Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

_________Milli Kitabxana_________ 
 
138
 
poetik kamillik və gözəllik gətirmişdir. Digər bölgələrə yayılma nə-
ticəsində onun şeirləri bəzən başqalarının  əsərləri ilə qarışdırılmış, 
bununla əlaqədar olaraq sonralar folklor toplayıcıları da bəzi dola-
şıqlıqlara yol verməyə məcbur olmuşlar. Məsələn, Göyçə aşıq mü-
hitindən bəhrələnən, aşıq poeziyasının kamil bilicilərindən olan, La-
çın rayonunun Alxaslı kənd sakini, mərhum el sənətkarı Aşıq Kərəm 
Bəylərovun yaddaşından Dədə  Ələsgərin zəngin poetikasının üç 
şeiri əhvalatla birgə mənim tərəfimdən yazıya alınmışdır. Bu, Ələs-
gərin kitablarına daxil edilməyən “Gözlərinə qurban”, “Sənəm, gəl” 
və “Şəvəkarda” rədifli şeirlərdir. Yeri gəlişkən qeyd olunmalıdır ki, 
Dərə Ələsgərin 1999-cu ildə “Şərq-Qərb” nəşriyyatında çapdan çı-
xan kitabına bu məlumatların əlavə edilməsi unudulmuşdur. Bu qoş-
malar olmuş əhvalatla birlikdə “Şuşa” qəzetinin 27-30 mart 1976-cı 
saylarında [140], “Sovet kəndi” qəzetinin 1984-cü ilin 99-cu sayında 
[143-418, 420], həm də Azərbaycan Ensiklopediyası NPB tərəfin-
dən 1997-ci ildə nəşr olunan “XX əsr Göyçə aşıq mühiti (1920-50-ci 
illər)” monoqrafiyasında öz əksini tapmışdır [140-19]. 
Azərbaycan Elmlər Akademiyasının Nizami adına  Ədəbiy-
yat  İnstitutunun 1963-cü il nəşri olan “Aşıq  Ələsgər” kitabında 
“Qanan ola” rədifli qoşmanın Alxaslı kəndində Sənəm adlı bir qı-
za deyildiyi, 1934, 1935 və 1937-ci il nəşrlərində üç bənddən iba-
rət olduğu göstərilir.  Əslində  həmin  şeirdə  Sənəmin adı  çəkil-
mir. ”Sənəm, gəl!” qoşmasının Salman Mumtazın tərtib etdiyi “El 
şairləri” kitabında Xəstə Qasım tərəfindən deyildiyi göstərilir. 
Xəstə Qasıma məxsus olan şeirlə  Aşıq  Ələsgərin “Sənəm, 
gəl!” qoşmasını müqayisə edəndə hər iki şeirin ilk bəndinin ikinci 
və üçüncü misraları uyğun gəlir. Ancaq qalan bəndləri bir-
birindən məzmunlarına görə fərqlənir: 
  
Yenə gözəllərdə gəlhagəl oldu, 
  
Yaşıllı, zərbablı, allı Sənəm, gəl! 
  
Ovçusun 
görəndə maral baxışlım, 
  
Özü 
hallı, yüzü xallı Sənəm, gəl! 
Aşıq  Ələsgərin “Sənəm, gəl!” qoşmasında isə birinci bənd 
aşağıdakı kimidir: 


_________Milli Kitabxana_________ 
 
139
 
   
Səni gördüm, əl götürdüm dünyadan, 
  
Yaşıllı, zərbablı, allı Sənəm, gəl! 
  
Ovçusun 
görəndə maral baxışlım, 
   
Ay üzü, birçəyi xallı Sənəm, gəl! 
Aşıq Ələsgərin poetik irsinin və ustadlıq fəaliyyətinin 20-50-
ci illər XX əsr Göyçə aşıq mühitinin sənət həyatına təsiri hər han-
sı bir qüdrətli saz-söz sənətkarının təsirindən müqayisəyəgəlməz 
dərəcədə güclüdür. Göyçə aşıq mühiti XIX əsrin ikinci yarısından 
başlayaraq bütün XX əsr boyu Aşıq  Ələsgər sənəti ilə  nəfəs al-
mışdır və indi də belədir. 
1963-cü ildə  nəşr olunan “Aşıq  Ələsgər ” kitabında  İrəvan 
aşıqlarından Xəstə Həsən adlı birisinin Xəstə Qasımın “daümül ov-
qat” qafiyəli müstəzad qıfılbəndini öz əsəri kimi yazdırıb, bir üzü-
nü Aşıq Ələsgərə, bir üzünü də  Aşıq Misgin Bürcüyə göndərdiyi 
göstərilir. Aşıq Ələsgər qıfılbəndi həmin müstəzad ilə açır və qıfıl-
bəndin Xəstə Qasımın  əsəri olduğunu xatırladır... Xəstə  Həsənin 
ədəbi oğru olduğu faktına uzun illər sükutla yanaşılsa da, folklor 
araşdırıcısı Əli Şamil “Xəstə Həsənin doğum və ölüm tarixinə dair 
bəzi mülahizələr” adlı yazısında anlaşılmazlığa aydınlıq gətirmiş-
dir. İslam Ələsgər “Aşıq Ələsgərin əsərləri, dastan-rəvayətlər, xati-
rələr” kitabının (Baki, 1999) 561-ci səhifəsində [170-106, 111] 
göstərir ki, aşığın şəyirdlərinin qeydlərinə görə, İrəvan yaxınlığın-
dakı Kankan kəndində keçirilən bir şənlik məclisində  Xəstə Qa-
sımdan söz düşmüş, onun bağlamalarının hələ heç kəs tərəfindən 
açılmadığını etiraf etmişlər. Həmin kənddə yaşayan Abutalıb (o, 
Aşıq Ələsgərlə siğə qardaş imiş) deyir ki, nə cür çətin bağlama ol-
sa, Aşıq Ələsgər açar. Bir atdan mərc gəlirlər, Xəstə Qasımın bağ-
lamasını “Xəstə Həsən” adı ilə yazıb, bir üzünü Aşıq Ələsgərə, bir 
üzünü isə Miskin Bürcüyə göndərirlər. Aşıq  Ələsgər bağlamanı 
açır... Aşıq  Ələsgər bağlamanın cavabını göndərəndən bir qədər 
sonra Abutalıbdan ona məktub gəlir. O, məktubda əhvalatın necə 
olduğunu və mərci apardığını Aşıq Ələsgərə bildirir.  
Təxminən bir əsrdən bir qədər az Aşıq Ələsgərin yaddaşlarda 
qalan, yazıya alınmayan bir qoşması barədə oxuculara “Vediba-


_________Milli Kitabxana_________ 
 
140
 
sar” qəzetinin 1-15 avqust 2008-ci il tarixli sayında “Şeir ilk dəfə 
nəşr olunur” başlığı altında maraqlı bir hadisə diqqəti cəlb edir: 
ötən əsrin əvvəllərində İrəvan xanı Hüseynəli xan ətraf mahalla-
rın tanınmış simalarını İrəvandakı Göy məsciddə keçirilən Aşura 
təziyəsinə  dəvət edir. Tədbir iştirakçıları arasında ömrünün ka-
millik dövrünü yaşayan Aşıq Ələsgər və həmin illərdə gənc olma-
sına baxmayaraq, kifayət qədər  şöhrət qazanan Abbasqulu bəy 
Şadlinski də iştirak etmişdir. Dədə Ələsgər məclisə daxil olanda 
Abbasqulu bəy onu ilk dəfə gördüyü üçün məclis iştirakçılarının 
birindən onun kim olduğunu soruşur. Bəyin soruşması ustad aşı-
ğın nəzərindən qaçmır və aşağıdakı “Məscidin” şeirini deyir: 
Nabələddim, mən oldum sənə bələd, 
Kantardan
1
 rast oldu yolu Məscidin
2

Qasım otağıdır hər bir hücrəsi,  
Behiştin bağıdır dalı Məscidin. 
 
Ədalət zənciri çəkilib ərşdən
Hüseynalı xanı getsin behiştə, 
Pənah xan da gərək olsun bu işdə, 
Vurulub Irana teli Məscidin. 
 
Mərmərdən kərpici, çindən suvağı, 
Həzrət Xızıra badə verdi saqi, 
Hazır oldu imam Məhəmməd Tağı, 
Çarhovuz üstündə gülü Məscidin. 
 
Qüsur yoxdur Məhəmmədin dilində, 
Quranında, ayəsində, dinində, 
Mömin ağlar Aşuranın günündə, 
Abi-leysan olub seli Məscidin.  
 
Qul Ələsgər deyər, Abbasqulu xan
Sakinim Göyçədir, bilginən pünhan, 
                                                 
1
 Göy məscidə gedən yol, 
2
 İrəvandakı Göy məscid nəzərdə tutulur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə