Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   92   93   94   95   96   97   98   99   ...   102

_________Milli Kitabxana_________ 
 
290
 
mazyana, həm də ustalıqla erməniləşdirildiyini qeyd etmək əvəzi-
nə, göstərilən faktlar özü buna imkan versə  də, üstündən o za-
mankı kommunist rejiminin sərt qadağalarından ehtiyat edir. Mə-
sələn: Q.Levonyan 1944-cü ildə İrəvanda nəşr etdirdiyi “Aşıqlar 
və onların sənətkarlığı” monoqrafiyasında azəricə yazan erməni 
aşıqların sayının 400-dür deməsi” və G.Tarverdiyana istinad edə-
rək XIX əsrdə azəri dilində söz qoşan erməni aşıqlarının “1300 
nəfərdir” faktını görkəmli Azərbaycan folklorşünası  Əhliman 
Axundov inandırıcı saymamışdır. Bu fikirlərini “Ədəbiyyat və in-
cəsənət” qəzetinin 14 sentyabr 1963-cü il tarixli 37-ci sayında da 
dərc etdirmişdi. Həmin dövrdə azərbaycanlı aşıqların sayı ümumi 
əhalinin say tərkibinə müvafiq olaraq erməni aşıqlarından daha 
çox olmuşdur. Təəssüf ki, erməni alimlərinin özlərinin yalançı, 
uydurma, bayağı tarixlərini yaratmaq üçün xəlvəti yeritdikləri si-
yasət soydaşlarımızı, xüsusən də aparıcı sahələrdə çalışanlarımızı 
dərindən düşündürməmişdir. Zaman-zaman yaşadığımız ərazilər-
də ermənilər ya bilavasitə, ya da bilvasitə məskunaşdırılmış, mad-
di-mədəniyyət abidələrimiz, xalqımıza məxsus olan ərazilərdəki 
toponimlərimiz, coğrafi adlarımız, milli musiqi və mahnılarımız, 
rəssamlıq və toxuculuq nümunələrimiz erməniləşdirilmişdir. Bu 
məsələ indi bizim hər birimizi bir azərbaycanlı kimi ciddi düşün-
dürməli, ideoloji cəhətdən mübarizəmizin konturlarını müəyyən-
ləşdirməlidir.  
Azərbaycanın qədim və zəngin ədəbi irsi Şərqin ədəbi-mədə-
ni inkişaf tarixində öz əhəmiyyətli yerini tutmuşdur. Ta qədim za-
manlardan bizim günlərədək Azərbaycanın dünyada məşhur olan 
çoxsaylı xadimləri, dahiləri bir çox xalqların tanınmış adamları 
tərəfindən hörmətlə yad edilmişdir. Çox təəssüflər olsun ki, Azər-
baycanın Şərqin mədəni inkişafına verdiyi töhfələri onun qonşu-
luğunda yaşayan ölkələrin xalqları çox qısqanclıqla qəbul etmiş, 
daha doğrusu xəbislik edərək üstündən sükutla keçmişlər. Azər-
baycanın dahilərinin, zəka sahiblərinin, elm, ədəbiyyat və  sənət 
adamlarının  Şərqin mədəniyyətinin inkişafı, tərənnüm edilməsi 
sahəsindəki əməli fəaliyyətlərini dünya ictimaiyyətinə çatdırmaq-


_________Milli Kitabxana_________ 
 
291
 
da təhriflərə yol vermişlər. Lakin həqiqətlərin olduğu kimi dünya 
ictimaiyyətinə çatdırılmasında dünyanın susduğunu yəqinləşdirən 
sağlam düşüncəli insanlar tarixi faktları aşkarlamaqdan çəkinmə-
mişlər. Azərbaycanın tarixi torpaqları,  ədəbiyyatı, incəsənəti və 
mədəniyyətini diqqət mərkəzində saxlayan ermənilər bunları mə-
nimsəyərək özününküləşdirmək xülyasından  əl çəkməmiş, düş-
mənçilik mövqeyində dayanmışlar. 
Haylar Azərbaycanın əsrlərlə formalaşan mədəni irsini, tarixi 
torpaqlarını hissə-hissə mənimsəmişlər.  
Azərbaycan Dövlət Nəşriyyatı  tərəfindən 1954-cü ildə  nəşr 
olunan “Erməni nəsri antologiyası”nda[59-165] XIX əsrin sonu 
və XX əsrin əvvəllərində yazıb-yaradan 33 yazıçının tərcümeyi-
halı, həmçinin onların nəsr  əsərlərindən nümunələr verilmişdir. 
Bu qələm sahiblərinin  əksəriyyəti Türkiyə,  İran, Gürcüstan və 
İrəvanın bu və ya digər yaşayış  məskənlərində doğulanlardır ki, 
14 nəfəri klassik, 19 nəfəri Sovet ədəbiyyatının nümayəndəsidir. 
Bu erməni müəlliflərindən X.Abovyan, Q.Ağayan, H.Paronyan, 
A.Şirvanzadə, Muratsan, V.Parazyan, O.Tumanyan, S.Zaroyan, 
A.İsahakyan, H.Sevuns, X.Tapalsyan və başqalarının  əsərlərini 
Azərbaycan dilinə Calal Məmmədov, Kövsər Tarverdiyeva, Ən-
vər Məmmədxanlı, Mirzə İbrahimov, Qılman Musayev, Mir Ca-
lal, Əli Fərəcov, Şəmsəddin Abbasov və başqaları tərcümə etmiş-
dir. Onlardan biri haqqında; Əslən Van şəhərindən olan Vrtanes 
Papazyan (1866-1920) Eçmiadzində Gevorkyan məktəbində oxu-
muş, burada aldığı təhsillə kifayətlənməmiş, əvvəlcə Bakıya gəl-
miş, sonra Konstantinopola (İstanbula), oradan da Cenevrəyə və 
Moskvaya gedir. XIX əsrin 80-ci illərindən bədii yaradıcılığa 
başlayan V.Papazyan yaradıcılığının ilk dövrlərində məhdud bur-
jua zehniyyətinin mənfi təsiri altında qalsa da, burjua millətçili-
yindən “uzaqlaşır”, “realist” ədəbiyyat cəbhəsində dayanır, özünü 
“demokratik” cəbhənin nümayəndəsi kimi göstərir.  Əslində isə 
yazıları onu qatı millətçi kimi tanıtdırır. Türkiyədə yaşayan ermə-
nilərin həyatından bəhs edən bir sıra hekayə, oçerk və məqalələ-
rində erməni zəhmətkeşlərinin “Türkiyə hakim dairələri tərəfin-


_________Milli Kitabxana_________ 
 
292
 
dən necə  əsarətdə saxlanıldığını” tərənnüm edir. Həmçinin bəy-
lərin, paşaların, erməni müamiləçilərinin və torpaq sahiblərinin 
vəhşiliklərini, erməniləri kölə halına salmalarını  qələmə alsa da, 
bu faktlarda qərəzkarlıq baxımından təsvir edildiyi, bu təsvirlərin 
müsəlmanlar, xüsusən də türklər  əleyhinə yönəldildiyi qabarıq 
hiss olunur, ictimaiyyətin diqqətini yayındıran məkrli erməni si-
yasətinin əsas konturlarından adamı baş açmağa sövq edir. Təh-
silini başa vurub Zaqafqaziyaya qayıtdıqdan sonra müəllimlik 
edir, sonra İrana gedir, İran xalqının tarixini öyrənməklə məşğul 
olur, “Aləmgir”, “Azərfəza” və “Asi” romanlarını yazır, bədii pri-
yomlardan istifadə etməklə feodal mütləqiyyətini və  İngiltərə 
müstəmləkəçilərini tənqid edir, xalqı müharibəyə, üsyana çağırır. 
Ümumən götürüldükdə, erməni yazıçılarının  əksəriyyətinin 
mövzu dairəsində təsvir olunan hadisələrin əsas ideyasını türklərə 
və Osmanlı imperiyasına qarşı yonəldilən qərəzli, həm məkrli, 
həm də qatı düşmənçilik hissləri  əsas yer tutur. Rus işğalından 
sonra İrəvan quberniyasının müxtəlif ərazilərində məskunlaşdırı-
lan ermənilər müsəlmanlara qarşı heç bir əsası olmayan iftiralar, 
böhtanlar atmaqla, müxtəlif dövlətlərin  ərazilərində  məskunlaş-
mış, özləri tərəfindən müsəlmanlara qarşı törədilən soyqırımının 
üstünü ört-basdır etməklə “erməni soyqırımı” adı ilə dünyaya ha-
ray salmaq üçün dəridən-qabıqdan çıxmışlar. “Daşnaqsutyun”un 
proqram və  məramnaməsində  nəzərdə tutulan məsələləri ardıcıl-
lıqla həyata keçirmək üçün müsəlman kəndlərini talan edir, odla-
yır, uşaqları, qocaları qəddarcasına qətlə yetirir, maddi-mədəniy-
yət abidələrini darmadağın edir, canını güc-bəlayla vandalların 
əlindən qurtaranları isə öz dədə-baba yurdlarından didərgin salır, 
əraziləri erməniləşdirir, guya “türklərin ermənilərə qarşı soyqı-
rımı siyasəti yeritdiyini” o zamanın mətbu orqanlarında, qəzet və 
jurnallarında, bədii ədəbiyyat nümunələrində dünyaya yayırdılar. 
Türk torpağının çörəyi və suyu ilə yaşayıb mövcudluğunu 
təmin edən, sonradan türk xalqına, həmçinin bütün Türk dünyasına 
düşmən kəsilən, müsəlmanlara qarşı tarixdə görünməmiş  qət-
liamlar törədən ermənilər barəsində dünyanın tanınmış tarixçiləri, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə