Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   94   95   96   97   98   99   100   101   102

_________Milli Kitabxana_________ 
 
299
 
daşnaklar öz işlərini görür...” [157-31]; “Azərbaycanın taleyi 
erməni daşnaklarına tapşırılır” [157]. 
Tarixçi alim Firdovsiyyə Əhmədovanın 1998-ci ildə “Elm və 
həyat” nəşriyyatında çapdan çıxmış “Nəriman Nərimanov – ideal 
və gerçəklik” monoqrafiyasında qeyd edir ki, Nəriman Nərima-
nov haqlı olaraq Azərbaycanın mübahisəsiz tarixi torpaqlarının- 
Qarabağ, Zəngəzur, Naxçıvanın, Ordubad, Şərur-Dərələyəz qəza-
sının və başqa  ərazilərin Ermənistana verilməsi məsələsinə öz 
kəskin münasibətini bildirmiş, yeganə ümidini Leninə bağlamış, 
bu barədə V.İ.Leninə  məktubunda daha qətiyyətlə yazmışdi: 
“Mən bilmək istərdim ki, mərkəz biz müsəlmanlara necə baxır və 
belə mühüm məsələləri bizsiz necə  həll edə bilir...Mən açığını 
deyəcəyəm, mərkəz Qarabağ və sair haqqında qərarları ilə bizim 
silahımızı  əlimizdən aldı, hər zaman müsəlman kommunistlərin 
Azərbaycanı Rusiyaya satdığını söyləyən musavat provokasiyası-
nı gücləndirdi,  əsaslandırdı: həmin Rusiyaya ki, eyni vaxtda Er-
mənistanın və Gürcüstanın müstəqilliyini tanıyır və  nədənsə 
Azərbaycanda Sovet hakimiyyəti qurulunadək mübahisəsiz vila-
yətləri indi mübahisəli hesab edir... Dəhşətli vəziyyət yaranmış-
dır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azər-
baycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz, 
Azərbaycanın tamamilə mübahisəsiz  ərazilərini Ermənistana ve-
rir... ...Çoxmillətli  əhalinin hüquq və hissləri ilə belə zarafat et-
mək olmaz ...mən qəti surətdə bildirirəm: Əgər Siz də bizim dəlil-
lərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırıl-
mağımız barədə  Mərkəz qarşısında məsələ qoyaq...” ifadələrini 
vurğulamaqla, böyük ədib, vətənpərvər dövlət xadimi valqının, 
vətəninin taleyindən son dərəcədə narahatlığını bildirmişdir. 
“Lək-lək” bağlanandan sonra İrəvanda ictimai-ciyasi sahədə 
baş verənlərin xalq kütlələrinə çatdırılması və əhalinin baş verən-
lərlə hali edilməsi sahəsində azərbaycanlıların bir mətbu orqana 
ciddi ehtiyacı vardı. Göstərilən ciddi-cəhdlər və təşəbbüslər nəti-
cə etibarilə “Bürhani həqiqət” jurnalının 1917-ci il yanvar ayının 
1-də ilk nömrəsinin işıq üzü görməsi ilə nəticələndi. Onun müdiri 


_________Milli Kitabxana_________ 
 
300
 
və mühərriri tanınmış şair və publisist Əli Hacı Zeynalabdinzadə 
Rəhimov (Məhzun), naşir isə İrəvanın nüfuzlu ziyalılarından Hə-
sən Mirzazadə  Əliyev idi. Məcmuə “Luys” mətbəəsində  həftədə 
iki dəfə  şəkilli-bəzəkli çap olunmaqla yanaşı, öz ətrafında yerli 
maarif fədailərindən tanınmış mollanəsrəddinçi  şair Cabbar Əs-
gərzadə (Aciz), fars, rus dillərində dərsliklər müəllifi Mirzə Cab-
bar Məmmədov, şairə Səriyyə xatun, ziyalılardan Nuğanlı Vahid, 
Rəhim Hacı, Təhvil İrəvani və başqalarını toplaya bilmişdir. Bu 
məcmuə oxucusunu cəhalət və  zəlalət zülmətindən xilas etmək, 
nicata çatdırmaq, ölkədə  və dünyada baş verən ictimai-siyasi
sosial hadisələrin mahiyyətini həqiqi olaraq xarakterizə etmək 
üçün fəaliyyətinə daha çox önəm verirdi.   
“Bürhani həqiqət”in 25 fevral 1917-ci il 3-cü nömrəsində 
maraqlı ədəbi, bədii və siyasi həyatın özəlliklərindən xəbər verən 
maraqlı yazılar dərc olunmuşdur. Cabbar Əsgərzadə Acizin bura-
da işıq üzü görən “Mənim eşqim” şeirində: 
Gözəl bir fikir, ali bir təmənnadır bənim eşqim, 
Müqəddəs bir, munis bir şanlı xülyadır bənim eşqim. 
 
Tuluye şəmsidən xoşdur cahan ara üfüqlərdə
Münəvvən nurlandılan nəzəhət əfzadır bənim eşqim. 
 
Bənim eşqim mənəzzhədir çiçəklənmiş mənazərdən, 
Zimistan məhtabəndən dil aradır bənim eşqim. 
 
Bir eşqə malikəm, qərində hər qəzamətta yoğdur... 
Fəzalardan , səmalardan məaladır bənim eşqim. 
 
Bir eylə eşqidir kim, qeyri mümkün vəsfi tərifin 
Ki, hər eyib küdurətdən məmradır bənim eşqim. 
 
Deyildir cismi nə cövhər mürəkkəb nə ərzi haşa, 
Buna məhbubən bir simayi-kəbradır bənim eşqim. 
 
O ki, hər gəz bulanmaz həss salım olmayan kimsə, 
Ki, sirri kəşf olanmaz bir müəmmadır bənim eşqim. 


_________Milli Kitabxana_________ 
 
301
 
 
Günəş nuru camalından onun bir zərrədir naciz
Şəb, ya da ayə bəzək zülfi Leylidir bənim eşqim. 
 
O eşqə ki, əzəmət hüsnəki görənlər oldular sacidə,  
Həmişə qibləgahi əhli mənadır bənim eşqim. 
İrəvan ədəbi mühitində istər yazılı, istərsə də şifahi ədəbiyyatın 
təşəkkül tapmasında və inkişafında çoxsaylı sənətkarların, ustad və 
ifaçı aşıqların, şairlərin, Qafqazda nəşr olunan mətbu orqanlarda im-
zası tanınan publisistlərin, naşirlərin sayı kifayət qədər çox idi. On-
ların sırasında Səriyyə Xatunun da adına tez-tez rast gəlinir. 
Səriyyə Xatun İrəvan xanlarından olan Əli xanın nəslindəndir, 
özü də Əli xanın oğlu Cəmil bəyin qızıdır. O, 1908-ci ildə qədim 
İrəvan şəhərində anadan olmuş [162-19], ilk təhsilini də doğma şə-
hərində almışdır. Ömrünün otuz ilini İrəvanın zəngin ədəbi-bədii, 
zamanın təlatümlərlə, ziddiyyətlərlə dolu ictimai-siyasi mühitində 
keçirən Səriyyə Xatun gördüklərini, olmuş tarixi faktların yaddaş-
larda ilişib qalan və gələcək nəsillər tərəfindən onların təfsilatı ilə 
halı olmasına ciddi ehtiyac duyulmasını nəzərə alaraq, həmin xati-
rələrin yaradıcılıqla qələmə alınmasını hər şeydən üstün tutmuşdur. 
Qırğınlara, məcburi köçürmələrə məruz qalan və olmazın əzablar-
dan təngə gələn, müsibətlərin, azərbaycanlıların başına ermənilərin 
zaman-zaman gətirdiyi işgəncələrin canlı  şahidi olan bu yaradıcı 
insan ömrünü, gününü mənəvi  əzablardan qurtarmaq, azad nəfəs 
almaq, sıxın tılardan birdəfəlik qurtarmaq üçün Bakıya üz tutur. 
Doğma  şəhəri  İrəvan mühitində öz gözləri ilə gördüyü, qulaqları 
ilə eşitdiyi, yaşadığı ictimai haqsızlıqları bədii nümunələrdə əks et-
dirmiş, sanki sinəsində  cəmləşdirdiyi yaşantılarının poetik tərcü-
manını yazdığı bayatılarında  əks etdirmişdir. Mənəvi sarsıntılarla 
izah olunan ayrılıqların, yurd-yuva həsrətinin ömrünün sonunadək 
qəlbinin dərinliklərində doğurduğu duyğular yaşadığı təzadlı həya-
tını bayatı və kövrək nəğmələr meydanına çevirmişdir. Bu bayatı-
lar Qərbi Azərbaycan adlandırılan böyük bir ərazidə yaşayan azər-
baycanlıların həyatına, mədəniyyət və mənəviyyatına vurulan zər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə