Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   43   44   45   46   47   48   49   50   ...   102

_________Milli Kitabxana_________ 
 
141
 
Sənə kömək olsun qadiri-sultan
Dörd yerdən qurşanıb beli Məscidin.
3
  
Əziz Məzrəli Göyçə mahalının Bala Məzrə  kəndindəndir 
[152-160,149,350]. XIX yüzilliyin əvvəllərində doğulduğu gü-
man edilir. Çünki yetkin yaşa çatdıqda o, aşıqlıqla yanaşı, həm də 
çar məmurları əleyhinə satirik və bəzən də üsyankar şeirlər qoşub, 
el məclislərində ifa etdiyinə görə  dəfələrlə dustaq edilmiş, sür-
günə göndərilmişdir. Hətta məhkəmənin qərarı ilə  Əzizə  aşıqlıq 
etmək də qadağan olunmuşdu. Lakin aşıq inadından dönməmiş, 
yenə də zorakılığı və haqsızlığı ifşa edən şeirlər söyləmişdi: 
Ay ağalar, gəlin sizə söyləyim, 
Gecə-gündüz işim ahu-zar olub. 
Bərəkət kəsilib, urza gödəlib, 
Müxtəsəri, dünya çox bekar olub. 
 
Heç igidin əli düşməsin dara
Dara düşən olar işdən avara. 
Işləməklə versə, verər Cabbara, 
Çalışmaqdan qulaqları kar olub. 
 
Doğrudurmu gör Əzizin dediyi? 
Allah qırmaz yaratdığı bəndiyi. 
Hacı Bədəl qoyub bu məzəndiyi, 
Onca arpa pulnan barabar olub. 
Əziz yaşadığı dövrün haqsızlıqlarına qarşı mərdi-mərdanə mü-
barizə aparmaqda şeirin tənqidi imkanlarına daha çox önəm verir.  
Aşıq Rza Məzrəli (1895-1968)   Aşıq  Əzizlə eyni kənd-
dəndir. Rzanın uşaqlıq illəri Göyçənin qanlı-qadalı dövrünə dü-
şüb. O, doğma mahalı Göyçənin pərən-pərən düşən, müxtəlif əra-
zilərində didərgin ömrü yaşayan sənətkarlarından saz çalıb, söz 
qoşmaq öyrənib. Axırda Tovuz rayonunda məskunlaşıb və burada 
                                                 
3
 Şeiri Vedibasarın Kotuz kəndinin sabiq sakini Əliyev Türman anasın-
dan öyrənmiş və Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Abbas Səfərov isə 
yazıya köçürərək redaksiyaya təqdim etmişdir.  


_________Milli Kitabxana_________ 
 
142
 
da tanınmış aşıqlarla el şənliklərində saz və sözün yaradıcısı kimi 
özünü tanıdıb, yaratdığı ustadnamələrlə, oxuduğu mahnılarla 
məclis iştirakçılarının rəğbətini qazanıb.  
XIX əsrin axırları və XX əsrin əvvəllərində Göyçədə özünün 
sazı və sözü ilə elin məhəbbətini qazanan, özündən sonrakı aşıqlı-
ğın sənət həyatına, xüsusən də ifaçılıq mədəniyyətinə güclü təsir 
göstərən istedadlı  sənətkarlardan biri, əslən Daşkənddən olan, 
Aşıq Ələsgərin şəyirdi Aşıq Nəcəf Məmmədqulu oğlu Məhərrə-
movdur (1866-1918). Aşıq Nəcəf (Daşkəndli Aşıq Nəcəflə Ələs-
gərin qardaşı oğlu Aşıq Nəcəfi qarışdırmamalı) Dədə Ələsgərdən 
sənətin sirlərini öyrənəndən sonra sazını götürüb el-el gəzər, şən-
lik məclisləri keçirərmiş. Yay-yaz aylarında isə  əkinçiliklə  məş-
ğul olarmış. Aşıq Nəcəfdə olan səs Göyçə aşıqlarının, deyilənlərə 
görə, çoxunda yox imiş. Onun zənguləsi lampanı söndürərmiş. 
Ermənilərin törətdiyi qırğınlara qarşı mübarizədə  iştirak 
edənlərdən biri də Aşıq Nəcəf olmuş, məhz bu hadisənin iştirak-
çısı kimi də qansız ermənilər tərəfindən əvvəlcə iki oğlu – Aslan 
və Şiraslan, sonra da özü qaynar samovar belində faciəli surətdə 
qətlə yetirilmişdir. 
Aşıq Nəcəfin əldə edilən şeirləri onun poetik yaradıcılığının 
mükəmməlliyi barədə fikir söyləməyə imkan verir. Onun faciəli 
taleyi ilə bağlı el arasında gəzən xatirə-söhbətlər və  rəvayətlər 
“Aşıq Nəcəf və Gülüstan” [172-348, 371] dastanının ortaya çıx-
masına zəmin yaratmışdır. 
Aşıq Nəcəfin oxu və çalğı biçimi, məclis aparma tərzinin in-
cəlikləri 20-50-ci illər Göyçə aşıq mühitində dərindən mənimsə-
nilmiş və ustad-şagird ənənəsi yolu ilə sənət aləminə gələn son-
rakı nəsillərə də ötürülmüşdür. 
Göyçə aşıq mühiti XIX-XX əsrlər mərhələsində peşəkar ifaçı 
və yaradıcı aşıqlarla yanaşı, istedadlı el şairlərinin poetik irsi ilə 
də  şöhrətlənmişdir. El şairləri bir tərəfdən Göyçə  aşıqlarının re-
pertuar zənginliyinə, ikinci bir tərəfdən də şairlik ənənəsinin ma-
halda geniş yayılmasına əvəzsiz xidmət göstərmişdir. 


_________Milli Kitabxana_________ 
 
143
 
Adı dillər əzbəri olan Zod kəndi sinəsi üstündə ərsəyə çatan 
şair övladları ilə tanınmışdır. XIX əsrin el şairlərindən  Məhəm-
məd Molla Tağı oğlu (1830-1910), Mirzə Bəylər (1837-1919), 
Usta Abdulla (1865-1943), Hacı Əliş Ağa (1872-1922) öz dövr-
lərinin savadlı adamlarından olmuş, saza-sözə maraq göstərmiş, 
düzüb-qoşduqları  şeirlərlə Göyçə  aşıq mühitinə  məxsus poetik 
irsi daha da zənginləşdirmişlər. 
Məhəmməd Molla Tağı oğlu Göyçə mahalının Zod kəndin-
də yaşamış, el şairi kimi tanınmışdır. O, təhsil almış, savadlı, ta-
nınmış, aşıqlıq etməsə də, aşıq şeiri şəkillərində dəyərli qoşmalar 
yazmış, sözləri aşıq məclislərində oxunan el şairlərindən olmuşdir. 
Qərbi Azərbaycan  ədəbi mühitində, söz-saz məclislərində 
yaxından iştirak edən Məhəmmədin saz havaları üstə yazdığı qoş-
maların bəzisi unudulmuşdur.  Şair Məhəmməd Dədə  Ələsgərin 
mollalara yazdığı həcvdən incimiş və ona aşağıdakı cavabı yazıb 
göndərmişdir: 
Yaxşı sözlər deyib nəzmə çəkibsən, 
Onu görüm bu dünyada var olsun. 
Heyifdi, salmasın özün avaza ,  
Qorxum budu, axırında xar olsun. 
 
Axunda əl çatıb çox da laf etmə, 
Kəlamım zülfüqar, dini unutma. 
Hər çuğul sözünün dalınca getmə, 
Arif olan kəsdə gərək kar olsun. 
 
Kamal dərk et, özün çəkmə əlaya
Bica qilu-qalı salma araya. 
Cavansan, başını salma bəlaya, 
Adın bədnam olub, iş dişvar olsun. 
Doqquz bəndlik şeirin burada verdiyimiz üç bəndindən aydın 
görünür ki, Aşıq  Ələsgər cavan vaxtlarında çuğul sözünə inanıb 
mollaları  həcv etmiş, bu da din xadimlərinə toxunmuş, Məhəm-
məd Molla Tağı  oğlu gənc  Ələsgərə  dəyərli məsləhətlər vermiş, 
həm də Ələsgərin təbini yüksək qiymətləndirmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə