Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə100/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   94   95   96   97   98   99   100   101   102

_________Milli Kitabxana_________ 
 
302
 
bələrin, yurd-yuvasından perik düşənlərin, didərgin olanların sanki 
acı, eyni zamanda təəssüf doğuran tərcümeyi-halıdır. 
Ermənilərin adını erməniləşdirdikləri Ağrıdağının məğrur-
luq, ucalıq rəmzi olduğunu sinədən dediyi bayatıların məzmunun-
da  əks etdirilən məna çalarlarında tərənnüm edilməsi xüsusilə 
oxucuya bir doğmalıq təlqin edir. Bu bayatılar yurd həsrətinin nə 
demək olduğunu vurğulayır: 
Ağrıdağı ağrımdı, 
Hər yarama sarğımdı, 
İrəvanın bağları 
Mənim qara bağrımdı. 
Başqa bir bayatıda: 
 
İrəvan qana düşdü, 
Qəfil talana düşdü. 
Təbriz, Gəncə gəlmədi 
Qollarım yana düşdü. 
 
İrəvanın bağları, 
Çiçək açıb tağları. 
Kim geriyə döndərər 
Ötüb keçən çağları?.. 
  
 


_________Milli Kitabxana_________ 
 
303
 
NƏTİCƏ 
 
İrəvan  ədəbi mühitinin tarixilik, ədəbi-bədii istiqamətdə 
araşdırılması, mühitin ictimai-siyasi problemlər üzrə tədqiqi araş-
dırılan dövrün bir çox mühüm hadisələrinin elmi cəhətdən anla-
şılmasına aydınlıq gətirir. Mühitin müxtəlif dövrlərinə dair aparıl-
mış mövcud tədqiqatlarda yazılı  və  şifahi  ədəbiyyatın tanınmış 
nümayəndələrinin həyatının, yaradıcılığının öyrənilməsi,  İrəvan 
xanlığının əhatə etdiyi ərazilərin tarixi və regional özünəməxsus-
luğu, mühitin folklor örtüyündə şifahi söz sənətinin və aşıq yara-
dıcılığının özəlliklərinin, mətbuatın,  ədəbi prosesin problemləri-
nin, istiqamətlərinin, həmçinin ədəbi prosesin ideya-bədii axtarış-
lar baxımından nəzərə çatdırılan spesifik cəhətlərinin mühüm 
əhəmiyyət kəsb etməsinə diqqət yönəldilmişdir. Bu sadalananları 
aparılan tədqiqat problemindən də aydın görmək mümkündür. 
Araşdırmalardan müəyyənləşdirilir ki, Azərbaycan ədəbiyyatının 
aparıcı bir qolu olan İrəvan ədəbi mühiti səviyyəsində yaradıcı zi-
yalıların həyat və  fəaliyyətinin elmi əsaslarla öyrənilməsi onun 
ümumi problemlərini tədqiq etmək istiqamətində daha çox məq-
sədə uyğundur.  
İrəvan ədəbi mühiti ümumi Azərbaycan ədəbi mühitləri içə-
risində dövrün ictimai-siyasi cəhətdən kəskin münaqişələr, müha-
ribələr və savaşlarla, ermənilər tərəfindən azərbaycanlıların soy-
qırımı, kütləvi qətliamlarla müşayiət olunmaqla yanaşı, burada 
şairlər, yazıçılar, aşıqlar, ümumiyyətlə, bütün qələm sahibləri öz 
yaradıcılıqlarında müasiriləri olduqları zaman kəsiyində baş ve-
rən hadisələrin təfərrüatını yaradıcılıqlarında geniş xalq kütlələri-
nə çatdırmaq üçün senzuradan, təqiblərdən çəkinməmiş, olanlara 
diqqəti cəlb etməyin zəruriliyini bədii sözün imkanları baxımın-
dan tarixiləşdirməyə qismən müvəffəq olmuşlar. Zəngin tarixi 
olan bu ədəbi mühitin araşdırılması daha aktualdır. Qərbi Azər-
baycan – İrəvan xanlığı adlanan bu məkanda çoxsaylı qüdrətli sə-
nətkarlar yaşayıb yaratmış,  ədəbi-bədii sənətin inkişafında  əvəz-
siz xidmətləri ilə zəngin bir irs qoymuşlar. 


_________Milli Kitabxana_________ 
 
304
 
Aparılan araşdırmalar üzrə gəlinən əsas qənaət ondan ibarət-
dir ki, İrəvan ədəbi mühiti Azərbaycan ədəbi mühitinin ayrılmaz 
tərkib hissəsi kimi bu ədəbiyyatın tarixən keçdiyi inkişaf zəmi-
nində təşəkkül tapmış və zəngin ənənələri ilə başqa mühitlərdən 
fərqlənmişdir. Zəngin və çoxçalarlı bir ədəbi mühit kimi mövcud-
luğu ilə diqqəti cəlb etsə də, bu mühitin elmi baxımdan sistemli 
şəkildə araşdırılmasına bir növ az əhəmiyyət verilmişdir.  İrəvan 
xanlığının məruz qaldığı tarixi məhrumiyyətlərin yazılı və şifahi 
ədəbi mənbələrdə öz əksini tapan səciyyəvi cəhətlərinin elmilik 
baxımından qələmə alınması dövrün hakim ictimai qurluşunun 
xeyrinə olmadığından ədəbi nümunələr təhlildən, elmi araşdırma-
lardan kənarda qalmışdır. Tarixi kökləri və  zəngin yaradıcılıq 
ənənələri olan Azərbaycanın Qərbində, xüsusən də İrəvan xanlı-
ğının  əhatə etdiyi ərazilərdə  ədəbi mühitin formalaşması istiqa-
mətində görülən işlərin ardıcıllığı o qədər də qənaətləndirici xa-
rakter daşımamışdır.  İrəvan  ədəbi mühitinin xanlıq dövründən 
başlayaraq Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və ondan 
sonrakı dönəmdə, həmçinin Sovet hakimiyyətinin ilk illərində ya-
ranan ədəbi nümunələrə, qəzet və jurnallarda dərc olunan müxtə-
lif səpkili yazılara, el şairlərinin, yaradıcı aşıqların ictimai-siyasi 
vəziyyəti əks etdirən yaradıcılığına monoqrafiyada müraciət edil-
mişdir. Onu da qeyd etmək yerinə düşər ki, zaman-zaman İrəvan 
xanlığında, xanlığ quberniyaya çevriləndən sonra burada hökm-
ran olan ictimai-siyasi quruluş  və rejimlərin dəyişməsi mühitin 
ədəbi-mədəni, ictimai-siyasi həyatına az təsir göstərməmişdir. 
Tədqiqatda araşdırılması məqsədəuyğun sayılan dövrün ədəbi-bə-
dii nümunələri əsas etibarı ilə əski əlifba ilə qələmə alındığından 
anadilli yazılı  ədəbi nümunələrin qeyri-türk mənşəli millətlərin 
əlinə düşən nüsxələri ya məhv edilmiş, ya da bu və ya digər ölkə-
lərin kitabxanalarının, arxivlərinin gözə görünməyən, əl çatmayan 
künclərinə atılmışdır. Ədəbiyyatımızın, mədəniyyətimizin, mənə-
vi dəyərlərimizin, ədəbi-bədii və folklor örnəklərimizin mövzu və 
məna istiqamətləri baxımından tariximizi əks etdirən və qorunub 
saxlanılan dəyərli elmi variantlarının kütləvi surətdə  məhv edil-


_________Milli Kitabxana_________ 
 
305
 
məsi, bəzən də erməniləşdirilməsi İrəvan ədəbi mühitinin zəngin 
irsinin böyük bir hissəsinin zaman-zaman yaddaşlardan silinməsi-
nə  səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, mühitin tanınan 
qələm sahiblərinin  ədəbi-bədii fəaliyyətini  əks etdirən, müxtəlif 
mənbələrdə öz əksini tapan yazıların imkan daxilində tapılıb araş-
dırılmasına təşəbbüs göstərilmiş, İrəvanda nəşr olunan “Lək-lək” 
satirik jurnalın transliterasiya edilərək tədqiqata cəlb edilmiş, 
“Bürhani-həqiqət ” jurnalının materiallarından istifadə edilmişdir.  
Qeyd olunmalıdır ki, Azərbaycanın tarixi, ədəbiyyatı, mədə-
niyyəti, incəsənəti və şifahi söz yaradıcılığı barədə tədqiqatda er-
mənilərin müxtəlif dövrlərdə azərbaycanlıların və türklərın milli-
mədəni dəyərlərini özündə ehtiva edən qaynaqlardan və  ədəbi 
mənbələrdən verilən təkzibolunmaz faktlar maraq doğurur. Ermə-
ni ədəbi qaynaqlarında və Erməni elitasının etiraflarında “Azəri- 
erməni  ədəbi  əlaqələrinin, həmçinin Azərbaycan həqiqətləri”nin 
əks etdirilməsinə tarixi, poetik, elmi və ədəbi qiymət verən məş-
hur söz adamlarının erməni, rus və Azərbaycan dilli mətbuat sə-
hifələrindən iqtibaslara araşdırmada da yer ayrılmışdır.  
Ədəbi mühitin elmi araşdırma müstəvisində təhlili həm də qə-
dimliyi və zənginliyi ilə burada daim diqqət mərkəzində olan aşıq 
sənətinin keçdiyi yola da xüsusi yer verilmiş, sözü gedən ərazinin 
bu sahədəki adlı-sanlı söz sərraflarının, saz şairlərinin, el şairlərinin 
yaradıcılıqlarına müraciət edilmişdir. Eyni zamanda, İrəvan  ədəbi 
mühitinin məktəbdarlıq, teatr truppalarının yaranması, kitab nəşri 
və  mətbuat sahəsində nail olduğu tarixi faktların ümumiləşdiril-
məsinə, habelə digər ümdə məsələlərə toxunulmuşdur.  
Bu mühitin yetişdirmələri olan Mirzə Hüseyn Ağa, Heydər 
Hüseynov, Cəlal Məmmədov, Cəfər Vəlibəyov, Talıb Musayev, 
Qəşəm Aslan, Qədir Aslan, Bağır Bağırov, Zərbəli Qurbanov, 
İslam Ələsgər, Əli Fərəcov, Kövsər Tarıverdiyeva, Yahya Qarai-
manlı, İsmayıl Mahir, Həsən Kərimov, İsmixan Didərgin, Əkbər 
Yerevanlı, Mirəli Seyidov, Cabbar Əsgərzadə, Həbib Həsənov, 
Mehdi Həsənov, Vahid Rəcəboğlu, Həsən Mirzəyev, Zəhra  Əli-
yeva, Zərifə Budaqova, Budaq Budaqov, Hidayət Orucov, Əh-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə