Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   59   60   61   62   63   64   65   66   ...   102

_________Milli Kitabxana_________ 
 
190
 
1910), “Mirat” (1910), “Kəlniyyət” (1912-1913), “Tuti” (1914-
1917), “Ari” (1910-1911), “Məzəli” (1914-1915), “Babayi-Əmir” 
(1915-1916), “Məşəl” (1919), “Lək-lək” (1914), “Bürhani-həqi-
qət” [24-16, 17] (1917) və başqalarını göstərmək olar. “Molla 
Nəsrəddin” ənənələrindən, yaradıcılıq metodlarından məqsədəuy-
ğun  şəkildə  bəhrələnən çoxsaylı  mətbu orqanlar, demək olar ki, 
müəyyən işlər gördülər. Lakin onların heç biri “Molla Nəsrəddin” 
jurnalı qədər geniş proqramla çıxış edə bilmədiklərindən ən yaxşı 
halda onun davamçıları oldular [14-8]. 
Haşım bəy Vəzirovun naşirliyi və redaktorluğu ilə “Səda” 
mətbəəsində (Haşım bəyin mətbəəsi olub)nəşr olunan 8 səhifəlik 
“Məzəli” jurnalı “Molla Nəsrəddin”in yolunu davam etdirməyə 
səy göstərirdi. Onun səhifələrində Cabbar Əsgərzadə  İrəvani 
(Məhkəmə pişiyi) də bədii-publisist əsərlərlə çıxış edirdi. Bu jur-
nal cəmiyyətdəki mövcud qüsurları  tənqid etmiş, lakin “Molla 
Nəsrəddin”in inqilabi-demokratik səviyyəsinə yüksələ bilməmiş-
dir. “Molla Nəsrəddin” satirik jurnalı Azərbaycan inqilabi-demo-
kratik  ədəbiyyatın və ictimai fikrin bayraqdarı olmaqla 7 aprel 
1906-cı ildə Tiflisdə  nəşrə başlamış  və 1917-ci ilin sonunadək 
orada fasilələrlə  nəşrini davam etdirmişdir. Sonralar Təbrizdə 
(1921) və Bakıda (1922-1931) nəşr olunmuşdur. Böyük inqilabçı-
demokrat C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının dai-
mi redaktoru idi. 1910-cu ildə onu bir neçə ay Məmmədəli Sidqi 
əvəz etmişdir. 1913-14 və 1917-ci illərdə isə jurnalın 2-ci redak-
toru  Əliqulu Nəcəfov Qəmkusar olmuşdur. Jurnalın ilk 5 il nəş-
rində C.Məmmədquluzadənin  ən yaxın köməkçisi, redaksiyanın 
məsul katibi Ömər Faiq Nemanzadə idi. Jurnal “Qeyrət” mətbəə-
sində nəşr edilirdi. Jurnalın səhifələrində ardıcıl çıxış edən yazı-
çılar sırasında Cabbar Əsgərzadənin də adı vardır. 
“Tartan-partan” həftəlik satirik jurnalı 1918-ci ildə Tiflisdə 
nəşr olunmuş, yeganə nümunəsi çıxdıqdan sonra zərərli istiqamə-
tinə görə qadağan edilmişdir. “Kəşkül” (dilənçilərin diləndikləri 
şeyləri içinə qoyduqları qab), “Tiflis əxbarı” nəşr edilmişdir. 


_________Milli Kitabxana_________ 
 
191
 
“Ziya” qəzetində mürtəce dini zehniyyətin təbliğinin ön pla-
na çəkilməsi hər şeyə dini cəhətən qiymət verilməsi üstünlük təş-
kil edirdi. Demokratik fikirlə Azərbaycan ziyalılarının yetişmə-
sində Tiflis ədəbi mühitinin böyük rolu olmuşdur. Bu ziyalıların 
bədii yaradıcılıqla məşğul olmaları,  ənənələrlə yanaşı, Tiflisdə 
dünya ədəbiyyatının bədii təcrübəsi ilə yaxınlaşmağa imkan tapır, 
ədəbi inkişafı düzgün istiqamətləndirməyə nail olurlar. Tiflisdə 
yaşayıb yaradan M.F.Axundovun zəngin bədii yaradıcılığı böyük 
bir məktəb olmaqla, yalnız Azərbaycan  ədəbiyyatının gələcək 
inkişafına deyil, bütün Yaxın və Orta Şərq xalqları ədəbiyyatının 
realizm və  xəlqilik zəminində inkişafına  əvəzsiz töhfələr ver-
mişdir. Burada 1905-ci ilədək Azərbaycan dilində çıxan mətbuat 
orqanları da Tiflisdə  nəşr olunmuşdur. Tiflisdəki Azərbaycan 
ədəbi mühiti qarşılıqlı  ədəbi  əlaqələr zəmnində inkişaf etməyə 
başlamış, Azərbaycan mədəniyyətinə maraq artmış, Azərbaycan 
şifahi xalq ədəbiyyatı nümunələri erməni və gürcü xalqlarının 
ziyalıları  tərəfindən toplanır və  həmin xalqların dillərinə köçü-
rülən ağız ədəbiyyatı nümunələrinin variantları yaranırdı. 
Azərbaycan mədəniyyəti Qafqaziyada rus, erməni, gürcü dil-
lərində  dərc olunan qəzet və jurnallarda, həmçinin erməni dövri 
mətbuatında ictimai-siyasi həyatın bütün sahələrdə özünü büruzə 
verən məqamlarını bu və ya digər dərəcədə  əks etdirirdi. Tarxi 
salnaməyə çevrilmiş mühüm məqamları diqqət mərkəzində saxla-
yan tanınmış  tədqiqatçı alim Kövsər xanım Tarverdiyeva uzun 
illər artivlərdə  sərf etdiyi gərgin  əməyi sayəsində 1985-ci ildə 
çapdan şıxan “Azərbaycan mədəniyyəti erməni dövri mətbuatın-
da” adlı monoqrafiyasında tarixi faktlara güzgü salmışdır. Azər-
baycan ictimaiyyətinə tam təfərrüatı ilə məlum olmayan bəzi mə-
sələləri ermənicə işıq üzü görən 105 adda dövri mətbuatda araş-
dırılmış, ədəbi əlaqələrin məzmun və yeritdiyi ideya istiqamətləri 
ümumiləşdirilmişdir. Ədəbi, siyasi, ictimai-siyasi, ədəbi bolşevik, 
sosial-demokrat, satirik və yumoristik məzmunu özündə ehtiva 
edən çoxsaylı bu mətbu orqanlardan “Ardzaqank”(Əks-səda), 
“Alik” (Dalğa), “Aşxadavor”(Zəhmətkeş), “Banvori dzayn” (Fəh-


_________Milli Kitabxana_________ 
 
192
 
lə  səsi), “Bdak” (Axın, çay qolu), “Baykar” (Mübarizə), “Hor 
dar” (Yeni əsr), “Nor xosk” (Yeni söz), “Daraz” (Dəb, biçin),  
“Didak” (Durbin), “Mışak” (Əkinçi), “Yerqri dzayn” (Ölkənin 
səsi), “Hrazdan”, “Ağpyur” (Bulaq), “Şoviğ” (Cığır), “Orer” 
(Günlər), “Lraber” (Xəbərlər), “Jamanaq”, “Qağapar” (İdeya), 
“Tatron” (Teatr), “Tatron yev yerajşdutyun” (Teatr və musiqi), 
“Murc” (Çəkic) [74-a-5, 8, 20, 217, 221] və sair öz səhifələrində 
o zamankı ictimai-ciyasi durumun diqqəti cəlb edən mühüm 
hadisələrini işıqlandırırdılar. Bu dövri mətbuat orqanlarından 88-i 
Tiflisdə, 6-sı Bakıda, 5-i Yerevanda, 3-ü həm Tiflisdə, həm də 
Şuşada , 2-si Naxçıvanda, 1-i Gəncədə dərc olunmuşdur. 
Ədəbi əlaqələrin tədqiqi sahəsində əzab-əziyyətlərə qatlaşan 
Kövsər xanım Tarıverdiyeva ərsəyə gətirdiyi “Azərbaycan mədə-
niyyəti erməni dövri mətbuatında” (Bakı, 1985.) monoqrafiyasın-
da erməni dövri mətbuatının Azərbaycan maarifinə, təhsil və 
məktəb problemlərinə maraq göstərildiyini, xeyriyyə cəmiyyətlə-
rinin yoxluğundan bu sahədə Azərbaycan ictimai həyatının  əta-
lətdə qalmasını, zaman keçdikcə ictimai fikir, maarif və mədəniy-
yətə meylin artmasını, demokratik istiqamətli qəzet və jurnalların 
Zaqafqaziyada xalqlarını maarif və mədəniyyətə, həmrəyliyə ça-
ğırmaqla onların mədəni yüksəlişinə müsbət təsirini xüsusu vur-
ğulamışdır. Azərbaycanlıların mədəni dirçəlişinə mane olan geri-
liyin və cəhalətin, dini fanatizmin ictimai köklərini aradan qaldır-
maq üçün həyata keçirilən tədbirlərin səmərə verdiyindən yeri 
gəldikcə mətbu nümunələrə istinad etmişdir. 
Azərbaycan-erməni mətbuat  əlaqələrinin tarixi “Əkinçi” və 
“Mışak” qəzetlərinin redaktorları H.Zərdabi ilə Arzruninin mək-
tub mübadiləsinin tarixi ilə başlamışdır. “Əkinçi” qəzetinin nəşrə 
hazırlığı xəbəri “Mışaq” tərəfindən rəğbətlə qarşılandığını Həsən-
bəy Zərdabinin Arzuniyə  məktubda oxuyuruq: “Sizə  “Əkinçiyə 
olan rəğbətiniz üçün təkrar təşəkkür elan edirəm və Sizi inandı-
rıram ki, Sizin uzaqgörənliyiniz Sizi aldatmayacaq. “Əkinçi” 
“Mışaq”a qardaşlıq əli uzadacaq və Szin qəzetəniz kimi o da bi-
zim sevimli Qafqazın müsəlman əhalisi arasında maarif yaymağı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə