Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   51   52   53   54   55   56   57   58   ...   102

_________Milli Kitabxana_________ 
 
165
 
Onun “Ay, ağa, sinə”, “Açıldı”, “Qardaş” rədifli  şeirləri el 
arasında geniş yayılmışdır. 
İtkin  İmanın dərdindən “Qəlbim qan ağlayır, didəm yaş tö-
kür”, ...bəs, dərdi olan da gülərmi” – deyən aşığın həsrətli-nisgilli 
misraları Göyçə aşıqlarının dillərində əzbərdir: 
   Musa 
məhbəsdədi, yoxdu həyanı, 
  
Neylədin İmanı, ay kərəm kanı?! 
   
Mən onsuz dünyada neylərəm canı, 
  
Tükənməz dərdimi bölərmi qardaş?! 
20-50-ci illər və daha sonrakı dövr Göyçə  aşıq mühitində 
istedadlı söz xiridarı kimi fəaliyyət göstərən el şairi Həşim Dədə 
Ələsgərin nəvəsi, Bəşirin oğludur. 1912-ci ildə doğma Ağkilsə 
kəndində anadan olmuş, 1989-cu ildə Daşkəsən rayonunun Bayan 
kəndində vəfat etmişdir. O, şeirlərini “Həşim”, “Mahir” təxəllüs-
ləri ilə yazmışdır. Onun qoşma, müxəmməs və təcnislərinin möv-
zusu gözəllər, dilinin əzbəri onların “qələm qaşı, şəhla gözü, qə-
mər üzü, maral baxışı, bəstə boyu, siyah teli”dir: 
   
Mən Mahirəm, gözəl, sizə qurbanam, 
   
Qələm qaşa, şəhla gözə qurbanam, 
   
Qəmər üzə, şirin sözə qurbanam, 
   
Ləbinin balına ehtiyacım var. 
Göyçə saz-söz mühitinin 20-50-ci illər mərhələsində kamil 
bir sənətkar kimi yaradıcılıq fəaliyyətində olan “Xəstə Bayramə-
li” təxəllüslü el şairinin poetik axtarışları da öz rəngarəngliyi və 
dolğunluğu ilə böyük maraq doğurur.  Xəstə Bayraməli (Bayra-
məli Abbasəli oğlu Xudiyev) 1898-ci ildə Göyçə mahalının Nəri-
manlı kəndində yoxsul bir ailədə dünyaya gəlmişdir. Körpə ikən 
atasını itirmiş, ögey ata ocağında keçirdiyi həyat onu sıxmış, gör-
dükləri, eşitdikləri və başına gələnlər bu gəncin dünyagörüşündə 
acı təəssüratlar yaratmışdır. Doğma yurdun füsunkar gözəllikləri, 
ayna bulaqları, vüqarlı dağları onun ilham çeşməsini çağlatmış, 
dünyagörmüşlərdən eşitdiyi nağıllar, dastanlar, ağılar, laylalar, 
bayatılar və aşıq havalarının həzin melodiyalarından vəcdə gələ-
rək düşündüyü mövzuları poetik misralara çevirmişdir. ”Olmu-


_________Milli Kitabxana_________ 
 
166
 
şam” rədifli qoşmasında “Qolu bağlı  ədalətin səsiyəm” – deyən 
şair ürəyinin düşmən xəncərindən bölündüyünü, sevgi dünyasının 
həzin nəğməli ozanı olduğunu, həsrət dənizində üzdüyünü, Məc-
nun tək ana yurdunun səhralarında gəzdiyini söyləyir: 
  
Bayraməli, çoxdu hələ söhbətim, 
   
Əgər taleyimdən varsa möhlətim; 
  
Erkən dilə gəlib şair niyyətim, 
  
Görüb 
duyduğumu yazan olmuşam. 
Xəstə Bayraməli  şeirlərində ictimai-siyasi haqsızlıqlara,  əda-
lətsizliklərə kəskin etiraz hakimdir. Onun iki min misradan ibarət 
yüz altmışdan çox müxtəlif rədifli şeiri “Mənim Göyçəm” kitabın-
da çap olunmuşdur. Xəstə Bayraməli 1952-ci ildə vəfat etmişdir. 
Göyçə aşıq mühitində ustad sənətkar kimi böyük rəğbət qa-
zanan Bəhmən Göyçəlinin də əsas fəaliyyət dövrü XX əsrin 20-
50-ci illərinə düşür.  
Göyçəli Bəhmən (Bəhmən  İbrahim oğlu Qarayev), 1901-ci 
ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 
Uşaq yaşlarından ata qayğısından məhrum olmuş, keçirdiyi mə-
şəqqətli həyat gənc Bəhməni mətinləşdirmiş, şeirə, sənətə mara-
ğını artırmış, çaldığı saz havaları, qoşduğu şeirləri, danışdığı das-
tanları, keçirdiyi toyları ilə dillər əzbərinə çevrilmişdir. Aşıq Bəh-
mən Göyçə mahalının hüdudlarından kənarlarda da məşhur ol-
muş, xalq ruhu, həyat həqiqəti, mövzu rəngarəngliyi, forma 
əlvanlığı onun bədii yaradıcılığının əsas məğzini təşkil etmişdir. 
Ədəbiyyat tarixində həm şair, həm də ustad aşıq kimi tanınan 
Bəhmən Göyçəlinin işıq üzü görən “Vətən, küsmə məndən” [22-
22] kitabında zəngin irsindən yalnız 25 qoşması, 7 gəraylısı, 9 
təcnisi, 18 divanisi, 14 müxtəlif  şeiri, Aşıq Alının, Xəstə Qası-
mın, Növrəs İmanın qıfılbəndlərinin açması, 17 deyişməsi, 1 me-
racnaməsi, ”Əfqan və Tufan”, ”Bəhmən və Humay” dastanları 
toplanıb çap olunmuşdur. Yaradıcılığında sənəti, sənətkarı, məc-
lislərin keçirilməsində  aşığın böyük sima olduğunu yüksək qiy-
mətləndirən Bəhmən “Aşiq olan”, ”Gözdə, gözdə, sən”, ”Ələs-
gər” rədifli şeirlərində bu fikirləri əks etdirə bilmişdir: 


_________Milli Kitabxana_________ 
 
167
 
   
Günəş tək aləmə bir işıq saldın, 
  
Gövhər kanı, söz ümmanı, Ələsgər. 
   
Təmiz ad saxladın, ellər dolandın, 
   
Gəzə-gəzə hər bir yanı, Ələsgər, –  
deyərək onun Nizami, Xaqani, Füzuli, Nəsimi kimi böyük sənətkar 
olduğunu, çox dastanlar yaratdığını, eldən ilham aldığını, gəlinlər 
köçürdüyünü, ağır toylar yola saldığını və ala gözlü, şirin dilli, incə 
belli, siyah telli şux gözəllərə  tərif dediyini, Göyçənin başını 
dağlardan uca eylədiyini böyük fəxrlə misralara köçürmüşdür. 
  
Adını eylədin yaxşı Göyçənin, 
  
Dağlardan ucadı başı Göyçənin, 
  
Sevinir 
torpağı, daşı Göyçənin, 
   
Şad eylədin sən Bəhməni, Ələsgər.  
XX əsr Göyçə aşıq mühitinin formalaşmasında Daşkəndin şair 
övladı  Məmmədhüseynin, ruhanilərindən Molla Şəfinin, Molla 
Abuzərin, Molla Şəfi oğlu Hacı Rəhimin böyük rolu olmuşdur. 
Molla  Şəfinin ailəsində dünyaya göz açanların hamısı dini 
təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmiş, ədəbi ya-
radıcılıqla məşğul olmuşlar. Onun oğlu Molla Hacı Rəhim, qızları 
Başxanım və Savad öz mütərəqqi fikirləri, saza-sözə, elmə mara-
ğı, xalqının təəssübkeşi, maarifpərvər olmaları ilə tanınmışlar. 
Əsrin  əvvəllərində ermənilərin Göyçə mahalında törətdiyi 
qırğına başçılıq edənlərə qarşı amansızlıq göstərənlərdən biri də 
Hacı Rəhimdir. Onun aşıq şeri üslubunda yazdığı qoşmaları qələ-
mə alınmadığından itib-batmışdır. Lakin Hacı  Rəhimin bacıları 
Başxanım  Şəfi qızının (1880-1956), Aşiq Savad Şəfiqızının 
(1885-1970) [33-151,161] qoşma, gəraylı və bayatıları yaddaşlar-
dan qələmə alınmışdır. 
Aşiq Savad Şəfiqızı  1885-ci ildə Göyçə mahalının Daşkənd 
kəndində Molla Şəfinin ailəsində anadan olmuş, ruhani təhsili 
almış, Sarıyaqub kəndindən olan xalq sənətini, xüsusən də aşıq sə-
nətini ürəkdən sevən Temir adlı bir gənclə ailə qurmuş, yaşadığı 
zamanın ictimai-siyasi hadisələrindən təngə  gələn bu ailə üzvləri 
də başqaları kimi doğma yurdundan çıxıb getmək məcburiyyətində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə