Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   94   95   96   97   98   99   100   101   102

_________Milli Kitabxana_________ 
 
293
 
səyyahları, siyasətçiləri milli və dini mənsubiyyətlərindən asılı ol-
mayaraq öz qeydlərində obyektiv söyləməyi insani borc saymışlar. 
Görkəmli alim Fazil Qaraoğlunun zəngin arxiv sənədləri və 
ilkin mənbələr əsasında ermənilərin tarixindən, sosial-iqtisadi hə-
yatından, mədəniyyətindən, yaşadıqları bölgələrdə  ətrafa olan 
münasibətlərindən və türklərə qarşı törətdikləri zalımlıqlardan 
bəhs edən “Ermənilər və həqiqətlər” kitabı adamlarımızın, xüsu-
sən də müasir gənclərimizin bu əsərdən faydalanacaqları, kimin 
kim olduğunu öyrənmək üçün əvəzsiz bir mənbədir.[88-43,44,49] 
Müəllif “Osmanlı idarəsində ermənilər” sərlövhəsi altında verdiyi 
araşdırmasında tarixi faktları mötəbər mənbələr əsasında çözələ-
yir: “Fateh Sultan Mehmət İstanbulu fəth etdikdən (29 may 1453) 
sonra özünü Roma imperatorluğunun yeganə qanunu varisi say-
mışdı, Bizansa son qoyduqdan sonra rumlara lütf və ehsan etdiyi 
din və vicdan hürriyyətini ermənilərdən də  əsirgəməmişdir. Er-
mənilərin Osmanlı idarəsinin altına girməzdən əvvəl nə siyasi, nə 
də iqtisadi bir təşkilatlanmaları vardı. O bölgələrdəki güclü döv-
lətlər onları yüzillər boyunca bir qul kimi çalışdırmış, onlara bir 
haqq verməyi düşünməmiş, din və iqtisadi mövzularda özləri ilə 
birləşmələri üçün onları təzyiq altında tutmuşdular. Erməniləri bu 
vəziyyətdən qurtaran, və onlara hər cür haqqı verən, erməniləri 
himayəsi altına alan Fateh Sultan Mehmət İstanbulu fəth etdikdən 
sonra erməniləri dini inamlarında sərbəst buraxmış”dır. Osmanlı 
idarəsindəki ermənilər ...ancaq islamın xoşgörüşündən faydalana-
raq dövlətin güclü zamanlarında əllərində hər hansı bir pislik et-
mə imkanı olmadığı üçün sadiq bir varlıq olaraq düşünmüşlər”. 
Bu hal onların türklərin adət-ənənəsini, mədəniyyətini, folkloru-
nu,  ədəbiyyatını  mənimsəməyə,  ən məhsuldar torpaqların sahibi 
olmalarına imkan yaratmışdır. Erməni tarixşünası Vartanyanın 
qeyd etdiyi kimi “...Türkiyə ermənisi rus ermənisinə görə erməni 
mədəniyyəti, dili, tarixi və  ədəbiyyatı baxımından çox güclü və 
sərbəst idi. XIX əsrin əvvəllərində ermənilik bir millət olaraq hələ 
Avropada bilinmirdi... yəhudilər kimi vətənsiz, milliyyətsiz, sər-
səri olaraq tanıyırdılar”[88-49]. 


_________Milli Kitabxana_________ 
 
294
 
Professor Fazil Qaraoğlunun rəsmi sənədlər  əsasında “Nur-
lar” nəşriyyatında 2008-ci ildə işıq üzü görən “Ermənilər və həqi-
qətlər” kitabının II cildində daha səciyyəvi məsələlər öz əksini 
tapmışdır. Bu kitabda uzun illər arxivlərdə qorunan sənədlər əsa-
sında ermənilərin ərazi tələblərinin və soyqırım iddialarının yala-
na  əsaslandığını üzə  çıxaran çox qiymətli elmi, həm də dünya 
ictimaiyyətini maraqlandıran faktlar vardır. İki cilddən ibarət 935 
səhifəlik materialı əhatə edən əsərin I cildində 1923-cü ilə qədər
II cildində isə müasir günümüzə qədər erməni məsələsinə aydın-
lıq gətirən Osmanlı dövlətinin, eləcə  də böyük dövlətlərin 577 
arxiv sənədlərindən və elmi əsərlərindən istifadə edilmişdir. 
Arxiv sənədlərinə əsaslanan elmi tədqiqatlar tarixi hadisələrə 
siyasi baxımdan yanaşmaları aradan qaldırar, həqiqətləri  ən ob-
yektiv şəkildə əks etdirər. Xüsusilə bu qədər siyasiləşdirilmiş er-
məni məsələsi kimi həssas bir mövzuda aparılan tədqiqatlar rəsmi 
sənədlərə söykənməli və obyektiv olmalıdır. Qərb ictimaiyyətin-
də erməni soyqırımı iddialarının doğruluğu isbatlanmamış  bəzi 
subyektiv yayımlara  əsaslanır. Buna görə  də  Qərb ölkələrində 
siyasi yaxınlaşma ilə ələ alınan erməni mövzusu tarixin əsl mən-
bələrinə müraciət edilərək qiymətləndirilməlidir.  
“Ermənilər və həqiqətlər” kitabı erməni məsələsinə dair tari-
xi həqiqətləri dolaşıqlığa salanlara tutarlı bir cavabdır. Burada 
beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün çox məlumat-
lar verilmiş, bir çox ölkələrin rəsmi sənədləri ilə erməni məsə-
ləsinin bir xəyal olduğu isbat edilmişdir. Kitabın elmi əhəmiyyəti 
barədə tarixi sənədlərə söykənən fikirlərini yazan müəllif Nisa-
xanım Mehdiyeva 1923-cü ildə imzalanan “Lozanna müqavilə-
si”ndə ermənilər haqqında heç bir hökm verilmədiyini vurğula-
mış, Türkiyə-Ermənistan məsələsinin Lozannada tamamilə  həll 
edildiyini göstərmişdir. Eyni zamanda, ermənilərin müxtəlif id-
dialar irəli sürmələrinin faydasız olduğunu bir daha xatırlatmışdır. 
Onu da qeyd etməyi unutmamışdır ki, türk arxivlərində tədqiqat 
aparmadan erməni məsələsi haqqında yazılan hər hansı bir əsər 
dolğun ola bilməz. Erməni mövzusuna aid Qərb ölkələrində nəşr 


_________Milli Kitabxana_________ 
 
295
 
edilən bəzi əsərlər Osmanlı dövlətinin arxivlərindəki rəsmi mən-
bələrə əsaslanmadığına görə, subyektiv olmuşdur.[160]  
Azərbaycan  şairi Nəsiminin  şeirlərini  əzbər bildiklərinə  və 
xalq arasında yaydıqlarına, inamlarından və etiqadlarından dön-
mədiklərinə görə Budax Amtesi və Xaçatur Tiqranaqertsi “diri-
diri soyulmuşlar.” Təbiiliyilə diddəti cəlb edən bu dostluq sarsıl-
mamış, xalqlarımızın mənəvviyyatına, varlığına hopmuşdur. Za-
qafqaziya xalqlarının böyük nəğməkarı Sayat-Nova (1712-1795) 
Azərbaycan, erməni və gürcü dillərində zəngin bədii-ədəbi irs ya-
ratmış, xalqlar dostluğunun poetik nəğmələrini yazmışdır. Sayat-
Novanı  məşhurlaşdıran qardaş xalqların adət-ənənələrini, dilini, 
folklorunu, yaşayış  tərzini dərindən mənimsəməsi olmuşdur. O, 
həm də beynəlmiləlçilik kimi ümumbəşəri ideyaların tərənnüm-
çüsü olmuşdur. 
Azadlıq nəğməkarı M.Nalbandyan (1829-1866) yazmışdır: 
“Əsrlər boyu ermənilər və azərbaycanlılar birlikdə elə şən həyat, 
sarsılmaz dostluq və əməkdaşlıq yaratmışlar ki, belə əməkdaşlıq, 
mədəni əlaqə heç avropalılar arasında da yoxdur”. Mətbuatı xalq-
la ziyalılar arasında tribuna adlandıran M. Nalbandyan xalqın 
həyatını düzgün əks etdirən ədəbiyyata güzgü kimi baxır, poezi-
yanı xalqların tarixi-poetik gündəliyi hesab edirdi. O, insan qəl-
bini təlatümə gətirən Azərbaycan, erməni və gürcü musiqisindəki 
bənzərliyi hər üç xalqın təfəkkür tərzinin yaxınlığında, həm də 
qonşuluq və əməkdaşlıq münasibətlərində görürdü. 
M.Nalbandyan “İnsan azadlıq üçün yaranmışdır”- deyən sə-
nətkar milli qürur hissini xalqlar dostluğunda görməklə , şərq dil-
ləri üzrə alimlik dərəcəsi alarkən Azərbaycan və gürcü dillərindən 
imtahan vermiş, Azərbaycan dilindən “əla” qiymətləndirilmişdir. 
Milli qürur hissini xalqlar dostluğunda görən vətənpərvər sənət-
kar millətçiliyin barışmaz düşməni olmuş, “Qoy hər bir xalq öz 
milli simasını qoruyub saxlasın”demişdir.[164]  
Mirzə  Fətəli Axundovun, Mirzə  Şəfi Vazehin əqidə dostu 
olan, Azərbaycan xalqını, onun dilini və  mədəniyyətini ürəkdən 
sevən Xaçatur Abovyan(1805-1848) bütün həyatları “zülm və is-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə