olur. Onların
yaranmasında temporal söz və söz birləşmələri iştirak edir. Azərbaycan dilində
şəxssiz cümlələrdə xəbərlə təsəvvür edilən fikir predmetinin, məzmunun indi-
ki zamana aidliyi -
dır
4
xəbərlik şəkilçisi,
keçmiş zamana aidliyi idi, imiş bağ-
lamaları, gələcək zamana aidliyi isə
olmaq feli ilə reallaşır. İngilis dilində isə
indiki zamana aidlik
to be felinin üçüncü şəxsin təkində işlənən
is forması,
keçmiş zamana
aidlik həmin felin was forması, gələcək zamana aidlik isə
will
be forması ilə reallaşır. Nitq prosesində hər iki dildə əsasən indiki və keçmiş
zamanlara aid şəxssiz cümlələr istifadə edilir. Azərbaycan dilində keçmiş za-
manda
idi bağlaması ilə işlənən şəxssiz cümlələrə daha çox rast gəlmək olar,
imiş bağlaması ilə olan şəxssiz cümlələrə isə təsadüf edilmir.
Eyni fikri gələ-
cək zamanı
olmaq feli ilə əmələ gələn şəxssiz cümlələrə də şamil etmək olar.
İngilis dilində də gələcək zamana aid şəxssiz cümlələrə təsadüf edilmir.
NƏZƏRİ VƏ TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ
___________________________________________________
__________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.54
Şəxssiz cümlələrdə temporallığın ifadəsini konkret nümunələr əsasında
nəzərdən keçirək:
-
Axı tanışlıq üçün vaxt (?)
bir az gecdir. –
Gecdir?
Xeyr,
əsl vaxtdır
(Anar).
Fikrimizcə, birinci cümlədə
vaxt sözünün işlənməsi yerinə düşmür. Bu,
cavab cümləsindən də görünür: ...
əsl vaxtdır. Sual cümləsinin məzmununa gö-
rə gözləmək olardı ki, cavab cümləsi
Vaxt əsil vaxtdır kimi olacaqdır, lakin bu
halda tavtologiya ilə qarşılaşmış olardıq.
Birinci cümlə üçün normal forma belə olmalıdır: «Axı, tanışlıq
üçün bir
az gecdir». İkinci cümlə isə onu tamamlayır:«Əsl vaxtdır». Hər iki halda müb-
təda tələb olunmur. Bu cümlələrin hər ikisi ismi xəbərli şəxssiz cümlələrdir.
Bəzi məqamlarda buna oxşar şəxssiz cümlələrin zaman zərfliyi ilə işlən-
diyini də görürük:
İndi gecdir. Gedim evimizə, yıxılım-yatım (Anar).
Eyni tipli cümlələr ingilis dilində də həm indiki, həm də keçmiş zamanda
işlənir:
It was too late (J.F.Cooper).
It is now twenty minutes to eight (B.Shaw).
It was summer-time, and lovely weather (Ch. Dickens).
Şəxssiz cümlələrin xeyli hissəsi təsvir məqsədilə işlənir. Nitq fəaliyyətin-
də bir çox hallarda sintaktik zaman bir proses kimi təqdim olunur. Müvafiq
cümlələrin məzmunu ya müəyyən
müddətlərin keçməsinin təsviri, ya da zama-
nın ölçülməsi üçün nəzərdə tutulan qurğuların işinin təsvirindən ibarət olur.
Məsələn:
Yay idi, qovunun təzəcə ağaran vaxtı idi (Ə.Əylisli).
Səhər beşin yarısı
idi (Anar).
İlin-ayın axır çərşənbəsi idi (İ.Şıxlı).
It was a dry cold night (Ch.Dickens).
It was a fine day, early in spring
(S.Maugham).
Gecə saat on iki idi (Anar).
Burada
gecə sözünü
zaman zərfliyi kimi də, mürəkkəb zaman ifadəsinin
tərkib hissəsi kimi də qəbul etmək olar. Həmçinin müq.et: -
İndi gecdir. –
Gecdir? (Anar).
Yuxarıda qeyd edildiyi kimi, qarşılaşdırdığımız dillərdə şəxssiz cümlə-
lərin xəbəri
ay, gün, il, vaxt və s. sözlərin iştirakı ilə əmələ gəlir. Bunu yuxarı-
dakı misallarda da görmək olar. Başqa nümunələr gətirək:
Indi yağışlı axşamdır (Anar).
Namazın vaxtıdır (Anar)..